Tezislər
135
hekayəti‖ nağılları bizim ədəbiyyatımızda oxĢar əsərlərin yaranmasına səbəb
ola bilmiĢdir. Bir çox bədii sənət nümunələrimiz bu əsərlərin təsiri ilə yazılıb.
Bütün bu əsərlər təkcə Azərbaycan ədəbiyyatının deyil, Orta Asiya,
yaxın və uzaq Ģərq ölkələrinin ədəbiyyatında dərin izlər buraxmıĢdır. Özü-
özlüyündə böyük bir zaman kəsiyini əhatə edən bu əsərlər uzun müddət bir çox
söz sənətkarlarının yaradıcılığında süjet qaynağı olaraq istifadə edilmiĢdir. Bu
əsərlərin olduqca mühüm ortaq cəhətləri var:
1. Əsərlər ideyaca tam olsa da, tərkibində müxtəlif süjetlər əsasında qurulmuĢ
hekayə, nağıl və əhvalatlardan
ibarətdir;
2. Əsərlərin hamısı, əsasən,
nikbin sonluqla bitir;
3. Əsərdə nağıllar və digər hekayələr hansısa obrazın
dilindən söylənilir;
4. Əsərlərin hamısı əxlaqi-didaktik mahiyyəti ilə diqqəti
cəlb edir;
5. Əsərlərin bəzisi islamdan daha əvvəl yaranmıĢ süjetlərə malik olsa da,
hamısında islam dininin mənəvi dəyərləri daha çox qorunur.
Haqqında bəhs etdiyimiz bu kimi qiymətli əsərlər Azərbaycan
ədəbiyyatına təsirsiz olmayıb.
Əslində, hər hansı əsər əsasında yeni bir əsərin yaranması Azərbaycan
ədəbiyyatında XII əsrdən sonra müĢahidə edilməkdə idi. Buna ən bariz nümunə
―Leyli və Məcnun‖ poemaları ola bilər. Ġlk dəfə Nizaminin epik Ģeir nümunəsi
kimi ortaya qoyduğu bu əsərdən çox sənətkarlar təsirlənib və fərqli əsərlər
yazıblar. Bu əsərlərin içərisində daha mükəmməl süjetə və fərqliliyə malik olanı
isə M.Füzulinin ―Leyli və Məcnun‖ poeması olub. Bundan sonra yazılan ―Leyli
və Məcnun‖larda isə Füzuli təsiri daha çox duyulur. Deməli, ədəbiyyatımızda
eyni süjetin əsasında yeni əsərlər yaratmağın möhtəĢəm bir ənənəsi var. XVII-
XVIII əsrlərdə isə bu süjet axtarıĢı sərhədlərini daha da geniĢləndirib. Bu
dövrdə Fədai Təbrizi ―Bəxtiyarnamə‖ (―On vəzir‖) əsərini ―Sindibadnamə‖nin
üzərində qurub. Ənənəvi mövzuda yazılsa da, əsər ideya-bədii baxımdan
orijinallığı ilə də seçilir. Əslində bu orijinallığın əsas səbəblərindən biri də
həmin mövzuya Azərbaycan ədəbiyyatında daha qədimdən mövcud olan
süjetləri və mövzuları daxil etməsidir. Belə ki, ―Bəxtiyarnamə‖ əsərində Nizami
Gəncəvinin ―Sirlər xəzinəsi‖ əsərinin təsiri güclü olub. Fədai burada da
orijinallıq yarada bilib. O, Nizamidən fərqli olaraq, Ģahların yenidən tərbiyə
olunması məsələsini deyil, xalq içərisindən çıxmıĢ bir insanın hökmdar olması
ideyasını irəli sürür. Ümumilikdə, ―Bəxtiyarnamə‖ poeması ―Dəhnamə‖,
―Sindibadnamə‖, ―Tutunamə‖ və bir az da ―Sirlər xəzinəsi‖ əsərlərinə çox
oxĢayır.
Göründüyü kimi, XVII-XVIII əsrlərdə ədəbiyyatımız Ģərq ədəbiyyatının
zəngin irsi olan əsərlərdən bəhrələnməklə, özünün orijinallığını qoruyaraq
dünya ədəbiyyatına dəyərli əsərlər bəxĢ etmiĢdir. Sözsüz ki, bu əsərlər də
özündən sonrakı ümumĢərq ədəbiyyatına təsir etmiĢdir.
Açar sözlər: Ortaq süjet xətləri, Azərbaycan ədəbiyyatı,
―Bəxtiyarnamə‖, ―Tutinamə‖, ―Sindibadnamə‖, ―Min bir gecə‖
Beynəlxalq İpək Yolu
136
TÜRK XALQLARI ƏDƏBĠYYATġÜNASLIĞININ BƏZĠ
ÖZÜNƏMƏXSUSLUQLARI
ANAR ABUZƏRLĠ
―Naxçıvan‖ Universiteti
anar_abuzerov@mail.ru
QloballaĢma dövründə, habelə, informasiya və kommunikasiya
texnologiyalarının sürətli inkiĢaf etdiyi bir Ģəraitdə sivilizasiyalararası əlaqələr
xüsusi aktuallıq daĢıyır. Elmi mühitin, xüsusən gənc alimlərin yaradıcılığının
yeni istiqamətlərinin geniĢ perspektiv qazanması da bu mühüm amillə sıx
bağlıdır.
Azərbaycanda, onun tərkib hissəsi olan Naxçıvanda gənc alimlərin
yaradıcılıq qabiliyyətlərinin inkiĢafına, dünya sivilizasiyasına inteqrasiya
olunmasına geniĢ Ģərait yaranmıĢdır.
Sivilizasiyalararası əlaqələrin möhkəmlənməsi bütün elm sahələrində
ciddi potensialın yaranması, möhkəmlənməsi deməkdir.
Naxçıvan Muxtar Respublikasında son illər ədəbiyyatĢünaslıq elminin
sürətli inkiĢafında qardaĢ türk xalqları ədəbiyyatĢünaslığının qarĢılıqlı
araĢdırılıması, ciddi müqayisələrin aparılması əhəmiyyətli rol oynamıĢdır.
Bu yönümdən iki istiqamət diqqəti cəlb edir:
1.
Müxtəlif türk xalqlarına məxsus ədəbiyyatĢünaslıq əsərlərinin dünya
filoloji fikrinin
nailiyyətləri kimi öyrənilmasi;
2.
Naxçıvanda ədəbiyyatĢünasların araĢdırmalarında bu nailiyyətlərin
nəzəri-metodoloji əsaslar kimi qəbul edilməsi.
Prof.dr Y.Akpınar görkəmli ədəbiyyatĢünas akademik Ġsa Həbibbəyliyə
həsr etdiyi məqaləsində Ġsa müəllimin türk xalqları ədəbiyyatı ilə bağlı
fədakarlıqları barədə yazır: ―Bu kimi fədakarlıqlar, dəstəklər sayəsində
Azərbaycan dili, tarixi, ədəbiyyatı və s. haqqında bəzi kitablar yazıldı,
araĢdırmalar aparıldı. Onun bəzi kitabları da Ərzurumda nəĢr olundu‖. Bütün
bunlar da türk xalqları ədəbiyyatĢünaslığında yeni istiqamətlərin yaranmasında
əhəmiyyətli faktorlardır. Əlbəttə, qarĢılıqlı əlaqələr ədəbiyyatĢünaslığın
təkamülünə ciddi təsir göstərir. Akademik sonet janrından bəhs edərkən bu
janrın bizim ədəbiyyata gəliĢinin iki yolundan söz açır və bu yollardan birini
Türkiyə ilə əlaqləndirir.
Türkmən ədəbiyyatĢünaslığında ‖Kitabi-Dədə Qorqud‖un araĢdırılması
ilə bağlı ciddi ənənələr qazanılmıĢdır. Azərbaycanlı ədəbiyyatĢünaslar
akademik Ġsa Həbibbəyli, professor Məhərrəm Cəfərli, filologiya elmlər
doktoru Yusif Səfərov, filologiya üzrə fəlsəfə doktoru, dosent Rafiq Babayev
və baĢqaları ―Kitabi-Dədə Qorqud‖la bağlı araĢdırmalarında öz türkmən
həmkarlarının fikirlərinə də istinad etmiĢ, maraqlı müqayisələr aparmıĢlar.
M.Kosayevin, B.Kazzıyevin, A.Rəhmanovun, R.Rəcəbovun, A.AĢurovun və
baĢqalarının adları Naxçıvanda yaxĢı tanınır, onların yaradıcılıq uğurları