Mühazirənin Planı: Giriş. Əmək müfazisəsi fənninin məzmunu və sosial-iqtisadi


ELEKTRİK TƏHLÜKƏSİZLİYİNƏ GÖRƏ BİNALARIN TƏSNİFATI



Yüklə 0,77 Mb.
səhifə6/7
tarix26.04.2018
ölçüsü0,77 Mb.
#40202
növüMühazirə
1   2   3   4   5   6   7

ELEKTRİK TƏHLÜKƏSİZLİYİNƏ GÖRƏ BİNALARIN TƏSNİFATI


Elektrik qurğularının təhlükəsizliyi onların hansı mühitdə istismar olunmasından çox asılıdır.

Yüksək nəmişlik, aqressiv qaz, buxar təsiri altında işləyən elektrik avadanlığının məftillərinin izolyasiyası daha tez sıradan çıxır. Adamların bədəninin müqavimətidə yüksək nəmlikdən azalır. Bütün istehsalat binları ətraf mühitdən asılı olaraq elektrik təhlükəsizliyinə görə aşağıdakı siniflərə bölünürlər.



  • Yüksək təhlükəli olmayan binalar

  • Yüksək təhlükəli binalar

  • Xüsusilə təhlükəli binalar.

Yüksək təhlükəli binalara aşağıda qeyd olunan xüsusiyyətlərdən birinə malik olan binalar aiddir.

  • nəmişliyi və ya buxarlılığı > 75% olan

  • daxilində cərəyan keçirən tozlar olan

  • cərəyan keçirən döşəməsi olan binalar.

  • Yüksək temperaturu (> + 300 S) olan

Yuxarıda göstərilən amillərdən heç biri olmayan binalar yüksək təhlükəli sayılmır.

Xüsusilə təhlükəli binalara aşağıdakı amilləri olan binalar aiddir.

  • Nisbi nəməiyi 100%-ə yaxın və t > 300 S

  • daxilində kimyəvi aktiv maddələrin olması (turşu, qələvi buxarı).

  • Yüksək təhlükəli binalardakı amillərdən iki və daha çox olması.

  • Bina xaricində istismar edilən elektrik qurğuları və s.

  • K/t-da binaların çoxu (tövlələr, kübrə və zəhərli maddələr saxlanan ambarlar, torpaq döşəməli başqa binalar) yüksək təhlükəli binalara aiddir.


ADDIM GƏRGİNLİYİ


Addım gərginliyi dedikdə gərginlik altında olan məftil qırılıb düşdükdə yaxud gövdəsi gərginlik altında olan avadanlığın gövdəsinə birləşdirilmiş torpaqlayıcıdan yerə cərəyan axdıqda həmin sahəyə yaxınlaşan adamın iki ayaqları arasındakı sahə gərginliyi (addım gərginliyi) adlanır.

Elektrik təhlükəsizlik qaydalarına görə addım gərginliyindən müxtəlif dərəcədə zədələnmələr yaxud ölüm hadisəsi baş verir.

Addım gərginliyini aşağıdakı əyrinin köməyi ilə aydınlaşdıraq.

AM - əyrisindən görünür ki, torpaqlayıcının yaxınlığından yerə axma cərəyanı A, Б, V, Q, Д nöqtələri ilə təyin edilir.



группа 169


M


прямая со стрелкой 174прямая со стрелкой 177прямая со стрелкой 175прямая со стрелкой 176
O

Bu nöqtələr arasında gərginlik düşgüsü insanın addımına uyğun 0,8 m. bərabər kəsmələrdə aB, bV, vQ, qD və dE olur.

Beləliklə OM xəttini insan addımına uyğun 0,8 m hissələrə bölsək həmin nöqtələrdəki (müxtəlif nöqtələrdə) potensiallar fərqi yaranır.

Nə qədər torpaqlayıcıya yaxınlaşsan gərginlik daha çox olur.

Yəni Aa > Bb > Vv > qQ > Dd.

Təcrübə yolu ilə alınan qiymətlərdən görünür ki, sahələrdəki gərginlik düşküsü 1 m radiusda torpaqlayıcının yerləşdiyi yerin mərkəzindən yaxud məftilin qırılıb yerə düşdüyü yerdən ümumi gərginliyin 68%-ni, 2-10m radiusda ki, sahədə -24%-ni, 10-20m radiusda ki, sahədə - 8%-ni təşkil edir.

İnsanın gərginlik altında olan sahədə düşdüyü gərginlik düşgüsünü addım gərginliyi adlandırmaq olar.

Yuxarıdakı əyridən görünür ki, qırılıb yerə düşmüş məftilə yaxın yer daha təhlükəlidir.



Belə hal heyvanlar üçün daha təhlükəlidir. Çünki heyvanlarda qabaq ayaqla dal ayaq arası məsafə yəni addım daha böyükdür.


TOXUNMA GƏRGİNLİYİ


Toxunma gərginliyi dedikdə, gərginlik altında olan avadanlığın gövdəsi ilə ona toxunan insan arasındakı nöqtədə olan gərginlik başa düşülür.

Əgər insan yerə cərəyan axan zonadan (torpaqlanmış gövdəyə) elektrik qurğusunun gövdəsinə toxunarsa insan toxunma gərginliyinə düşür.



прямая со стрелкой 179прямая со стрелкой 178

прямая со стрелкой 180прямая со стрелкой 181

rtor.


Torpaqlayıcıya yaxın yerdə rtop = 0 olarsa



Umax = 0 olar

Göstərilən formula əsasında toxunma gərginliyini aşağıdakı kimi tapmaq olar.



Umax = Kmax · Jtox · Rtop ; V

burada Kmax – torpaqlama əmsalı olub qiyməti vahiqqən kiçik olur Kmax ≤ 1

Toxunma gərginliyi elə hallarda daha da təhlükəli olur ki, insan izolyasiyası pozulmuş qurğunun gövdəsinə toxunduqda ayaqqabısız yaxud nəmli yerdə durub toxunsun.

STATİK ELEKTRİKDƏN MÜHAFİZƏ


Məlumdur ki, iki müxtəlif maddələrin birgə sürtünməsindən, eyni zamanda maye və qazların ötürücü borularla hərəkəti zamanı statik elektrik cərəyanı yığımı yaranır. Statik elektrik cərəyanının yığımı böyük potensialın yaranmasına səbə ola bilər.

Avtomobillərin beton yolla hərəkəti zamanı şinlərin sürtünməsi, qum hissələrinin və çınqılın avtomobilin metal hissələrinə zərbəsi nəticəsində onun banında gərginlik 3000 V-a, polad boru ilə benzinin axıdılmasında 3600 V-a kimi, qayış ötürməsində 15 m/san sürətlə hərəkətdə 80000 V-a, lentli yükləyici transpartiyorlarda isə 45000 V-a kimi gərginlik yaranır. Təcrübələrlə müəyyən edilmişdir ki, bütün yanar qazlar 3000 V potensiallar fərqində alışa bilər, 5000V potensiallar fərqində isə yanıcı tozlar yana bilər.

Kənd təsərrüfatı istehsalatında statiki elektrik cərəyanı avtosisternalarda neft məhsullarının daşınması və boru ötürücülərlə ötürülməsi zamanı, küləşin doğranması, taxıl və başqa quru üzvü kütlələri xırdalayan avadanlıqların gövdəsində, qayış ötürmələində, lentli yükləyicilərdə, hava ötürən ventilyasiya qurğularında və s. yaranır.

Statiki elektrikin fizoloji təsiri onun azad olunmuş enerji tutumunun qiymətindən asılı olaraq hissiyat zəif, güclü və hiss ediləcək iynə vurmaq kimi və yaxud itələmə kimi ola bilər.

Statiki elektrikdən mühafizə məqsədilə onun yaranma mənbəinin qarşısı alınır yaxud onun torpağa ötürülməsi təşkil edilir. Cərəyanın yaranmasının qarşısını almaq üçün iş yerində nisbi nəmliyi 70%-dən artıq etməklə, havanın ionlaşdırılması ilə və s. mümkündür.

Neft məhsullarının və başqa yanıcı mayeləri statiki elektrikdən mühafizə məqsədilə onların boşaldılması zamanı yüksəkdən tökmək və dağılmaqdan qorumaq lazımdır ki, sürtünmə az olsun.

Daha effektiv və ehtibarlı mühafizə vasitəsi metal hissələrin və rezervuarların (hövzələrin) cərəyan yarana biləcək yerlərin torpaqlanmasıdır;

Dielektrik mayelərin və neft məhsullarının daşınması üçün xüsusi cərəyan ötürən rezin şinli avtomobillərdən istifadə edilməlidir.

Köhnə konusturksiyalarda statiki elektriki ötürmək üçün metal zəncirlərdən istifadə edilir, hansı ki, azı beş yerdən yerlə əlaqə yaratmaq lazımdır.

овал 184AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

AQRAR MÜHƏNDİSLİK FAKULTƏSİ

HƏYAT FƏALİYYƏTİNİN TƏHLÜKƏSİZLİYİ

Kafedrası

MÜHAZİRƏÇİ: DOSENT ƏVƏZİ ƏLİYEV OSMAN RƏHİM OĞLU

Muhazirə 11

Mövzu:

Təmir emalatxanalarında müxtəlif çilingər və təmir işlərində



təhlükəsizlik texnikası tədbirləri.

.

Mühazirənin Planı:



1. İş yerinin təşkili.Sökmə-yığma və çilingər işlərində

təhlükəsizlik qaydaları İstehsalat binalarına, iş yerlərinə və

avadanlıqlara qoyulan tələbatlar

2. Elektrik və qaz qaynağı işlərində təhlükəsizlik tədbirləri


.

ƏDƏBİYYAT SİYAHISI

1. Tağızadə T.H “Meliorasiya təsərrüfatında əməyin mühafizəsi”

Bakı Maarif -1990-cı il.

2. Həsənov B.A “Əmək mühafizəsi” Bakı Maaarif. 1986-cı il.

Gəncə-2017



İş yerinin təşkili: - İstehsalat travmaları ilə mübarizədə iş yerinin təşkili və ona xidmətdən, əməyin rasional üsullarından və qəbulların seçilməsindən çox asılıdır. İş yeri elə avadanlıqla təmin olunmalıdır ki, təhlükəsiz, minimum enerji sərf etməklə işçi ən yüksək texniki-iqtisadi göstəricilərə nail olsun.

Təmir və texnoloji xidmət işlərini yerinə yetirən zaman təmir-texnoloji avadanlıqlar erqonomik tələbatı təmin etməlidir.

İşçinin bədəninin vəziyyəti, onun fizioloji halı işin növündən və əmək şəraitindən asılı olaraq həll olunmalıdır. Misal üçün təmir işini yerinə yetirərkən, hərəkət etmədən oturaraq kütləsi 5 kq-a qədər olan hissələri, 5...10 kq –a qədər kütləsi olan hissəni oturmuş həmdə ayaq üstə, 10 kq-dan artıq kütləsi olan hissəni isə ayaq üstə qaldırıb işləməyə icazə verilir.

Sökmə-yığma və çilingər işlərində təhlükəsizlik qaydaları: (tədbirləri).

Təmir işlərində istehsalat travmalarının tədqiqi göstərir ki, əsasən travmaların çoxu sökmə-yağma əməliyyatlarında baş verir. Alətlərin saz olmasına nəzarət əsasən işçinin özü tərəfindən edilməlidir.

Sökmə-yığma işlərində əməyi yükgülləşdirmək və onun təhlükəsizliyini artırmaq üçün müxtəlif çıxarıcılardan (сьемники) qurluşlardan, mexanikləşdirilmiş əl alətlərindən istifadə olunur.

Əgər standarta uyğun olmayan avadanlıqdan istifadə edilirsə, qabaqcadan onun etibarlılığı, möhkəmliyi yoxlanılaraq akt tərtib edilməlidir.

İş zamanı elektrikləşdirilmiş alətlərdən istifadə edilirsə, işdən əvvəl işəsalanın yararlılığı, torpaqlama xətti, mənbədən gələn xəttin izolyasiya etibarlılığı yoxlanmalıdır. İş zamanı rezin əlcəklərdən, kəmərlərdən istifadə edilməlidir. Alətlərin qızması zamanı fasilə etməklə bir müddət alət boş işlədilməlidir.

Pnevmatik alətlərdən istifadə edildikdə birləşmə xətləri yoxlanılmalıdır, şlanqların qırılmasına yol verilməməlidir. Onların birləşdirilməsi tələb edildikdə mütləq hava kranı mənbədən saxlanıldıqdan sonra yerinə yetirilməlidir.



İSTEHSALAT BİNALARINA, İŞ YERLƏRİNƏ VƏ AVADANLIQLARA QOYULAN TƏLƏBATLAR

İş yeri elə təşkil edilməlidir ki, hər bir işçiyə minimum 4,5...5 m2 sərbəst sahə, 16...20 m3 həcm düşsün. İş yerlərindəki stellajlar yığılacaq materialların ölçülərinə uyğun gəlməli, üzərində maksimum buraxıla bilən yük aydın yazılmalıdır. Zay hissələrin yığılması üçün ayrıca yer təşkil edilməli, yonqar və başqa tullantılar üçün yeşik qoyulmalıdır. Hər bir iş yerində işçi alətləri komplekti və nəzarət-ölçü cihazları olmalıdır. İş yerinin avadanlığı iş ardıcıllığına uyğun yerləşdirilməlidir. İş yerinin təşkili DÜİST 12.2.032–88-in habelə DÜİST 12.2.017-96-nın tələblərinə cavab verməlidir. Belə ki, alətlər saz və itilənmiş olmalı, təyinatına görə işlədilməlidir. Müəssisənin mühəndis-texnik işçiləri alət və quruluşların sazlığını yoxlamalı, nasaz alətlərin saxlanılmasını və ya çıxdaş edilməsini təşkil etməlidirlər.



ELEKTRİK QAYNAQ İŞLƏRİNDƏ TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ

Elektrik qaynağı zamanı elektrik qövsü alındığına görə görünən və görünməyən parlaq işıq şüaları (ultra bənövşəyi və inforaqırmızı) görmə orqanlarına kəskin təsir göstərir. Parlaqlığın və ultirabənövşəyi şüanın təsiri gözün tor təbəqəsini görmə sinirlərini zədələyir. 1...3 gün müddətində davam edən kəskin ağrı hiss olunur. Əgər bu təsir uzunmüddətli olarsa, gözün xroniki xəstələnməsinə və hətta korluğa səbəb ola bilər.

Qaynaq aparılan sahələrdə avadanlığın və əmək şəraitinin təşkili DÜİST 12.2. .008-90-nin tələblərinə uyğun gəlməlidir. Buna görə də bir sahədə bir neçə qaynaqçı işləməməli və böyük sexin bir tərəfində qaynaq aparılmalı olduqda qaynaqçıların iş yeri qalan sahədən metal arakəsmə ilə ayrılmalıdır. Hər qaynaqçı üçün 4,5...5 m2 sərbəst sahə qalmalı və arakəsmə tavandan 0,25...0,3 m aşağı dayanmalıdır. Qaynaq stolunun və transformatorun gövdəsi yerləbirləşmə quruluşuna birləşdirilməlidir. Açıq havada qaynaq ancaq çardaq altında və ya yağmursuz havada aparılmalıdır.

İçərisində yanacaq-yağlama materialları olan qablar 12%-li koustik soda məhlulu və isti su ilə yuyulub qurudulduqdan sonra qaynaq olunmalıdır.

Qaynaqçı cərəyanın qiymətinə görə ЭS-1, ЭS-2, ЭS-3 və ЭS-4 markalı maska (DÜİST 12.4.035-98) və ya qara şüşəli eynək kimi fərdi mühafizə vasitələri, habelə brezent əlcək və xüsusi geyimlə təmin olunmalıdırlar. Qaynaq nəm otaqlarda və ya nəmişlik şəraitində aparılarkən qaynaqçı rezin əlcək və qaloş geyib, rezin xalça, ya-xud quru taxta ayaqaltı üzərində dayanmalıdır.

QAZ QAYNAĞI əsasən oksigen və asetilenin qarışığı ilə aparılır. İş vaxtı qaz balonunun çıxış borusuna reduktor (yüksək təzyiqi işçi təzyiqə qədər alçaltmaq üçün) bağlanmalı, onun iki manometri və kranı olmalıdır.

Reduktordakı manometrlərdən biri yüksək təzyiqi, o biri isə alçaq təzyiqi göstərir. İş zamanı balonda 19,62 · 104 Pa təzyiq saxlanmalı yəni balon tam boşaldılmamalıdır.

Qaynaq üçün asetilen ya balonlarda gətirilir, ya da asetilen generatorundan götürülür. Asetilen generatorunda kalsium karbidlə su arasında kimyəvi reaksiya gedərək sönmüş əhəng və asetilen alınır:

Beləliklə, 1 kq kalsium karbidlə 10 l su arasında gedən reaksiyadan 250 litrə qə-dər asetilen alınır. 16 kq kalsium karbiddən alınan asetilenin yanmasına 5 m3 oksigen sərf olunur. İş zamanı generatorun istismar qaydasının pozulması ciddi təhlükəli partlayış törədə bilər.

Açıq havada işlədildikdə asetilen generatoru adamlar az olan sahədə qaynaqçıdan azı 10 m aralı yerləşdirilməlidir.

Oksigen balonu isə qaynaqçıdan azı 5m aralı olmalıdır. Qaynaq qapalı binalarda aparıldıqda isə asetilen generatoru odadavamlı materialdan tikilmiş (sərbəst hündürlüyü azı 3 m olan) ayrıca otaqda yerləşdiirlməli, otağın qapısı çölə açılmalı, ventilyasiya, stasionar iş yerlərində yerli sorma sistemi qurulmalıdır.



İNSANLARIN DAŞINMA QAYDALARI

İnsanların daşınması üçün xüsusi müəyyənləşdirilmiş nəqliyyat vasitələrindən istifadə edilir. Hərəkətə başlamamışdan əvvəl sürücü tam əmin olmalıdır ki, hərəkətin təhlükəsizliyi tam təmin olunmuşdur. Qapılar bütün tərəflərdə möhkəm bağlanmalıdır, onların açılması yalnız tam dayandıqdan sonra aparıla bilər.

İnsanların yük maşınlarının banında daşınması hallarında, üç ildən az olmayaraq fasiləsiz iş stajı olan sürücülərə icazə verilir. Bu zaman maşınların banı xüsusi olaraq hazırlanmalıdır. Oturacaqlar təlimata uyğun möhkəm bərkidilməli və oturacaqların sayına uyğun insanlar oturmalıdır. Oturacaqların sayından artıq bir nəfərin belə oturmasına icazə verilməməlidir.

Hər bir maşında xüsusi müəyyənləşdirilmiş yerdə həcmi 2 litirdən az olmayaraq xüsusi kimyəvi odsöndürən yerləşdirilməlidir.

Sürücü hərəkətə başlamamışdan əvvəl sərnişinlərin düşməsi və ya minməsi barədə təlimatlandırmalıdır, hərəkət zamanı heç kimin yerindən qalxmasına icazə verilmir. Uşaqların qrup halında daşınması zaman mütləq iki nəfərin maşının banında nəzarət üçün yerləşdirilməsi təmin edilməlidir. Bütün hallarda əgər maşınların banında insan daşınırsa hərəkət surəti 60 km/saat-dan artıq olmamalıdır.

Özü boşaldan maşınlarda, sisternlərdə yarım qoşqusu olan maşınlarda insanların daşınmasına icazə verilmir.

Avtobuslarda və ya xüsusi yük maşınlarında uşaqlar daşındıqda, maşınların həm qarşısında, həmdə arxasında xüsusi bildirişlər asılmalıdır.

.

прямоугольник 185AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

AQRAR MÜHƏNDİSLİKFAKULTƏSİ

HƏYAT FƏALİYYƏTİNİN TƏHLÜKƏSİZLİYİ

Kafedrası

MÜHAZİRƏÇİ: DOSENT ƏVƏZİ ƏLİYEV OSMAN RƏHİM OĞLU

Muhazirə 12

Mövzu:


Bitkiçilikdə və heyvandarlıqda, yükləmə boşaltma və nəqliyyat

işlərində əməyin təklükəsizliyi.

.

Mühazirənin Planı:



1. Maşın və mexanizmlərə xidmət işçilərinə tələbat. Maşın-traktor

aqreqatlarının texniki vəziyyətlərinin təhlükəsizliyinə tələbat. Maşın-

traktor aqreqatlarının komplektləşdirən zaman təhlükəsizlik qaydaları

2.Maşın-traktor aqreqatlarının komplektləşdirən zaman təhlükəsizlik

qaydaları

3.Sahələrə, çəmənliklərə, hərəkət marşrutuna, keçidlərə təhlükəsizlik

tələbləri.Bitkiçilikdə əsas sahələrdə texnikadan istismar zamanı

təhlükəsizlik qaydaları.

4.Bitkiçilikdə mexanikləşdirilməmiş işləri yerinə yetirən zaman

zərərli amillər.Əl alətlərinin təhlükəsizlik tələbləri.


ƏDƏBİYYAT SİYAHISI

1. Həsənov B.A “Əmək mühafizəsi” Bakı Maaarif. 1986-cı il.

Gəncə-2017

Traktorların layihəsinin təhlükəsizliyinə tələbat DÜİST 12.2.019-86-də göstərilərək kənd təsərrüfatı və özüyeriyən maşınlara şamil edilir.

Bütün yuxarıda qeyd olunan maşınlara kabinalar quraşdırırlar. Sürücüləri aşma zamanı zədələnmədən qorumaq məqsədi ilə bütün tırtırlı və zəncirli traktorlar möhkəm metal kabina və karkaslarla təchiz olunurlar. Bir yerli kabinada oturacağın eni minimum 950 mm, iki yerlidə 1400 mm-dən az olmamalıdır. Kabinanın qapısı avto-matik bağlanması üçün qurğu ilə təchiz olunmalıdır.

Əgər sürücünün iş yeri yerdən və yaxud hər hansı dayanacaqdan 550 mm-dən yüksəkdə yerləşirsə təhlükəsiz qalxmaq və enmək üçün xüsusi nərdivan (piləkən) yaxud ayaqaltı quraşdırılır. Onların layihəsi möhkəm və tətpənməz olmalıdır. Aşağı ayaqaltı yerdən 400 mm-dən yüksək olmamalıdır. Sonrakı ayaqlıqların arası məsafə 250...300 mm olmalıdır. Ayaqaltıların eni minumum 150 mm, dərinliyi 100 mm olmalıdır.

Sürüşməni azaltmaq üçün kabinanın döşəməsi, yaxud traktorçunun hərəkət sahəsi 1...2,5 mm hündürlükdə çıxıntılı metaldan hazırlanmalıdır.

Kabinanın tavanına (potolok) mexanizatorun oturacaq hissəsindən üstdə yumuşaq üzlük çəkilməlidir.

Traktorların kabinalarının qabaq və dal şüşələrinin tərləməsi və çirklənməsi zamanı təmizləmək üçün xüsusi avtomatik olaraq işə salınan (bu zaman mühərrikin işi və maşının sürəti nəzərə alınmır) qurğu ilə təchiz olunur. Özüyeriyən kənd təsərrüfatı maşınlarında bu ancaq qabaq şüşələrin təmizlənməsi üçün nəzərdə tutulur. Günəş şüalarından qorunmaq üçün kabinalarda xüsusi günötürücülər quraşdırılır.

Kabinalarda mikroiqlim normallaşdıran quruluşlar olmalıdır, kabinada isti vaxtı temperatura çöldəkindən 2...30S-dən artıq olmamalıdır, yəni 140S-dən aşağı 280S-dən yuxarı temperatura, havanın nisbi nəmliyi 40...60% olmalıdır.

Orta dərəcəli rayonlarda, ən isti aylarda 250S-dən artıq temperaturada saat 1300-da kabinada temperatura 310S –dən artıq olmamalıdır.

Traktorların kabinalarını qızdırmaq üçün (qış aylarında) xüsusi qızdırıcılar qoyulur ki, bunlar 140S-dən az olmayaraq (çöldə 100...200S-yə qədər t- olduqda) kabinanı qızdırır.

Kabinanın içəri hissəsini işıqlandırmaq üçün avtomatik işə qoşucu ilə xüsusi plafon quraşdırılır.

Traktorlarda kabinadan işə salınan xüsusi səs siqnalları olmalıdır. Səs siqnalının səviyyəsi çöldən traktorun səs səviyyəsindən 8 dБ-dən artıq olmalıdır.

Hər bir traktor xüsusi apteçka, minimum 3ℓ içməli su tutan termos, üst geyimləri asmaq üçün yer və yanğınsöndürücü vasitələrlə təchiz olunmalıdır.

Traktorların və şassilərin idarə etmə orqanları elə yerləşdirilməlidir ki, sürücünün iş yerindən çıxıb-düşməsinə, ayaqlarının sərbəst hərəkətinə idarə etmə zamanı maneəçilik törətməməlidir.

Bütün traktorlar və özüyeriyən şassilər əyləyici quruluşlarla təchiz olunurlar.

Əyləyici sistemlər müəyyən sürətlə hərəkət edən υo (km/saat) maşının saxlanmasının müəyyən yolda ℓtopm(m) aşağıda göstərilən formada təmin etməlidir.

Traktorlar üçün soyuq əyləyicilərdə (yəni qızmamış)



Qalan maşınlarda soyuq əyləyicilərdə



Əgər əyləyicilər 1000S-dən artıq qızmışsa onda tormoz yolunun uzunluğu yuxarıda göstəriləndən 25% artıq olur.

Orta yavaşıma, əyləmə zamanı soyuq əyləyicilərdə 5,5 m/san2-dan az olmamalıdır, qızmış halda 1000S-dən artıq əyləyicilərdə isə - 2,8 m/san2 olmalıdır.

Qeyri düzxətlilik hərəkət tormozlanma əyləyici işə salınan zaman 0.5 m-dən artıq olmamalıdır. İdarə etmə sükanı az istilik keçirən materialdan hazırlanmalıdır, yaxud onun üzərində xüsusi üzlük çəkilməlidir, 0,5 mm-dən az olmayaraq.

Yanacaq doldurma bakın qapağı (qorlavinası) və soyutma sistemi kabinadan kənarda yerləşdirilməlidir. Xidmətin yaxşı yerinə yetirilməsi üçün yanacaq bakının doldurma yeri, radiatorlar, akkumulyatorlar 1400 mm-dən yüksəkdə olmamalıdır, qalan xidmət sahələri, operatorun ayaqları duran yerdən - 1800 mm hündürlükdə yerləşdirilə bilər. Yanacağın miqdarının göstəricisi traktorlarda kabinalarda yerləşdirilir, özüyeriyən maşınlarda –kabinada yaxud yanacaq bakında olur.

Təkərli becərmə traktorları koleyanın enini dəyişmək üçün xüsusi quruluş olmalıdır.

Taxılyığan kombayınların və özüyeriyən şassilərin döyən aparatları statik elektrik cərəyanını ötürmək üçün xüsusi yerləbirləşmələri (zazemeniya) olmalıdır.

Dağ şəraitində istifadə olunan traktor və özüyeriyən şassilərin aşma hüdudunu göstərən xüsusi siqnalizasiya olmalıdır (mis: DT-75K). Bunun üçün xüsusi maye hazırlanır 7 hissə qlitserinə bir hissə etil spirti qatılır. Onun içərisində xüsusi şarik yerləşdirilir. Bu sferik formada hazırlanaraq dairəvi dərəcələrə bölünür orta sahə (00-dən 200-yə qədər) ağ rəngdə rənglənir 200-dən artıq olan sahə qırmızı rənglə rənglənir. Göstərilən şarik qırmızı sahəyə keçən kimi demək yoxuşluluq 200-ni keçir onda müt-ləq traktor dayandırılaraq təhlükəli sahədən uzaqlaşdırılmalıdır.

DÜİST 12.2.019-86-ı eyni zamanda maşınların saxlanması, daşınması və quraşdırılması zamanı təhlükəsizlik tələblərini göstərir.

Maşınların ümumi yolda hərəkəti zamanı onların qabarit ölçüləri eninə 2,5 m və hündürlüyü 4,0 m-dən artıq olmamalıdır.

Müstəsna hallarda (misal üçün taxılyığan kombaynlarda) ümumi yolla hərəkətə icazə verilir ki, onda da en götürüm 4,4m hündürlüyü 4,0 m-dən artıq ölçü olmamalıdır.

MAŞIN-TRAKTOR AQREQATLARININ İSTİSMARI

ZAMANI TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ

Traktor aqreqatlarından kənd təsərrüfatı istehsalında istifadə edən zaman təhlükəli hallar baş verə bilər.

Maşın-traktor aqreqatları ilə işləyən zaman baş vermiş istehsalat travmalarının səbəblərinin tədqiqi göstərir ki, işçilərin tavma almaları əsasən traktor və onlara aqreqatlaşdırılan maşınların texniki vəziyyətlərinin qeyri-qənaətbəxş olmalarıdır. Nasazlıqların ardan qaldırılması, yaxud işçi orqanların maşın hərəkət edən zaman yaxud mühərrik işləyə-işləyə təmizlənməsi, işləyən aqreqata ehtiyatsız toxunma, qoruyucu vasitələrin yararsızlığı, yaxud olmaması, xüsusi geyimin maşınlarda işləməyə uyğun gəlməməsi və s.

Maşın-traktor aqreqatlarının işə etibarlılığı və təhlükəsizliyi, onun istismara necə hazırlanmasından çox asılıdır. Növbəlik texniki xidmət zamanı, birinci növbədə traktorun (taxıl yaxud, pambıq yığan kombayların) idarə etmə mexanizminin işə yararlılığını yoxlamaq lazımdır, hərəkət hissələrinin etibarlı bərkidilməsini, qoruyucu və siqnallaşdırılmış qurğuların yararlılığı və s. yoxlanılmalıdır.

İlişmə muftası səlist və təkansız keçməlidir. İşə saldıqdan sonra səlist (yavaş-yavaş) güc ötürmə mexanizmini yükləmək olar iş vaxtı boş fırlanma olmamalıdır. Əgər ilişmə muftasında boş fırlanma olarsa traktor yoxuşa qalxan zaman hərəkət dayana bilər.

Onun düzgün işləməməsində hərəkət zamanı lazım olan keçidi almaq mümkün olmur. İlişmə muftasında zavodda verilən tövsüyəyə uyğun olaraq nizamlama aparılmalıdır.

İdarəetmə sükanı və dönmə mexanizmi yüngül təsirlə hər iki tərəfə traktoru döngələrdə çevirməlidir.

Müxtəlif markalı traktorlarda nizamlanma qiymətləri cədvəldə verilmişdir (Ф. М.Канаров səh 215, cədvəl 3.3 -1988-ci il).

Nasaz və düzgün nizamlanmamış maşın-traktor aqreqatını idarə edən sürücü tez yorulur və bunun nəticəsində qəzaların baş vermə ehtimalı artır.

Əyləyici mexanizmanın düzgün işləməməsi, təkərlərə eyni vaxtda təsir etməməsində qəza hadisələrinin ehtimalının artırır xüsusi olaraq sürüşkən yollarda. Əyləyicinin təsirini mütləq traktorun hərəkəti zamanı yoxlamaq lazımdır.

Quru beton yolda 20 km/saat sürətlə hərəkət edən traktorun əyləyicisi basılan zaman dayanma yolunun uzunluğu (səh 216 cədvəl 3.4) göstərilmişdir.

Təkərli traktorların və kombaynların hərəkət hissələrinin vəziyyəti yoxlanan zaman şinlərin diskilərinin etibarlı bərkidilməsi və təzyiq xüsusi olaraq yoxlanmalıdır. Təlimata uyğun olaraq təkərlərdəki təzyiq (səh 216 cədvəl 3.5 Капарев Ф.М Ь. «Колос» 1988) göstərilmişdir.

Nəzərdə saxlamaq lazımdır ki, traktorlardan nəqliyyat məqsədilə yük daşımada və ağır maşınlarla aqreqatlaşdırdıqda 1,3...1,5 dəfə təzyiqi artırmaq yumuşaq torpaqlarda iş gördükdə isə əksinə azaldılmalıdır. (torpaqda kipləşmə çox getməsin).

Kabinada lazımsız əşya, xüsusi olaraq döşəmədə saxlanmamalıdır, onlar hərəkət zamanı idarəetməni çətinləşdirirlər.

Kənd təsərrüfatı maşınlarını işə hazırlayan zaman təhlükəli sahələrdə qoruyucu quruluşların vəziyyətini yoxlamaq lazımdır. Kardan ötürmələri qoruyucu örtüklərlə bağlanmalıdır. İşçi orqanları təmizləmək üçün (səpən maşınların soşnikləri, kultivatorların pəncələləri, döyən aparatlar və s) müvafiq ləvazimatlar olmalıdır. Asma və yarım asma maşınlara xidmət etməzdən əvvəl hidravliki sistemin saz olub-olmaması yoxlanmalıdır. Əgər kənd təsərrüfatı maşınının istismarı zamanı onun üstündə işçi olacaqsa onda oturacağın bərkidilməsini dayaq sahəsinin möhkəmliyi yoxlanmalıdır.

Maşın-traktor aqreqatları, kombaynlar və başqa özüyeriyən kənd təsərrüfatı maşınları ilə dəstə ilə (kalonna) işləyən zaman işləyən maşınların arasındakı interval 30...40 m-dən az olmamalıdır.

Dumanda, yağışlı havada, haradakı görm kifayət qədər deyildir (20 m-dən azdır) işıqları yandıraraq vaxtaşırı olaraq səs siqnalından istifadə edilməlidir. Dönmə və geriyə qayıtmada kombaynların sürətini aşağı salmaq lazımdır 3...4 km/saat-a qədər.

Böyük təhlükə ot yığımıda və bağlanmasında kəsən apparatlara xidmət etdikdə baş verir.

Xüsusi olaraq bıçaqların kütləşməsi və xarab olarkən dəyişməsində ehtiyatlı olmaq lazımdır.

Nahar fasiləsini və dincəlmək üçün xüsusi ayrılmış yerlərdə yığım sahəsindən kənarda dayanmağa icazə verilir.

Bunun üçün xüsusi işarələrdən, gecə vaxtı isə xüsusi fanarlardan və işıqlandırıcılardan istifadə edilməlidir.

Traktor aqreqatlarından, kombaynlardan və başqa kənd təsərrüfatı maşınlarından dağ yerlərində istifadə etdikdə xüsusi olaraq ehtiyatlı olmaq lazımdır. Belə maşınlardan dağ yerlərində istifadə edən zaman maillik 8...90-dən artıq olmamalıdır.

Sahənin rəhbəri dağlıq sahələrdə işləyən traktor və kombaynların sürücülərini əlavə olaraq təlimatlandırmalı işin təhlükəliliyi barədə ətraflı məlumat verməlidir.

Yeni konstruksiyalı maşınlarda işləyənlərə, ona xidmət qaydalari, maşının bütün xüsusiyyətləri təcrübü olaraq göstərildikdən sonra işləməyə icazə verilməlidir.



MEXANİKLƏŞDİRİLMİŞ TARLA İŞLƏRİNDƏ

TƏHLÜKƏSİZLİK TEXNİKASI TƏDBİRLƏRİ

TRAKTORLARDA VƏ ÖZÜYERİYƏN ŞASSİLƏRDƏ İŞLƏYƏRKƏN TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ

Ümumiyyətlə, işlədilən kənd təsərrüfatı maşınları və bunların aqreqatlaşdığı traktorlar DÜİST 12.2.002-74 və DÜİST 12.2.019-76-nın tələblərini ödəməlidir. Buna görə də kənd təsərrüfatında istifadə edilən tırtıllı traktorlarda idarəetmə dəstəkləri, eləcə də ilişmə muftası pedalının sərbəst gedişi yoxlanıb nizamlanmalıdır.

Tormozların vəziyyəti yoxlanmalı, pedalların gedişi nizamlanmalıdır.

İşıqlanma sisteminə gəldikdə isə demək lazımdır ki, əkin, səpin və becərmə işlərində traktorların qabaq işıqlandırıcıları elə nizamlanmalıdır ki, traktordan 10...30 m qabağa yer səthini, arxa işıqlandırıcılar isə işçi maşını tam işıqlandıra bilsin

Nəqliyyat maşınlardakı işıqlandırıcılar yol səthinə paralel nizamlanmalıdır.

Sahədə işləyərkən diqqətli olmalı, becərilən zonanı, aqreqatın və maşının işini xidmətçi müşahidə etməli, habelə aqreqatlaşdırılan maşınlardan verilən siqnalları dinləməlidir. Tarlada işləyərkən radiatora su tökmək lazım gələrsə, onun qapağını brezent əlcəklə və ya ələ dəsmal sarımaqla tutub ehtiyatla açmaq lazımdır.

Sahədən elektrik xətləri keçirsə, aqreqatın hündürlüyü nəzərə alınmalı, onun ən yüksək nöqtəsi ilə elektrik xəttinin ən aşağı nöqtəsi arasında azı 2 m məsafə qalmalıdır. Sahədə gecə iş görüləcəksə, sahə gündüzdən küzlərə (sürümlərə) ayrılmalı, yoxlanmalı, içməli su mənbəyi və istehsalat sahəsi müəyyənləşdirilməlidir.

Ümumiyyətlə, təkərli traktorların bəziləri ilə asma kənd təsərrüfatı maşınları aqreqatlaşdırıldıqda traktorun dayanaqlığı pozula bilər, bu halda traktorun qabaq hissəsinə müvayinətləşdirici yük yığılmalıdır.

Müxtəlif yol şəraitlərində traktor aqreqatlarının idarə olunması yalnız I və II dərəcəli tarktorçu-maşinistlərə tapşırıla bilər.

III dərəcəli taraktorçu-maşinistlər isə nəqliyyat traktorlarını, müəyyən kənd təsərrüfatı maşını (aləti) ilə aqreqatlaşdırıldıqda idarə etməlidirlər.

Traktorlardan stasionar işlərdə istifadə edildikdə onlar münasib vəziyyətdə saxlanaraq təkərlərin altına etibarlı dayaqlar qoyulmalı, gücötürən valdan və ya qasnaqdan hərəkətötürən örtüklə əhatə edilməlidir.

YIĞIM MAŞINLARINDA İŞLƏYƏRKƏN TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ

Məlumdur ki, məhsul yığımında müasir mürəkkəb konstruksiyalı maşınlar işlədilir. Belə maşınlardan düzgün istifadə edilmədikdə və ya istifadə edərkən təhlükəsizlik tələbləri yerinə yetirilmədikdə işçilər ağır zədələnir və peşə xəstəliklərinə tutulurlar.

Ümumiyyətlə, yığım maşınlarında işləmək üçün 18 yaşından yuxarı xüsusi hazırlıq kursu keçmiş, maşını yaxşı idarə edən, ixtisas komissiyasına imtahan verərək vəsiqə almış sağlam işçilər qəbul olunmalıdır. Həm də onlar yalnız təlimatlandırıldıqdan sonra işə buraxılmalıdır. İşə başlamazdan əvvəl işçilər işin xarakterinə uyğun fərdi mühafizə vasitələri və xüsusi geyimlərlə təmin olunmalıdır.

Pambıqyığan maşınlarda hərəkətötürücü quruluşların, eləcə də yığıcı aparatın örtüyü, qəbul kamerasındakı yoxlama pəncərələri qapaqlarının asan hərəkət etməsi, mühərrikin qidalanma sistemindən yanacağın axıb axmadığı, elektrik avadanlığının vəziyyəti yoxlanılmalı, mühərrikin xaric etmə kollektorunun örtüyü zibildən təmizlənməli, maşında qığılcım söndürənin sazlığına və kimyəvi köpüklə işləyən od söndürənin (OУ-2 və ya OУ-5) olmasına yəqinlik hasil edilməlidir.

Bundan sonra mühərrik işə salınaraq yığılıcı aparatın hidravlik sistemi, habelə transportiyorların vəziyyəti yoxlanılmalıdır. Quru tozlu havadırsa, qoruyucu eynək taxmalı və sahədə elə vəziyyət seçilməlidir ki, külək həmişə işçinin üzünə vursun.

Şpindellərdə, transportiyorlarda və başqa hərəkətli hissələrdə yığım məhsullarının, bitki qalığının və s. yığılması nəticəsində tutulma alındıqda maşın dayandırılmalı, sürətlər qutusundan və reduktorun dəstəkləri neytral vəziyyətdə qoyularaq, mühərrik söndürüldükdən sonra tutulan hissələr ağac dəstəkli metal şotka, çəngəl və s. vasitələrlə təmizlənməlidir.

Yığılan məhsul boşaldılarkən maşın üfüqi vəziyyətdə saxlanmalı və bunker tədricən qaldırılmalıdır.

Maşının işçi orqanlarında hər hansı pozğunluq baş verdikdə, bu, yalnız maşın dayandırılıb hərəkətötürən qayış çıxarıldıqdan sonra, yardımçı avadanlıqla təmizlənib sazlanmalıdır.

Taxıl yığan kombaynlar daha mürəkkəb yığım maşınlarıdır, bunların idarə olunması kombaynçı vəsiqəsi olan ixtisaslı mexanizator kadırlarına tapşırıla bilər.

Kombayn işə hazırlanarkən kombaynçı mühərrikin qidalanma sistemindən yanacaq axmasını, hərəkətötürən qayış və zəncirlərin vəziyyətini, nizamlanmasını, hidravlik sistemin birləşmələrini, tormozları, sükan idarəsi mexanizmini, nərdivanların, məhəccərlərin, hərəkət ötürən hissələrin mühafizə örtüklərin vararlığını və etibarlı bərkidilməsini, habelə yanğına qarşı mübarizə avadanlığını, ilk yardım aptekçəsini, küləş sarınan yerləri təmizləmək üçün qarmağı, metal şotkanı, bunkerdən dəni itələ-mək üçün ağac kürəyi və s. yoxlamalıdır.

Sahədə işləyərkən yerin relyefi nəzərə alınmalı, yoxuşluğu 10-15°-dən artıq olan sahələrdə biçim yalnız dağ kombaynları ilə aparılmalıdır.

İş zamanı kombaynçı diqqətli olmalı, aqreqatın bütün mexanizmlərinin işini izləməli, maşın da qoyulan siqnalizasiya sisteminin işarələrinə diqqət yetirməlidir.

Sahədən elektrik xətti keçirsə, məftil ilə kombaynın ən yuxarı nöqtəsi arasındakı məsafə buraxıla bilən həddə olmalıdır.(2 metrdən az olmayaraq)

BİTKİÇİLİKDƏ ƏL ALƏTLƏRİ İLƏ İŞLƏRKƏN TƏHLÜKƏSİZLİK

QAYDALARI

Bitkicilikdə əl alətləri ilə işləyərkən hava şəraitinə uyğun olaraq işin başlama vaxtı, istirahət və işin sonu seçilməlidir.

Əl alətləri boya və fiziki imkana görə seçilməlidir. Alətlərə vaxtında xidmət edilməlidir; təmizləməli, çatışmazlıqlar aradan qaldırılmalı və itilənməlidir.

Alətin əl tutma yerləri möhkəm olmaqla çat olmamalıdır, cuzii çatışmazlıq əlləri yaralaya bilər. Nahar fasiləsində alətlər müəyyənləşdirilmiş yerə qoyulmalıdır ki, əl tutma yerləri çirklənməsin. Yaba, dırmıq və başqa bu kimi alətləri dişləri üstə çevrilmiş vəziyyətdə qoymaq olmaz.

Alətləri otluq yerlərdə, qotmaların (kiçik tayaların) içərisində gizlətmək olmaz.

İş zamanı bərk örtülü ayaqqabı geyilməlidir. Əl alətləri ilə işləyən zaman yaxınlıqda işləyənlərə nəzarət etmək lazımdır ki, onu travmaya məruz qoymayasan yaxud da ki, əksinə özün tarvma olmayasan.

Kəsən bağ alətləri ilə işləyən zaman birinci növbədə nəzərdə saxlamaq lazımdır ki, köş alət təhlükəlidir nəinki iti alətlər. Belə alətləri vaxraşırı olaraq itiləmək lazımdır.

Qruppa ilə işləyən zaman işçilər arası məsafə 10 m-dən bir qədər az olmalıdır. Ziyan verici və xəstəliklərə qarşı mübarizə məqsədilə, bəzən əllə çiləyicilərdən istifadə edilir. Hər bir çiləyicinin düzgün işləyən manometri olmalıdır, bu manometrin düzgün işləyib işləməməsi vaxtaşırı olaraq yoxlanmalıdır.

Bakın doldurulması onda təzyiq olmadıqda yerinə yetirilməlidir, bu zaman müəyyən edilmiş səviyyə saxlanılmalıdır.

Zəhərli qarışıqdan istifadə edildikdə fərdi mühafizə vasitələrindən istifadə edilməklə, şəxsi gigiyena qaydalarına ciddi əməl edilməlidir.

Bəzi hallarda at və öküzlərdən də kənd təsərrüfatının müxtəlif sahələrində istifadə edilir. Belə halda heyvanlarla işlədikdə onlarla xüsusi vərdişlər keçməklə sonra onlardan istifadə etmək olar.

прямоугольник 186 AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

AQRAR MÜHƏNDİSLİK FAKULTƏSİ

HƏYAT FƏALİYYƏTİNİN TƏHLÜKƏSİZLİYİ

Kafedrası

MÜHAZİRƏÇİ: DOSENT ƏVƏZİ ƏLİYEV OSMAN RƏHİM OĞLU

Muhazirə 13

Mövzu:

Ümumi təlabat.Yanma şəraiti, bina və tikililərin odadavamlılığı.



Odsöndürücü maddələr və texnikalar; su təchizatı. Yanğın xəbərdarlığı

sistemləri. İnsanların və kənd təssərüfatı obyektlərinin ildırımdan

mühafizəsi.

Mühazirənin Planı:

1.Ümumi məlumat. Yanğın profilaktikasının ümumi məsələləri,

yanğın, partlayış təhlükəsinə görə istehsalatın kateqoriyaları,

tikinti materiallarının, binaların və onların konstruksiyalarının alışması

və oda davamlılığı. Köçürmə yollarının və çıxışların hesabatı.

2.Yanğın söndürücü maddələr. İlk yanğınsöndürmə vasitələri,yanğına

qarşı su təchizatı, sprinkler və drençer qurğular.

3.Yanğın mühafizəsinin təşkili, dövlət yanğından mühafizə xidməti.

4.Təbii elektrik boşalmalarından mühafizə tədbirləri.

ƏDƏBİYYAT SİYAHISI

1.Həsənov B.A” Əmək mühafizəsi” Bakı Maarif. 1986-cı il

2.F.Ə. Əliyev.”Yanğın profilaktikasının əsasları” Gəncə-2000

3.F.Ə.Əliyev, S.Ş.Vəliyev “İstehsalat binaları və texniki qurğuların

ildırımdan mühafizəsi” – Gəncə -2002-ci il.
Gəncə-2017

YANĞINxüsusi müəyyənləşdirilməmiş, nəzarət edilməyən yerdə yanma, maddi ziyan verən kimi başa düşülməlidir.

Sahənin yanğın təhlükəsi (DÜİST 12.1.004-85-ə müvafiq olaraq “Yanğın təhlükəsi”) – bu sahənin vəziyyətindən asılı olaraq yanğının baş vermə ehtimalını və onun nəticələrini xarakterizə edir.

Sahənin yanğın təhlükəsizliyi (DÜİST 12.1.003-81-ə müvafiq)- bu sahənin elə vəziyyətidir ki, yanğının baş vermə ehtimalını nizamlamaqla, onun yayılmasını, yanğının zərərli amillərinin insanlara təsirini eyni zamanda qiymətli əşyaların mühafizəsini təmin edir.

Yanğının insan və heyvanlara təsir edən zərərli və təhlükəli amilləri (faktorları): açıq alov, ətraf mühitə maddələrin yüksək hərarəti, tüstü, hava (oksigen) qarışığının azalması;

partlayış zamanı - zərbə dalğasından uçan hissələrin və zərərli maddələrin olma-sından asılıdır.

Göstərilən amillərin təhlükəsi yanmanın davam etmə müddətindən (Tn) asılıdır.

Aşağıdakı (düsturla) təyin etmək olar:

saat

N – yanma maddənin miqdarı kq/m3,

V – yanma sürəti, kq/m3saat.

Əgər binada müxtəlif formada bərk və maye maddələr vardırsa, binanın sahəsinin Sn , pencərələrin sahələrinə So nisbəti 4...10 hüdudunda tapılır.



d1...dm – hər növ yanan maddənin miqdarı, kq/m2 .

n1 ... nm – maddənin yanma sürətini nəzərə alan əmsaldır: kq/m2 . saat (benzin –15, rezin- 35, avtomobillərin şini-40, ağac məlumatlar üçün 65 və s. qəbul edilir).


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə