MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə27/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   23   24   25   26   27   28   29   30   ...   196

tün  Avropa  ölkələrində  tətbiq  olunmağa  başlamışdır.  «Böyük 

didaktika»Hollandiyada latın dilində çap edildiyi üçün latın qrafikalı 

bütün Avropa ölkələri Komenskinin didaktika sistemindən asanlıqla 

istifadə  etmişlər.  Almaniya,  Balkan  ölkələri,  Hollandiya,  İspaniya 

(Əndəlüs), Fransa, İtaliya, İngiltərə maarifçiləri bu sistemə üstünlük 

vermiş 


onun 

öz 


ölkələri 

üçün 


tətbiqi 

imkanlarını 

müəyyənləşdirmişlər.  Fransız  maarifçisi  J.J.  Russo  (1712  -  1778) 

Komenski  sisteminə  üstünlük  verən  demokrat  pedaqoq  kimi  dünya 

pedaqoji fikir tarixində özünə xüsusi yer tutmuşdur. Russonun altımış 

altı illik ömrünün şanlı səhifələri maarifçiliklə bağlıdır. XVIII əsrdə 

bütün  Avropada  olduğu  kimi,  Fransada  da  bir-birinə  bənzəyən 

müharibələrlə  yanaşı,  dövlət  və  bələdiyyə  məktəbləri  də  var  idi. 

Həmin  məktəblərin  əksəriyyətində  fərdi  təhsilə  üstünlük  verildiyi 

üçün təhsilin kütləviləşdirilməsi işinə böyük əngəl yaranırdı. 

Russonun  təlim  nəzəriyyəsi  də  bu  əngəllərin  aradan 

qaldırılmasında  mühüm  əhəmiyyət  kəsb  edirdi.  Russonun  təlim 

nəzəriyyəsi barədə pedaqoji fikir tarixində kifayət qədər məlumatların 

olduğunu  nəzərə  alaraq  biz  Azərbaycan  pedaqogikasmda  bu  günə 

qədər  adı  çəkilməyən  digər  fransız  maarifçilərinm  bu  sahədəki 

xidmətləri  haqqında  söhbət  açmağı  məqsədəuyğun  hesab  edirik. 

Onlardan  biri  Fransada  J.J.  Russonun  davamçılarından  biri  olan, 

Fransa  pedaqoji  fikir  tarixində  özünəməxsus  yeri  olan,  lakin 

beynəlxalq  miqyasda bir o qədər də tanınmayan  Culien Paricskidir. 

Markt  An-  tuan  Julien  Paricski  (1775-  1848)  təkcə  Fransada  deyil, 

Avropa  və  dünya  miqyasında  mövcud  olan  didaktik  sistemlərin 

müqayisəli  şərhini  verməyə  müyəssər  olmuşdur.  O,  1817  -  ci  ildə 

Parisdə  dərc  etdirdiyi  «Müqayisəli  pedaqogikaya  dair  araşdırma 

haqqında  oçerk  və  ilkin  qeydlər»  adlı  elmi  əsərində  ilk  dəfə  olaraq 

müqayisə  pri-  yomu  haqqında  məlumat  verir.  Yeri  gəlmişkən  qeyd 

etmək  lazımdır  ki,  müqayisə  priyomunu  (müqayisə  üsulunu  -  F.S.) 

elmi  -  didaktikaya  Juliyen  Parijski  gətirmişsə,  böyük  rus  pedaqoqu 

Uşinski  və  rusiya  maarifçiliyi  tarixində  xüsusi  xidmətləri  olan 

görkəmli  yazıçı  L.  N.  Tolstoy  tərəfindən  həmin  üsulun  tətbiqi 

imkanları  barədə  müəyyən  fikirlər  söylənilsə  də,  həmin  üsul 

Azərbaycan  pedaqoqu  Nürəddin  Kazımov  tərəfindən  fundamental 

şəkildə tədqiq olunmuşdur. 

J. Parijskinin 

müqayisəli  didaktika  sahəsində  apardığı 

tədqiqatlarda ən önəmli yer tutan məsələlərdən biri də fransız uşaqları 

80 



nın  hansı  yaş  dövrlərindən  təhsilə  başlamasını  düzgün 

müəyyənləşdirilməsi ilə bagiı irəli sürdügü pedaqoji ideyalardır. O, ilk 

dəfə  olaraq  Fransada  «ibtidai  icbari  təhsil  hüququ»  konsepsiyasmı 

irəli sürənlərdən hesab olunur. Bımun üçün J. Paricski bir sıra qabaqcıl 

ölkələrin  ibtidai  -  icbari  təhsilində  mövcud  olan  yaş  dövrlərini 

müqayisə  etdikdən  sonra  fransızların  təhsili  üçün  səciyyəvi  olan 

ibtidai  -  icbari  təhsil  hüququ  konsepsiyasmı  irəli  sürmüşdür.  J. 

Paricski  müəyyənləşdirmişdir  ki  uşaqlarm  ibtidai  -  icbari  təhsil 

müddəti Prusiyada (Almaniyada) 7-14; Avstraliyada 6-14, Çexiyada 

6 - 1 2 ;   İsveçdə  7 - 1 2 ;   İngiltərədə  5-11;  İtaliyada  6-10;  Yaponiyada 

6 - 1 4 ;  İspaniyada 8 - 1 4 ;  Hollandiyada 8 - 1 2 ;  Avstriyada 8 - 14; yaş 

dövrlərini əhatə edir. Ona görə də C. Paricski Fransada uşaqları ibtidai 

- icbari təhsil üçün 6 - 1 2  yaşlarını məqbul hesab etmişdir. Maraqlıdır 

ki, J, Paricskinin təklifi sonralar Fransada ibtidai - icbari təhsil hüququ 

haqqında qərar qəbul edilərkən nəzərə aimmışdır. Hətta 1882- ci ildə 

Fransada  dövlət  səviyyəsində  ibtidai  -  icbari  təhsil  haqqmda  qərar 

qəbud  ediləndə  J.  Paricskinin  ideya-  sma  üstünlük  verilmişdir  və 

ibtidai  -  icbari  təhsil  dövrü  6  -  12  yaş  dövrləri  kimi  nəzərdə 

tutulmuşdur. 

Komenski  ideyalarına  sadiq  qalaraq  didaktika  sahəsində  çox 

dəyərli fikirlər söyləyən Pestalotsi, Herbart, Uşinski, Disterverq kimi 

pedaqoq-didaktları  xüsusi  qeyd  etmək  lazımdu".  ömrünün  50  illini 

uşaqlarm  təlim-tərbiyəsinə  sərf  edən,  təlimi  əməklə  birləşdirməyə 

üstünlük  verərək  xüsusi  tipli  orta  ümumtəhsil  məktəbi  və  institut 

yaradan  İ.  Pestalotsi  (1746  -  1827)  ən  nümunəvi  ibtidai  məktəblər 

üçün elementar təhsil nəzəriyyəsini işləyib hazırlamışdır. 

Pestalotsinin didaktkasmdakı ən faydalı elmi-pedaqoji ideya- lan 

belə səciyyələndirmək olar: 

-

 

müəllimin  ən  başlıca  vəzifəsi  uşağm  özünün  nümunəvi 



fəaliyyətinin  əsası  kimi,  onun  əqli  fəaliyyətini  inkişaf  etdirib 

möhkəmləndirmək; 

-

 

təlimin tərbiyəedici xarakterinə üstünlük vermək



-

 

hər cür təhsil formalarını əbədi qanunlara (mütərəqqi qayda və 



qanunlara) tabe etmək

-

 



ağIm köməyi ilə predmetin dərk edilməsinə nail olmaq

-

 



öyrətmə prosesində müşahidəyə (adi müşahidə, ilkin müşahidə, 

mütəşəkkil müşahidə, sabit müşahidə) üstünlük verilmək



81 


-

 

Bilik, hərəkət etmək bacarığı ilə müşahidə olunmaq



-

 

Təlimin sxolastik metodikalarından vaz keçmək



-

 

Təlim prosesində əyaniliyə üstünlük vermək. 



Həm  filosof,  həm  psixoloq,  həm  də  pedaqoq  kimi  tanman, 

didaktika sahəsində böyük əmək sərf edən İ. Herbart (1776  - 1841) 

«Pedaqogikadan  birinci  mühazirələr»,  «Tərbiyənin  məqsədindən 

doğan  ümumi  pedaqogika»  adlı  əsərlərində  didaktikanın  ümumi 

hissələrinə və təlimin tərbiyəedici xarakterinə dair çox dəyərli fikirlər 

söyləmişdir. 

Herbartın  didaktikasmın  əsas  müddəalarından  danışarkən 

aşağıdakıları xüsusi qeyd etmək lazımdır: 

-

 

Təhsil sistemində qədim dillərə üstünlük verilməsi



-

 

Biliklərin 



verilməsi, 

mənimsədilməsi 

və 

möhkəmləndirilməsində psixoloci yanaşmalara üstünlüyün verilməsi; 



-

 

Biliklərin 



dərinləşdirilməsi 

üçün 


vahidlərin 

müəyyənləşdirilməsi; 

-

 

Dərk etmənin müqayisə yolu ilə idrak vasitəsinə çevrilməsi



-

 

Ardıcılığın,  sistemliliyin,  aydmiığın,  assosiyasiyanm  metod 



kimi qəbul edilməsi. 

Herbart öyrətmənin pillələrində təhsilləndirici, tərbiyələndi- rici 

və  inkişafedici  amillərə  böyük  üstünlük  vermişdir.  O,  hər  pillənin 

özünəməxsus  dəyəri  olduğunu  da  öz  pedaqoji  ideyaları  ilə  nəzərə 

çatdırmışdır. 

Herbart  aydmiığı,  assosiyasiyanı,  sistem  və  metodu  gah 

öyrətmənin pillələri, gah da öyrətmənin müxtəlif üsulları adlandırmış- 

dır,lakin  o,  son  halda  birindən  digərinə  ardıcıl  keçidi  nəzərdə 

tutmuşdur. 

Herbartın  öyrətmə  prosesi  konsepsiyasmda  anlayışlar  barədə 

təsəvvürlərin 

yaradılmasında 

müqayisəetmədən 

istifadənin 

üstünlükləri barədə də dəyərli fikirlər vardır. 

Elmi 


didaktikanm 

inkişafında, 

formalaşmasmda 

və 


zənginləşməsində  mühüm  rolu  olan,  xüsusilə  təhsil  və  təlimin 

tərbiyəedici  xarakteri  ilə  bağlı  dəyərli  faktlar  söyləyən  böyük  rus 

pedaqoqu,  müəllimi,  ictimai  xadimi  K.D.  Uşinski  (1824  -  1871) 

pedaqogika  elminə  çox  böyük  tövsiyələr  vermiş  və  dəyərli 

konsepsiyalar  gətirmişdir.  Uşinskinin  11  cildlik  seçilmiş  əsərlərini 

nəzərdən  keçirərək  orada  elmi  didaktikanm  böyük  bir  sistemini 

görərik. 

82 



Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə