MüNDƏRİcat


Şəkil I.4. Neft yataqlarının işlənilməsinin geoloji-texnoloji modelinin sxematik quruluşu



Yüklə 1,73 Mb.
səhifə3/17
tarix11.10.2017
ölçüsü1,73 Mb.
#4237
1   2   3   4   5   6   7   8   9   ...   17

Şəkil I.4. Neft yataqlarının işlənilməsinin geoloji-texnoloji modelinin sxematik quruluşu

d) Ekoloji tədqiqatlar. Dün­­y­­a neftçıxarma təcrübəsində ekoloji təminatların ye­ri­nə­ yetirilməsinə ciddi fikir verilir. Ölkəmizdə isə bu sahədə hələ də çatışmamazlıqlar qeyd olunmaqdadır. Onları aradan qaldırmaq üçün isə müvafiq tədqiqatlar aparılmalıdır ki, bu da quru sahəsi və dəniz akvatoriyasında işlənilən yataqlarda ekoloji mühiti əsaslı surətdə yaxşılaşdırmalıdır.

Beləliklə, göründüyü kimi Azərbaycanın quru ərazisində və dəniz akvatoriyasında yerləşən çoxdan işlənilmədə olan yataqların poten­si­al imkanlarının mövcudluğu şübhə doğurmur. Burada indi­yə­dək isti­fa­də­siz qalmış ehtiyatların maksimum realizəsi respublikanın enerji-ya­nacaq kom­pleksi üçün çox vacib problemdir. ARDNŞ-nin balansında olan neft yataqlarının işlənilməsinin rasional aparılmasını tə­min­ etmək üçün çoxfunksiyalı bir model təklif olunmuşdur, bu da təcrübədə rast gəlinə bilən bütün məsələlərin həl­li­ni operativ rejimdə təmin edir (şək. I.4.). Qeyd etmək vacibdir ki, təqdim olunan modelin bütün element­lə­ri­nin alqoritmi tərtib olunmuş və proqramları müxtəlif geoloji-mə­dən­ göstəriciləri ilə səciyyələnən yataqlarda tətbiq olunmuşdur [B.Ə.Bağırov, 2003].

II. Neft və qaz yataqlarının İşlənİlməsİnə qədər aparılan kompleks tədqİqatlar
Neft və qaz yığımlarına müxtəlif dərinlikdə yatan özünə məxsus strukturlarda rast gəlinir. Buradakı karbohidrogen ehtiyatlarından səmərəli istifadə etmək üçün onların təbii şəraitdəki (işlənilməyə verilmə dövrünədək) geoloji quruluşu öyrənilməlidir. Bu məqsədlə kompleks geoloji, geofiziki, geokimyəvi və hidrodinamiki üsullarla tədqiqatlar aparılır. Onlardan alınan bütün məlumatlar yataqda işlənilmə prosesini başlamaq üçün informasiya bazasında cəmləşdirilir və geoloji əsasların yaradılmasında istifadə edilir.

Müasir dövrdə işlənilmənin geoloji əsaslandırılmasına tələbat olduqca artmışdır. Burada yataqda işlənilmənin əsaslandırılması üçün lazım gələn bütün məsələlər öz həllini tapmalıdır. Strukturun statik vəziyyətində öyrənilmə kompleksinə ənənəvi geoloji, geofiziki üsullarla yanaşı riyazi-statistika və ehtimal nəzəriyyəsinin müvafiq yanaşma və qoyuluşları da əlavə edilməlidir ki, bu da məlumat qıtlığı şəraitində yatağı daha da düzgün qiymətləndirməyə imkan verir.


II.1 Karbohidrogenlərin yer təkində toplanmasının təbii şəraiti və paylanma sərhədləri
Dünya neft yataqlarının böyük əksəriyyəti çöküntü mənşəli olmaqla antiklinal, braxiantiklinal, monoklinal və s. quruluşlarla əlaqədardır. Onlar müxtəlif geoloji dövrlərdə əmələ gəlsələr də, litoloji-stratiqrafik və tektonik baxımdan qeyri-bircinsliliklə səciyyələnirlər: keçirici kollektor laylar qeyri-keçirici süxurlu laylarla növbələşir. Çöküntü kompleksində qeyd edilən dəyişmələr sərhədlərlə ifadə olunaraq laylaşma xüsusiyyətini əks etdirir. Strukturun kəsilişində rast gələn kollektor layların bəziləri məhsuldar, digərləri isə sulu ola bilər. Burada məhsuldar layların işlənilməsi üçün yalnız onların öyrənilməsi kifayət deyil: mədənin kəsilişində rast gələn bütün layların tədqiq olunması tələb olunur. Tədqiqatlar sistem baxımdan həyata keçirilməlidir. Belə olduqda çoxlaylı strukturu “geoloji sistem”, onun ayrı-ayrı laylarını isə “geoloji cisimlər” kimi adlandırmaq olar. Təbii ki, “geoloji sistemin öyrənilməsi” “geoloji cisimlərin” tədqiqi ilə başlanılmalıdır.

Geoloji cisimlər olmaqla laylar özləri də sadə və mürəkkəb quruluşlu ola bilər. Hərgah sadə quruluşlu layların həcmində heç bir sərhəd keçirmək mümkün deyilsə, mürəkkəblərdə bir və ya bir neçə sərhəd keçirilir ki, onlar da bu laya məxsus fasial, tektonik və s. dəyişmələri əks etdirir.

Neft-mədən geologiyasında sərhədlərin mahiyyəti və aşkar edilməsi üsullarına xüsusi diqqət yetirilir. Sərhədlərin keçirilməsi üçün layların səthində (və ya həcmində) öyrənilən parametrin (məsələn, qalınlığın, məsaməliyin və s.) müəyyən dəyişmələri mövcud olmalıdır.

Lay parametrlərin paylanmasında baş verən dəyişmələri təsvir etmək üçün sərhədlərin aşağıdakı kimi təsnifatını vermək olar.



Kəskin sərhədlər. Mədənin kəsilişi və ya sahəsi üzrə baş verən kəskin litoloji-fiziki xassələri (məsələn, qumlu layın gilli laya keçməsi; yataqda neftli hissənin sulu və ya qazlı hissə ilə əvəz olunması və s.) əks etdirmək üçün belə sərhədlərdən istifadə edilir (şək.II.1).

Şəkil.II.1. Yataq kəsilişinin kəskin sərhədləri.


Qırılma (dizyunktiv) sərhədlər. Əvvəlcə onu qeyd edək ki, təbiətdə çox nadir hallarda tektonik qırılmalarla mürəkkəbləşməyən sadə formalı neftli strukturlara təsadüf edilir. Ölkəmizin yataqlarının böyük əksəriyyəti bu baxımdan istisna deyil: strukturların uzunu və eni istiqamətində müxtəlif amplitudlu qırılmalar qeyd edilir. Onlar funksiyasından asılı olaraq iki növə bölünür:

  1. Ekran xassəli qırılmalar. Bu qırılmalar yatağın struktur və hidrodinamik bütövlüyünü pozaraq, onu bir-birindən təcrid edilən tektonik sahələrə bölür. Belə sahələr arasında flüid axımı bir qayda olaraq qeyd edilmir. Bu səbəbdən də onların ehtiyatları ayrıca hesablanır və müstəqil işlənilmə sistemləri tətbiq edilir (şək.II.2).

Şəkil. II.2. Ekran funksiyalı tektonik qırılmalar.


b) Keçirici xassəli qırılmalar. Yataq sahəsində qeyd edilən belə qırılmalar atılma amplitudundan asılı olmayaraq laydaxili maye axımının qarşısını almır: belə qırılmaların mövcudluğu şəraitində yatağın bir blokundan digərinə (qonşu bloka) neftin, qazın və suyun (o cümlədən, laya vurulan) sərbəst axımı müşahidə olunur. Odur ki, belə qırılmalara keçirici xassəli qırılmalar deyilir (şək.II.3).

Şəkil. II.3. Keçirici funksiyalı tektonik qırılmalar.

Onu da qeyd etmək lazımdır ki, qırılma sərhədləri neft yataqlarının əmələgəlmə və formalaşmasında çox mühüm rol oynayır. Azərbaycanın neft və qaz strukturlarının tədqiqindən məlumdur ki, onlar bəzi yataqların əmələ gəlməsində (karbohidrogenlərin toplanmasında) müsbət, digərlərində isə dağıdıcı rol oynamışlar.

c) Şərti sərhədlər. Neftli-qazlı strukturun geoloji-fiziki xassələri onun sahəsi üzrə müxtəlif dəyişmələrə məruz qalır. Məsələn, layın yatma dərinliyi, süxur məsaməliyi və s. qiymətləri müəyyən istiqamətdə artır və ya azalır. Belə dəyişmələri təsvir etmək üçün şərti sərhədlərdən istifadə edilir ki, onlara da horizontallar deyilir (şək.II.4 ).



Şək.II.4. Strukturda şərti sərhədlər.


d) Sərbəst sərhədlər. Neft yataqlarının işlənilməsi prosesində bəzən belə sərhədlərdən istifadə edilir ki, bunların da geoloji cisimdə gedən dəyişmələrlə heç bir əlaqəsi yoxdur. Onlar xəritələrdə sahənin məlumatlarla öyrənilmə dərəcəsini (dolğunluğunu), ehtiyatın kateqoriyalarını təsvir etmək üçün istifadə edilir. Məsələn, hər hansı bir yataqda neft ehtiyatının öyrənilmə dərəcəsinə görə A, B, C1 kateqoriyaları ayrılmışsa, onda bu tip sərhədlərdən istifadə edilə bilər (şək.II.5).

Şəkil II.5. Neft ehtiyatları kateqoriyalarının ayrılmasının sərbəst sərhədləri


Yuxarıda qeyd edilən sərhədlərdən geoloji cisimlərin bir-birindən ayrılması üçün istifadə edilir. Yuxarıda qeyd edildiyi kimi, geoloji cisimlərin iki forması mövcuddur: sadə və mürəkkəb.

Sadə geoloji cisimlərin səthində (və ya daxilində) hər hansı bir göstəriciyə görə heç bir təbii və şərti sərhədlər keçirmək mümkün deyil. Mürəkkəb geoloji cisimlərin quruluşunda isə əksinə - hər hansı lay parametrinin paylanmasına görə sərhədlər (ən azı bir sərhəd) keçirilməsi tələb olunur.

Bu laylar neft və qaz mədənlərinin tərkib hissəsi olmaqla geoloji sistemləri təşkil edir.


II.2. Çoxlaylı mədənin geoloji quruluşu

Neft və qaz yataqlarının böyük əksəriyyəti çökmə süxurlarla əlaqədardır. Strukturun yerləşdiyi rayonun tektonik xüsusiyyətindən asılı olaraq burada müəyyən litologiyaya malik çöküntülər toplanır. Sonrakı geoloji dövrlərdə plikativ və dizyunktiv dislokasiyaların təsiri ilə onların litoloji tərkibi dəfələrlə dəyişmələrə məruz qalır. Nəticədə, kəsilişdə bir-birindən fərqlənən süxur kompleksləri yaranır ki, onlar da lay və ya təbəqə adlandırılır.

Təbiətdə, xüsusilə, geosinklinal vilayətlərdə tam horizontal yatan, sadə formalı laylaşmaya təsadüf edilmir. Onlar çoxlaylı olmaqla olduqca mürəkkəb quruluşlu qalxımlarla səciyyələnirlər. Belə qalxımlarda laylaşmanın hər hansı bir qanunauyğunluğunu müşahidə etmək çətindir, tektonik qırılmalar isə strukturun kəsilişindəki layların tamlığını müxtəlif cür pozur. Nəticədə lay flüidlərinin paylanmasının bənzərsiz formaları yaranır. Buna Cənubi Xəzər hövzəsinin strukturlarını misal göstərmək olar. Burada qeyd olunan xeyli sayda qalxımlarda müxtəlif laylaşma sistemi ilə yanaşı plikativ və dizyunktiv dislokasiyaların ən müxtəlif formaları müşahidə olunur. Hətta qonşu strukturlarda belə, geoloji quruluşların müxtəlifliyi özünü göstərir. Məsələn, Abşeronun mərkəzində yerləşən Balaxanı-Sabunçu-Ramana mədəni yalnız yəhərvari kiçik sinklinalla qonşu Suraxanı mədənindən ayrıldığı halda, onların kəsilişlərində, ümumi oxşarlıq fonunda özlərinə məxsus geoloji quruluşlar da nəzərə çarpır: Balaxanı-Sabunçu-Ramanada məhsuldar qatın dabanı qırməkialtı lay dəstəsi təşkil edirsə, Suraxanıda onu daha qədim qala lay dəstəsi çöküntüləri əvəz edir. Bu strukturlarda tektonik qırılmaların forma və funksiyalarında da ümumi oxşarlıq qeyd olunmur.

Mürəkkəb quruluşlu strukturlarda flüid paylanması da hidrostatikanın qanununa tam müvafiq deyil. Məsələn, çoxlaylı yatağın neftlərinin sıxlığı və özlülüyünün dəyişməsində onun yatma dərinliyindən asılı olaraq əslində ümumi bir qanunauyğunluq qeyd olunmur; bu istiqamətdə məhsuldar layların qazla doyma dərəcəsinin dəyişməsində də sistematik bir təzahür müşahidə olunmur və s.

Qeyd edilən qeyri-səlis geoloji mühitdə karbohidrogen yığımlarının aşkar edilməsi onun ehtiyatının hesablanması, sonra isə realizə imkanlarının əsaslandırılması, ilk növbədə həmin geoloji şəraitin özünün öyrənilməsini tələb edir. Yalnız belə tədqiqatlardan sonra strukturlarda neft və qaz hasilatına başlamaq üçün müvafiq işlər aparıla bilər.

Beləliklə, strukturun geoloji öyrənilməsi dedikdə, onun kompleks tədqiqi nəzərdə tutulur. Burada dərinliklər üzrə, sahə və ümumilikdə onun həcmi boyu gedən fasial, tektonik, hidrodinamik göstəricilərinin dəyişmələrinin aşkar edilməsi və təhlili nəzərdə tutulur.

Nəzərə alsaq ki, flüidlər yer təkində müəyyən həcmlərdə yerləşir, onda tədqiqatlar X, Y və Z oxları üzrə aparılaraq nəticələri strukturun üçölçülü modellərində əks olunmalıdır.
II.2.1. Çoxlaylı strukturun şaquli kəsilişinin öyrənilməsi

Strukturların stratiqrafik bölümlərində baş vermiş fasial dəyişmələr haqqında məlumatların alınması neft geologiyasının ən vacib problemlərindən biridir. Bu məsələni həll etmək üçün strukturun müxtəlif sahələrində (nöqtələrində) qazılmış quyuların kəsilişindən əldə edilən geoloji-geofiziki məlumatlar ətraflı öyrənilir.

Belə tədqiqatlar əsasən strukturda aparılan axtarış-kəşfiyyat işləri prosesində və işlənilmənin ilk mərhələsində həyata keçirilir. Məhz bu dövrlərdə qazılan müxtəlif təyinatlı quyuların kəsilişindən götürülmüş süxur nümunələri öyrənilir və geofiziki üsullarla tədqiq olunur: layların stratiqrafik ardıcıllıqla yatımı, onların qalınlığı və litoloji tərkibi, neftli-qazlı layların mövcudluğu və onların yatma şəraiti və s. məlumatlar strukturun geoloji quruluşunun öyrənilməsinə kömək edir. Məhsuldar təbəqələrin isə kollektorluq qabiliyyəti, neftlə-qazla doyma dərəcəsi, fliudlərin fiziki-kimyəvi göstəriciləri, hasilat imkanları hər tərəfli tədqiq olunur ki, bu da həmin strukturun xalq təsərrüfatı baxımından qiymətləndirilməsi ilə nəticələnməlidir.

Q u y u k ə s i l i ş i n i n ö y r ə n i l m ə s i. Keçmiş dövrlərdə qazıma prosesində kəsilişdən tam keyfiyyətli süxur nümunələrinin götürülməsi üçün texniki imkanlar məhdud idi. Bu məqsədlə istifadə edilən müvafiq baltalar, yan süxurgötürən cihazlar çox vaxt kəsilişin gilli hissəsindən nümunənin götürməsini təmin edirdisə, qum fraksiyalı nümunələrin yer səthinə qaldırılmasına nail olmaq isə çətin olurdu: onların qismən və ya tamamilə dağılması baş verirdi. Son nəticədə yatağın kəsilişinin eyni dərəcədə tədqiqi mümkün olmurdu. Lakin müasir dövrdə qazıma prosesində istifadə olunan çox effektli avadanlıqlar süxur nümunələrini fasiləsiz və keyfiyyətli götürülməsini təmin edir ki, bu da strukturların kəsilişinin təsvir edilməsinə imkan verir. Onu da qeyd edək ki, quyulardan fasiləsiz süxur nümunəsinin götürülməsi (xüsusi ilə böyük dərinliklərdə yatan laylardan) və laboratoriyalarda tədqiqi baha başa gələn bir prosesdir. Odur ki, quyu kəsilişinin öyrənilməsində geofiziki üsullarından geniş istifadə edilir. Bu üsulların tədqiqatlara cəlb etmək üçün bir qayda olaraq aşağıdakı ardıcıllıqdan istifadə edilir: əvvəlcə strukturda qazılan ilk quyulardan süxur nümunələri (kern) götürülür və tədqiq olunur. Sonra həmin quyularda geofiziki tədqiqat üsulları vasitəsilə də kompleks tədqiqatlar aparılır. Hər iki üsulla alınan ölçü qiymətləri xüsusi cədvəllərdə əks etdirilir. Onların müqayisəsi vasitəsilə bütün lay parametrlərinin (məsələn, məsaməliyin) geofiziki qiyməti təyin edilir. Bu isə həmin strukturda sonralar qazılan quyularda süxur nümunələri götürülmədən belə onun kəsilişində rast gələn bütün layların parametrlərinin yalnız geofiziki tədqiqatlarla öyrənilməsini təmin edir.

Beləliklə, quyuların qazılması prosesindən kompleks geoloji-geofiziki üsullarla əldə edilmiş lay parametrlərinin qiymətləri müvafiq cədvəl və xəritələrdə göstərilir ki, bu da strukturun müxtəlif hissələrində (nöqtələrində) kəsilişi öyrənməyə kömək edir. Bu məlumatların ümumiləşdirilməsi isə strukturun daxili quruluşunun müəyyən ehtimallıqla təsvirini təmin edir.

Yuxarıda qeyd edildiyi kimi, quyu kəsilişlərinin öyrənilməsində geofiziki üsulların imkanları artmaqdadır. Odur ki, tələbələr bu sahəyə həsr edilmiş xüsusi kursu öyrənirlər. Bununla əlaqədar hazırkı dərslikdə quyuların geofiziki tədqiqatları haqqında yalnız qısa məlumatların verilməsi məqsədə uyğun sayılmışdır.

Beləliklə, neft yataqlarının tədqiqində istifadə edilən əsas müasir geofiziki üsullar haqqında məlumatlar aşağıda verilir.

1. Elektrik karotajı (fərz olunan xüsusi müqavimət və quyu potensialı üsulları: yan karotaj zondlama üsulu, yan karotaj üsulu, induksiya karotajı).

2. Radioaktiv karotajı (qamma karotaj üsulu, qamma–qamma karotaj üsulu, neytron karotaj üsulu, neytron-qamma karotaj üsulu, impuls neytron karotaj üsulu və s.).

3. Akustik karotaj (sürətə görə akustik karotaj, sönməyə görə akustik karotaj və s.).

4. Termometriya üsulu.

5. Kavernometriya, inklinometriya.

6. Qaz karotajı.

7. Debitometriya (sərf ölçən).
S t r u k t u r l a r d a k ə s i l i ş l ə r i n ö y r ə n i l m ə s i. Hər hansı bir strukturu öyrənmək üçün onun sahəsində qazılmış hər bir quyunun geoloji və geofiziki üsullarla kəsilişi öyrənilməli və müqayisəli təhlil edilməlidir.

Quyular qazılarkən baltanın keçdiyi hər bir layın yatma dərinliyi, qalınlığı, litoloji tərkibi, neft-qazlılığı və s. göstəricilər haqqında məlumatlar əldə edilməli və xüsusi cədvəl və qrafiklərdə əks etdirilməlidir. Bütün bu məlumatları əyani göstərmək üçün hər bir quyu üçün şaquli kəsiliş sütunu tərtib edilir. Sütun müəyyən miqyasla (məsələn, 1:500, 1:1000) qurulur və ardıcıl olaraq aşağıdakı əməliyyatların yerinə yetirilməsini nəzərdə tutur: lay dəstələrinin, horizontların və nəhayət layların ayrılması və geoloji-geofiziki məlumatlarının şərhi. Burada müxtəlif stratiqrafik çöküntü komplekslərinin geoxronoloji yaşı, ümumi və effektiv qalınlığı, neftliliyi, qazlılığı və s. göstəricilərinin geoloji-petrofiziki (kern) və geofiziki qiymətlərinin alınması və təhlili nəzərdə tutulur.

Strukturda (onun müxtəlif sahələrində) sonralar ikinci, üçüncü və s. quyular qazıldıqda da eyni yanaşmalarla onların geoloji-geofiziki kəsilişləri tərtib olunur və bir-biri ilə müqayisə olunur. Bu kəsilişlərin müəyyən istiqamətlərdə (eninə və uzununa) izlənilməsi isə son nəticədə öyrənilən strukturun daxili quruluşu haqqında məlumatların alınmasına kömək edir.

Strukturda qazılmış quyuların kəsilişlərinin bu cür müqayisəsinə mədən geologiyasında korrelyasiya əməliyyatı deyilir. Bu əməliyyat qoyulan məsələnin mahiyyətindən asılı olaraq aşağıdakı üsullarla həyata keçirilir.

1. Regional korrelyasiya. Adından göründüyü kimi bu əməliyyat region (hövzə) miqyasında aparılır və buranın geoloji quruluşunun ilkin öyrənilməsində istifadə edilir. Regionun müxtəlif strukturlarında qazılan quyuların kəsilişlərinin stratiqrafik bölünməsi, çöküntü komplekslərinin lay dəstələrinə (bəzən laylara) ayrılması, onların qalınlıqları və dəyişmə intervalları haqqında ən ümumi məlumatlar əldə edilir.

Regional korrelyasiya materiallarından əsasən axtarış və kəşfiyyat işlərində istifadə edilir.

2. Ümumi korrelyasiya. Korrelyasiyanın bu üsulu konkret strukturlarda qazılmış quyuların kəsilişlərinin müqayisəsini təmin edir ki, bu da həmin strukturun quruluşu haqqında məlumatlar almağa imkan verir. Bu mərhələdə strukturun kəsilişində gedən laylaşmanın xarakteri, neft-qazlılıq imkanları və s. haqqında ilkin məlumatların alınması təmin olunur.

Bu dövrdə yataq üçün normal və tipik kəsilişlər tərtib edilir. Nəzərə almaq lazımdır ki, neft yataqlarının böyük əksəriyyəti müxtəlif yatma bucaqları ilə səciyyələnən laylarla əlaqədardır. Bu səbəbdən və quyu gövdəsinin əyilməsi üzündən layların quyulardakı qeyd olunmuş (görünən) qalınlığı ilə onların həqiqi qalınlığı arasında müəyyən fərqlərə təsadüf olunur (şək.II.6). Layın şaquli kəsilişindən həqiqi qalınlığa keçmək üçün sadə hesablama üsulundan istifadə edilir.



h = b·cos

burada h – layın həqiqi qalınlığı, m; b – layın görünən qalınlığı, m; – layın yatma bucağı (inklinoqramma vasitəsi ilə ölçülür).





h - həqiqi qalınlıq, m

b – şaquli (görünən) qalınlıq, m

- layın yatma bucağı

Şəkil II.6. Layın qalınlıqlarının təyini.
Kəsilişin qurulmasında yatağa qazılmış quyu fondunun məlumatlarından maksimum istifadə edilməlidir. Burada elektrik və radioaktiv karotaj ölçülərinin nəticələrinə xüsusi diqqət yetirilməlidir.

3. Müfəssəl korrelyasiya. Bu üsulun tətbiqi strukturlarda axtarış və kəşfiyyat son mərhələsində quyuların sayının nisbətən çox olduğu halda mümkündür. Məhz bu mərhələdə kəsilişlərin tədqiqi nəticəsində həmin strukturun ilkin geoloji modeli yaradılır. Bu modeldə laylaşma sərhədləri, sahələri, məhsuldar layların ayrılması, qırılmalar və s. öz əksini tapmalıdır (şək.II.7).



Şəkil II.7. Strukturun korrelyasiya sxemi.


Neft-qaz mədən geologiyasında müfəssəl korrelyasiya üsulu əsas öyrənmə vasitəsi olduğundan onun əsas elementlərinə nəzər salaq.

a) Reper (istinad) layların ayrılması.

Tutaq ki, strukturun müxtəlif sahələrində bir neçə quyu qazılmış və kəsilişləri geoloji-geofiziki üsullar ilə tədqiq olunmuşdur. Onları müəyyən istiqamətdə (məsələn, şimaldan cənuba, şərqdən qərbə və s.) yerləşdirərək kəsilişlərinə nəzər yetirək. Onlarda laylaşmanın müxtəlifliyi fonunda qalınlığı və geoloji quruluşu sabit qalan (və ya az dəyişən) laylara da rast gəlinir. Belə laylara reper laylar deyilir.

Reper laylar özündən yuxarıda və aşağıda yatan çöküntü komplekslərindən kəskin fərqləndiyindən onların ayrılma xəttinə reper sərhədi deyilir.

Reper laylar paylanma xüsusiyyətlərinə görə üç kateqoriyaya bölünür:

sərt reper laylar. Belə laylara yatağın bütün sahəsində rast gəlinir. Onların litoloji tərkibi sabitdir, qalınlıqları isə dəyişmir (və ya az dəyişir). Belə laylar əsasən gillərdən təşkil olunur;

qeyri sabit reper laylar. Strukturda qazılmış bütün quyuların kəsilişində qeyd edilən, lakin litoloji-fasial göstəriciləri sahəvi dəyişmələrə məruz qalan laylar bu tip reperlərə aiddir;

sahəvi reper laylar. Bu tip reperlər strukturun yalnız bəzi sahələrində qazılmış quyuların kəsilişində qeyd olunur və əsasən az qalınlığa malik təbəqələrdən təşkil olunur.

b) İstinad kəsilişin tərtibi

Bu proses yatağın geoloji quruluşunun ümumi göstəricilərini özündə cəmləşdirir və aşağıdakı ardıcıllıqla aparılır: sahədə qazılmış bütün quyularda kəskin və qeyri sabit reperlərin sərhədləri (alt və üst), qalınlıqları və litoloji quruluşu geoloji-geofiziki sütunda (sahə böyük olduqda – sütunlarda) yerləşdirilir. Bundan sonra onlardan üstdə və altda yatan laylar və horizontların mövqeyi ardıcıl olaraq müəyyənləşdirilir və sütunda yerləşdirilir. Beləliklə, yatağın müfəssəl kəsilişi tərtib olunur və laylara geoxronologiyaya müvafiq adlar (indekslər) verilir. Məsələn, bizim üçün maraq doğuran Cənubu Xəzər çökəkliyi yataqlarında alt pliosen yaşlı çöküntü kompleksinin kəsilişində (stratiqrafik dərinliklər artdıqca) suraxanı, sabunçu, balaxanı, fasilə lay dəstələri, qırməki üstü gilli və qumlu, qırməki, qırməki altı və qala lay dəstələri ayrılır (şək.II.8). Onu da qeyd etmək lazımdır ki, hövzənin müxtəlif qalxımlarında özünəməxsus istinad kəsilişləri tərtib olunmuş və müxtəlif cür indeksləşdirilmişdir.




Məhsuldar Qat

Üst şöbə

Suraxanı lay dəstəsi

Sabunçu lay dəstəsi

Balaxanı lay dəstəsi

Fasilə lay dəstəsi

Alt şöbə

Qırməki üstü gilli lay dəstəsi (QÜG)

Qırməki üstü qumlu lay dəstəsi (QÜQ)

Qırməki lay dəstəsi (QD)

Qırməki altı lay dəstəsi (QAD)

Qala lay dəstəsi (QaD)

Şəkil II.8. Cənubi Xəzər hövzəsində məhsuldar qat çöküntülərinin

stratiqrafik bölgü sxemi
c) Quyu kəsilişlərinin ardıcıl müqayisəsi (korrelyasiyası)

Strukturda qazılmış hər hansı bir yeni quyunun kəsilişini geoloji-geofiziki cəhətdən təhlil etmək üçün əvvəlcə onun kəsilişində reper laylar aşkar edilir. Sonra onlardan altda və üstdə yatan stratiqrafik komplekslər təyin edilir və indeksləşdirilir (bu əməliyyat əsasən kompleks quyu geofiziki məlumatların tədqiqi ilə həyata keçirilir). Daha sonra yeni quyunun kəsilişi istinad kəsilişlə və digər quyu kəsilişləri ilə müqayisə edilir və yatağa xas olan ümumi və spesifik geofiziki göstəricilər aşkar edilir və ətraflı öyrənilir. Məhsuldar qatların qalınlığı, kollektor xassələri, neftlə-qazla doyma dərəcələri haqqında məlumatlar da müqayisəli təhlil ilə ətraflı öyrənilir.

d) Quyu kəsilişlərinin sahəvi korrelyasiyası

Yuxarıda qeyd edildiyi kimi strukturun bütün sahəsində çox vaxt laylaşma müxtəlif xarakterli olur. Belə hallarda strukturun daxili quruluşunu ətraflı öyrənmək üçün onun müxtəlif zonalarında quyu kəsilişləri ayrılıqda korrelyasiya edilməlidir. Bu zaman qalxımın sahəsində gedən fasial dəyişmələr, onların paylanma arealları və səciyyələri (lay və laycıqların növbələşməsi və kəsilişdə pazlaşması və s.) ətraflı öyrənilməlidir. Alınan nəticələr müvafiq xəritə və profillərdə öz əksini tapmalıdır.

Strukturun bütün zonaları üçün aparılan sahəvi korrelyasiya əməliyyatlarının nəticələri sonradan bir-biri ilə müqayisə edilir və son nəticədə həmin yatağın daxili quruluşunun öyrənilməsini təmin edir.

Geoloji profilin tərtibi üsulu

Geoloji profillər yatağın daxili quruluşu haqqında qiymətli məlumatlar verir. Onlar yatağın müxtəlif hissələrindəki kəsilişlərdə laylaşmanın xarakterini (qalınlıqlarını, litofasial xüsusiyyətlərini və s.) əks etdirir. Bu məlumatlara istinadən struktur xəritələr qurulur, müxtəlif təyinatlı quyuların qazılması üçün layihələr tərtib edilir və s. Geoloji profillər strukturun uzununa və eninə istiqamətləndirilir və strukturun geoloji-tektonik səciyyəsindən asılı olaraq quyuların yerləşdirilmə sxemi əsaslandırılır.

Geoloji profillərin miqyası geoloji xəritənin miqyasına uyğun seçilməlidir.

Profillərin tərtibi aşağıdakı ardıcıllıqla həyata keçirilir:



  • quyuların qazıldığı strukturun geoloji quruluşu haqqında ilkin tədqiqatlar aparılır;

  • dəniz səviyyəsi (Baltik dənizinin səviyyəsinə müvafiq) müəyyən edilir və hər bir quyuda onun yeri qeyd edilir;

  • qazılmış hər bir quyunun gövdəsinə paralel ikinci şaquli xətt çəkilir və onlarda stratiqrafik-litoloji məlumatlar qeyd olunur (regionda qəbul edilmiş şərti işarələrlə);

  • geoloji izləmə üsulu ilə eyni adlı layların korrelyasiyası aparılır.



Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə