Müqəddəs söz-sənət ocağının nurlu varisi



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə5/19
tarix08.09.2018
ölçüsü1,19 Mb.
#66953
1   2   3   4   5   6   7   8   9   ...   19

14 

 

daha mənalı əsərlər yazacağına inanır. Gərgin vəzifə işləri, həm də 



milli  mədəniyyət,  dövlətçilik  üçün  vicdanla  görülən  işlər  və 

bununla yanaşı cild-cild kitablar – Elçin Əfəndiyevin  həyat yolu 

belə əlamətlənir. Bu tək-tək insanlara qismət olan keyfiyyətdir. Bu 

gün  Elçin  Əfəndiyevin    adı  hər  bir  azərbaycanlı  üçün  tanış  və 

doğmadır. Çox maraqlı, həm də son dərəcə qürur doğuran odur ki, 

milyonlarla oxucuların bu məhəbbət və ehtiramını illər, onilliklər 

də  təsdiq  edə  bilər.  Bir  yazıçı  kimi  Elçin  Əfəndiyev  üçün 

yaradıcılıq axtarışları heç vaxt tükənməmişdir. 

          Yubiley tədbirlərinin keçirilməsi 

Hər  insan  sirli-sehrli  bir  aləm,  yazılmamış  bir  kitabdır. 

Yaradıcı insanın könül dünyası daha cazibədar, təlatümlü, coşqun, 

üfüqləri isə daha geniş, zəngin və əlçatmaz olur. Elçin Əfəndiyev 

də  həmin  yaradıcı  insanlardandır.  Yazıçı  Azərbaycan 

ədəbiyyatında  sıçrayış  etməyi  bacarmış  bir  sənətkardır.  Bu  il 

həmişə  oxucu  rəğbəti  qazanmış    xalq  yazıçısı  Elçin  Əfəndiyevin  

73  yaşı  tamam  olur.  Bu  münasibətlə  respublikanın  bütün 

mədəniyyət  müəssisələrində,  eyni  zamanda  kitabxanalarda 

yubiley 


tədbirlərinin 

keçirilməsi 

nəzərdə 

tutulmuşdur. 

Kitabxanalarda bununla əlaqədar maraqlı tədbirlər keçirmək olar. 

Tədbiri  keçirmək  üçün  kitabxana  bağçalarla,  məktəblərlə,  ali 

təhsil  ocaqları  ilə  əməkdaşlıq  etməlidir.  Bu  tədbirlər  arasında 

sərgilər  mühüm  yer  tutur.  Sərgidə    Elçin  Əfəndiyev  haqqında 

kitablar  və  müxtəlif  mətbuat  səhifələrində  nəşr  olunmuş 

məqalələr,  onun  fotoları  nümayiş  olunur.  Sərgiyə  kitablarla 

yanaşı  Elçin  Əfəndiyev  haqqında  dövri  mətbuatda  çap  olunan 

məqalələrin    kartotekasını,  onun  haqqında  çəkilmiş  sənədli  və 

bədii  filmlərin  video-yazılarını  yazıçının  əsərlərinə  çəkilmiş 



15 

 

filmlərin,  kaset  və  disklərini  də  əlavə  etmək  olar.  Təşkil  edilmiş 



yubiley  sərgisinin  qarşısında  silsilə  tədbirlər  –  söhbətlər, 

biblioqrafik  icmallar  keçirmək  planlaşdırılmalıdır.  Sərgi  müxtəlif 

başlıqlar altında keçirilə bilər: 

 

1.



 

“Möhtəşəm qələmin möcüzələri” 

2.

 

 “Müqəddəs söz – sənət ocağının nurlu varisi” 



3.

 

“Romantika və əxlaqi kamillik yaradan yazıçı” 



4.

 

“Adiliyin qeyri-adi bədii təcəssümü” 



5.

 

“Yazıçı və zaman” 



6.

 

“Komediya və dramlar yaradan yazıçı” 



7.

 

“Rənglər, duyğular aləminin mahir yaradıcısı     



             Elçin” 

8.

 



“Milli dramaturgiyamızda Elçin mərhələsi” 

9.

 



“Xalqın və sənətkarın obrazı” 

10.


 

“ Nəsrin və əsrin yaddaşı” 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



16 

 

 İndi isə sərginin nümunəsini veririk   

  

                                                                                                                                                                                                                                                            



 

                          

 

                                          



 

                                  

       

            



 

 

 



 

 

 



 

 

 




17 

 

        Başlıq:  Müqəddəs söz – sənət ocağının nurlu varisi 



1.

 

Elıçin Əfəndiyevin portreti. 



3.  Görkəmli  insanların  Elçin  Əfəndiyev  haqqında 

söylədikləri sitatlar. 

4. Dövrü mətbuatda çap olunan məqalələrin kartotekası. 

5. Kitablarının nümayişi. 

6. Şeir parçası. 

                Sərgi təşkili zamanı aşağıdakı sitatlardan istifadə etmək       

               olar.  

 

Görkəmli şəxsiyyətlərin Elçin Əfəndiyev haqqında 



söylədikləri fikirlər 

 

    Elçin yaradıcılığının çoxşaxəli olması ilə seçilən, müxtəlif 



janrlarda uğurla işləməyi bacaran qələm sahiblərindəndir. O 

ictimai fəaliyyəti ilə müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın  

mənəvi birlik və həmrəyliyi işinə yüksək dərəcədə xidmət 

etmişdir.  



Heydər Əliyev 

                                                                                     Ümummilli lider 

 

Elçinin ədəbi hadisələrə obyektiv yanaşması,  işin ağırlığından 

qorxmaması,  mühüm  elmi-bədii  problemlərə  nəzəri  əsaslarla 

yanaşması  əsərlərinin  sanbalını  xeyli  artırmış,  bu  əsəri  ləyaqətli 

bir tədqiqata çevirmişdir. 

          

 

 

 



 

           Mir Cəlal Paşayev 



 

 

 

 

        Azərbaycanın Əməkdar Elm xadimi 

 

Elçin  ləyaqətlə  yaşanmış  bir  ömrün  40  ildən  artıq  müddətini 

ədəbiyyata  həsr  etmiş,  çağdaş  nəsrimizin,  dramaturgiyamızın, 

tənqidimizin 

aparıcı  şəxsiyyətlərindən  biri  kimi  şöhrət 

qazanmışdır.



                      

 

 

 

 

    Anar

 

                                                          



Xalq yazıçısı  


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə