Müqəddəs söz-sənət ocağının nurlu varisi



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə13/19
tarix08.09.2018
ölçüsü1,19 Mb.
#66953
1   ...   9   10   11   12   13   14   15   16   ...   19

39 

 

Bir damla göz yaşımız 



Bir gün başına yağır 

Sənin güllər, çiçəklər 

Qocalığın gəncliyi 

Yetmiş yaşa deyirlər 

Səni istəməyənlər 

Başın daşa döyürlər. 

Dostlar sənə əl çalır. 

Yaşa! Yaşa – deyirlər 

Hələ qılınc kimisən, 

Maşallah, hələ cağsan. 

Allah qoysa, sən hələ 

Yüz il yaşayacaqsan! 

Sən yaşa, biz də görək! 

Hələlik, dostum Elçin, 

Yetmiş yaşın mübarək! 

 I Aparıcı: 

Bizim ölkədə 20-80 yaş arasında elə bir insan 

 təsəvvüretmək  olmaz  ki,  Elçin  Əfəndiyev  yaradıcılığının  çox 

qismini  doyulmaz  zövq  ala-ala,  ruhi  bir  qüdrət  qazana-qazana 

oxumasın,  onun  lirik-psixoloji  üslubu,  poeziya  ovqatlı,  duzlu-

məzəli dram əsərlərinə tamaşa  etməsin. Ustad sənətkarın istedad 

və  zəhmətlə  nail  olduğu  yazı  mədəniyyəti,  özünü  sözə  çevirmə 

tərzi  insanın  hiss  və  həyəcanlarını,  duyğu  və  düşüncələrini  ifadə 

etmək  baxımından  doğma  Azərbaycan  dilini  həsəd  aparılacaq  bir 

ucalığa yüksəltmişdir. Belə bir bacarıq hər yazıçıya qismət olmur. 

Elçin Əfəndiyevdə dil ürək kimi çırpınır, beyin kimi düşünür, su 

kimi axır, gün kimi işıq saçır, axşam kimi düşür, dərd kimi ağrıdır, 

ruh  kimi  susur...  Elçin  Əfəndiyevin  bu  xüsusiyyətləri  qələm 

yoldaşları tərəfindən həmişə yüksək qiymətləndirilmişdir.  




40 

 

II  Aparıcı:Bəlkə  buna  görə  də  Elçin  nəsrinin,  Elçin 

yaradıcılığının  qüdrətini  canlandırmaq  çox  çətindir.  Çünki  bu 

yaradıcılıq  baxılmağa,  araşdırılmağa  layiqdir.  Elçin  Əfəndiyevdə 

bədii  idrak  duyğusu  güclü  və  cəlbedicidir.  Yazıçı  Azərbaycan 

ədəbiyyatına  bir-birindən  gözəl  hekayələr  bəxş  edib.  Eyni 

zamanda  “Bir  görüşün  tarixçəsi”,  “Toyuğun  diri  qalması”,  “Poçt 

şöbəsində xəyal”, “Dolça” və başqa məşhur povestlər də yazıçıya 

uğur gətirib. Bununla bərabər hər biri milli nəsrimizin inkişafında 

önəmli  yer  tutan,  Azərbaycan  bədii  təfəkkürünü  irəliyə  aparan 

“Ağ  Dəvə”,  “Mahmud  və  Məryəm”,  “Ölüm  hökmü”  əsərləri 

hekayə,  povest  ustası  Elçin  Əfəndiyevi  romançı  olaraq  təqdim 

edir.  Bəli,  Elçin  Əfəndiyev  romançıdır.  Onun  ən  yığcam 

hekayəsində,  ən  kiçik  povestində  də  roman  tutumu,  roman 

dərinliyi,  roman  siqləti  var.  Elçin  Əfəndiyev  şöhrət  üçün  yox, 

ürəyinin  hökmü  ilə  yaradan  sənətkardır.  Milli  nəsrin  ən  qiymətli 

inciləri  olan  bu  əsərlər  həm  də  çağdaş  dünya  nəsrinin  hadisələri 

olaraq qiymətləndirilə bilər. 



I Aparıcı:      Elçin  Əfəndiyev  ilk  hekayələrindən  həyata 

cəsarətlə  müdaxilə  edir.  İşdə  və  fəaliyyətdə,  düşüncə  və 

münasibətdə,  ailə  və  məişətdə  baş  verən  nöqsanlarla  barışmır. 

Yazıçı  gənclərin  narahat  və  yaradıcı  axtarışlarından,  onların 

romantik    xəyal,  arzu  və  düşüncələrindən,  məişətdən,  ailə 

həyatından  yazanda  şirin  söyləmə  üsulu  seçir,  mənalı  yumor 

lirizmə 

qarışır,  surətin  mündəricəsini  sətiraltı  qənaətlər 

tamamlayır.  Əgər  belə  olmasaydı,  nə  “Baladadaşın  ilk 

məhəbbəti”, “Toyuğun diri qalması”,  “Baladadaşın toy hamamı”, 

nə  də  “Bir  görüşün  tarixçəsi”ndə  haqqın,  işığın,  gözəlliyin 

mövcudluğu, hətta bir çox hallarda təntənəsi barədə ürəkdən tikan 

çıxaran  epizodlar  və  xallar  olmazdı.  Belə  olmasaydı,  Baladadaş, 

əli pulla, “brilyant medalyon”la oynayan Murada, on altı-on yeddi 




41 

 

yaşlı məsum  Məsməxanım  harınlamış “Qızıl Ağadadaş”a, həssas 



məktəbli  Əbili  “çəhrayı  qızlara”,  “Çəhrayı  oğlanlara”,  “Sürücü 

Ağababa” “Gümüş Malik”ə qarşı qoyulmazdı. 

 II Aparıcı:      Elçin  Əfəndiyev  həyatı,  bədii  obrazı  dərindən 

düşünür.  İnsanı  özünəməxsusluğu,  daxili  ziddiyyətləri  ilə  təsvir 

edir. Təkcə   hekayələrində yox, povestlərində də geniş tərcümeyi-

hal    vermir,  portret  yaradanda  təfərrüata  varmır.  Rənglərlə, 

mükalimələrlə,  bədii  mahiyyətdən  doğan  haşiyələrlə  surətin 

mühiti,  ömür  yolu  haqqında  dolğun  təsəvvür  oyadır.  Çox  zaman 

Elçin Əfəndiyev həyata və insana müasirlik, yetkinlik və  əxlaqi - 

mənəvi  zənginlik  baxımından  yanaşır.  Psixoloji  yekrənglik  və 

birtərəfliliyi tənqid edir, adi adamların həyatında müşahidə etdiyi 

qeyri-adiliyin  gözəlliyi,  şeiriyyəti  haqqında  hekayələr  söyləyir, 

“gözəllik  uzaqda  deyil,  həyatımızda,  məişətimizdədir”  –  prinsipi 

ilə  hərəkət  edərək  adi  adamların  daxilində  gizlədib,  xəlvətdə 

saxladığı  mənəvi  keyfiyyətləri  hamımız  üçün  estetik  sərvətə 

çevirir.  Hörmətli  qonaqlar,  bildiyimiz  kimi  şairlərimiz    Elçin 

Əfəndiyevin  yaradıcılığından  bəhs  edən  çoxlu  şeirlər  yazıblar. 

Gəlin  oxucumuzun  ifasında  M.Əzizin  Elçin  Əfəndiyevin  “Əncir 

ağacı” kitabına yazılmış şeiri oxucumuzun ifasında dinləyək. 

Oxucu:  


          Bir zaman Elçinin duyğularından 

Xəyal tək ötürdü “Əncir ağacı” 

Boyu uzanırdı gündə bir qarış, 

Ərsəyə yetirdi “Əncir ağacı” 

 

 

Rişəsi qalxırdı yerin təkindən, 



Ayırmaq olmazdı onu kökündən

İşıqlı dünyaya çıxdığı gündən, 

Min əldə gəzirdi “Əncir ağacı” 



42 

 

 



Qayatək durmuşdu tufan içində, 

Dağa bənzəyirdi duman içində

Kitab rəflərindən bir an içində 

Əriyib itirdi “Əncir ağacı” 

 

 

Önündə milyon diz çökürdü onun



Rəssamlar rəsmini çəkirdi onun, 

Hərə öz evində əkirdi onu, 

Şimalda bitirdi “Əncir ağacı”. 

 

Alın yazısı var yarpaqlarında, 



Dadı yüz millətin damarlarında, 

Əncirlə bərabər budaqlarında 

                                  Mükafat gətirdi “Əncir ağacı”  

 

I Aparıcı:“Bədii-estetik gözlənilməzlik” – bu söz birləşməsi xalq 

yazıçısı  Elçin  Əfəndiyevin    zəngin  bədii  yaradıcılığını 

səciyyələndirən  ən  dəqiq  ifadələrdən  biridir.  1960-cı  illərin  sonu, 

70-ci illər, 80-cı illərin əvvəlləri... Elçin Əfəndiyevin artıq XX əsr 

Azərbaycan  ədəbiyyatının  qızıl  fonduna  daxil  olmuş  “Qatar. 

Pikasso.  Latur.  1968.”  “On  ildən  sonra”,  “Baladadaşın  ilk 

məhəbbəti”,  “Parisdə  avtomobil  qəzası”  və  s.  kimi  hekayələri, 

“Bir  görüşün  tarixçəsi”,  “Toyuğun  diri  qalması”,  “Dolça”  kimi 

povestləri  meydana  çıxdı.  Ədəbiyyatımıza  yeni  nəfəs  gətirən  bu 

əsərlər Elçin Əfəndiyevi müxtəlif dilli geniş oxucu auditoriyasına 

müasir  mövzular  yazıçısı  kimi  tanıtdı.  Yaradıcılığı  çoxcəhətli 

bədii  tapıntı,  orijinal  rəng  və  boyalar  üzərindən  keçən  yazıçı,  bir 

qayda  olaraq,  əsərlərinin  məzmununu  müasir  həyatdan,  gəncliyi 




Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə