Mühazirənin Planı: Giriş. Əmək müfazisəsi fənninin məzmunu və sosial-iqtisadi


Travmatizimin səbəbləri əsasən aşağıdakı üsullarla öyrənilir



Yüklə 0,77 Mb.
səhifə3/7
tarix26.04.2018
ölçüsü0,77 Mb.
#40202
növüMühazirə
1   2   3   4   5   6   7

Travmatizimin səbəbləri əsasən aşağıdakı üsullarla öyrənilir.

  1. statistik ümumiləşdirmə;

  2. tonoqrafik (qrafik);

  3. Qarşılıqlı müqayisə;

  4. Monoqrafik;

  5. Iqtisadi;

  6. Erqonomik üsul.

I Statistik ümumiləşdirmə üsulunda eyni şəraitdə baş vermiş eyni xarakterli bədbəxt hadisələrin təkrarlanması əsas götürülür. Buna görədə eyni şəraitdə baş vermiş bədbəxt hadisələrin statistik sənədləri toplanaraq sistemləşdirilir və bunun əsasında da ən çox bədbəxt hadisəyə səbəb olan proseslər müəyyənləşdirilir, aşkar edilmiş təhlükə mənbələri tədqiq edilib, aradan qaldırılmaq üçün əməli tədbirlər hazırlanır.

II Tonoqrafik və ya qrafik üsulda isə təsərrüfatın yaxud istehsalat müəssisəsinin planında (baş plan xəritəsində) bədbəxt hadisə baş verdiyi yerlərə şərti işarələr qoymaqla ən çox bədbəxt hadisə alınan sahələr müəyyənləşdirilir və aradan qaldırılması üçün tədbirlər işlənib hazırlanır.

III Qarşılıqlı müqayisə üsulunda isə qruplaşdırma işin növünə, ixtisasa, maddi təsirlərə, işçilərin yaşına, cinsinə və s. görə aparılır. Bu üsulun çatışmayan cəhətlərindən biri odur ki, sistemləşdiriləcək materialların toplanması uzun vaxt tələb edir, çünki eyni hadisələr tez-tez təkrarlanmır.

IV Monoqrafik üsulla hər bir konkret bədbəxt hadisənin bütün səbəblərinin və baş verdiyi şəraitin öyrənilməsinə tətbiq edildiyindən daha təkmilləşmiş üsuldur. Bu üsul ilə travmatizmi öyrəndikdə hadisənin bütün şəraiti araşdırılır, texnoloji proses işlədilən material, maşın və avadanlıq və s nəzərdən keçirilir, nəticədə hadisənin əsas səbəbi müəyyənləşdirilir.

V İqtisadi metod (üsul). Bədbəxt hadisələr nəticəsində iqtisadi itkiləri nəzərə almaqla, hazırlanmış və tətbiq olunan tədbirlər nəticəsində əldə edilən iqtisadi səmərələr hesabına aparılır. Bu üsulla travmatizmin səbəbləri müəyyənləşdirilmədiyi üçün əlavə üsul adlanır.

VI Erqonomik üsul – bu üsul insan – maşın –mühit sistemi arasında daha dəqiq kompleks müəyyənləşdirmə üsuldur.

Məlumdur ki, hər bir iş şəraitində insana mühit müxtəlif formada fizoloji, psixofizoloji və psixoloji təsir göstərir.

Bu üsulda ətraf mühitin bütün təsirləri atmosferin ionlaşması, maqnitizm, günəş şüası və s. təsir edici amillərdə nəzərə alınır.

Hər bir bədbəxt hadisə üçün toplanmış məlumatlar göstərilməklə xüsusi akt tərtib edilir. Aktda 22 qrup göstərici olmaqla 250 müxtəlif erqonomik məlumat müəyyənləşdirilir. (Ən dəqiq üsul hesab olunur).



Travmatizmin əsas göstəriciləri:

1. Tezlik göstəricisi – müəssisənin hər 1000 nəfərinə görə bir iş günündən artıq əmək qabiliyyətinin itirilməsi ilə nəticələnən hadisələrin tezliyidir:

burada T – hesabat dövründə bədbəxt hadisələrin sayı;



P – işçilərin siyahıda göstərilən orta sayıdır.

2. Ağırlıq göstəricisi - orta hesabla bir hadisəyə düşən və əmək qabiliyyəti olmayan günlərin sayıdır:

burada D – hesabat dövründəki bütün hadisələrin nəticəsində əmək qabiliyyəti olmayan iş günlərinin cəmi; T –hadisələrin sayı (ümumilikdə); T1 – hesabat dövründə ölümlə nəticələnən hadisələrin sayıdır.



3. Ölüm göstəricisi - hesab dövründə müəssisənin hər 1000 işçisinə görə ölümlə nəticələnən bədbəxt hadisələrin sayını ifadə edir:

burada T1 – ölümlə nəticələnən hadisələrin sayıdır.



4. İtkilər və ya istehsalatın təhlükəlilik göstəriciləri.

və ya



Təhlükəsiz iş üsullarının öyrədilməsi və təbliqi.

Travmatizmin səbəblərini aradan qaldırmaq üçün görülən tədbirlərin əsas hissəsini işçilərin təlimatlandırılması və təhlükəsiz iş üsullarının öyrədilməsi təşkil edir.

DÜİST 12.0.004-89-a uyğun olaraq müəssisələrdə işçilərə: GİRİŞ, İŞ YERİNDƏ BİRİNCİ, TƏKRAR, NÖVBƏDƏNKƏNAR CARİ (MƏQSƏDLİ) təlimatlar keçirilməlidir.

GİRİŞ TƏLİMAT. Giriş təlimatı təhsilindən, hazırki peşəsi üzrə iş stajından asılı olmayaraq müəssisəyə yeni qəbul olunan bütün işçilərə, habelə ezam olunmuş şəxslərə, müəssisədə istehsalat təcrübəsinə gəlmiş tələbə və şagirdlərə keçilməlidir. Təlimat əmək mühafizəsi kabinəsində və ya bunun kimi əyani təbliğat materialları ilə təchiz edilmiş otaqlarda, ƏTSS-in tələbləri və istehsalatın xüsusiyyəti nəzərə alınmaqla tərtib olunaraq, həmkarlar ittifaqı yerli komitəsi ilə razılaşdırılıb baş mühəndis və ya müəssisənin rəhbəri tərəfindən təsdiq edilmiş proqram əsasında keçilməlidir.

Baş mütəxəssis mütləq təlimatı əmək mühafizəsi mühəndisi və ya həmin vəzifə həvalə edilmiş şəxsin iştirakı ilə aparır.

Bu haqda giriş təlimatın jurnalında (təlimatların şəxsi kartoçkasında) qeyd edilməli, təlimatı keçən və təlimatlandırılan şəxslərin hər ikisi imzalamalıdır.

I. Təlimatın keçirilməsi barədə şəxsi vərəqə.

1. Soyadı, adı, atasının adı_________________________________

2. Doğulduğu il__________________________________________

3. Peşəsi (ixtisası)________________________________________

4. Sex__________________________Sahə___________________

5. Şöbə_____________________Laboratoriya_________________

6. Sexə (sahəyə) işə daxil olma tarixi_________________________

7. Giriş təlimatını keçdi ___________________________________


(soyadı, adı, atasının adı, tarix)

8. Təlimat alanın imzası, tarix______________________________

Təlimatların şəxsi kartoçkası təlimatlandırılana verilməli, giriş təlimatının qeyd jurnalı isə təlimat keçəndə qalmalıdır.

II.Giriş təlimatının qeydiyyat jurnalı.


Təlimatın keçirilmə tarixi

Təlimat alanın soyadı, adı, atasının adı

Doğulduğu il

Təlimat alanın peşəsi

və vəzifəsi



Təlimatın növü

Təlimat keçənin soyadı, adı, atasının adı

İmza

Təlimat alan

Təlimat keçən

1

2

3

4

5

6

7

8

























İŞ YERİNDƏ BİRİNCİ TƏLİMAT.

Təlimat ixtisaslar üçün (ƏTSS-in tələbləri və həmin təlimat üçün suallar nəzərə alınmaqla) işlənmiş əsasnamə əsasında keçilməlidir. Təlimatı bilavasitə iş yerinin rəhbəri keçir.

Təlimat iş yerində fərdi qaydada təhlükəsiz iş üsulları nümayiş etdirməklə öyrədilməlidir.

Bundan 2-3 gün keçənədək işçilərin bu sahədə öyrəndikləri bilik və vərdişlər nəzarət altında saxlanılmalıdır.

İşçinin müstəqil işə buraxılması isə iş yerinin təlimat jurnalında (tarix göstərilməklə) qeyd olunur.

TƏKRAR (DÖVRÜ) TƏLİMAT.

Bu təlimat peşəsindən, iş stajından və təhsilindən asılı olmayaraq, bütün işçilərə altı aydan bir keçilməlidir.

Bu təlimat işçilərin əmək mühafizəsi üzrə təlimatlandırılma səviyyəsini və bu sahədə biliklərini yoxlamaq məqsədi ilə fərdi və ya eyni sahə işçilərinə qrup halında iş yerində birinci təlimatın proqramı əsasında keçilməlidir.

Təlimatı iş sahəsinin rəhbəri keçir. Təlimatın keçilməsi xüsusi jurnalda qeyd edilməlidir.



NÖVBƏDƏNKƏNAR (PLANLAŞDIRILMAYAN) TƏLİMAT.

Bu təlimat:

Müəssisədə texnoloji proseslərin dəyişməsi, avadanlığın dəyişdirilməsi, alətlərin yeniləşdirilməsi, yaxud modernizə edilməsi, əmək təhlükəsizliyinə təsir edərək başqa amillərin dəyişməsi ilə əmək mühafizəsi qaydaları dəyişdirildikdə;

İşçilər əmək təhlükəsizliyi tələblərini travma alına biləcək, qəzaya və ya partlayışa, yaxud yanğına səbəb ola biləcək tərzdə pozmaqla iş aparıldıqda, habelə işdə 60 təqvim günündən çox fasilə olduqda keçilməlidir. Təlimat fərdi və ya eyni sahə işçilərinə qrup halında keçilməlidir. Təlimatı iş sahəsinin rəhbəri keçir və jurnalda qeydiyyat aparır.



CARİ TƏLİMAT. Bu təlimat naryad-buraxılış sənədi ilə iş aparan işçilərə işə başlamazdan qabaq keçilməli və onların bilikləri yoxlanılmalıdır. Bu halda biliklərin kafi olmadığı aşkara çıxanda həmin işçilər işə buraxılmır və onlar yenidən təlimat almağa borcludurlar. Təlimatı iş sahəsinin rəhbəri keçir.

Əmək Məcəlləsinin 219-cu maddəsinə görə əməyin mühafizəsi üzrə mütəxəs-sislərin hazırlanması və işçilərin təlimi göstərilmişdir.

Həmin maddənin 3-cü hissəsinə görə işə götürənlər və müəssisələrin rəhbəri işçiləri 3 ildə bir dəfədən az olmayaraq əməyin mühafizəsi üzrə vaxtaşırı ixtisasartırma kurslarında təlim keçməli və bu sahədə onların bilikləri yoxlanılmalıdır.

ƏMƏK MÜHAFİZƏSİ SAHƏSİNDƏ NƏZARƏT SİSTEMİ.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15 və 235-ci maddələrinə əsasən əmək qanunvericiliyi və əməyin mühafizəsi qaydalarına düzgün riayət edilməsinə nəzarəti aşağıdakı orqanlar həyata keçirirlər.

1. Xüsusi olaraq müəssisənin müdriyyətindən asılı olmayaraq dövlət orqanları və inspeksiyalar (Dövlət Əmək Müfəttişliyi).

2. Həmkarlar ittifaqları habelə onların tabeliyində olub, əmək məsələlərinə baxan texniki və hüquqi əmək inspeksiyaları.

Əmək mühafizəsi sahəsində nəzarət və göz yetirmə üç istiqamətdə aparılır:

a) Xüsusi dövlət inspeksiyaları tərəfindən;

b) İdarədaxili nəzarət;

v) İctimai təşkilatların nəzarəti.

Əmək mühafizəsi qayda və normalarına riayət olunmasına dövlət nəzarətini aşağıdakı təşkilatlar həyata keçirirlər:

1. Dövlət dağ-mədən işlərinə nəzarət sistemi: Sənaye sahəsində və dağ-mədən işlərində işlərin təhlükəsiz görülmə qaydalarına riayət edilməsinə dövlət nəzarətini yerinə yetirir.

2. Dövlət energetika nəzarəti: Elektrik qurğularına və istilikdən istifadə edilən qurğulara təhlükəsiz xidmət göstərilməsini təmin edən dövlət nəzarətini həyata keçirirlər.

3. Dövlət sanitariya nəzarəti: Müəssisələrdə gigiyena normalarına və epidemiyaya qarşı sanitariya qaydalarına riayət edilməsi üzərində dövlət nəzarətini həyata keçirirlər.

4. Dövlət avtomobil müfəttişliyi: Daxili işlər nazirliyinin tabeliyində olub xidmət sahələrində yol hərəkət qaydalarının, maşınların istismarını təhlükəsiz yerinə yetirilməsinə dövlət nəzarətini həyata keçirir.

5. Dövlət yanğın nəzarəti: Dövlət və özəl təşkilatlarda yanğın əlehinə mübarizə tədbirlərini və yanğın təhlükəsizliyi qaydalarının yerinə yetirilməsinə dövlət nəzarətini həyata keçirirlər.

6. Əmək texniki və hüquq inspeksiyaları (müfəttişliyi).

Respublika həmkarlar ittifaqı konfedirasiyası yanında yaradılmış əmək-texniki müfəttişliyi müəssisə və təşkilatlarda əmək mühafizəsi üzrə qüvvədə olan qaydaların, habelə əmək haqqında qanunvericiliyin düzgün yerinə yetirilməsinə dövlət nəzarətini həyata keçirirlər.

Əmək mühafizəsi sahələrinə dövlət nəzarəti orqanlarının aşağıdakı hüquqları vardır:

1) Layihə işlərinin düzgün yerinə yetirilməsi haqqında rəy vermək;

2) Yenidən qurulmuş müəssisələrin istismara buraxılmasına icazə vermək;

3) Əmək mühafizəsi qaydalarının pozulmasına və qüsurların aradan qaldırılmasına yazılı göstərişlər vermək.

4) Əmək mühafizəsi sahəsində qaydaların kobud pozulması hallarında vəzifəli şəxsləri məsuliyyətə cəlb etmək;

5) Əmək mühafizəsi sahəsində qaydaların pozulmasına görə qaydaları pozan şəxsləri və müəssisələri müəyyən olunmuş məbləğdə cərmə etmək.

6) Zəhmətkeşlərin həyat və sağlamlığını təhlükə qarşısında qoyan qeyri-normal vəziyyətlərin aradan qaldırılması üçün təcili tədbirlər görmək.

Müəssisələrdə əmək qanunvericiliyinə və əmək mühafizəsi qaydalarına riayət olunmasına idarədaxili nəzarəti nazirliklərin və onun bölmələrinin əmək mühafizəsi xidməti həyata keçirirlər.

İdarədaxili nəzarət xidmətinin işçiləri vaxtaşırı müəssisənin ayrı-ayrı istehsalat sahələrini və təsərrüfatları gəzərək yerlərdə əmək mühafizəsi işlərinin vəziyyəti ilə tanış olmaqla əmək mühafizəsinin vəziyyətinə nəzarət edirlər.

Əmək Məcəlləsinin 236-cı maddəsinə uyğun olaraq əmək qanunvericiliyinə və əmək mühafizəsi qaydalarına düzgün riayət olunmasına ictimai nəzarət həmkarlar ittifaqı komitələri tərəfindən yerinə yetirilir.

Yerli həmkarlar ittifaqı komitələrinin üzvlərindən bir nəfərinə əmək mühafizəsi məsələlərinə baxmaq işi həvalə edilir.

Həmkarlar təşkilatının üzvlərindən əmək mühafizəsi məsələlərinə baxan şəxs baş ictimai müfəttiş adlanır.

Baş ictimai müfəttiş təsdiq edilmiş şəxs təsərrüfatın ayrı-ayrı sahələrinə uyğun ictimai müfəttişliyə üzvləri seçir. Əmək mühafizəsi sahəsində ictimai müfəttiş gördüyü iş barədə yerli həmkarlar qrupunun ümumi yıncağında hesabat verir.

Komissiyanın işinə sədr (o, baş ictimai müfəttiş adlanır) rəhbərlik edir. Lakin komissiya rəhbərinin müəssisənin inzibati işçilərindən seçilməsinə yol verilmir.



ÜÇPİLLƏLİ İCTİMAİ NƏZARƏT SİSTEMİ:

Kənd təsərrüfatı müəssisələrində üçpilləli nəzarəti müdiriyyətlə həmkarlar ittifaqı təşkilatı birlikdə yerinə yetirir.



BİRİNCİ PİLLƏDƏ nəzarət istehsalat obyektlərinin (sahələrinin) rəhbərləri əmək mühafizəsi üzrə ictimai müfəttişlə birlikdə təhlükəsizlik texnikası sahəsində norma və qaydaların yerinə yetirilməsinə gündəlik nəzarət edir və onların pozulması hallarında təcili tədbirlər görür.

İKİNCİ PİLLƏ nəzarət ayrı-ayrı sahələrin baş mütəxəssisləri baş ictimai müfət-tişilə birlikdə həftədə, yaxud ən azı ayda bir dəfə əmək mühafizəsi işlərinin vəziyyətini yoxlamaqla nəticəsini müəssisənin rəhbərinə və ya həmkarlar ittifaqı təşkilatının sədrinə məlumat verir, bununla əlaqədar onlar birlikdə çatışmazlıqları aradan qaldırmaq sahəsində tədbirlər müəyyən edir.

ÜÇÜNCÜ PİLLƏDƏ nəzarət isə müəssisənin rəhbəri və yerli həmkarlar ittifaqı təşkilatının sədri ayda, yaxud kvartal da bir dəfə istehsalat bölmələrində əmək mühafizəsinin vəziyyətini şəxsən yoxlayırlar.




1 nömrəli əlavə

İZ forması



“Təsdiq edirəm”

______________________________________

______________________________________

______________________________________

______________________________________

(müəssisənin adı, təsdiq edən vəzifəli şəxsin soyadı, adı, imzası, möhür)



 

İSTEHSALATDA BAŞ VERMİŞ BƏDBƏXT HADİSƏ HAQQINDA


AKT № _______

 


1. Müəssisənin tabeçiliyi üzrə yuxarı orqanı __________________________________

______________________________________________________________________________

2. Müəssisənin adı ___________________________________________________________

2.1. Müəssisənin ünvanı: ______________________________________________________

______________________________________________________________________________

(şəhər, rayon, qəsəbə, kənd, küçə, ev)

2.1.1. Bədbəxt hadisənin baş verdiyi sex, sahə, yer ________________________________

______________________________________________________________________________

3. İşçini göndərmiş müəssisə ________________________________________________

______________________________________________________________________________

(adı, ünvanı, tabeçiliyi üzrə yuxarı təsərrüfat orqanı)

4. Zərərçəkənin soyadı, adı, atasının adı _____________________________________

______________________________________________________________________________

5. Cinsi (qadın, kişi) ________________________________________________________

6. Yaşı ______________________________________________________________________

(illərin tam sayını göstərməli)

7. Peşəsi (vəzifəsi) __________________________________________________________

8. Bədbəxt hadisə baş verərkən yerinə yetirdiyi peşə (vəzifə) üzrə iş stajı _______

______________________________________________________________________________

9. Axırıncı dəfə əməyin təhlükəsizliyi üzrə keçirilən təlimatın tarixi _______

______________________________________________________________________________

9.1. Giriş təlimatı _________________________________________________________

9.2. İlkin (təkrar) təlimat

9.3. Biliyin yoxlanılması _____________________________________________________

10. Bədbəxt hadisənin başvermə tarixi və vaxtı ________________________________

______________________________________________________________________________

(gün, ay, il, saat)

______________________________________________________________________________

(işin başlanğıcından sonrakı tam saatların sayı)

11. Bədbəxt hadisənin təfsilatı _______________________________________________

______________________________________________________________________________

______________________________________________________________________________

______________________________________________________________________________

______________________________________________________________________________

12. Əmək qanunvericiliyi pozuntusuna yol vermiş şəxslər _______________________

______________________________________________________________________________

(onlar tərəfindən qanunvericilik və normativ hüquqi sənədələrin pozulan bəndləri göstərilməlidir)

13. Bədbəxt hadisənin şahidləri ______________________________________________

______________________________________________________________________________

Təhqiqat aktı ____________________________________________ tərtib edilmişdir.

(gün, ay, il)

İşəgötürənin vəzifəli şəxsi _________________________________________________

(vəzifəsi, adı, soyadı, imza)

Əməyin mühafizəsi xidmətinin rəisi (onun vəzifələrini icra edən mühəndis, mütəxəssis) ___________________________________________________________________

(imza, adı, soyadı)

Müəssisənin həmkarlar ittifaqı komitəsinin nümayəndəsi ______________________

______________________________________________________________________________

(imza, adı, soyadı)

14. Bədbəxt hadisənin nəticələri ___________________________ müddətə yüngül işə keçirilmişdir.

14.1. Başqa işə keçirilərkən əvvəlki əmək haqqına əlavə ödənişlərin məbləği _____________________________ manat təşkil edir.

14.2. Əmək qabiliyyətini itirməsi barədə xəstəlik vərəqəsi, yaxud müalicə idarəsinin arayışı üzrə ________________________ diaqnozu ilə _________________ tarixdən _________________ tarixədək işdən azad edilmişdir.

14.3. Əmək qabiliyyətini müvəqqəti itirmə müddəti ________________________________

(təqvim günlərinin sayı)

Əmək qabiliyyətini itirmə vərəqəsi üzrə _________________________ manat müavinət ödənilmişdir.

14.4. Bədbəxt hadisənin son nəticəsi ___________________________________________

______________________________________________________________________________

(zərərçəkən yüngül işə keçirilmişdir, sağalmışdır,

______________________________________________________________________________

I, II, III qrup əlillik təyin edilmişdir, sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir, ölmüşdür)xiii[13]

15. Xarab olmuş avadanlıq və alətin dəyəri ____________________________________

______________________________________________________________________________

15.1. Dağıdılmış binalar və qurğuların dəyəri _____________________________________

(manat)

15.2. Ümumi ziyan (manat) ____________________________________________________



(15, 15.1 sətrlərinin cəmi)

İşəgötürənin vəzifəli şəxsi _________________________________________________

(imza, adı, soyadı)

Baş mühasib _________________________________________________________________

(imza, adı, soyadı)


 

 


2 nömrəli əlavə

 

İSTEHSALATDA BƏDBƏXT HADİSƏLƏRIN UÇOT JURNALI

 

___________________________________________________________________________

(müəssisənin adı)


 

1

2

3

4

5

6

7

8

9

 

 

 

 

 

 

 

 

 

 

1. Sıra nömrələri

2. Bədbəxt hadisənin tarixi

3. Zərərçəkənin soyadı, adı, atasının adı, doğulduğu il, iş stajı

4. Peşəsi (vəzifəsi)

5. Bədbəxt hadisənin baş vermiş olduğu yer (sex, sahə, obyekt)

6. Bədbəxt hadisənin şəraiti və səbəblərinin qısa izahı.

7. İZ formalı aktın nömrəsi, tərtib edildiyi tarix.

8. Bədbəxt hadisənin nəticələri.

9. Görülmüş tədbirlər.


 

 

3 nömrəli əlavə



 

İSTEHSALATDA BAŞ VERMIŞ BƏDBƏXT HADISƏ HAQQINDA

 

MƏLUMAT



 

Müəssisənin və onun tabe olduğu yuxarı orqanın adı ____________________________

______________________________________________________________________________

Hadisənin baş verdiyi tarix, vaxt _____________________________________________

(il, ay, gün saat)

Hadisənin baş verdiyi şərait (hadisə baş verərkən yerinə yetirilən işin və ya istehsalat qəzasının təsviri) _________________________________________________

______________________________________________________________________________

Bədbəxt hadisənin nəticəsi ___________________________________________________

Bədbəxt hadisədən zərərçəkənlərin ümumi sayı __________________________________

o cümlədən həlak olanların sayı _______________________________________________

Zərərçəkənlərin (həlak olanların) soyadı, adı, atasının adı, yaşı, peşəsi, vəzifəsi _____________________________________________________________________

Məlumatı imzalayan vəzifəli şəxs ____________________________________________

(vəzifəsi, soyadı, adı, atasının adı, imza, tarix, saat)



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə