Müqəddəs söz-sənət ocağının nurlu varisi



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə19/19
tarix08.09.2018
ölçüsü1,19 Mb.
#66953
1   ...   11   12   13   14   15   16   17   18   19

60 

 

II Aparıcı: Bəli,  Elçin Əfəndiyev  canlı, biçimli və köksəyatımlı 

obrazlar  yaradır.  Onun  əsərlərində  surətlər  həyatın  axarından 

çıxmır,  öz  daxili  məntiqləri  ilə  hərəkət  edir,  cizgilərinin  bolluğu 

ilə  fərqlənirlər.  Eyni  zamanda,  yazıçı  hekayələrində  rəmz  və 

şərtilikdən, öz-özü ilə söhbət və daxili dialoqlardan tutarlı məcaz, 

əfsanə  və  nağıl  ünsürlərindən  sıx-sıx  istifadə  edir.  Bunlar  da 

əsərlərə  bədii  məziyyət  və  hərarət  gətirir,  təsiri  dilin  şirinlik  və 

oynaqlığını  artırır.  Öz  əsərlərində  uşaqların  həyatını  qələmə  alan 

bir  yazıçı,  heç  şübhəsiz,  onların  özü  üçün  yazmaya  bilməzdi. 

Yazıçının  uşaqlar  üçün  yazdığı  hekayələrində  romantika,  işıq, 

həyat nəfəsi, sadə, böyük bir dünya öz əksini tapır. Səlim, Günay, 

Humay və başqa uşaqların həyatı, onların işıqlı və maraqlı aləmi, 

dünyaya baxışları, təsəvvürləri, xəyalları, bütün bunlarla sıx bağlı 

olan əhvalatlar, hadisələr Elçin Əfəndiyevin  hekayələrində geniş, 

hərtərəfli verilmişdir. Ən ümdəsi Elçin Əfəndiyev  uşaqları həyata 

qarışmağa,  həyatla  sıx  təmasda  görməyə  çağırır.  Məsələn, 

“Humayın  yuxusu”  hekayəsi  balaca  Humayın  bir  günlük  işıqlı, 

mənalı  həyatı  haqqında  aydın  təsəvvür  oyadır.  Bu  anda  Elçin 

Əfəndiyevin    Uşaq  hekayələri  yada  düşür.  “Səlimin  hekayələri”, 

“Mənə niyə gülürlər?”, “Gör necə top vuraram...”, “Mən hər şeyi 

bilirəm”,  “Aysunun,  Humayın,  Günayın,  Yalçının  və  Nigarın 

nağılları”, “Humayın yuxusu” və s. 

Hörmətli tədbir iştirakçıları, söhbət Elçin Əfəndiyevin  “Uşaq 

hekayələri”ndən düşmüşkən, gəlin balaca oxucularımızın ifasında 

“Humayın yuxusu”səhnəciyinə tamaşa edək. Səhnə hekayəyə 

uyğun dekorasiyalarla bəzədilir. Səhnəyə Humayı, onun topunu, 

siçanını, pişiyini, zürafəsini, yaşıl karandaşını, milisioner rolunu 

ifa edən balaca oxucular çıxırlar. 

Aparıcı:Humay yaxşı qızdır.O, valideynlərinin ona aldığı qırmızı 

topunu çox sevir. Ancaq hərdən köhnə oyuncaqları  ilə yaxşı rəftar 




61 

 

etmir.  Yaşıl  karandaşını  ağzına  salıb  çeynəyir,  çıqqılı  siçanı  ilə 



oynamır,onu  evin  bir  küncünə  tullayır,  parçadan  düzəlmiş  bığlı 

pişiyinin bığlarını dartır, Uzunboy zürafənin şəklini cırır. Bir gün 

Humay  yatıb  yuxuda  nə  görsə  yaxşıdır?  Oyuncaqların  ondan 

inciyib, küsüb getdiklərini. Gəlin tamaşa edək! 



Aparıcı:Humayın  topu  evdən  çıxdı,  pilləkənləri  aşağı  düşdü, 

küçəyə  çıxdı,  hoppana-hoppana  getməyə  başladı.  Onun  qarşısına 

Çıqqılı siçan çıxdı. 

Çıqqılı siçan:     Ay Humayın topu , hara gedirsən belə? 

Humayın  Topu:Gedirəm  Humayın  dostlarını  yığam  aparam 

Humayın yanına. Humay onlarla oynasın, onları incitməsin. 



Çıqqılı siçan:        

Humay  yaxşı  qızdı.  O,  məni  bığlı  pişiklə 

barışdırmışdı.İnanıram  ki,  o,  məni  daha  incitməyəcək.  Məni  də 

apar Humayın yanına.  



Aparıcı:Humayın  topu  düşdü  qabağa,  Çıqqılı  siçan  da  onun 

dalınca. Qabaqlarına bığlı pişik çıxdı. 



Bığlı pişik: Məni də apar Humayın yanına. Humay söz 

 verib ki, bir də heç vaxt mənim bığlarımı dartmayacaq. 



Aparıcı:Pişik  də  onlara  qoşuldu.    Birlikdə  gedirdilər,  qarşılarına 

Uzunboy zürafə çıxdı.  



Uzunboy zürafə:Məni də apar Humayın yanına. Humay söz verib 

ki,  bir  də  heç  vaxt  mənim  şəklimi  cırmayacaq.  Məni 

incitməyəcək, mənimlə oynayacaq. 

Aparıcı:Zürafə  də  onlara  qoşuldu.  Qarşılarına  Yaşıl  karandaş 

çıxdı. 


Yaşıl karandaş:Ay Humayın topu məni də Humayın yanına apar. 

Humay  söz  verib  ki,  bir  də  heç  vaxt  məni  ağzına  salıb 

dişləməyəcək.Mənimlə qəşəng yarpaq şəkilləri çəkəcək. 

Aparıcı:Oyuncaqlar  birlikdə  Humaygilə  yollandılar.  Qarşılarına 

Polis əmi  çıxır. 




62 

 

Polis əmi:Belə cərgəyə düzülüb hara gedirsiniz. 



Humayın topu: Polis əmi, biz Humayın oyuncaqlarıyıq. O 

 daha bizimlə yaxşı rəftar edəcək. Onun yanına gedirik. 



Polis əmi: Düzdür. Humay mənə də söz verib ki, bir də heç vaxt 

ağlamayacaq,  bundan  sonra  həmişə  anasının  sözünə  baxacaq, 

yeməyini  yeyəcək,  böyük  bacısı  Günayla  dalaşmayacaq, 

oyuncaqlarını  incitməyəcək.  Məni  də  apar  onun  yanına,  ay 

humayın topu!... 

Aparıcı:Humay yuxudan oyandı. Başa düşdü ki, gördükləri yuxu 

imiş.Tez  oyuncaqlarının  yanına  qaçdı.  Onları  qucaqladı. 

Pəncərədən baxıb, yolda duran Milisioner əmiyə salam verdi.  

Humay:Mən  daha  oyuncaqlarımı  incitməyəcəyəm.  Onları 

sevəcəyəm. Polis əminin dediyi kimi ağıllı qız olacağam. 



Səhnəcik sona çatır. Balaca ifaçılar tədbir iştirakçıları ilə 

sağollaşıb, səhnədən ayrılırlar. 

I Aparıcı:İnanırıq ki, istedadlı yazıçı  bizim balaca oxucularımızı 

bundan  sonra  da  gözəl-gözəl  əsərlərilə  sevindirəcək.  Elçin 

Əfəndiyevin  əsərlərininn  əksəriyyəti  ekranlaşdırılıb:  “Mən  sizin 

dayınızam”,  “Ah,Paris!..  Paris!..”,  “Mənim  sevimli  dəlim”, 

“Mahmud  və  Məryəm”,  “Mənim  ərim  dəlidir”,  “Ölüm  hökmü”, 

“Şuşa  dağlarını  duman  bürüyüb”,  “Poçt  şöbəsində  xəyal”,  “Ağ 

dəvə”,  “Qatil”,  “Ulduz,  məhəbbət  və  şampan  şərabı”,  “Arılar 

arasında” və s. Elçin müəllimin   bədii üslubu  –  əslində, üslublar 

sintezidir.  Standart  üslub  ixtisaslaşması  Elçin  yaradıcılığına 

yaddır. Bu yaradıcılıq üslub baxımından dinamikdir. Müəllif epik 

təsvirdə  də,  lirik  təsvirdə  də,  romantik  təsvirdə  də  özünü  sərbəst, 

azad hiss edir. Elçin Əfəndiyevin yaradıcılığına xas olan bu cəhət 

Azərbaycan nəsrinin poetikasına xüsusi bir zənginlik gətirir. Elçin 

Əfəndiyevin    yaradıcılığı  üçün  xas  olan  bir  əhəmiyyətli  cəhətdə 

odur ki, Elçin üçün məhdudluq, coğrafi ərazi məhdudluğu yoxdur. 



63 

 

1976-cı  ildə  böyük  ədəbiyyatşünas  alim,  akademik  Məmməd 



Cəfər  Cəfərov  yazırdı:  “Elçində  bədii  idrak  duyğusu  güclü  və 

cəlbedicidir. Müxtəlif əhvali-ruhiyyəli, müxtəlif fərdi həyat yolları 

keçən  adamların  mənəvi  aləminə  eyni  zamanda  dərindən  nüfuz 

etmək qabiliyyəti onun yazıçılıq istedadının ən qüvvətli cəhətidir. 

Onun müxtəlif sənət sahibləri olan obrazları nəinki mənəvi-əxlaqi 

keyfiyyətləri,  arzuları,  əməlləri,  həm  də  peşələrinə  və  yaşlarına 

görə  də  qocası  qoca,  cavanı  cavan,  uşağı  uşaq  kimi  inandırıcıdır, 

realdır.” 



II  Aparıcı:Görkəmli  rus  tənqidçisi  Lev  Anninski  yazır:  “Elçin... 

kədərli bir sehrkardır, bərq vuran, qızılı, gümüşü rənglərə üstünlük 

verən  impressionistdir...”  Doğrudan  da,  Elçin  mücərrəd  obrazlar 

yaratmaq 

qabiliyyətinə 

malik  bir 

yazıçıdır.  Yazıçının  

“Bayraqdar”  povestini  oxuyarkən  insan  düşünür:    nəhayət  ki, 

Azərbaycan  nəsrində  qaçqınlarımızın  böyük  faciəsinin  miqyası 

müqabilində  layiqli  əsər  meydana  çıxdı.  Ermənistanın  Qarabağ 

iddiası,  ölkəmizə  təcavüzü,  tökülən  qanlar,  zəhərlənmiş  talelər  o 

qədər  böyük  milli  yaramızdır  ki,  bu  yara  yalnız  yüksək  bədii- 

estetik  səviyyədə  öz  təcəssümünü  tapmalıdır.  “Bayraqdar” 

povestində və “Qarabağ şikəstəsi” hekayəsində olduğu kimi. Elçin 

Əfəndiyevin    bunlarla  yanaşı,“Bayraqdar”  əsəri  sanki  ustalıqla 

toxunmuş  bir  əsərdir.  Burada  heç  bir  ipin  ucu  boş  buraxılmır. 

Bütün  iplər  öz  funksiyasını  yerinə        yetirərək  sənətkarlıqla 

düyünlənir.  Tam  mənzərə  yaranır.  Estetik  bütövlük  əldə  olunur. 

“Bayraqdar”  povesti  həmin  böyük  faciənin  yığcam  bədii 

panoramını yaradan, eyni zamanda, ən dərin qatlarını üzə çıxaran 

sənət  əsəridir.  Bu  əsər  öz  müəllifinə  müasir  dövrdə  -  XXI  əsrin 

əvvəllərində də ədəbi bayraqdarlıq ucalığı gətirmişdir. 



I Aparıcı:Bildiyimiz kimi Elçin Əfəndiyev yaradıcılığı 

 boyu bir sıra povestlər, kinopovestlər yaratmışdır. 




64 

 

 Bunlardan  “Bir  görüşün  tarixçəsi”,  “Toyuğun  diri  qalması”, 



“Dolça”, “Bayraqdar”, kinopovestlərdən  “Ox kimi bıçaq”,”Aman 

ovçu, vurma məni...”, “Hökmdarın taleyi” və  s. misal göstərmək 

olar.  Yaradıcılığı çoxcəhətli bədii tapıntı, orijinal rəng və boyalar 

üzərindən  keçən  Elçin  Əfəndiyev,  bir  qayda  olaraq,    əsərlərinin 

məzmunu  müasir  həyatdan,  gəncliyi  düşündürən,  narahat  edən, 

bizim günlər üçün səciyyəvi və tipik görünən problemlərdən alır. 

Çünki yazıçı müasir həyatla yaşayır, onun axar və istiqamətini 

 dərindən  duyur,  zəhmət  adamlarının  arzusunu,  duyğu  və 

düşüncəsini ifadə edir, gah əxlaqi-mənəvi təmizlikdən, fədakarlıq 

və  qayğıkeşlikdən,  gah  da  xalqa,  ucsuz-bucaqsız  Vətənimizə 

məhəbbətdən yazır. Elçin Əfəndiyev gənclərin narahat və yaradıcı 

axtarışlarından, onların romantik  xəyal,  arzu və  düşüncələrindən, 

məişətdən,  ailə  həyatından  yazanda    şirin  söyləmə  üsulu  seçir, 

mənalı  yumor  lirizmə  qarışır,  surətin  mündəricəsini  sətiraltı 

qənaətlər  tamamlayır.  Bəli,  Elçin  Əfəndiyev  həyatı,  bədii  obrazı 

dərindən düşünür. İnsanı özünəməxsusluğu, daxili ziddiyyətləri ilə 

 təsvir edir. 

II  Aparıcı:  Bəli,  Elçin  hər  əsərində  Elçindir,  hər  əsərində 

sənətkardır, əsərlərinin hər birində mükəmməl söz ustasıdır, gözəl, 

aydın  və      məhz  özünün  olan  üslub  sahibidir.  Elçin  Əfəndiyevin 

belə  bir  fikri    var:  Bədii  söz  aysberqə  oxşamalıdır.  Görünməyən 

hissəsi  görünən  hissəsindən  çox  olmalıdır.  Elçinin  “Ədəbi 

düşüncələr”i  bədii  aysberqlərin  görünməyən  hissəsini  duymağın 

yollarını  öyrədir.  Elçin  Əfəndiyevin    “Ədəbi  düşüncələr”ini 

fərqləndirən  bir  amil  də  odur  ki,  bunlar  yazılarkən,  heç  bir 

sistemə, zaman, janr, məktəb ardıcıllığına riayət olunmayıb. Elçin 

Əfəndiyevin  Abşeron  mövzuları  ədəbiyyatımızın  şedevrlərindən 

sayılır. Bəli,  yazıçı hər mövzuya görə dilini xüsusi kökləyə bilir. 

O,  filoloji  biliyi  ilə  öz  yaradıcılığına  da  nəzarət  edir.  Yazıçı    öz 




65 

 

əsərləri  ilə  sübut  etdi  ki,  sənət  həyatın  mahiyyətinə  nüfuz  etməli 



və  bu  mahiyyəti  üzə  çıxarmalıdır.  Onun  komediyalarını  oxucu 

ların şüurunda güclü partlayış yaradan qumbaraya bənzətmək olar. 

Bu  komediyalardakı  konfliktlər  gerçəkliyin  mürəkkəb  daxili 

ziddiyyətlərini yüksək bədiiliklə əks etdirir. Nasir Elçinin xoşbəxt 

taleyi olduğu kimi, dramaturq Elçin Əfəndiyevin  də xoşbəxt teatr 

taleyi var.Onun pyeslərini həm oxucular, həm tamaşaçılar, həm də 

sənətçilər  sevirlər.  Onun  dramaturgiyasını  xarici  ölkələrdə 

tanıyırlar,  sevirlər,  oynayırlar...  Bəli,  yazıçı    bu  gün  çağdaş 

Azərbaycan  dramaturgiyasının  ən  fəal  təmsilçisidir.  Elçin 

Əfəndiyev siyasi quruluşlarda yazdıqlarının bircə cümləsini, bircə 

sözünü  də  dəyişmədən  bu  gün  də  könül  xoşluğu  ilə  çap  etdirə 

bilən  yazıçılardandır.  Bu,  sənətin  mərdanəliyi,  sənətkarın 

xoşbəxtliyidir. 

II  Aparıcı:  Elçin  Əfəndiyev  məhsuldar  yazıçıdır.  Yazıçı 

ədəbiyyatşünaslığımızı bu gün də məşğul edən, ayrı-ayrı hallarda 

sənətşünaslıq  və  estetika  elmləri  ilə  sərhədlənən  problemləri  iki 

aspektdə – həm bədii nəsrin təcrübəsində, həm də onun tənqidində 

diqqət  və  ehtiyatla  araşdırır,  müqayisələr  aparır,  bədii  əsərləri  və 

tənqidi  fikirləri,  müxtəlif  müəlliflərin  rəylərini  tutuşdurur,  nəticə 

çıxarır,  yüksək  səviyyəli  elmi  xülasələr  əldə  edir...  Elçin 

Əfəndiyev  saxtanı  həqiqətdən,  elmi-  nəzəri  mülahizəni 

doqmatizmdən, ehkamçı və subyektiv fikirlərdən seçməyi bacarır.  

Belə hallarda o cəsarətlə tənqid edir, amma 

 ehtiram  və  təvazökarlıq  cızığından  da  kənara  çıxmır.  Elçin 

Əfəndiyevin əsərləri və ədəbi-ictimai fəaliyyəti Azərbaycanda və 

xarici ölkələrdə bir çox mükafatlara layiq görülmüşdür. Bunlardan  

“Humay”,  “Füzuli”,  “Qızıl  Dərviş”,  “İlin  ən  yaxşı  hekayəsi”, 

“Yaddaş”,  “Proza  N”,  “R.  Rza”  və  s  mükafatlar  və  s.  Elçin 

Əfəndiyev    Azərbaycan    xalqının  tarixi-mənəvi  varlığını,  bədii 




66 

 

sözü  ədəbiyyat  aləmində  inadkar  inamla  qoruyan,  əks  etdirən 



yazıçı və tənqidçilərindən olub, çağdaş Azərbaycan ədəbiyyatının 

 canlı  klassiklərindəndir.  Son  dövrlərdə  xalq  yazıçısı  Elçinin  bir 

çox beynəlxalq mükafatlara layiq görülməsi onun böyük və geniş 

ədəbi şöhrətə malik olduğuna əyani sübutdur. 



Tədbirin sonunda söz kitabxananın rəhbərliyinə verilir: 

Müdiriyyət:Bu gün Elçin Əfəndiyevin 73 yaşı tamam olur. Bizim 

ölkədə 20- 80 yaş arasında elə bir insan təsəvvür etmək olmaz ki, 

Elçin yaradıcılığının çox qismini doyulmaz zövq ala- ala, ruhi bir 

qüdrət  qazana-  qazana  oxumasın,  onun  lirik-psixoloji  üslubu, 

poeziya  ovqatlı,  duzlu-məzəli  dram  əsərlərinə  tamaşa  etməsin. 

Elçin Əfəndiyevin ad günü yalnız onun özünün, ailəsinin, minlərlə 

oxucusunun  bayramı  deyil,  həm  də    çoxəsrlik  ədəbiyyatımızın, 

mədəniyyətimizin  bayramıdır.  Çox  hörmətli,  görkəmli  ədibimizə 

əvvəlkilərdən daha güclü yaradıcılıq müvəffəqiyyətləri arzusu ilə 

ona  uzun  ömür,  cansağlığı,  işıqlı  təfəkküründən,  xalqa  nurlu 

məhəbbətindən  rişət  tapan  gumrahlıq,  nikbinlik  diləyirik.  Biz 

inanırıq  ki,  yaradıcılığının  ən  yetkin  dövrünü  yaşayan  ədib  kimi 

siz  müasir  ədəbi  prosesə  ciddi  təsir  edən  yeni-yeni  əsərlərinizlə 

bundan sonra da Azərbaycan oxucusunu sevindirəcək, müstəqillik 

dövrü 

ədəbiyyatımızın  zənginləşməsi  işinə  öz  töhfənizi 



verəcəksiniz. 

Tədbirin sonunda iştirakçılara Elçin Əfəndiyevin qələmə aldığı 

quruluşçu rejissoru Ramiz Fətullayev və Dövlət Fəthullin olan 

“Hökmdarın taleyi”filmi təqdim olunur. 

 

 



 

 

 




67 

 

                İstifadə olunan ədəbiyyat siyahısı: 

 

1.

 



Əfəndiyev  Elçin.  Seçilmiş  əsərləri.  10  cilddə.  I  cild.-  B.: 

Çinar-Çap, 2005. - 626 səh. 

2.

 

Əfəndiyev  Eçin.  Seçilmiş  əsərləri.  10  cilddə.  II  cild.-  B.: 



Çnar-çap, 2005. - 523 səh. 

3.

 



Əfəndiyev  Elçin.  Bayraqdar.  B.:    Qapp-Poliqraf  

nəşriyyatı, 2004. - 170 səh. 

4.

 

Əfəndiyev  Elçin.  Ömrün  anları.  -  B.:  Çinar-Çap,  2009.  - 



656 səh. 

5.

 



Əfəndiyev Elçin. Pyeslər. -  B.: Çaşıoğlu, 2012. - 944 səh. 

6.

 



Vaqif    Yusifli,  Cavanşir  Yusifli.  “Bu  nə  sehrdir  belə” 

(Elçin haqqında əlli altı söz). - B.: Elm, 1999.- səh. 260 

7.

 

Zahid Xəlil. Seçilmiş əsərləri. VI cild.- B.: 2008, səh 256 – 



263. 

 

 



 

 

 



 

 

 



 


68 

 

Müqəddəs  söz-sənət  ocağının  nurlu  varisi  Elçin 



Əfəndiyev  E.Əfəndiyevin  anadan  olmasının  73-cü 

ildönümü  münasibəti  ilə  respublika  uşaq  kitabxanaları 

üçün hazırlanmış metodik vəsait 

 

 

 

 

   Kompyuter yığımı 

   və dizayn:                                   Ruhiyyə Məmmədli 

 

 

 

Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88; 

E-mail: childlibbaku@yahoo.com 

URL:www.clb.az 

 

 

 

F.Köçərli adına Respublika 

Uşaq Kitabxanasında 

çap olunmuşdur. 

Sifariş: 26 

Çapa imzalanmışdır:14.05.2016 

 Tirajı:100 

Pulsuz 


 

 

 



 

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə