Müqəddəs söz-sənət ocağının nurlu varisi



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə4/19
tarix08.09.2018
ölçüsü1,19 Mb.
#66953
1   2   3   4   5   6   7   8   9   ...   19

11 

 

    İstedadlı  tənqidçi  Q.Yaşar  yazır:    Elçin  Əfəndiyev  “  gözəllik 



uzaqda deyil, həyatımızda, məişətimizdədir” – prinsipi ilə hərəkət 

edərək  adi  adamların  daxilən  gizlədib  xəlvətdə  saxladığı  mənəvi 

keyfiyyətləri  hamımız  üçün  estetik  sərvətə  çevirir”.  Bu  ədalətli 

qiymətə  belə  bir  fikir  də  əlavə  etmək  olar  ki,  yazıçı  bu  adi 

adamların  heç  birinin  tərəfində  dayanmır,  onların  həyatını, 

mübarizəsini  təsvir  etdikcə  bu  adamların  daxilində  gizlənən  və 

qətrə-qətrə  üzə  çıxan  bütövlükdə;  -  İnsan  gözəldir!    Təbiətin 

yaratdığı ən gözəl varlıq insandır! – fəlsəfəsinin ifadəsinə çevrilir. 

Müxtəlif  əhvali-ruhiyyəli,  müxtəlif  fərdi  həyat  yolları  keçən 

adamların  mənəvi  aləminə  eyni  səviyyədə  dərindən  nüfuz  etmək 

qabiliyyəti onun yazıçılıq istedadının ən qüvvətli amillərindəndir.  

    Elçin  Əfəndiyev  uzun  illər  boyu  Azərbaycan  ədəbiyyatının  ən 

müxtəlif  problemləri  barədə  keçmiş  ittifaq  mətbuatında  çıxışlar 

etmiş  və  bu  professional  səviyyəli  yazıları  ilə  milli  ədəbiyyatın 

uğur  və  problemlərini  işıqlandırmağa  nail  olmuşdur.  Onun    həm 

bədii,  həm  də  elmi-tənqidi  yazılarında  əsas  özül  sabitlikdir.                   

Ədəbiyyat elminin bu və ya digər sahəsi ilə, milli mədəniyyət və 

mənəviyyatın  ayrı-ayrı    problemləri  ilə  bağlı  fikir  və  qənaətlərin 

sabitliyi,  daha  artıq  dərəcədə  qəlbən  və  ağlın  gücü  və  işığı    ilə 

inandığı,  tanındığı  həqiqətlərdən  üz  çevirməmək,  onları  hər 

şeydən  qabaq  milli  mənəviyyatla  bağlamaq,  araşdırıb  öyrənmək 

adəti.  Yazıçının    bir  çox  tənqidi  məqalələri  dünya  ədəbiyyatı  və 

mədəniyyəti  kontekstini  əhatə  edir.  Bu  tipli  yazıları  diqqətlə 

nəzərdən keçirdikdən sonra dərk edirsən ki, əsas məqsəd yenə də 

məhz  milli  ədəbiyyatın  indiyə  kimi  gün  işığı  düşməyən,  kölgədə 

qalan  cəhətlərini  öyrənməkdir.  Elçin  müəllim  təsvir  etdiyi 

obrazları  içinəcən,  daxili  aləminin  bütün  çalarlarınacan  görməyi 

bacarır, bu görüntülərdə ən dəqiq, ən səciyyəvi olan cizgiləri seçə 

bilir.  Yazıçı  nə  elmi,  nə  də  bədii  yaradıcılığında  rəng  adiliyi, 



12 

 

həyata münasibətin birtərəfliliyi ilə barışmır. Əsərlərində varlığın 



şeriyyətini  açır,  ehtiyac  duyanda  onun  sərt  və  acı  həqiqətlərini 

göstərir.  Dinamiklik,  hadisələri  daxildən  açıb  mənalandırmaq, 

surəti  təbii  və  həyati  ifadə  etmək  onun  hekayələri  ilə  povestləri 

arasında  rabitə  yaradır.

     

Elçin  müəllim  mövzu  seçəndə,  həyatın 



bir  “parçası”nı  təsvir  edəndə,  surətin  daxili-mənəvi  aləminə 

enəndə  heç  kimə  bənzəmir,  həmişə  özünün  üslubuna,  şirin  və 

axarlı yazı tərzinə sadiq qalır, geniş əhatəli təbiət təsvirləri vermir, 

əlavə  haşiyələrlə  düşünmür,  bir  qayda  olaraq  mahiyyətə, 

psixologiyaya,  his  və  düşüncə  aləminə  enir,  surətin  daxilində 

gizlətdiyi ziddiyyətləri, qeyri-adi keyfiyyətləri açır. Buna görə də 

oxucu  bu  istedadlı  sənətkarın  yaratdığı  surətlərin  taleyi,  əxlaqi-

mənəvi  keyfiyyətləri,  istək  və  arzuları,  onların  özlərinə  məxsus 

hərəkət və fəaliyyətləri ilə maraqlanır. 

   Elçin Əfəndiyev “Yaxın, uzaq Türkiyə” əsərində özünü işgüzar  

bir  tədqiqatçı  kimi  göstərir.  Türkiyədəki  kitabxanalardan, 

arxivlərdən  əldə  etdiyi  məlumat,  dövri  mətbuatı  hərtərəfli 

nəzərdən  keçirməsi  nəticə  etibarilə  onun  oçerklərinin  elmi  və 

faktik  sanbalını  daha  da  artırır.    Elçin  Əfəndiyevdə    görmək, 

seçmək,  səciyyəvini  sənətə  gətirə  bilmək,  ümumiləşdirmək  və 

mənalandırmaq,  gözəlliyi  məişətdə,  yaşayışda,  davranış  və 

münasibətdə  axtarıb  tapmaq  bacarığı  çox  güclüdür.  Onun  bədii 

nəsrində  hər  şeyin,  hər  kəsin  öz  yeri,  öz  məqamı,  öz  məna  və 

məzmunu  var.  Yazıçı  rəmzdən,  bədii-fəlsəfi  şərtilikdən,  kəskin 

məcazdan cəsarətli istifadə edir, psixoloji əhvali-ruhiyyəni detalda 

əyaniləşdirən mizanlar və cizgilər axtarır, onları görümlü, baxımlı, 

obrazlara  çevirən  epitetlər  tapır.  Məhz  bu  epitetlərin  təşkil  etdiyi 

bir  mozaikada  bəzən  nağıl  və  hekayə,  əfsanə  və  həqiqət  bir-  biri 

ilə 


barışa  və  qaynayıb  qarışa  bilir.  Elçin  müəllimin  

laboratoriyasında  yerində  istifadə  oluna  bilən  bir  çox  vasitələr 




13 

 

vardır.  Hazırla  keçmişi,  ayıqlıqla  yuxunu,  həqiqətlə  xəyalı,  real 



hadisələrlə  nağılı,  əfsanəni  yanaşı  təsvir  etmək,  daxili 

dioloqlardan  öz-özü  ilə  söhbətdən,  dramaturji  səhnələrdən, 

mozaik parçalardan, mübaliğə, şişirtmə üsulundan istifadə etmək, 

onun  təsvirlərinin  emosional  qüvvəsini  artırır,  fikrimizi  də  bir 

qədər hərəkətə gətirir.  

     Elçin Əfəndiyevin dünyanın şah əsərləri arasına girən və ədəbi 

dəyəri  üzərində  həssaslıqla  durulan  “Ağ  dəvə”,  “Ölüm  hökmü”, 

“Mahmud  və  Məryəm”  əsərlərini  də  türk  ədəbiyyatsevərlər 

tanıyırlar,  bu  əsərlər  ədəbiyyat  tarixinə  düşmüşdür.  Mənim 

fiktimcə,  insanlar  nə  ilə  iftixar  edərlər?  Ya  keçmişi,  tarixi, 

ədəbiyyatı,  mədəniyyəti,  ya  da  bugünkü  beynəlxalq  siyasət 

səhnələrindəki 

müvəffəqiyyətləri 

ilə. 


Bu 

xüsusiyyətlərin 

əksəriyyəti Elçin Əfəndiyevdə var. 

   Elçin  Əfəndiyev  atası,  müəllimi  olmuş  İlyas  Əfəndiyevdən 

müasir həyatı dərindən duymağı, insan taleyinə, insan mənəviyyat 

və psixologiyasına sənət qayğısı ilə yanaşmağı, mövzuya vətəndaş 

münasibəti  bəsləməyi,  bədii  yaradıcılığın  sirlərini  və  dilin  daxili 

imkanlarını  axtarışda  mənimsəməyi,  oxucunun  zövqü  və  yüksək 

tələbi  səviyyəsində  dayanmağı  öyrənmişdir.  Çünki  yazıçıda  İlyas 

Əfəndiyev sənətinə bir obyektiv yazıçı-tənqidçi məhəbbəti vardır. 

Elçin  Əfəndiyev  bu  görkəmli  ədibi  yaradıcı  şəkildə  duyur,  onun 

boya  və  rənglərindən  təzə  axarda  istifadə  edir.  Sirr  deyildir  ki, 

“Aman ovçu, vurma məni” kinopovesti İlyas Əfəndiyevin “Mahnı 

dağlarda  qaldı”  pyesinin  motivləri  əsasında,  “Hökmdarın  taleyi” 

kinopovesti  isə  İlyas  Əfəndiyevin  qələmə  aldığı    “Hökmdar  və 

qızı”  faciəsinin  motivləri  əsasında  yazılmışdır.  Elçin  Əfəndiyev 

fasiləsiz  yaradıcılıq  axtarışındadır,  onun  bədii  şəkillərin 

hamısından eyni dərəcədə istifadə edə bilmək imkanı vardır.  Ona 

görə də oxucu Elçin Əfəndiyevin  istedadına, onun daha tutumlu, 



Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə