Müqəddəs söz-sənət ocağının nurlu varisi



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə11/19
tarix08.09.2018
ölçüsü1,19 Mb.
#66953
1   ...   7   8   9   10   11   12   13   14   ...   19

33 

 

 Kitabxanaçı:    Elçin  Əfəndiyev    ilk  hekayələrindən  həyata 



cəsarətlə  müdaxilə  edir.  İşdə  və  fəaliyyətdə,  düşüncə  və 

münasibətdə,  ailə  və  məişətdə  baş  verən  nöqsanlarla  barışmır. 

Humanizm 

və 


vətənpərvərliyi, 

xalq 


məhəbbətini 

zahiri 


əlamətlərdə  axtaran,  əslində  milli  hiss  və  qürurdan,  daxili 

yetkinliklərdən  məhrum  olan,  Füzuli  ilə  Vaqifi  bir-birindən  ayıra 

bilməyən “qanlı oğlana” gülür. Elçin Əfəndiyev  gənclərin narahat 

və  yaradıcı  axtarışlarından,  onların  romantik  xəyal,  arzu  və 

düşüncələrindən,  məişətdən,  ailə  həyatından  yazanda  şirin 

söyləmə  üsulu  seçir,  mənalı  yumor  lirizmə  qarışır,  surətin 

mündəricəsini sətiraltı qənaətlər tamamlayır. Əgər belə olmasaydı, 

nə  “Baladadaşın  ilk  məhəbbəti”,  “Toyuğun  diri  qalması”,  

“Baladadaşın  toy  hamamı”,  nə  də  “Bir  görüşün  tarixçəsi”ndə 

haqqın,  işığın,  gözəlliyin  mövcudluğu,  hətta  bir  çox  hallarda 

təntənəsi  barədə  ürəkdən  tikan  çıxaran  epizodlar  və  xallar 

olmazdı.  Belə  olmasaydı,  Baladadaş,  əli  pulla,  “brilyant 

medalyon”la  oynayan  Murada,  on  altı  -  on  yeddi  yaşlı  məsum 

Məsməxanım  harınlamış  “Qızıl  Ağadadaş”a,  həssas  məktəbli 

Əbili  “çəhrayı  qızlara”,  “çəhrayı  oğlanlara”,  sürücü  Ağababa 

“Gümüş Malik”ə qarşı qoyulmazdı. Elçin Əfəndiyev həyatı, bədii 

obrazı  dərindən  düşünür.  İnsanı  özünəməxsusluğu,  daxili 

ziddiyyətləri  ilə  təsvir  edir.  Təkcə  hekayələrində 

yox, 

povestlərində  də  geniş  tərcümeyi    -  hal  materialı  vermir,  portret 



yaradanda  təfərrüata  varmır.  Rənglərlə,  mükalimələrlə,  bədii 

mahiyyətdən  doğan  haşiyələrlə  surətin  mühiti,  ömür  yolu 

haqqında dolğun təsəvvür oyadır. 

Kitabxanada sevilən tədbirlərdən biri də rəsm müsabiqələridir. 

Bildiyimiz kimi Elçin Əfəndiyev bir-birindən maraqlı hekayələrin, 

povestlərin    müəllifidir.  Müsabiqə  zamanı  həmin  hekayələrə, 

povestlərə  uşaqlar  tərəfindən  illüstrasiyalar  çəkilməsi  tapşırılır. 



34 

 

Şəkilərin hazırlanması üçün uşaqlara iki həftə vaxt verilir. Bu vaxt 



ərzində oxucular həm  Elçin  Əfəndiyevin   əsərlərini oxuyur, həm 

də  oxuduqları  və  ən  çox  bəyəndikləri  hekayəyə,  povestə  

illüstrasiyalar  çəkirlər.  Ən  gözəl  məna  kəsb  edən  rəsm  işləri 

mükafatlandırılır. 

Həmçinin 

rəsm 


müsabiqələri 

üçün 


məktəblərarası yarışmalar da təşkil etmək olar. Rəsm müsabiqələri 

ilə  yanaşı  başqa  müsabiqələrin  də  təşkili  mümkündür.  Məsələn, 

uşaqların  ifasında  Elçin  Əfəndiyevin  hekayələri,  kinopovestləri 

səhnələşdirilərək  münsiflərə  təqdim  olunur

.

  Münsiflər  heyəti 



kitabxana  müdirindən,  teatrımızın  görkəmli  nümayəndələrindən 

təşkil  edilir.  Əsəri  ən  gözəl  səhnələşdirən  uşaqlardan  ibarət 

komanda mükafatlandırılır.  

Kitabxanada  keçiriləcək  kütləvi  tədbirlərin  ən  canlı  və 

maraqlısı    sual-cavab  gecəsi    və  viktorinalardır.  Sual-cavab 

gecələri  və  viktorinalar  canlı  söhbət  və  müsahibə  şəklində 

keçirilir. 

Bu 


da 

oxucuları 

maraqlandıran 

sualların 

aydınlaşdırılmasına  xidmət  edir.  Tədbir  zamanı  suallar  uşaqlara 

paylanır.  Ən  çox  suala  cavab  verən  oxucu  kitabxana  rəhbərliyi 

tərəfindən  mükafatlandırılır.  Suallardan  bir  neçəsini  sizə  təqdim 

edirik. 


Sual: 1. Elçin Əfəndiyev kimdir? 

Cavab:  Elçin Əfəndiyev İlyas Əfəndiyevin oğlu,  lirik hekayələr 

ustası,  dramaturq, romançı,  mahir komediyalar müəllifidir. 



Sual: 2. Elçin Əfəndiyev  hansı hekayələrin müəllifidir? 

Cavab:  “Zireh”,  “Mənlə  mən  arasında”,  “Qarabağ  şikəstəsi”, 

“Dünyanın 

bəxtəvəri”, 

“Ayaqqabı”, 

“Bülbülün 

nağılı”, 

“Baladadaşın  ilk  məhəbbəti”,  “Baladadaşın  toy  hamamı”, 

“Talvar”, “Sarı gəlin”, “Qızıl diş”, “Araba”, “Qış nağılı”, “Parisdə 

avtomobil  qəzası”,  “Şuşaya  duman  gəlib”,  “Gümüşü,  narıncı, 

məxməri” və s. 




35 

 

Sual:3. Elçin Əfəndiyev  hansı uşaq hekayələrinin müəllifidir? 

Cavab:  “Səlimin  hekayələri”,”  Mənə  niyə  gülürlər?”,  “Gör  necə 

top  vuraram...”,  “Mən  Lalə  istəyirəm”,  “Mən  hər  şeyi  bilirəm”, 

“Aysunun, 

Humayın, 

Günayın, 

Yalçının 

və 

Nigarın 


nağılları”,”Balaca qırmızı çiçək”, “Küləyin, çinarın və qaranquşun 

balasının  hekayəti”,”Humayın  yuxusu”,”  Gilas  qız”,”  Kukla, 

yoxsa  Aysu?”,”Ayıca,  Aysu  yorulub”,”  Axı  nə  oldu  ki,  birdən 

hamı güldü? “və s. 



Sual:4Elçin Əfəndiyevin  hansı əsərləri ekranlaşdırılmışdır? 

Cavab:

 Əllər və rənglər , Ömrün səhifələri , Alıcının sərgüzəşti , 

Arxadan  vurulan  zərbə  ,  Dantenin  yubileyi  ,  Gözlə  məni  ,  Şəlalə 

,Gümüşü furqon , Bağ mövsümü, Humayın yuxusu , Sahilsiz gecə 

,  Tikdim  ki,  izim  qala,  Bahar  oğlu  ,  Milli  bomba  ,  Bizim  qəribə 

taleyimiz, Mətbuat fədaisi , Hökmdarın taleyi  ,Silinməyən izlər... 

Tofiq Tağızadə , Mahmud və Məryəm və s. 

Sual:5. Hal-hazırda Elçin Əfəndiyev hansı vəzifədə çalışır? 

Cavab:  Hazırda  Elçin  Əfəndiyev    Azərbaycan  Respublikası  Baş 

Nazirinin  müavini,  eləcə  də  Xarici  Ölkələrlə  Mədəni  Əlaqələr 

Cəmiyyəti  -  “Vətən”  Cəmiyyətinin  sədri  vəzifələrində  çalışır. 

Bakı  Dövlət  Universitetinin  professorudur.  Bir  sıra  Dövlət 

Komissiyalarının sədri, nüfuzlu Azərbaycan və beynəlxalq ədəbi, 

ictimai  qurumların  üzvüdür.  Azərbaycan  Respublikasının 

Prezidenti yanında Təhsil üzrə Komissiyanın üzvüdür. 

Sual:6.”Gümüşü,  narıncı,  məxməri”  hekayəsinin  baş  qəhrəmanı 

kimdir? 


Cavab: Bu əsərin baş qəhrəmanı Allahverdidir. 

Sual:7. Elçin Əfəndiyevin hansı povestləri, kinopovestləri var? 

Cavab: “Bir görüşün tarixçəsi”, “Toyuğun diri qalması”, “Dolça”, 

“Bayraqdar”,  “Ox  kimi  bıçaq”,  “Aman  ovçu,  vurma  məni”, 

“Hökmdarın taleyi” vəs. 



Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə