Mühazirənin Planı: Giriş. Əmək müfazisəsi fənninin məzmunu və sosial-iqtisadi


Əmək mühafizəsinin hüquqi və təşkilatı məsələləri



Yüklə 0,77 Mb.
səhifə2/7
tarix26.04.2018
ölçüsü0,77 Mb.
#40202
növüMühazirə
1   2   3   4   5   6   7

Əmək mühafizəsinin hüquqi və təşkilatı məsələləri:

Əmək mühafizəsinin hüquqi əsasları dedikdə qüvvədə olan qanunvericilik sistemi başa düşülür. Qanunvericilik sisteminə əsasən aşağıdakılar daxildir:

a) Azərbaycan Respublikasının Konstitusiyası:

Əmək hüquqlarının əsas prinsiplərini təsbit edən qanun aktı Konstitusiyadır:

Məs: - Konstitusiyanın 35, 37, 38, 39, 41-ci maddələri uyğun olaraq hər bir vətəndaşın əmək hüququ, istirahət hüququ, sosial təminatı hüququ, sağlam ətraf mühitdə yaşamaq hüququ, sağlamlığın qorunması hüququ və s. vardır. 12 noyabr 1995-ci ildə geniş referendum keçirilərək qəbul edilmişdir. 24 avqust 2002-ci il və 18 mart 2009-cu tarixlərdə əlavə və dəyişiklər edilmişdir.

Azərbaycan Respublikasının Konstitusiyası ən yüksək hüquqi qüvvəyə malik olan respublikamızın qanunvericilik sisteminin əsasıdır.

Başqa qanunlar və dövlət orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyası əsasında və ona uyğun olaraq qəbul edilir. Konstitusiyanın 35-ci maddəsində deyilir:

Əmək fərdi və ictimai rifahın əsasıdır: Hər kəsin əməyə olan qabiliyyəti əsasın-da sərbəst sürətdə özünə fəaliyyət növü, peşə və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqından az olmayaraq haqq almaq hüququ bardır.

Yuxarıda qeyd edildiyi kimi, istirahət hüququ 37-ci maddədə, sosial təminat hüququ 38-ci maddədə, sağlam ətraf mühitində yaşamaq hüuqu 39-cu maddədə, sağlamlığın qorunması 41-ci maddədə verilmişdir.

Konstitusiyadan sonra əmək hüququnun mənbələri içərisində başlıca yeri Azərbaycan Respublikasının Əmək Məcəlləsi tutur.

Azərbaycan Respublikasının milli məclisi tərəfindən 1 fevral 1999-cu il tarixdə qəbul edilmiş, 1 iyul 1999-cu il tarixdən qüvvədədir.

Əmək Məcəlləsi əsasən XIII bölmədən 48 fəsildən və 317-i maddədən ibarətdir.

Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Respublika Nazirlər Kabinetinin fərman və sərəncamları. Azərbaycan Respublikasının Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin normativ aktları, Nazirliklərin baş idarələrin və komitələrin normativ aktları, yerli icra hakimiyyətləri və bələdiyyə orqanlarının normativ aktları da əmək hüququnun mənbəyi olub qanunvericilik sistemini təşkil edir.

Əmək müqaviləsi: - İşçi ilə işə götürən müəssisə arasında bağlanan kontrakdır. Əmək məcəlləsinin 9-cu maddəsində Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları (20 bəndən ibarətdir), 10-cu maddədə əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri (7-bəndən), 11-ci maddədə işə götürənin əsas hüquqları (11 bənddən), 12-ci maddədə işə götürənin əsas vəzifələri və məsuliyyəti müəyyənləşdirilmişdir (9-bənddən ibarətdir).

Kollektiv müqavilə: - Əmək məcəlləsinin 29-cu maddəsinə görə kollektiv müqavilənin bir tərəfi işə götürən, digər tərəfi həmkarlar ittifaqı təşkilatıdır yaxud (kollektivdir). 31-ci maddə müqavilənin məzmunu (22 bənddən), 32-ci maddədə müqavilənin qüvvəsi nəzərdə tutulur (7 bənddir).

ƏMƏYİN TƏHLÜKƏSİZLİYİNİN STANDARTLAR

SİSTEMİ (ƏTSS)

Norma və qaydalar içərisində əməyin təhlükəsizliyi üzrə standartlar sisteminin (ƏTSS) öz mövqeyi vardır. Standartlar sistemi təhlükəsiz əmək şəraitinin təmin edilməsi istiqamətində olmaqla Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi, Respublika Həmkarlar İttifaqı konfederasiyası tərəfindən hazırlanır və tələbatı ödəyən normativ texniki sənədlər yaradılır.

ƏTSS-nin məqsədi: - Zərərli və təhlükəli istehsalat amillərinə görə ümumi tələbatı, istehsalat proseslərinə və istehsalat avadanlıqlarına görə ümumi təhlükəsizlik texnikası tələbatını, habelə əmək təhlükəsizliyi üçün fərdi mühafizə vasitələrinə tələbatı və s. müəyyən etməkdir. ƏTSS 1974-cü ildə yaradılmışdır.

Dövlət standartları (DÜİST) ilə yanaşı, bunun əsasında vahid formada sahə standartları (SST), respublika standartları (RST), müəssisə standartı (MST) və ya yerli standartlar (YST) sistemi də vardır.

Mövcud olan bütün əmək təhlükəsizliyi üzrə standartlar sistemi qruplaşdırılmasına görə altı əsas qrupa bölünür: 0; 1; 2; 3; 4 və 5. İşarə olunma təsnifatı DÜİST 12.0.001-82-də göstərilmişdir.

DÜİST-də göstərilən rəqəmlərin nə olduğuna baxaq. Burada “12” ƏTSS-nin sinfini, “0” standartın qrupunu, “001” qruplaşdırmanın nömrə ardıcıllığını, “82” isə standartın qeyd olunduğu ili göstərir.



  1. Əsas götürülən dövlət standartlarına (buna metodiki-təşkilatı

standartlarda deyirlər) aid olanlardan “0” qrupu DÜİST 12.0.001-80 əsas standartlar; DÜİST 12.0.002-80 əsas anlayışlar, terminlər və onların məzmunu, ƏTSS DÜİST 12.0.004-79 işçilərə əmək təhlükəsizliyinin öyrədilməsi, təlimatlar; DÜİST 12.0.003-74 təhlükəli və zərərli istehsalat amilləri və s. sahə standartlarından SST 46.0.126-82 kənd təsərrüfatında əmək mühafizəsinin öyrənilməsinin təşkili və s.

  1. “Birinci qrup”. Təhlükəli və zərərli istehsalat amillərinin

növləri standartları: ƏTSS DÜİST 12.1.003-76 səs-küyə ümumi təhlükəsizlik tələbləri; ƏTSS DÜİST 12.1.005-76 işçi zonada hava şəraiti, ümumi sanitariya-gigiyena tələbləri; DÜİST 12.1.038-82 elektrik təhlükəsizliyi və s.

  1. “İkinci qrup”. Istehsalat avadanlıqlarına verilən təhlükəsizlik

tələbləri:

ƏTSS DÜİST 12.2.003-74 istehsalat avadanlıqlarına ümumi təhlükəsizlik tələbləri; DÜİST 12.2.019-86 k/t-ı özüyeriyən maşının və traktorlara ümumi tələbat;



  1. “Üçüncü qrup” – İstehsalat proseslərinə verilən ümumi

təhlükəsizlik tələbləri.

ƏTSS DÜİST 12.3.002-75 istehsalat proseslərinə ümumi tələblər; DÜİST 12.3.010-82, DÜİST 12.3.020-80 yükləmə-boşaltma işlərinə, ümumi təhlükəsizlik tələbləri.



  1. “Dördüncü qrup”. İşçilərin mühafizə vasitələrinə verilən

tələblər. DÜİST 12.4.051-78 eşitmə orqanlarının fərdi mühafizə vasitələri; DÜİST 12.4.034-78 tənəffüs orqanlarının fərdi mühafizə vasitələri; DÜİST 12.4.028-76 qaz əleyhinə süzgəcli respiratorlar; DÜİST 12.4.024-76 xüsusi titrəmədən qorunma üçün ayaqqabıya olan ümumi təhlükəsizlik tələbləri və s.

  1. “Beşinci qrup” Bu qrup standartlar yeni qəbul edilib. Buna

və qurğuların tikinti, təmir və istismar işlərində mühəndis quruluşlu nəzarət üsullarına tələbatı təşkil edir.

Sahə standartları:

ƏTSS SST-46.0.141-83-K/t-da istehsalat proseslərinə ümumi təhlükəsizlik tələbləri.

SST-46.1.110-81 məhsul yığımından sonra torpağın hazırlanmasında təhlükəsizlik tədbirləri.

SST- 46.3.108-81-dənli bitkilərin və torpağın becərilməsində təhlükəsizlik tədbirləri.

SST-46.3.150-84 kənd təsərrüfatında yükləmə-boşaltma işlərində və ağır yüklərin daşınmasına ümumi tələbat



Əmək intizamı və istirahət.

Əmək intizamı və istirahət proseslərinin düzgün təkrar etdirilməməsi istehsalat travmalarının əsas və vacib məsələlərindən biridir. (Şəkil 1). Əmək Məcəlləsi Maddə 89-103.



прямая со стрелкой 36прямая со стрелкой 38прямая со стрелкой 41прямая со стрелкой 45прямая со стрелкой 44прямая со стрелкой 32прямая со стрелкой 40прямая со стрелкой 33прямая со стрелкой 37прямая со стрелкой 34прямая со стрелкой 35
100
прямая со стрелкой 39

прямая со стрелкой 49
800


прямая со стрелкой 50прямая со стрелкой 51


600




прямая со стрелкой 56
II

III

IV


прямая со стрелкой 59
V

VI


прямая со стрелкой 60

200


40


прямая со стрелкой 63

1


2

3

4

5

6

7
прямая со стрелкой 64
I

0

İş vaxtı saat


I və IV işqabiliyyətinin artımı; II və V dayanaqlı iş qabiliyyəti.

III və VI iş qabiliyyətinin azalması.

İnsanın işləmək qabiliyyəti onun hissiyatlarından, müxtəlif zərərli və təhlükəli istehsalat faktorlarından, uzun müddət fasiləsiz işləməsindən asılıdır.

Əgər insan fasiləsiz olaraq işləyirsə onun işlədiyi iş dövründəki fiziki yorğunluq ona psixoloji yorğunluq gətirir. Eyni zamanda əgər işçi uzun müddət müxtəlif məsələləri həll edir və yaxud çoxlu cihazların göstəricilərini izləyirsə belə psixoloji yükləmə fiziki yüklənməyə səbəb ola bilər.

Hədsiz dərəcədə zərərli istehsalat faktorları da psixoloji yorğunluğu sürətləndirir, insanın səhv etmə ehtimalını artırır, bunun nəticəsi travmaların baş vermə ehtimalını və yaxud qəzaların sayını artırır.

Göstərilənləri nəzərə alaraq rəhbərlik ciddi olaraq əmək intizamı və istirahətə Əmək məcəlləsində, təsdiq edilən maddələrə uyğun olaraq riayət etməlidir:

Maddə 90: - Bir qayda olaraq iki istirahət günü olan beş günlük iş həftəsi müəyyən edilir.

İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər.

Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan 36 saat olduqda iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş müddəti 4 saatdan çox ola bilməz.

Maddə 91: - Qısaldılmış iş vaxtı:- İşçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq bu məcəllə ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və 1-ci, 2-ci qrup əlil olan işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar üçün 36 saatdan artıq olmamalıdır.

Maddə 92: - “Əmək şəraiti zərərli olan işçilər üçün iş vaxtının qısaldılmış müddəti: Bura aiddir: fiziki, kimyəvi, bioloji və habelə insanların sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri. İş norması həftəlik 36 saatdan çox olmayan vaxt müəyyən edilir. Həmin istehsalat sahələrində çalışanların peşə və vəzifələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Maddə 93: - Xüsusi xarekterli işlərdə çalışan işçilərin qısaldılmış iş vaxtı.

Yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, insanın səhhətinə mənfi təsir göstərən digər amillər (həkimlərə, müəllimlərə, elektrotexniki quruğularda və cihazlarla işləyənlərə və s. aiddir) həftə ərzində 36 saatdan çox olmamaq şərtilə qısaldılmış iş vaxtı müəyyən edilir.

Maddə 95: - İş vaxtının rejimi qaydaları: - gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sanədləri və onların tərtibi, bir növbədən digərinə köçürülmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəz günün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir.

Maddə 97: -Gecə vaxtı işin müddəti saat 22-00-dan səhər saat 6-00-dək olan müddət gecə vaxtı sayılır. Əgər işçinin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşərsə, onda həmin iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır.

Maddə 98:-Gecə vaxtı görülən işlərə hamilə və üç yaşınadək uşağı olan qadınların, yaşı on səkkizdən az olan işçilərin cəlb edilməsinə yol verilmir. Əlil işçilər gecə vaxtı görülən işlərə yalnız onların yazılı razılığı ilə və müvafiq icra hakimiyyəti orqanlarının rəyi nəzərə alınmaqla cəlb edilə bilərlər.

Maddə 99: İş vaxtından artıq iş, işəgötürənin əmri (sərəncamı) və işçinin razılığı ilə əmək funkisiyası müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirilməsi sayılır.

Təbii fəlakətin istehsalat qəzasının və digər fövqəladə hadisələrin qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, habelə tez korlanan malların itkisinin qarşısını almaq məqsədi ilə bu məcəllə ilə müəyyən edilən qaydalara əməl olunmaqla işçilərin iş vaxtından artıq işlərə cəlb edilməsinə yol verilir.

Xüsusilə ağır və zərərli sahələrdə işləyən işçilərin və bu məcəllədə nəzərdə tutulmuş digər hallarda iş vaxtından artıq işə cəlb edilməsinə yol verilmir. Əmək şəraiti ağır və zərərli olan sahələrdə bütün iş günü (növbəsi) ərzində iş vaxtından artıq işlərin müddəti 2 saatda çox ola bilməz.

İş vaxtından artıq işlərin görülməsinə cəlb olunmuş işçilər üçün işəgötürən bu məcəllənin “Əməyin mühafizəsi” bölməsində (IX bölmə maddə 207...258) nəzərdə tutulmuş normalara uyğun istehsalat və sosial-məişət şəraiti yaratmalı,əməyin təhlükəsizliyini təmin etməlidir.

Hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz.



İSTİRAHƏT VAXTI VƏ İŞÇİLƏRIN MƏZUNİYYƏT HÜQUQLARI.

On beşinci fəsil

Maddə 103 -İstirahət və nahar üçün fasilə.

Maddə 104 –İstirahət günləri müəyyən edilmişdir.

Maddə 105- Bayram günləri:

1) Azərbaycan Respublikasının bayramları aşağıdakılardır (8 dekabr 2006-cı il tarixdən qanunla yeni redaksiyada):

Yeni il bayramı (yanvarın 1 və 2-si)

Qadınlar günü (martın 8-i)

Faşizm üzərində qələbə günü (mayın 9-u)

Respublika günü (mayın 28-i)

Azərbaycan xalqının Milli Qurtuluş günü (iyunun 15-i)

Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü (iyunun 26-sı)

Dövlət Müstəqilliyi günü iş günü (oktyabrın 18-i)

Konstitusiya günü iş günü (noyabrın 12-si)

Milli Dirçəliş günü iş günü (noyabrın 17-si)

Dünya azərbaycanlılarının Həmrəyliyi günü ( dekabrın 31-i)

Novruz bayramı - 5 gün.

Qurban bayramı - 2 gün.

Ramazan bayramı – 2 gün bayram edilir.

Bu günlərdə işçilərin işə cəlb olunmasına yalnız bu məcəllədə nəzərdə tutulmuş müstəsna hallarda yol verilə bilər.

Novruz, Ramazan və Qurban bayramının keçiriləcəyi günlər hər il yanvar ayının sonunadək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilib əhaliyə elan edilir.

Maddə 106 - Ümumxalq hüzn günü

Hər il yanvarın 20-si- Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü-ümumxalq hüzn günüdür.

Maddə 112. Məzuniyyətin növləri.


  1. əsas və əlavə məzuniyyətdən ibarət olan əmək məzuniyyəti.

  2. uşağına qulluq etmək üçün qadınların sosial məzuniyyəti.

  3. təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti.

  4. Ödənişsiz məzuniyyət.

Əmək məzuniyyəti Maddə 114...121-ə göstərilmişdir. Ümumi olaraq müxtəlif kataqoriyalar üzrə müəyyən edilir. 21 təqvim günündən 56 təqvim gününədək müəyyənləşdirilir.

Yaradıcılıq və təhsil məzuniyyəti Maddə 122...124 göstərilmişdir.

Sosial məzuniyyətlər Maddə 125...127

Ödənişsiz məzuniyyətlər Maddə 128...130 xüsusi olaraq təsbit edilmişdir.

Sosial məzuniyyətlərdə istehsalatın xarakteri və başqa amillər xüsusi ilə nəzərə alınır.

Hamiləlik dövrü üçün ümumi halda 126 təqvim günü müəyyən edildiyi halda 56...70 gün. K/t-da çalışan qadınlar üçün bu 140 təqvim günü müəyyən edilir. Adi halda çətin doğuş iki və daha çox uşağı olanlara 140 təqvim günü müəyyən edildiyi halda. K/t-da bu 180 təqvim günü müəyyənləşdirilir. Maddə 125 geniş izah verilmişdir.

прямоугольник 75 AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

AQRAR MÜHƏNDİSLİK FAKULTƏSİ

HƏYAT FƏALİYYƏTİNİN TƏHLÜKƏSİZLİYİ

Kafedrası

MÜHAZİRƏÇİ: DOSENT ƏVƏZİ ƏLİYEV OSMAN RƏHİM OĞLU

Muhazirə 4

Mövzu:

Əmək mühafizəsi üzrə işlərin təşkili



Mühazirənin Planı:

1.Əmək mühafizəsi tədbirlərinin planlaşdırılması və

maliyələşdirilməsi. İstehsalat zərərçəkmələri və peşə

xəstəlikləri.

2 Bədbəxt hadisələrin baş vermə səbəbləri.Bədbəxt hadisələrin

təhqiq edilməsi və uçota alınması. Hadisələrin öyrənilməsi

üsulları.

3.Travmatizmin əsas göstəriciləri. Təhlükəsiz iş üsullarının

öyrənilməsi və təbliği. Əmək mühafizəsi sahəsində nəzarət

sistemləri.

ƏDƏBİYYAT SİYAHISI

1. Həsənov B.A “Əmək mühafizəsi” Bakı Maaarif. 1986-cı il.

2. Канарейов Ф.М и др. «Охрана труда» М. -1988-год.

3. İstehsalatda bədbəxt hadisələrin təhqiqi edilməsi və uçota

alınması. Bakı hüquq ədəbiyyatı. 1998-ci il.

Gəncə-2017

Həmin maddənin 2-ci hissəsinə görə işəgötürən əmək şəraitinin yaxşılaşdırılmasına, əməyin mühafizəsinin təmin edilməsinə və işçilərin sağlamlığının qorunmasına yönəldilmiş perspektiv və illik tədbirlər planı hazırlayır və həyata keçirir.

a) əmək şəraitinin və istehsalat proseslərinin səmərələşdirilməsinin perispektiv planı.

b) təhlükəsizlik texnikası və istehsalat sanitariyasının səmərələşdirilməsinin illik planı.

c) sanitariya-sağlamlıq tədbirlərinin kompleks planı.



ƏMƏYİN MÜHAFİZƏSİ TƏDBİRLƏRİNİN MALİYƏLƏŞDİRİLMƏSİ.

Əmək Məcəlləsinin 220-ci maddəsində əməyin mühafizəsi tədbirlərinin maliyələşdirilməsi nəzərdə tutulmuşdur.

Məqsəd və təyinatından asılı olmayaraq əməyin mühafizəsi dövlət büdcəsindən və müəssisənin gəliri hesabına maliyyələşdirilir.

Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi həcmi və mənbəyi kollektiv müqavilədə müəyyən edilir, həmdə illik xərclərin miqdarı işçilərin əməyinin ödənilməsinə xərclənən vəsaitin məbləğinin iki faizdən az olmamalıdır. Bu vəsaitin başqa məqsədlərə sərf edilməsi qadağandır.



İSTEHSALAT ZƏRƏRÇƏKMƏLƏRİ VƏ PEŞƏ

XƏSTƏLİKLƏRİ

Təsərrüfat sahələrinin xüsusiyyətindən, zərərli və təhlükəli amillərdən asılı olaraq işçilərdə yaranan travmalar üç qrupa bölünür: a) istehsalat travması, b) peşə xəstəliyi, c) peşə zəhərlənmələri.

Travmalar (zədələnmələr) adətən təhlükəli amillərin insanlara qısa müddətli təsiri nəticəsində baş verir.

İstehsalatda əmək təhlükəsizliyi qaydalarının pozulması nəticəsində mexaniki zədələnmələrdən, elektrik cərəyanının təsirindən, reaktiv şüalanmadan, qeyri-normal əmək şəraitindən alınmış travmalar istehsalat travması yaxud bədbəxt hadisə adlanır.

Zərərli istehsalat amillərinin təsiri nəticəsində, yaranan xəstəliklər peşə xəstəliyi adlanır.

İş zamanı zəhərli peraparatlardan ayrılan hissəciklərin insan orqanizminə təsiri nəticəsində peşə zəhərlənməsi əmələ gəlir.

Travma, peşə xəstəlikləri və zəhərlənmələr birlikdə travmatizm adlanır.

Travmatizmə bədbəxt hadisə də deyirlər.

İstehsalat zərərçəkmələri əsas aşağıdakı səbəblərdən baş verir.

1) texniki səbəbdən.

2) təşkilatı səbəbdən.

3) sanitariya-gigiyena səbəblərindən.

4) psixofizioloji səbəbdən.

5) yanğın səbəblərindən.

6) maddi və s. (Təbii fəlakətlər, zəlzələ,sel və s.)

İstehsalat zərərçəkmələrinin səbəblərinin qarşısını almaq məqsədi ilə aşağıdakı tədbirlərin görülməsi vacibdir:

1) işçilərin mövcud qaydada təlimatlandırılması.(DÜİST 12.0.004-79)

2) işçilərə təhlükəsiz iş üsullarının öyrədilməsi.

3) maşın və mexanizmalarda yaranan təhlükəli yerlərin hasarlanmasının təşkili.

4) əyani təbliğat vasitəsi kimi plakatlardan istifadə etmək .

5) ayrı-ayrı istehsalat sahələrinə maddi məhsul şəxslərin təhkim edilməsi.

6) fərdi mühafizə vasitələrindən və qoruyucu quruluşlardan istifadə etmək.

7) elektrik avadanlıqlarının gövdələrinin yerləbirləşdirmək və sıfırlamaq.

İstehsalatda baş verən bədbəxt hadisələr nəticəsində işçilər əmək qabiliyyətini müvəqqəti itirir, yüngün yaralanır, I, II, III qrup əlil qalır, ölüm olur, qrup halında ağır nəticəli xəsarət alma yaranır.

İstehsalatda zərərçəkmələr nəticəsinə və ağırlıq dərəcəsinə görə 4 qrupa bölünür:

1) mikrotravmalar.

2) müvəqqəti iş qabiliyyətinin itirilməsi.

3) ağır nəticəli hadisələr.

4) ölümlə nəticələnən hadisələr.

Bədbəxt hadisələr baş vermə şəraitinə və xüsusiyyətinə görə 3 qrupa bölünür.

1) istehsalatla əlaqədar.

2) istehsalatla əlaqədar olmayan.

3) məişətlə əlaqədar hadisələr.

Əmək qanunvericiliyinə uyğun istehsalatla əlaqədar baş vermiş hadisələr sənədləşdirilərək uçota alınır.



İSTEHSALATDA BƏDBƏXT HADİSƏLƏRIN TƏHQİQ (TƏDQİQ)

EDİLMƏSİ VƏ UÇOTA ALINMASI.

Bədbəxt hadisələrin təhqiqində əsas məqsəd, hadisələrin əmələ gəlmə şəraitini, səbəblərini təyin etmək, onun təkrar olunmaması üçün tədbirlər görmək və eləcədə, hadisədə müqəssir olan vəzifəli şəxsləri məsuliyyətə cəlb etməkdir.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsində istehsalatda baş verən bədbəxt hadisələrin təhqiq edilməsi və uçota alınması qaydaları göstərilmişdir.

İşəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin təhqiqatının aparılması üçün dərhal, həmin hadisə baş verən günü dövlət nəzarətini həyata keçirən orqana məlumat verməyə borcludur.

Bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işə götürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır.

Hazırda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1997-ci il 28 aprel tarixli 31№-li qərarı ilə təsdiq edilmiş:-



İstehsatda bədbəxt hadisələrin təhqiq edilməsi və uçota alınması haqqında əsasnamə” mövcuddur.

Müəyyən istehsalat sahələrində baş vermiş bədbəxt hadisələr müvafiq nazirliklər tərəfindən müəyyən edilmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Sahə həmkarlar ittifaqları ilə razılaşdırılmış qaydada təhqiq edilir və uçota alınır.

İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatı:

1) yüngül bədən xəsarətləri az ağır dərəcəli bədən xəsarətləri ilə bağlı təhqiqatlar müəssisədə yaranmış komissiya tərəfindən aparılır.

2) ağır bədən xəsarətləri qrup halında xəsarət alma halları və ölümlə nəticələnən bədbəxt hadisələrlə bağlı təhqiqatlar isə Dövlət Əmək müfəttişliyinin rəisinin əmri ilə yaradılmış komissiya tərəfindən aparılır.

Komissiyaya Dövlət Əmək müfəttişliyinin və yaxud onun yerli orqanının baş əmək müfəttişliyi sədirlik edir.

Bədbəxt hadisə baş vermiş bölmənin rəhbəri hadisə barədə müəssisənin rəhbərinə, əməyin mühafizəsi xidmətinə, əməyin mühafizəsi üzrə komissiyaya və həmkarlar ittifaqı komitəsinə dərhal məlumat verir.

Müəssisə rəhbəri bədbəxt hadisə baş verdikdən dərhal sonra tərkibi sahənin rəhbərindən, əmək mühafizəsi xidmətinin rəisindən, bölmə əməyin mühafizəsi komissiyasının ictimai müvəkkillərin nümayəndələrindən ibarət komissiya təşkil edir. Komissiya bədbəxt hadisənin şəraitini və səbəbini 3 gün ərzində təhqiq edir və təsdiq etmək üçün müəssisənin rəhbərinə göndərir.

Müəssisə rəhbəri təhqiqatı qurtarmış və 5 nüsxədən ibarət olan İZ (istehsalat zədələnməsi) formalı aktları təsdiq edir.

Tərtib və təsdiq edilmiş İZ formalı aktlar nəzərdə tutulmuş sahələrə göndərilir.

Qurup halında və bir işçinin ölümüylə nəticələnən bədbəxt hadisələrin təhqiqatında sahə həmkarlar ittifaqları və yaxud Azərbaycan HİK-nın texniki müfəttişlikləri iştirak edirlər.

İki dörd işçinin ölümü ilə nəticələnən bədbəxt hadisələrin təhqiqatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmri ilə yaradılan komissiya tərəfindən aparılır. Komissiyanın tərkibi Dövlət Əmək Müfəttişinin rəhbərliyi tərəfindən hadisə baş vermiş müəssisənin tabe olduğu yuxarı orqanın rəhbərliyi ilə (yaxud yuxarı təşkilat yoxdursa müəssisə rəhbərliyi ilə) razılaşdırılaraq Nazirliyin rəhbərliyinə təklif verilir.

Komissiyaya Dövlət Əmək Müfəttişliyi və yaxud onun yerli orqanının baş əmək müfəttişi sədirlik edir. Komissiya üzvlüyünə uyğun Sahə həmkarlar ittifaqının yaxud Respublika Həmkarlar İttifaqı Konfederasiyasının texniki (baş texniki) əmək inspektoru, xəsarət baş vermiş müəssisənin yuxarı təsərrüfat orqanının nümayəndəsi, müəssisə rəhbərliyinin nümayəndəsi, müəssisə əmək mühafizəsi komissiyasının sədri, müəssisənin həmkarlar ittifaqının sədri, müəssisədə həmkarlar təşkilatı olmadıqda, ictimai müvəkkillərin nümayəndəsi (ictimai müvəkkillər barədə qüvvədə olan əsasnaməyə əsasən) bu Əsasnamənin 2.7; 2.10; 2.11; 2.12; 2.13 bəndlərində nəzərdə tutulmuş hallarda isə zərərçəkənin öz əsas işini yerinə yetirdiyi müəssisənin nümayəndəsi daxil edilir.

Əlahiddə ağır nəticəli (beş və daha artıq adam həlak olduğu) bədbəxt hadisənin təhqiqatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə yaxud onun tapşırığı əsasında əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və hadisə baş vermiş təşkilatın tabe olduğu Nazirliyin Baş idarənin rəhbərinin birgə əmri ilə, Dövlət nəzarəti altında olan obyektlərdə isə o orqanın və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə əmri ilə təyin edilmiş komissiya tərəfindən aparılır.

Komissiyaya Dövlət Əmək Müfəttişliyinin rəhbərliyindən biri və ya baş əmək müfəttişi sədrlik edir.

Komissiya üzvülərinə Səhiyyə Nazirliyinin nümayəndəsi, sahə həmkarlar ittifaqının yaxud Respublika Həmkarlar İttifaqları Konfederasiyasının baş texniki əmək inspektoru, hadisə baş vermiş müəssisənin yuxarı təsərrüfat orqanlarının nümayəndəsi, Müəssisənin rəhbəri, müəssisənin əməyin mühafizəsi komitəsinin sədri, bu əsasnamənin 2,7; 2,10; 2,11; 2,12; 2, 13 bənddə nəzərdə tutulmuş hallarda isə zərərçəkənlərin və əsas işlərin yerinə yetirdikləri müəssisənin rəhbəri daxil edilir.

Komissiyanın hər bir üzvü bir səsə, Komissiyanın sədri isə həlledici səsə malikdir və komissiyanın fəaliyyəti barədə məsuliyyət daşıyır.

Baş vermiş bədbəxt hadisələrin xüsusi təhqiqatı komissiya tərəfindən 20 gün müddətində aparılır və xüsusi təhqiqat aktı (əlavə 5) tərtib edilir. 3,7 bəndində nəzərdə tutulmuş materiallar rəsmləşdirilmişdir.

Zəruri halda hadisənin təhqiq müddəti Nazirlər Kabinetinin razılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmri ilə artırıla bilər.

Dövlət Əmək Müfəttişliyinin nümayəndəsi müəssisənin rəhbərliyi ilə birlikdə zərərçəkənlərlə və ya onların ailə üzvüləri ilə görüşərək onlara qüvvədə olan müvafiq qanun və qaydalar barədə məlumat verir və hüquqlarını izah edir.

Təhqiqat qurtardıqdan sonrakı üç gün ərzində, beş nüsxədən ibarət İZ formalı aktı müəssisənin rəhbəri təsdiq edir və onun bir nüsxəsini zərərçəkənə, yaxud onun mənafeyinin təmsil edən şəxsə, sex rəisinə, təhqiqat materialları ilə birlikdə müəssisənin əməyin mühafizəsi xidmətinin rəisinə (onun vəzifələrinin icra edən mühəndisə, mütəxəssisə) Dövlət Əmək Müfəttişliyinə göndərilir.

İZ formalı aktın sürətləri dövlət nəzarəti orqanlarının nümayəndəsinə (onların nəzarəti altında olan müəssisədə, obyekdə), tabe olduğu yuxarı orqanlarına və həmkarlar ittifaqı komitəsinə müəssisənin müdiri tərəfindən onların tələbi əsasında göndərilir.

Əmək mühafizəsi xidmətinin rəisinə (onun vəzifəsini icra edənlərə) göndərilmiş İZ formalı akt təhqiqat materialları ilə birlikdə bədbəxt hadisənin qeydə alındığı müəssisədə 45 il müddətində saxlanılır.



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə