Mühazirənin Planı: Giriş. Əmək müfazisəsi fənninin məzmunu və sosial-iqtisadi



Yüklə 0,77 Mb.
səhifə4/7
tarix26.04.2018
ölçüsü0,77 Mb.
#40202
növüMühazirə
1   2   3   4   5   6   7

 

 


4 nömrəli əlavə

İSTEHSALATDA BAŞ VERMIŞ BƏDBƏXT HADİSƏNİN TƏHQİQAT AKTININ TƏRTİB OLUNMASINA DAİR İZAHAT

______________________________________________________________________________

(müəssisənin tabeçiliyi üzrə yuxarı orqanın adı,

______________________________________________________________________________

zərərçəkənin iş yeri, peşəsi, vəzifəsi, soyadı, atasının adı)

 

“__”_______________ il tarixdə, saat _____ baş vermiş _________________________



______________________________________________________________________________

(xəsarətin növü və ya nəticəsi)

nəticələnmiş bədbəxt hadisənin (bədbəxt hadisə ilə nəticələnmiş qəzanın) 

прямоугольник 76AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

AQRAR MÜHƏNDİSLİK FAKULTƏSİ

HƏYAT FƏALİYYƏTİNİN TƏHLÜKƏSİZLİYİ

Kafedrası

MÜHAZİRƏÇİ: DOSENT ƏVƏZİ ƏLİYEV OSMAN RƏHİM OĞLU

Muhazirə 5

Mövzu:

İstehsalat,sanitariyasının,ümumi məsələləri,mokroiqlim şəraiti, onun göstəriciləri vənormalllaşdırılması



Mühazirənin Planı:

1.İstehsalat sanitariyası. İşçi sahədə mikroiqlim şəraiti onun

göstəriciləri və normallaşdırılması.

2. Mikroiqlimin insan orqanizminə təsiri. Orqanizmanın soyuqdəymə

və qızdırma xəstəliklərinin profilaktikası

3. İş yerlərində mikroiqlim şəraitinin təyini və hesablanması. Qızdırma

sistemləri.

ƏDƏBİYYAT SİYAHISI

1. Həsənov B.A “Əmək mühafizəsi” Bakı Maaarif. 1986-cı il.

2. Канарейов Ф.М и др. «Охрана труда» М. -1988-год.

3. İstehsalatda bədbəxt hadisələrin təhqiqi edilməsi və uçota

alınması. Bakı hüquq ədəbiyyatı. 1998-ci il.

Gəncə-2017

İstehsalat sanitariyası təşkilatı, gigenik, sanitar-texniki tədbirlər və vasitələr sistemi olmaqla işçilərə zərərli istehsalat faktorlarının təsirini öyrədir.

İstehsalat sanitariyasının başlıca vəzifəsi insanları istehsalat zərərlərinin təsirindən müdafiə etməkdir. Hansı ki, bu ona hava mühiti və ya bilavasitə əlaqədə olduqda göstərilir.

Mikroiqlim havanın temperaturu, təbii axım surəti, nisbi nəmliyi və barometrik təzyiqlə xarakterizə olunur.

Sanitariya norma və qaydalarına uyğun olaraq 16-22oS temperatur, 40-60% nisbi nəmlik şəraitində, havanın tərkibində azı 18% oksigen və onun sürəti 0,1-0,3 m/san olduqda insan özünü çox yaxşı hiss edir, əmək qabiliyyəti yüksək olur.

İş yerlərində mikroiqlim şəraiti işçinin özünü yaxşı hiss etməsinə, onun gördüyü işin təhlükəsizliyinə və əmək məhsuldarlığına böyük təsir göstərir.

Mikroiqlimin böyük hüdudda dəyişməsi insan orqanizminin həddən artıq soyumasına və ya qızmasına səbəb olur. Nisbi nəmliyin çoxluğu havanın yüksək temperaturunda orqanizmin istilik verməsini çətinləşdirir və əksinə, aşağı temperatura orqanizmin istilik verməsini çoxaldaraq onun həddən artıq soyumasına səbəb olur.

Yüksək temperatur və nisbi nəmliyin çox olması şəraitində orqanizm tərləyir, bu zaman su ilə bərabər orqanizmadan duz, C və D vitaminlərinin ixracı çoxalır, qan qatılaşır, zülallar parçalanır və s.

Beləliklə mikroiqlimin optimal parametrləri elə qiymətlərdir ki, bunlar insana uzun müddət təsir göstərdikdə orqanizmada funksional dəyişikliklər əmələ gəlmir. Mikroiqlimin parametrlərinə sanitar-gigiyenik tələbatlar işlənib hazırlanmışdır. Bu parametrlər

DÜİST 12.1.005-91-də “İşçi sahədə hava” qeyd olunmuşdur.

İstehsalat binalarında mikroiqlim parametrlərini müxtəlif vasitələrlə normallaşdırmaq mümkündür (Qızdırma, ventilyasiya sistemləri və s.)

Kənd təsərrüfatında bir çox işlər açıq hava şəraitində görülür. Belə hallarda mikroiqlimin parametrlərini nizamlamaq demək olar ki, mümkün olmur. Ona görə də kənd təsərrüfatı zəhmətkeşləri üçün daha təhlükəli mikroiqlim parametrlərinin (t-ra və başqa) hüdud qiymətlərdir ki, bunların təsirindən orqanizm həddən artıq qızır və ya soyuyur.

Tarlada işlədikdə gün vurması (36,5oS-dən artıq), quruducu maşınlarda işlədikdə isti vurması, qışın sərt soyuğunda donma və s. rast gəlinir ki, bu zaman orqanizmada müxtəlif dəyişikliklər baş verir (baş gicəllənmə, qusma, don olan hissədə ağarma və s.).

İsti vurmanın qarşısını almaq üçün fərdi mühafizə vasitələrindən xüsusi geyimdən, kaska, enli şlyapadan, gözlər üçün rəngli şüşəsi olan eynəkdən istifadə edilir.

Soyuqlamadan qorunmaq üçün xüsusi geyim, ayaqqabı və əlcəklərdən istifadə edilir.

Günvurma və ya istiyə düşmə hallarında həkimə müraciət edilməli, bu mümkün olmadıqda ilk yardım məqsədilə işçi sərin, gölgəli şəraitdə sərbəst uzadılmalı, bədəni sıxan geyim hissələri boşaldılmalı və işçinin sinəsi, alnı və sifəti gül suyunda və ya adi suda isladılmış parça ilə silinməlidir.

Mikroiqlim parametrləri dörd nömrəli laboratoriya işində hər tərəfli öyrənilərək təyin olunur.



İSTEHSALATBİNALARININQIZDIRILMASI (İSİDİLMƏSİ)

İstehsalat binalarinin qizdirilması orada havanın temperaturunu sanitar normaları səviyyəsində yəni normal iş şəraitində tələb olunan səviyyədə saxlamaq üçün tətbiq edilir.

Qızdırma iki növ olur: Yerli və mərkəzi qızdırma sistemləri.

Yerli qızdırma istehsalatda özüyeriyən maşınların kabinalarını və 500 m2-dan az sahəsi olan otaq və binaları qızdırmaq üçün tətbiq olunur. İstilik daşıyıcısı kimi su, buxar və ya havadan istifadə edilir.

Su və ya buxar xüsusi qazanlarda qızdırılır və borular vasitəsilə qızdırıcı cihazlara verilir (radiatorlara).

Otaqlara verilən isti hava isə əvvəlcə kaloriferlərdə isti su, buxar və ya elektriklə qızdırılır. Ona görə də qızdırılma sistemləri 4 üsulla su, buxar, hava ilə və kombinə edilmiş sürətdə yerinə yetirilir.

Qızdırma sistemi istehsalat binasının növündən (istehsalat, məişət) və bu binalarda işlədilən asan alışan qaz, toz, buxarlarının olub-olmamasından asılı olaraq seçilir.

İstehsalat binalarında ən çox istismarda təhlükəsiz və sadə quruluşlu olan su ilə qızdırmadan istifadə edilir.

Alçaq təzyiqli 70 kPa-a qədər su ilə qızdırılma zamanı, qızdırıcı cihaza daxil olan suyun temperaturu 85-95o S, çıxışda isə təxminən 65-75oS götürülür.

Buxarla qızdırmada isə bu 110o S olmalıdır. Su ilə qızdırma qazandan ən uzaqda yerləşən qızdırıcı cihaza qədər olan məsafə 50 m-dən az olduqda tətbiq olunur.

Bu zaman suyun radiatorlardan təbii sürətdə qazana (qızdırıcıya) qayıtması təmin olunur. Suyun təbii sürətdə dövür etməsi təmin olunmadıqda mərkəzdən qaçma tipli nasoslardan istifadə edilir.

Yüksək təzyiqli 70 kPa-dan yüksək təzyiqli sistemlərdə su ilə qızdırma suyu mexaniki hərəkət etdirən qapalı qurğudur.



BUXAR VƏ SU İLƏ QIZDIRMANIN HESABATI

Qızdırıcı sistemlər quraşdırıldıqda otaqlarda istilik itgisinin əvəz edilməsi nəzərə alınmalıdır.

İlin soyuq vaxtı binadakı istilik divarlar, tavan, döşəmə, eləcədə təbii və süni ventilyasiya vasitəsilə itir. Bundan başqa binaya daxil olan maşınlar və soyuq materiallarda istilik götürür.

Bəzi müəssisələrdə isti su və ya buxardan texnoloji məqsədlər üçün istifadə edilir. Belə hallarda da istilik itgisi yaranır.

Beləliklə ümumi istilik itgisinin aşağıdakı kimi hesablanır (Qüm).

Qüm = Qo + Qv + Qm + Qt ; Vt

Burada Qo – binanın xarici örtükdən istilik itgisidir (Vt).



Qv – ventilyasi vasitəsi ilə itirilən istilik itgisidir (Vt).

Qm – binaya daxil olan maşın və materialların qızmasına

sərf olunan istilik itgisidir (Vt).



Qt – texnoloji məqsədlərlə işlədilən su və ya buxarın

istilik itgisidir (Vt).



Qo = qoVx(td – tx) ..., Vt.

q0- binanın 1 m3 həcmini qızdırmaq üçün tələb olunan istiliyin miqdarıdır (buna binanın istilik xarakteristikası deyilir). Solyanov P.V.

səh 92. Cədvəl №10.

Kənd təsərrüfatı təmir emalatxanası üçün Vx = 5·103 m3 olduqda

qo = 0,65...0,75 Bt /m3C.

Vx=5...10·103 m3 olduqda qo=0,6...0,69 Vt/m3 S.

İdarə (inzibatı) binalar üçün qo=0,52...0,69 Vt/m3 S seçilir.



Vx – binanın xarici həcmidir, m3.

td – otağın daxili temperaturu olub yaşayış binaları üçün td=18...20oS.

İstehsalat binaları üçün td=15oS seçilir.



tx – ilin soyuq aylarında ən soyuq 5 günlükdə orta xarici temperaturudur. Solyanov səh 93 cəd. 11-dən seçilir.



Vb – binanın qızdırılan hissəsinin daxili həcmidir.., m3.

Qb – 1m3 havanın qızmasına gedən xüsusi istilik sərfi:- istehsalat binaları üçün qb= 0,9...1,5, inzibatı binalar üçün 0,7...0,9;, məişət binaları üçün 0,31...0,42Vtt/m3 S götürülür.



Ç – binaya daxil olan maşın və materialların kütləsi, kq.

K – maşın və materialların kütlə (həcm istilik tutumu; metallar üçün K=0,4 kC/kq·S qəbul edilir.

τ – maşın və ya materialların otaq temperaturuna qədər qızması üçün sərf olunan vaxt., saat.



Q – buxar və ya su sərfiyatı, kq/saat.

i – suyun, buxarın istilik tutumu kC/kq səh 94 cədvəl №12, sistemdəki təzyiq və temperatura uyğun olaraq seçilir.

ib – qazana qayıdan kondensatın istilik tutumu yenə həmin cədvəldən seçilir.

P – qaytarılan kondensatın miqdarı, % tam qayıtdıqda P=70% qəbul edilir.

Mərkəzləşdirilmiş qızdırma sistemi qızdırıcı cihazlarla-radiatorlarla təchiz olunur. Radiatorların ayrı-ayrı seksiyaları batareya şəklində yığılıb divarın aşağı hissəsində yerləşdirilir.

Radiatorların tələb olunan miqdarını hesablamaq üçün onların ümumi sahəsi aşağıdakı düsturla hesablanır.



Qüm – binada istilik itgisinin cəmi, Vt.

K – qızdırıcı cihazların divarlarından havaya verilən istilik əmsalı.

çuğun üçün ; k=7,4 Vt/m2 oS

polad üçün k=8,3 Vt/m2 oS

tdtç – radiatora daxil olan və çıxan suyun (buxarın) temperaturu, So.

tot – otağın temperaturu, So.

Füm – sahəsinə görə radiator batareyalarının seksiyalarının sayı nc -

təyin edilir.



ədəd

Fc – radiatorun tipindən asılı olaraq onun bir seksiyasının sahəsidir...m2.

Cədvəl 13 səh 95 seçilir.

M – 140 - 0,254 m2

HM – 150 - 0,254 m2

“Польза-6” - 0,460 m2

PD – 90 - 0,203 m2

PD – 26 – 0,205 m2

Təqribi olaraq illik isitmə (qızdırma) mövsümü üşün tələb olunan yanacağın miqdarını aşağıdakı tənliklə hesablamaq olar.



Q =qy Vн (tdax - txar); kq

qy - illik şərti yanacağ sərfi, qızdırılan binanın daxilində 1 m3 havanı 1 So qızdırmaq üçün kq/m3 So.

tdax – otağın daxili temperaturu So.

txar – xarici temperatura So.

VH – binanın xarici həcmi ...m3.

qy – binanın həcminə görə seçilir. (Soluyanov səh. 96 cəd 14).

Ümumi istilik itgisinə görə qızdırıcının istilik gücü tapılır.





прямоугольник 77AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

AQRAR MÜHƏNDİSLİK FAKULTƏSİ

HƏYAT FƏALİYYƏTİNİN TƏHLÜKƏSİZLİYİ

Kafedrası

MÜHAZİRƏÇİ: DOSENT ƏVƏZİ ƏLİYEV OSMAN RƏHİM OĞLU

Muhazirə 6

Mövzu:

Zərərli aqressiv maddələr. İstehsalat işıqlanması, səs-küy, titrəyiş, ultra və infrasəs mühafizə tədbirləri.



Mühazirənin Planı:

1. İşçi zonada zərərli maddələr və onların normallaşdırılması.

2. Ventilyasiya. Ventilyasiyanın növü, quruluşu (və hesabatı).

3.Havadəyişmənin təyini. Təbii ventilyasiya Havana

kondisionerləşdirilməsi.

.

ƏDƏBİYYAT SİYAHISI



1. Həsənov B.A “Əmək mühafizəsi” Bakı Maaarif. 1986-cı il.

2. Шкравак Владимир Степанович и др. «Охрана труда» М.-1989-

год.

3. Tağızadə T.H “Meliorasiya təsərrüfatında əməyin mühafizəsi” Bakı



Maarif -1990-cı il.

Gəncə-2017

Təmiz sağlam, təzə hava qazlar qarışığından ibarətdir ki, onun təqribi kimyəvi tərkibi aşağıdakı kimidir:

Azot . . . . . . . . . . . . . . . . . . . . . . . . . 77%

Oksigen . . . . . . . . . . . . . . . . . . . . . . 21%

Karbon və başqa aktiv qazlar . . . . . . 1%

Təsirsiz qazlar (arqon, neon və b) . . .1%

Lakin istehsalatda nadir hallarda hava yuxarıda qeyd edilən təbii tərkibdə olur. Əksər texnoloji proseslər zərərli maddələrin ayrılması ilə gedir ki, bunlarda toz, qaz və buxar halında olurlar.

Müxtəlif zərərli istehsalat amilləri işçilərə müxtəlif formada təsir göstərir və onların qiymətinin buraxıla bilən normadan kənara çıxması işçilərin əmək qabiliyyətinin dəyişilməsinə və xəstəliklərə səbəb olur.

DÜİST 12.1.007-76-ya görə bütün zərərli maddələr insan orqanizminə təsir etmə dərəcəsinə görə aşağıdakı 4 təhlükəli sinifə bölünür.

1– maddə son dərəcə təhlükəlidir.

2 – maddə yüksək dərəcəli təhlükəlidir.

3 – maddə orta _______” ________.

4 – maddə az _______” _________.

Yuxarıda göstərilən təhlükəlilik dərəcəsinə uyğun siniflərdən asılı olaraq işçi zonadakı havada olan zərərli maddələrin qarşığının buraxıla bilən hüdud (BBH) qiymətləri aşağıdakı kimidir:

1 – ci sinif üçün < 0,1 mq/m3

2 – ci sinif üçün 0,1...1,0 mq/m3

3 – cü sinif üçün 1,1...10 mq/m3

4 – cü sinif üçün > 10 mq/m3

Mədəyə keçən zaman orta öldürücü miqdar (maddənin orta öldürücü miqdarı (dozası) dedikdə: bu doza mədəyə keçən zaman yaxud, dəriyə tökülən zaman canlının birdəfədə 50%-nin ölümü deməkdir).

1 – ci sinif üçün < 15 mq/kq (hər çəki etibarı ilə)

2 – ci sinif üçün 15...150 mq/kq

3 – cü sinif üçün 151...5000 mq/kq

4 – cü sinif üçün > 5000 mq/kq

Zərərli maddələr işçi sahənin havasını bir çox işləri yerinə yetirdikdə çirkləyir. Belə ki, mexanizatorun, sürücünün işçi sahəsində toz, mühərrikin ixrac qazları, neft məhsullarının buxarı, qazlar, buxarlar, zəhərli kimyəvi maddələrin və kübrələrin aerozolları və s. ola bilər. Bioloji proseslərin nəticəsində heyvandarlıq fermalarında peyinin keçdiyi yerlərdən amanyak (NH3) kükürd (SO2) və başqa qazlar ayrılır. Zərərli qazlar eyni zamanda üzümün və başqa üzvü maddələrin də qıcqırdılmasında ayrılır. (çaxır və s). Kənd təsərrüfatı ziyanverici və xəstəliklərinə qarşı mübarizə məqsədilə müxtəlif zəhərli maddələrdən istifadə olunur. Bunların sırasına mineral kübrələr və 150 müxtəlif adda zəhərli kimyəvi maddələr daxildir.

Bir sıra zərərli maddələrin müəyyən tərkibli qarışıqları partlayış yarada bilir.

Misal üçün ammonyak buxarının 16...27%-li, benzinin isə 0,76...5,03%-li qarışığı partlayış yaradır.

İstehsalat zərərləri insan orqanizminə nəfəs yolu, mədə-bağırsaq (yemək vasitəsilə), zədələnmiş bəzən zədələnməmiş dəri vasitəsilə təsir göstərə bilər.

Uzun müddət yüksək normada zəhərli maddələrin (qurğuşun, civə) təsiri xroniki peşə zəhərlənmələrinə, daha böyük normada isə kəskin zəhərlənmələrə səbəb olur.

Ciyərlərin tənəffüs alma sahəsi 100 m2 sahəni təşkil edir. Bu sahə vasitəsilə uçan maddələr hava ilə birlikdə asanlıqla qana sovrulur və böyük qan dövranına keçir, bunun təsir qüvvəsi orqanizmə başqa yolla daxil olan maddələrin təsir qüvvəsindən 20 dəfə güclü və tez olur.

Avtomobil benzini otaq temperaturunda 1 m2 sahədən 400 q/saat buxarlanma verir. Benzinin qarışığı 3-4 q/m3 olduqda 2...3 dəqiqədən sonra öskürmə yaradır, göz yaşarır, dayanaqsız hərəkət alınır. 30...40 q/m3 tərkibli qarışıq 3...4 dəfə nəfəs aldıqda zəhərlənmə yaradır ağılın itməsi ilə özünü göstərir.

Beləliklə kənd təsərrüfatı istehsalatında zərərli maddələr olan yerlərdə işçilərin xəstələnmələrinin, zəhərlənmələrinin və baş verə biləcək travmaların qarşısını almaq üçün kompleks tədbirlər planı hazırlamaq lazımdır.

Bunlardan ən başlıcası işçi zonada zəhərli maddələrin buraxıla bilən hüdud qiymətlərini müəyyən etməkdən ibarətdir.

Zərərli maddələrin buraxıla bilən hüdud qiymətlərinin müəyyən edilməsi vacib dövlət əhəmiyyətli işdir.

Bu məsələnin həlli DÜİST 12.1.005-76-ya müqafiq olaraq 700-dən artıq maddə üçün müəyyən edilmişdir.

Eyni vaxtda işçi sahədə bir neçə zərərli maddələrin təsirinin, onların buraxıla bilən hüdud qiymətlərinə nisbətlərinin cəmi aşağıdakı tənlikdə göstərilən formada olmalıdır.



B1; B2; B3; ....; Bn zərərli maddələrin faktiki qiymətlərini,

BBH1; BBH2; BBH3; …; BBHn ayrı-ayrılıqda həmin maddələrin hər birinin müvafiq olaraq buraxıla bilən hüdud qiymətlərini göstərir. DÜİST 12.1.007-76-da işçi zonada zərərli maddələrə nəzarətin saxlanılma tələbləri göstərilmişdir.

1 – ci sinifə aid olan zərərli maddələrə fasiləsiz olaraq özüyazan, buraxıla bilən hüdud qiymət artdıqda siqnal verən xüsusi cihazla nəzarət edilməlidir.

2, 3 və 4–cü sinifə aid olan zərərli qarışıqlara isə vaxtaşırı olaraq yoxlamaqla nəzarət edilməlidir.

İSTEHSALAT VENTİLYASİYASI

İstehsalat ventilyasiyası – DÜİST 12.1.005-76-nın tələblərinə uyğun olaraq normal mikroiqlim şəraiti yaratmaq üçün binada yaranan artıq isti, nəmlik, toz, zərərli qazları və buxarları xaric etməkdən ibarətdir.

Binada havanın pəncərələr, xüsusi kanallar vasitəsilə yaranan temperaturlar fərqinə və təzyiqə görə dəyişmək mümkündür. Belə ventilyasiyaya təbii ventilyasiya və ya aepatsiya deyirlər.

Daha effektlisi süni mexaniki ventilyasiyadır ki, buda xüsusi ventilyatorlarla yaradılır.

Təbii və süni ventilyatorların birlikdə tətbiqi qarışıq ventilyasiya sistemi yaradır.

Ventilyasiya qurğuları binaya təmiz havanı verə bilər və yaxud əksinə binadan sovurub (çəkib) çıxara bilər, yaxud hər ikisini eyni zamanda yerinə yetirə bilər.

Təsir etmə sahəsinə görə ventilyasiya ümumidəyişdirən və yaxud yerli (müəyyən iş sahəsi üçün) ola bilər.

Binadan sovrulmuş çikli hava çölə verildikdə küləyin istiqaməti nəzərə alınmalıdır ki, başqa yaşayış binalarına iş yerlərinə mənfi təsir göstərməsin.

Bəzi istehsalat sahələrində hansı ki, böyük miqdarda zərərli və partlayış təhlükəli maddələr ayrıla bilir belə yerlərdə xüsusi təyinatlı ventilyasiya qurğuları əlavə olaraq quraşdırılır.



HAVADƏYİŞMƏNİN TƏYİNİ

Binada hava mübadiləsi aşağıdakı düsturla təyin edilir.

W = ni Wo

ni – işçilərin sayı

Wo – bir işçiyə tələb olunan havanın miqdarı.

Əgər bir işçiyə düşən sahə < 20m3 olarsa Wo = 30 m3/saat, əgər sahə >20m3 olarsa Wo = 20 m3/saat qəbul edilir.

Ventilyasiya zərərli qazlarla və yaxud tozlarla mübarizə məqsədi ilə qurularsa dəyişdirilməsi lazım gələn həcim aşağıdakı kimi təyin edilir.



Bq.t – binada ayrılan zərərli maddələrin miqdarı; mq/saat.

Bd – binanın daxilində zərərli maddələrin buraxıla bilən

hüdud qiyməti mq/m3.



Bv – binaya verilən havada olan zərərli maddələrin miqdarı mq/m3.

Rəngləmə işlərində ayrılan zərərli buxar və məhlulların miqdarı.





S – rənglənən məmulatın sahəsi m2.

m2 – rəngdən uçub ayrılan məhlulun hissəsi -%-lə.

qr – 1m2 sahəni rəngləmək üçün lazım olan rəngin miqdarı püsgürmə ilə qr=60...90 q/m2 əl ilə qr = 100...180 q/m2 qəbul edilir.

Daxili yanma mühərriklərinin işləməsində ayrılan zərərli maddələr (karbon qazı, azot, aldehidlər) miqdarı aşağıdakı tənliklə təyin edilir.





A1B1 bərabərlik əmsallarıdır karbüratorlu mühərriklərdə (A1 və B1) A1=9 , B1 =12 dizel mühərrikdə A1=160; B1 =13,5 qəbul edilir.

Vs – mühərrikin silindirinin işçi həcmidir - .

qo –işlənmiş qazlarda zərərli maddələrin pay həcmi (karburatorlu mühərrik. C qazı 4...6% dizel mühərriki 0,005...0,07%, azot 0,007...0,0009%, aldehidlər 0,035...0,05% - götürülür).

t – mühərrikin işləmə vaxtıdır.

Bir sıra istehsalat binalarında istilik ayrılır (dəmirçixana, yem sexləri, istilik xana və s).


Ayrılan istiliyi xaric etmək üçün




Qiz – binada ayrılan artıq istiliyin miqdarı KC/saat

C – quru havanın istilik tutumu KC/kq C=1 qəbul edilir.

ρvn – daxil olan havanın xüsusi çəkisidir kq/m3.

tda – binanın daxilində sanitariya normalarına görə temperaturu; oS.

txa –xarici havanın hesabat temperaturu; oS.


1 – hava qəbuledən; 2 – hava ötürən; 3 – filtir (süzgəc);

4 – kalorifer (qızdırıcı); 5 - mərkəzdən qaçma tipli ventilyator;

6 – hava verən deşiklər; 7 – sovurucu deşiklər;

8 – nizamlayıcı klapan; 9 – havanı çıxarıb atan qurğu;

10 – hava ötürən resirkulyasiya edən; 11 – bina.



TƏBİİ VENTİLYASİYA

Sanitariya qaydalarına uyğun olaraq bütün binalarda təbii ventilyasiya məsələ-ləri nəzərə alınmalıdır. Təbii olaraq binada havanın hərəkəti onun sıxlıqları fərqinə eyni zamanda xarici havanın təzyiqi fərqi hesabına küləyin əksi istiqamətində və külək istiqamətində binaya tərəf baş verir.



a) ilin isti fəsili üçün b) ilin soyuq fəsili üçün

Təbii ventilyasiya binada qoyulmuş sovurucu (çıxarıcı) kanallar, fortoçka və başqa keçidlər vasitəsilə baş verir. Təbii ventilyasiya isti sexlərdə yaranan artıq temperaturu xaric etmək üçün daha güclü vasitə hesab edilir. Bu ventelyasiyanın çatışmazlığı xarici havanın temperaturundan, küləyin gücündən və istiqamətindən asılıdır.

TN və Q II –33 –75 müvafiq olaraq isti mövsümlərdə havanın təbii ventilyasiya vasitəsilə verilməsinə baxılır ki, poldan (döşəmədən) 0,3 m-dən aşağı və 1,8 m-dən yuxarı, soyuq mövsümdə 4 m-dən aşağı olmamalıdır.

Daxili və xarici havanın sıxlıqları fərqindən asılı olaraq havada təzyiq düşgüsü yaranır və bu havanın hərəkətini təmin edir:

Təzyiq düşgüsü Hт aşağıdakı kimi hesablanır:





hn – daxil olan və ixrac edilənlərin mərkəzləri arası hündürlük, m;

ρBHρBB – xarici və binanın daxili havalarının sıxlığı; kq/m3.

Binada aerasiyanın nizamlamaq üçün qəbul edici və çıxarıcı kanalların olması vacibdir.

Təbii ventilyasiyada sovurucu (çıxarıcı) qurğuların parametrlərinin əsas hesabatı aşağıdakı ardıcıllıqla aparılır.

1) hava mübadiləsinin (hava dəyişmənin) təyini



2) havanın sıxlığı: - daxili ρBB və binadan xaricdə ρBH aşağıdakı formulalarla təyin edilir:





tBB ; tВН - binanın içərisində (daxilində) və xaricdə havanın temperaturu.

3) kanal və ya qəbuledicidə hava selinin (natok) sürəti hesablanır.





ψc – kanalda havanın müqavimətini nəzərə alan əmsaldır (ψc=0,5).

4) sovurucu kanalın ümumi sahəsi tapılır (m2).





W – lazım olan hava mübadiləsi.

5) sovurucu qurğuların sayı müəyyənləşdirilir.





fo – sovurucu kanalın kəsiyinin sahəsi; m2.

Deflektorun patrubkasının diametri aşağıdakı tənliklə hesablanır.



прямая соединительная линия 79прямая соединительная линия 80прямая соединительная линия 82прямая соединительная линия 81////////////////

/

D



Wd – deflektorun məhsuldarlığı m3/saat

σd – deflektorun patrubkasında havanın sürəti; m/san.

Bir deflektorun məhsuldarlığı aşağıdakı tənliklə hesablanır.





W – verilmiş hava mübadiləsi; m3/saat;

nd - deflektorların sayı

σd – deflektorda havanın sürəti aşağıdakı kimi təyin edilir.



σv – küləyin sürətidir. m/san.

HAVANIN KONDİSİONERLƏŞDİRİLMƏSİ


Binalarda optimal (komfort) meteoroloji şərait yaratmaq üçün ventilyasiya sistemi tələbatı ödəmir, çünki o eyni vaxtda bütün parametrləri buraxılabilən səviyyədə saxlaya bilmir. Bu məqsədlə kondisionerlərdən istifadə edilir. Onlar verilmiş hüdudlarda havanın temperaturunu, nəmliyini, hərəkətini, təmizliyini avtomatik sürətdə nizamlayır və bundan başqa onu ozonlaşdıra, ionlaşdıra da bilir. İnzibatıi və yaşayış binalarında mikroiqlimi nizamlamaq üçün БК-1500 və БК-2500, 2000 və БК-2000T markalı məişət kondisionerlərindən istifadə edilir ki, bunlarda uyğun olaraq 25m2 və 35 m2 sahəsi olan otaqları təmin edə bilərlər. Bu kondisionerlər həm də ventilyator vəziyyətində (rejimində) işləyərək otağın havasının xarici hava ilə əvəz edə bilirlər.

Hazırda xarici ölkələrdə hazırlanan yüksək keyfiyyətli müxtəlif markalı kondisionerlərdən geniş istifadə edilir. Həmin kondisionerlər yay fəslində sərinləşdirici, qış fəslində isə qızdırıcı kimi istifadə edilir.

Binalarda yerləşdirilmələri də ayrı-ayrı otaqlar üçün və ya ümumi mərkəzləşdirilmiş formada tətbiq edilir.

Təyinatından asılı olaraq təsərrüfatlarda pestisidləri yalnız xüsusi tikilmiş (типовой) və ya uyğunlaşdırılmış ambarlarda saxlamağa icazə verilir. Bu ambarlar əvvəlcə sanitar qulluğu işçiləri tərəfindən nəzərdən keçirilib onlara sanitar pasportu tərtib edilməlidir.



Ambar iki şöbədən ibarət olmalıdır: - pestisidlər saxlanan və buraxılan şöbə və kiçik köməkçi şöbə burada fərdi mühafizə vasitələri (ФМВ), su, sabun, məhrəba və apteçka olmalıdır. Ambarda aynalar, fortoçka, rəflər olmalıdır. Yaxınlıqda köməkçi şöbədə yuyunma üçün yer olmalıdır.

Pestisidlər saxlanan ambarlar, yaşayış binalarından, heyvandarlıq və yaxud quşçuluq komplekslərindən, su hövzələrindən azı 200 m məsafədə tikilməlidir.

Pestisidlərlə hamilə və südəmər uşağı olan qadınların, 18 yaşına çatmamış yeniyetmələrin işləməsinə icazə verilmir.

Yanğından mübarizə məqsədilə ambarın yaxınlığında qumla dolu yeşik, su çəni, odsöndürənlər, və üzərində yanğın söndürmə alətləri asılmış şitlər olmalıdır.

Ambar daxilində pestisidlər toksikiliyinə və alışma xüsusiyyətlərinə görə ayrı-ayrılıqda yerləşdirilməlidir.

Pestisidlər yaxşı bağlanmış möhkəm taralarda saxlanılmalı və nəql etdirilməlidir. Taraların üzərində yuyulmayan rəng ilə yazılmış etiketkalar olmalıdır. Etiketikada pestisidin adı, qurupu, kütləsi, işarəsi, partiya nömrəsi, hazırlanma tarixi, standart nömrəsi, “Yanğın təhlükəlidir”, “Partlayış təhlükəlidir” sözləri yazılmalıdır. Bundan başqa taraların üzərində pestisidlərin quruplarını xəbərdar edici zolaqlar çəkilməlidir: qırmızı - herbisidlər üçün;

ağ - defoliantlar; qara - insektisidlər;

yaşıl - funqisidlər; -və sarı-zooisidlər və s.

herbisidlər - alaq otlarını tələf etmək üçün

defoliantlar - yarpağı tökmək üçün

funqisidlər - köbələk tüfeylilərini məhv edən

insektisidlər - həşaratları qıran per-lar.

zooisidlər – gəmiriciləri qıran və s.

Pestisidlər ancaq bu məqsəd üçün qabaqcadan xüsusi avadanlıqlaşdırılmış nəqliyyat vasitələrində daşınmalıdır. Bu nəqliyyat vasitələrinin banının yanında müvafiq xəbərdar edici nişanlar olmalıdır.

Yükü müşayət edən şəxslərə papiros çəkmək qadağan edilir, onlar əleyhiqazla təmin edilməlidirlər. Pestisidlər daşındıqdan sonra nəqliyyat vasitələri təmizlənib zərərsizləşdirilməlidir.

SƏS-KÜY VƏ TİTRƏYİŞ, ONLARIN

NORMALLAŞDIRILMASI.

Səs-küy insanın eşitmə orqanları tərəfindən qəbul edilən müxtəlif gücə və tezliyə malik olan qarışıq səslər yığımıdır.

Səs - elastik mühit hissəciklərinin (hava, su və s.) dalğavari titrəyişli hərəkətdir. Səsi yaradan rəqs eyləyən cisimlərdir. Səs-küyün uzun müddətli təsirindən insanda baş-ağrısı, baş gicəllənməsi, əsəb və ürək damar sisteminin xəstələnməsi, ağır eşitmə və mədə-bağırsaq sisteminin normal işinin pozulması əmələ gəlir. Daima səs-küylü şəraitdə işləyən adamlarda tez yorulma, reaksiya sürətinin azalması, yaddaşın zəifləməsi müşahidə olunur.

İnsan qulağı tezliyi 16(20)-dən 20000 hs-ə qədər olan səsləri qəbul edir. 16 (20) hs-ə qədər olan infrasəsləri və 20000 hs-dən çox olan ultra səsləri eşitmir.

Səsin yayılma sürəti 20oS temperaturada normal atmosfer təzyiqində havada 344 m/san, suda-1500 m/san; ağacda-3500 m/san; poladda-5000m/san; şüşədə-5200 m/san-dir.

Səsin eşidilmə intervalı tezliyə görə üç qrupa bölünür, aşağı tezlikli (350 hs-ə qədər), orta tezlikli (350...800 hs-ə qədər) və yüksək tezlikli (800 hs-dən artıq). (1 dina/cm2 = 0,1 Pa və 1 Pa = 1 N/m2 1 dn/sm2 = 1 bar.)

İnsan qulağı ən çox tezliyi 800...4000 hs olan səsləri yaxşı eşidilir. (Yuvarlaq olaraq 1000...5000 hc tezlikli, səs təzyiqi Po=2·10-5Pa. Səs intensivliyi İ-10-12 Vt/m2 – səsin eşidilmə astanası deyilir.) Səs-küy normallaşdırdıqda 1000 hc-i etalon kimi qəbul edilir.

Səs-küydən havanın titrəyişi atmosfer təzyiqindən fərqli təzyiq yaradır. Bu təzyiqlə atmosfer təzyiqi arasındakı fərqə səs təzyiqi deyilir. (Pa) paskal adlanır.

Səsin ağrı hiss olunma astanasında təzyiq p = 2·108 Pa, intensivlik



I = 102 Vt/m2 olur.

İnsanın eşitmə orqanları səsin mütləq dəyişməsini yox, ancaq səs intensivliyinin və ya təzyiqinin nisbi artmasını və ya azalmasını hiss edir. Yəni insanın qulağının hissiyatı səs enerjisi təsirinin mütləq dəyişməsi ilə yox, onun loqariflik dəyişməsi ilə mütənasibdir.

Səs enerjisinin 10 dəfə artmasını qulaq səsin gurluğunun 2 dəfə artması kimi hiss edir.

Buna görə də səs-küyü qiymətləndirmək üçün bilavasitə səsin intensivliyi və ya təzyiqi yox səs səviyyəsi Ladan istifadə olunur. Səs-küyün intensivlik səviyyəsini ölçmək üçün loqarifmik şkaladan (Bel və ya desibel) şkaladan istifadə edilir.

Səs səviyyəsi aşağıdakı düsturla təyin edilir: (təzyiq səviyyəsi).

La = 20 lg

burada P1 – səsin faktiki təzyiqi;



Po – səsin başlanğıc təzyiqidir (səs eşidilməyə

başladıqda 1000 hc tezlikdə onun təzyiqi po=2·10-5 Pa.

Səsin eşidilmə başlanğıcında Io = 10-12 Vt/m2 intensivlik səviyyəsi (Lİ) şərti olaraq “O” Bel (Б) qəbul edilmişdir.

Səs intensivliyi 10 dəfə artdıqda I = 10-11 Vt/m2 onun səviyyəsi

Ly = 1Б (Ly = lg10=1Б )-ə çatır.

İnsanın qulağı səsin intensivliyinin 0,1Б, yəni 1dБ dəyişməsini hiss edə bilir.

Beləliklə loqariflik şkaladan istifadə edilsə, səsin intensivlik səviyyəsi I = 10-8 Vt/m2 olduqda:

Onda səsin intensivlik səviyyəsi aşağıdakı formula ilə hesablanır:



Səsin zəifləməsi aşağıdakı tənliklə təyin olunur.





Ultra səs: - sənayedə maşın hissələrini təmizləmək üçün, kənd təsərrüfatında sə-pindən qabaq toxumları emal etmək üçün, təbabətdə duz yığılmasın deyə naftalanla birlikdə qəbul edilir.

Ultrasəsin təsirindən insanda baş ağrısı. əsəb sistemində pozğunluqlar və s. baş verdiyindən ultrasəs qurğularına birbaşa toxunmağa icazə verilmir. Belə qurğular insanlar olan otaqlardan izolə edilməlidir. Bundan başqa ultrasəslə işlədikdə ultrasəs qurğularını müəyyən məsafədən idarə etmək lazımdır.

İşçi tezliyi artırmaqla (7 Vt/m2 –a qədər) ultrasəsin əmələ gəlmə mənbəində şüalanma enerjisini azaltmaq;

İşçilərə mühafizə tədbirləri haqqında təlimat keçmək və s. profilaktiki tədbirlər aiddir.

İnfrasəs – 16 hs-dən aşağı tezlikdə səslər dəniz dalğaları, vulkanlar, zəlzələ və s. vasitələrlə generasiya olunur. İstehsalatda belə səslər kompressorlar, dizel turbinləri ventilyatorlar və s. işlədikdə əmələ gəlirlər. Aşağı tezlikli titrəyişin (infrasəs) təsiri nəticəsində insanda yorğunluq baş ağrısı, yuxusuzluq və s. baş verir. İnfrasəsi ölçmək üçün KUM-67 markalı mikrafon və cihazlardan istifadə edilir. İnfrasəs tam öyrənilməyib, normaları müəyyənləşdirilməyib.

İnfrasəslə mübarizə tədbirləri aşağıdakılardır:

- onun mənbədə azaldılması; - infrasəsin udulması;-

İnfrasəsin izolə edilməsi; - fərdi mühafizə vasitələr

SƏS – KÜYÜN NORMALLAŞDIRILMASI VƏ ÖLÇÜLMƏSİ:

Səs küyün intensivliyi və onun başqa xarakteristikası

DÜİST 12.1.003-83 ilə nizamlanır. Adi danışıq 40 dБ səs səviyyəsi yaradır, yaxından keçən yük avtomobili isə 105...110 dБ yaradır.

80 dБ- dən çox səs-küyə insan çətinliklə dözür.

120 dБ- dən artıq səs-küy insanın beynini zədələyir.

İstehsalatda səs-küyün səviyyəsinin aşağıdakı buraxıla bilən hüdutları (BBH) təyin olunmuşdur.

90...100 dБ- yuxarı tezlikli səs-küy üçün

85...90 dБ- orta tezlikli səs-küy üçün

75...85 dБ- aşağı tezlikli səs-küy üçün.

Səs küyün səviyyəsi “Şum-1”- xüsusi priborla ölçülür.

ИШB-1- səsi və titrəyişi ölçür.

Xarici cihazlar içərisində “Брюль и Кьер” və “RFT” firmalarının istehsal etdikləri səs ölçənlər xüsusilə fərqlənirlər.

Səs-küylə mübarizə tədbirləri – 3 qrupa bölünürlər.



  • səs-küyün əmələ gəlmə mənbəyini ləğv etmək;

  • səs-küyü onun yayıldığı yolda ləğv etmək;

  • FMV (fərdi mühaf. Vas.) istifadə etmək.

Traktor, kombayn və başqa kənd təsərrüfatı maşınlarının sürücülərini səs-küydən mühafizə etmək üçün mühərrikin ixrac borusunda səsbatıran qoyulur və kabina möhkəm səsdən izolə edilir.

Səs batıranın həcmi 4 taktlı dizellər üçün aşağıdakı düsturla hesablanır.

Vsəs=

burada k = 5·103...5·104 götürülür səsbatırma dərəcəsidir.

S – porşenin yolu; n – dirsəkli valın dövürlər sayı; i – silindirlərin sayıdır.

Səsbatıranın uzunluğu aşağıdakı düsturla təyin edilir:



Burada Dx – səs batıranın xarici diametridir. Çox səs-küylü qurğular səs-küydən qoruyucu örtüklə izolə edilirlər.

Səs küydən mühafizə üçün fərdi mühafizə vasitələri aşağıdakılardır: tıxaclar, “Беруши”, BHИИOT-2, qulaqlıqları, şlyamları və s.

Titrəyiş: - Maşın və avadanlığın ayrı-ayrı elastik hissələrinin titrəyişinə deyilir. Titrəyişin intensivliyi (çoxluğu) onun amplituda və tezliyindən asılıdır. Titrəyişin sürətini orta kvadratik qiyməti aşağıdakı düsturla hesablanır.

Burada - sürətin ölçülmüş orta kvadratik qiymətidir; mm/san.

5·10-5 – titrəyiş sürətinin başlanğıc qiymətidir. Titrəyiş BP-1 markalı əl vibrometri və ИШB-1 cihazı ilə ölçülür. Titrəyişdən mühafizə tədbirləri səs-küydən mühafizə tədbirləri ilə oxşardır, elastik araqatlar qoymaq, fərdi mühafizə vasitəsi kimi titrəyiş qoruyucu ayaqqabıdan istifadə etmək və s.

прямоугольник 101AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

AQRAR MÜHƏNDİSLİK FAKULTƏSİ

HƏYAT FƏALİYYƏTİNİN TƏHLÜKƏSİZLİYİ

Kafedrası

MÜHAZİRƏÇİ: DOSENT ƏVƏZİ ƏLİYEV OSMAN RƏHİM OĞLU

Muhazirə 7

Mövzu:

Fiziki və pisxoloji gərginlik, ionlaşdırıcı və elektromaqnit şüalanma.



Müəssisənin, tikintinin, binaların və başqa obyektlərin yerləşdirilməsi.

Mühafizə vasitələri.

Mühazirənin Planı:

1. Kənd təsərrüfatında zərərli şüalanmaların mənbələri, ultrabənövşəyi,

infraqırmızı, ionlaşdırılmış elektromaqnit və radioaktiv şüaların insan

orqanizminə təsiri. Buraxıla bilən səviyyə. Şüalanma mənbəyi olan

sahələrdə işin təşkili.

2. İşıqlanmanın insanın sağlamlığına və işləmək qabiliyyətinə təsiri.

İşıqlanmanın sinifləri və əsas təlabat. Təbii, süni və qarışıq işıqlanma.

3. İşıqlanmanın qiymətləndirmə üsul və vasitələri. İstehsalat binalarının,

mobil maşınların işçi sahələrinin, işçi meydançaların işıqlandırılması.

İşıqlandırıcı qurğuların istismarı, pəncərə və işıq qəbulediciləri

4. Kənd təsərrüfatı müəssisə və sahələrinin layihələndirilməsinə

sanitar tikinti norma və qaydalarına təlabat. DÜİST 12.4.011-75-ə

müvafiq olaraq zərərli və təhlükəli istehsalat amillərindən kollektiv və

fərdi mühafizə vasitələrinin sinifləri.

ƏDƏBİYYAT SİYAHISI

1. Tağızadə T.H “Meliorasiya təsərrüfatında əməyin mühafizəsi” Bakı

Maarif -1990-cı il.

2. Həsənov B.A “Əmək mühafizəsi” Bakı Maaarif. 1986-cı il.

3. Солуйанов Равел Василйевич и др. «Охрана труда» М. -1977-год.

Gəncə-2017



ÜMUMİ MƏLUMAT:

İnkişaf etmiş kənd təsərrüfatı və sənayedə yaranmış yeni texnoloji proseslərdə: yüksək və daha yüksək tezlikli radiotezlikli elektromaqnit sahələrdən, heyvandarlığın sənaye əsasına keçməsi ilə əlaqədar olaraq işıq şüalanmasından (infraqırmızı və ultrabənövşəyi); ionlaşdırıcı şüalanmadan (hansı ki, bu mühitin ionlaşdırılmasına zəhərlənmiş atom və ya molekul ionları yaradır) geniş istifadə olunur.

Canlı orqanizmaların və insanların yuxarıda göstərilən zərərli faktorların təsirindən müdafiə edilməsi üçün elim və istehsalat daima yeni-yeni effektli tədbirlər işləyib hazırlayırlar.



İONLAŞDIRICI ŞÜALANMA:

İonlaşdırıcı şüalanmalara korpuskulyar (alfa, beta, neytron) və elektromaqnit (qamma, rentgen) şüalanmalar aiddir. Bunlar müəyyən maddələrə təsir etdikdə onda zərərli atom və molekular daha doğrusu ionlar yaradırlar.

Kənd təsərrüfatında ziyanverici və xəstəliklərlə mübarizə məqsədi ilə, yemək məhsullarının sterilləşdirilməsində, elmi axtarışlarda və başqa sahələrdə radioaktiv şüalandırıcı maddələrdən istifadə edirlər. Radioaktiv şüalar, bioloji sahəyə (canlı sahəyə) təsir edir, zəhərlənmiş hissələr yaradır, sərbəst elektronlar atomlara toxunma zamanı onları ionlaşdırır, molekulaların quruluşunda dəyişikliklər yaradır, molekulyar əlaqəni dağıdır və hüceyrəni məhv edir.

İnsanlarda bu mərkəzi sinir sisteminin, qan dövranının, daxili sekresiya vəzlərinin pozulmasına, biokimyəvi proseslərin yaranmasına səbəb olur.

Redioaktiv şüalanma mənbələrindən istifadə edilməsinə nəzarət sanitariya qaydalarına müvafiq olaraq aparılmalıdır.



İonlaşdırıcı şüalandırma mənbələrində işləyən işçilərin şüalanma dərəcəsi 0,8 MKP/san (mikrorentgen 1 saniyədə), yaxud 2,8 MR/saat (millirentgen saat) və yaxud 17 MR/6 saat (millirentgen növbə) olmalıdır. Yer üzərində təbii fon üzrə şüalanma dərəcəsi 0,003-dən 0,025 MR/saat arasında olmalıdır.

Fon layihələnməsində 0,01 MR/saat qəbul edirlər. Sİ (система измерения) sistemində ölçü vahidi olaraq söndürücü norma “qrey” adlanır Qr yazılır Qr = C/kq. Təcrübü ölçmələrdə ölçü vahidi olaraq radian qəbul edilir (1 Qr = 100 rad yaxud 1 rad = 10-2 C/kq) .



Ekvivalent norma – xroniki şüalanma təhlükəsini qiymətləndirmək üçün qəbul edilmişdir. Ekvivalent norma ölçüsü “Bэr” adlanır.

Şüalanma xarici və daxili ola bilər. Daxili şüalanma çirklənmiş hava vasitəsilə, yemək yolu, xarici dəri vasitəsilə gedə bilər.

Bir dəfədə 25...30 bэr şüalanma zamanı bədəndə hiss edilməz dərəcədə tez keçə bilən dəyişiklik baş verir (misal üçün qanda).

Əgər şüalanma artıq normada 80...120 bэr olarsa şüa xəstəliyinin nümunələri başlanır (tənginəfəslik, qusma, baş gicəllənmə, pulsun (nəbzin) çaşqınlığı). Əgər şüalanma 270...300 bэr olarsa (20%-ə qədər ölüm ola bilər). 700 bэr- dən artıq normada şüalanmada ölümdən yaxa qurtarmaq mümkün deyildir. Şüalandırıcı maddələrlə işləyən zaman yaddan çıxarmaq lazım deyildirki, hətta az miqdarda şüalanma olmaqla çoxlu miqdarda bu iş təkrar olarsa bədəndə bu toplanaraq insanın güclü zərərçəkməsinə səbəb ola bilər.

Elektromaqnit şüalanması.

Kənd təsərrüfatında istehsalat proseslərinin sürətli inkişafı şüalandırıcı enerjidən istifadə etməklə: infraqırmızı, ultrabənövşəyi, elektromaqnit və radioaktiv formada yerinə yetirilir. Elektromaqnit şüalanma baytarlıqda və biologiyada induksiya elektrotermik qurğulardan, dielektrik qızdırma; optik kvant generatorlarından (lazerlərdən) yüksək gərginlikli elektriki ötürən xətlərdən, induksiya sarğılarından, kondensatorlardan və s. qurğulardan yaranır.

Elektromaqnit şüaların insan bədəninə (orqanizminə) təsiri, mənbənin intensivliyindən, təsir etmə vaxtından və dalğa uzunluğundan asılıdır. Elektromaqnit şüasının bioloji aktivliyi o vaxt artır ki, dalğa uzunluğu azalır, tezlik dəyişməsi artır, xüsusi olaraq daha yüksək tezlikli sahələrdə, bu vaxt əsəb sisteminin funksional işi pozulur, ümumi yorğunluq , baş ağrısı yaranır və qan təzyiqi aşağı düşür.

Elektromaqnit şüalanmanın normallaşdırılması DÜİST 12.1.006-76 (86) göstərilmişdir.

I. Sahədə təsir gücü gərginliyə görə müəyyənləşdirilir, bir metrdə voltlarla (V/m).

II. Sahədə təsir gücü cərəyan şiddətinə görə müəyyənləşdirilir, bir metr sahəyə neçə amper (A/m).

Elektromaqnit dalğasından müdafiə oblastını şərti olaraq üç zonaya bölürlər:


  1. Yaxın – radius dalğa uzunluğunun 1/6-ə bərabərdir.

  2. Uzaq – məsafə şüalanmadan dalğa uzunluğunun 6-mislinə bərabərdir (yəni dalğa uzunluğundan 6 dəfə çoxdur).

  3. Onların arasında olan.

Normadan artıq gərginlik və enerji seli sıxlığı olduqda aşağıdakı metod və vasitələrdən istifadə edilir: - gərginlik və enerji seli sıxlığının azaldılması, iş yerlərinin ekranlaşdırılması, iş yerlərinin mənbədən ayrılması (çıxarılması), rasional iş rejimi qoyulması, xəbərdar edici siqnalizasiya qoyulması və fərdi mühafizə vasitələrindən istifadə (metallaşdırılmış parçadan hazırlanmış xüsusi geyim, eynək və s).

Lazer şüalanmanın insan orqanizminə təsiri daha mürəkkəb xarakter daşıyır.

Lazerlə təhlükəsiz işin normativ sənədlərinin əsasını müəyyənləşdirən, lazerlərin istismarında sanitariya norma və quruluş qaydalarıdır. DÜİST 12.1.040-83, “ƏTSS-də, lazerin təhlükəsizliyi. Ümumi qayda” göstərilmişdir.



İŞIQ ŞÜALANMASI:

İşıq şüalanması müəyyənləşdirilmiş miqdarda canlı orqanizmə yaxşı (müsbət) təsir edir. Heyvandarlıqda infraqırmızı şüalanmadan qızışmaq (gümrahlıq) üçün (körpə heyvanlarda) və ultrabənövşəyi heyvan və quşların tez yetişməsində şüalanma məqsədilə geniş istifadə edilir. Şüalanmadan südün pasterizasiya edilməsində, bitkilərin inkişafını sürətləndirməkdə, xəstəliklərə tutulmağın (yoluxmanın) azaldılmasında və s. geniş istifadə edilir (Parnik istixanalarda).

İnfraqırmızı və ulturabənövşəyi şüalanmada iştirak edən işçilərdən tələb olunur ki, təhlükəsizlik texnikası tələblərinə ciddi əməl edilsin. Birinci növbədə elektrik qurğularının tələbedicilərinin texniki istismar qaydalarının tələblərinə, elektrik qurğularının tələbedicilərinin istismarında təhlükəsizlik texnikası qaydalarına və elektrik qurğuları quruluşları qaydalarının tələblərinə əməl edilməlidir ki, bu şüalandırıcı qurğular elektrik enerjisi ilə işləyirlər.

Ultrabənövşəyi şüalandırıcılar:

ЭО-1-30, ДРТ-375, ОБУ-1-13, УО-4М və başqa markaları mövcuddur. Lazımi miqdarda elektrikdən mühafizəyə malikdir, lakin yaddan çıxarmaq olmaz ki, uzun müddət və normadan artıq şüalanmanın təsiri bədənin qorunmayan hissəsində yanğı əmələ gətirir. Buna görə qurğuların istismarı zamanı qoruyucu eynəklərdən və xüsusi geyimlərdən ustifadə etmək lazımdır. Şüalanmada lyumineset lampadan istifadə edilirsə lampanın istifadə (istismar) vaxtına ciddi əməl edilməlidir. Çünki lampanın içərisinə civə buxarı doldurulur hansı ki, bu kəskin zəhərlənməyə səbəb ola bilər ona görə vavtı keçmiş lampaları heyvandarlıq fermalarından kənarda quyu qazaraq məhv etmək lazımdır.



İnfraqırmızı elektrik qurğuları:

OИ-1, ИКУФ-1, ОТ-1 və başqalarından yerli qızdırma məqsədilə istifadə olunur (çoşqaları, danaları, cərgəli bitkiləri, istixanaları) və eyni zamanda ultrabənövşəyi şüalanmada edilir (bəzi hallard birlikdə) onlarla işləyən zaman təlimata ciddi riayət edilməlidir. Nəzərə almaq lazımdır ki, şüalandırıcı qurğular lampalarla komplektləşdirilir, şüalandırıcı spektrlər qısadalğalı müəyyən diapazonda yerləşir qoruyucu eynəklərdən istifadə edilməsi vacibdir.

Qoruyucu eynəklərin şüşələri infraqırmızı şüaları keçirir, gözlərin zədələnməsini qorumaq üçün mənbəə yaxından baxmaq qadağan edilir.

İŞIQLANMA. İŞÇİ YERLƏRİN İŞIQLANDIRILMASINA OLAN TƏLƏBAT VƏ ONUN NORMALLAŞDIRILMASI.

İstehsalat binalarının düzgün işıqlandırılması işçilərin səhətinə və əmək məhsuldarlığına müsbət təsir göstərir. Düzgün layihələndirilmiş və quraşdırılmış işıqlanma işçilərin normal fəaliyyəti üçün şərait yaradır.

İşıqlanma normalarına riayət etmədikdə işçilər tez-yorulur, onların diqqəti zəifləyir, bu isə bədbəxt hadisələrə gətirib çıxarır. İşçi yerlərinin zəif yaxud normadan artıq işıqlandırılması işçinin gözlərinin zəifləməsinə səbəb olur.

İstehsalat binaları və işçi yerlərində işıqlanma sistemi aşağıdakı məqsədlər üçün tətbiq edilir:



a) işçi işıqlanma; b) ümumi işıqlanma; c) qarışıq işıqlanma; d) qəza işıqlanması; e) xəbərdaredici məqsədlə işıqlanma (svetafor); f) siqnal məqsədilə işıqlanma və s.

İstehsalat binaları və işçi yerlərində işıqlanma sistemi əsas üç formada yaradılır.

  1. Təbii işıqlanma sistemi

  2. Süni işıqlanma sistemi

  3. Qarışıq işıqlanma sistemi

İstehsalat binalarının işıqlandırılmasına əsas tələbatlar aşağıdakılardır:

İşıqlanma işçi obyekt üzərində əməliyyatları asan və tez yerinə yetirə bilməsi üçün kifayət qədər olmalıdır.

İşıqlanma müntəzəm yayılmış olmalıdır sərt gölgəli və dəyişkən olmamalıdır.

İşıqlanma quraşdırıldıqda istehsalın xarakteri nəzərə alınmalıdır (partlayış təhlükəli, nəmlik, tozluluq və s.)


TƏBİİ İŞIQLANDIRMA SİSTEMİ:

İstehsalatda işçilərinin sağlamlığı üçün təbii işıqlanma daha əhəmiyyətlidir. Təbii işıqlanma aynalar (yandan işıqlanma), tavanın işıqkeçirən şəffaf materialdan düzəldilməsi (yuxarıdan işıqlanma) və ya eyni vaxtda həm yandan, həm də yuxarıdan kombinə edilmiş işıqlanma vasitəsilə təşkil edilir.

Binanın təbii işıqlanma norması təbii işıqlanma əmsalı (t.i.ə) ilə təyin olunur. Bu əmsal ədədi olaraq faizlə otağın daxilində hər hansı nöqtənin işıqlanması (Edax) eyni zamanda otaqdan xaricdə, üfiqi müstəvi üzərində, açıq yerdə göy səmasının dağınıq işığı ilə işıqlandırılan hər hansı bir nöqtəsinin işıqlanmasına (Exar) olan nisbətinə bərabərdir.

Bu əmsalın müxtəlif istehsalat binaları üçün qiyməti cədvəldə verilmişdir (cədvəl 15, 16, 17 və 18 səh 98, 99, 100 Солуйанов П.В).

Bütün istehsalat binaları orada görülən işlərin dəqiqlik dərəcəsinə görə işıqlanma nöqteyi-nəzərindən 6 dərəcəyə bölünür. I dərəcəyə xüsusilə dəqiq işlər daxildir ki, bundan ötrü yuxarıdan işıqlanmada yandan işıqlanmada isə olmalıdır.

Təbii işıqlanma sistemi üçün istehsalat binalarına lazım olan pəncərələrin ümumi sahəsinin, işıqlandırılacaq binaya görə neçə faiz təşkil etdiyini tapmaq lazımdır. Yəni işıqlanma üçün pəncərələrin ümumi sahəsini aşağıdakı düsturdan tapmaq olar.



Burada - təbii işıqlanmanın min normallaşdırma əmsalının qiymətidir.



- təbii işıqlanmanın işıq xarakteristikası olub, binanın ölçülərindən asılı olaraq təyin edilir (cədvəl 20 səh 101).

- çirklənməni nəzərə almaqla pəncərənin ümumi işıq buraxma əmsalıdır (cədvəl 19 səh 100).

- divar və tavana dəyib qayıtması hesabına işıqlanmanın artma əmsalı (cədvəl 21 səh 102).

Təbii işıqlanma sistemi üçün pəncərələrin ümumi sahəsini təyin etdikdə işıqlandırma əmsalından istifadə edilir.

Otağın pəncərələrinin sahələri cəminin döşəmənin sahəsinə nisbətinə işıqlandırma ə m s a l ı deyilir. Yəni



- pəncərələrin ümumi sahəsi; m2

- döşəmənin sahəsidir; m2

Təbii işıqlanma əmsalına görə işıq pəncərələrinin (yandan işıqlanma üçün) ümumi sahəsi aşağıdakı düsturla hesablanır:



burada Fd – otağın döşəməsinin sahəsi, m2 .

min – təbii işıqlanma əmsalının minimum qiyməti (cədvəl 15, 16, 17, 18 səh 98...100).

τ – çirklənməni nəzərə almaqla aynaların ümumi işıq buraxma əmsalı (cədvəl 19 səh 101).



- pəncərənin işıq xarakteristikası (cədvəl 20 səh 101).

- divar və tavana dəyib qayıtması hesabına işıqlanmanın artma əmsalı (cədvəl 21 səh 102).

K – qonşu binaların kölgəsi hesabına pəncərələrin qaranlıqlaşması əmsalı (cədvəl 22 səh 102).

İstehsalat binalarının dərəcələrinə görə təbii işıqlanmanın


normallaşdırılmış qiymətlərini aşağıdakı cədvəldən

görmək olar.



Binaların dərəcə-ləri


Binada görülən işlərin xarakteri

= nin qiymətləri

Təbii işıqlanma selindən istifadə əmsalı,

Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə