MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə29/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   25   26   27   28   29   30   31   32   ...   196

edir. Ona görə də şagirdlərdə idrak prosesinin düzgün tənzimlənməsi 

onların təlimə olan maraqlarmı artırır. Onlar təlim prosesində aldıqlan 

bilikləri  təfəkkür  süzgəcindən  keçirərək  nitq  vasitəsilə  ay-  dm  şərh 

edə  bilirlər.  Bu  zaman  şagirdlərdə  mühakimə  yürütmək  qabiliyyəti 

formalaşmağa başlayır. 

Göstərilən  dövrdə  çap  olunan  pedaqogikalarda  müəlliflər  bu 

məsələnin şərhində Uşinskinin fikirlərinə də istinad edirlər. Çünki bu 

məsələ  ilə  bağlı  Uşinski  bir  çox  əsərlərində  müxtəlif  ideyalar  irəli 

sürmüşdür. 

K.D.Uşinski  təfəkkürün  və  nitqin  müşahidəçiliyi  vəhdəti 

prinsipindən çıxış edərək göstərirdi ki, şagirddə dil və təfəkkür qabliy- 

yəti birgə inkişaf etməlidir. 

K.D.Uşinski idrak prosesinə həm  də qnesioloji sferadan  yana- 

şu*dı, O göstərirdi ki, elmi-tarixi faktları uşaqlara öyrətmək üçün hər 

şeydən, əvvəl qarşıya konkret məqsəd qoymaq lazımdır. Buna təlim 

məqsədi  deyilir.  Bu  məqsəd  olmasa  şagirdlər  bəşəriyyətin  tarixi 

təcrübəsində toplanmış bilikləri mənimsəyə bilməz. Ona görə də belə 

faktları  təlimin  konkret  məqsədləri  ilə  uyğunlaşdırdıqdan  sonra 

şagirdlərə  öyrətmək  olar.  Bunun  üçün  həmin  faktları  pedaqoji 

prosesin  məqsədlərinə  uyğun  olaraq  işləmək,  pedaqoji  cəhətdən 

əsaslandırmaq  və  sonra  şagirdlərə  vermək  lazımdır.  Uşinski  iddia 

edirdi ki, müəllim qnesioloji məzmun kəsb edən faktların və biliklərin 

zirvəsində  dayanırsa,  şagird  onun  bünövrəsində,  təməlində  dayanır. 

Ona  görə  də  bünövrə  elə  qoyulmalıdır  ki,  şagirdlər  həmin  bünövrə, 

təməl üzərində möhkəm dayanaraq zirvəyə gedən yolu asanlıqla dəf 

edə bilsinlər. 

K.D.Uşinski  ibtidai  təlimin  məzmunu  və  metodikası 

məsələlərini işləyib  hazırlamışdır. O, təlimmin bu pilləsinə xüsusilə 

böyük  əhəmiyyət  verirdi,  belə  hesab  edirdi  ki,  bilik  və  ideyaların 

təməli  nə  qədər  möhkəm  olarsa,  sonra  onun  üzərində  bir  o  qədər 

möhkəm bina ucaltmaq mümkündür. 

Ana dili və doğma təbiətin, tarixin öyrənilməsi ibtidai, məktəbdə 

həyata  keçirilən  təlim  işinin  əsasını  təşkil  edir.  K.D.  Uşinski  təhsil 

sistemində ana dilini öyrənməyin əhəmij^ətini yüksəklərə qalduraraq, 

eyni zamanda, qeyd etmişdir ki, dil birbaşa müşahidə və təcrübələrdən 

irəli gələn bilikləri özlüyündə əvəz edə bilməz. Dil bu cür biliklərin 

qazanılmasmı sürətləndirir və asanlaşdırır, lakin 

86 



əgər  uşağın  diqqətini  görülən  işin  məzmununa  yönəltsək,  bu  zaman 

biz onun hərtərəfli inkişafını təmin etmiş olarıq. 

Təlim  material  min  normal  mənimsənilməsində  təlim 

prinsiplərinin müəyyənləşdirilməsinin və ona istinad edilməsinin çox 

mühüm əhəmiyyəti vardır. Təlim prosesi üçün stimul rolımu oynayan 

bu  obyektiv  həqiqət  haqqında  da  pedaqoqların,  xüsusilə  dərslik 

müəlliflərinin  fikirlərində  də  müəyyən  ziddiyyətlər  vardır. 

Araşdırdığımız  yüzlərlə  dərslik  və  dərs  vəsaitlərinin  bir  qismində 

didaktik  prinsiplərin  müəyyənləşdirilməsi  haqqmda  heç  bir  söz 

deyilmədiyi  halda,  bir  qismində  bu  prinsiplərin  əsasında  müvafiq 

pedaqoji qa- nunlarm və qanunauyğunluqlarm dayandığı iddia edilir. 

Prof.  N.M.Kazımov  didaktik  prinsiplərin  əsasında  müvafiq 

qanunauyğunluqların dayandığını iddia edir. 

İ.F.Xarlamov  da  əsaslandırmağa  çalışır  ki,  didaktik  prinsiplər 

təlimin qanunauyğunluqları əsasmda işlənməlidir. T.A.İlyina 1984- cü 

ildə  çap  etdirdiyi  «Pedaqogika»  kitabında  isə  qeyd  edü  ki,  didaktik 

prinsiplər  təlimin  məqsədi  və  şagirdlərin  dərketmə  fəaliyyəti  ilə  sıx 

bağlıdır. Y.K.Babanski « Pedaqogika» kitabmda yazır ki, «Didaktika» 

tədris prosesinin əsas komponentlərini müəyyənləşdirmək üçün əsas 

səbəbdirsə,  vəzifə,  məzmun,  məqsəd  təlim  fəaliyyətinin  təşkili, 

nəzarət, vasitə, forma isə təlimin nəticəsidir. 

Təlimin  prinsiplərini  onun  qanunları  əsasında  müəyənləşdir- 

mək  fikrini  irəli  sürən  M.  Danilov  isə  bu  pinsiplərin  sistemini 

yaratmağa cəhd köstərmişdir. O, təlimin 7 prinsipini qeyd edir. 

Yeri  gəlmişkən  qeyd  etmək  lazımdır  ki,  təlimin  prinsiplərinin 

müəyyənləşdirilməsində  və  təsnif  edilməsində  də  alimlərin 

fikirlərində  müxtəliflik  vardır.  Məsələn,  B.  Bəşirov  «Ali  məktəb 

didakti- kasın»da təlim prinsiplərini aşağıdakı sistem üzrə təqdim edir; 

1.

 

Elmlik prinsipi. 



2.

 

Varislik prinsipi. 



3.

 

Sistemlilik prinsipi. 



4.

 

Nəzəriyyənin praktikası və əlaqəsi prinsipi. 



5.

 

Şüurluluq prinsipi. 



6.

 

Nümayiş prinsipi (əyanilik). 



7.

 

Təlimlə möhkəmlətmə prinspi. 



K.A.Biktogirov,  S.İ.Arxangelski,  V.t.  Zaqvyazinski  ali 

məktəbdə təlim prinsiplərinin 8 adda adlandırmasını irəli sürürlər. 



87 


Təlimin prinsiplərindən danışarkən M.Mehdizadə, N.Kazı- mov, 

Ə.Ağayev,  B.Əhmədov,  Z.Qaralov  və  başqalarının  xidmətlərini  də 

qeyd etmək lazımdır. 

Prof. N. Kazımov təlimin 13 prinsipini müəyyənləşdirir. 

1.

 

Təlimin həyatla əlaqələndirilməsi prinsipi. 



2.

 

Təlim üçün münasib şəraitin yaradılması prinsipi. 



3.

 

Təlimdə  fərdi  xüsusiyyətlərin  nəzərə  alınması  və  müvafıq- 



lik prinsipi. 

4.

 



Təlimdə əməkdaşlıq prinsipi. 

5.

 



Təlimdə düzünə və əksinə əlaqənin birliyi prinsipi. 

6.

 



Təlimdə şüurluluq və fəallıq prinsipi. 

7.

 



Təlimdə elmlik prinsipi. 

8.

 



Təlimin təhsilverici prinsipi. 

9.

 



Təlimin tərbiyələndirici prinsipi. 

10.


 

Təlimin inkişafetdirici prinsipi. 

11.

 

Təlimin anlayışa xidmət etməsi prinsipi. 



12.

 

Müxtəlif üsullardan istifadə prinsipi. 



13.

 

Təlimdə bilik və bacarıqlarm möhkəmləndirilməsi prinsipi. 



Professor B.A.Əhmədov təlimin prinsiplərinə aşağıdakıları daxil 

edir: 


1.

 

Təlimin cəmiyyət quruculuğu işlərinə xidmət etməsi



2.

 

Təlim materialmm onun məqsəd zəminində seçilməsi



3.

 

Təlim vasitələrinin onun məzmunu zəmmində seçilməsi



4.

 

Təlimdə şagirdin imkanmm nəzərə ainması; 



5.

 

Təlim metodlarının onun vasitələri zəminində seçilməsi



6.

 

Elmlik; 



7.

 

Şüurluluq, fəallıq və müstəqillik



8.

 

Sistemlilik; 



9.

 

Fənnin daxili məntiqinin gözlənilməsi



10.

 

Biliklərin möhkəm mənimsənilməsi



11.

 

Əyaniliklə ümumiləşdirmənm vəhdəti; 



12.

 

Reproduktiv və produktiv təfəkürün vəhdəti



13.

 

Biliklə fəaliyyətin birliyi və s. 



Ali  pedaqoji  məktəblər  üçün  1993-cü  ildə  nəşr  olunan 

«Pedaqogika»  dərsliyində  isə  (müəlliflər  Y.Talıbov,  Ə.Ağayev, 

İ.lsayev,  A.Eminov)  bütün  təsnifat  variantlarmı  ümumiləşdirilərək 

aşağıdakı prinsiplər müəyyənləşdirilir. 



88 


Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə