Müqəddəs söz-sənət ocağının nurlu varisi



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə7/19
tarix08.09.2018
ölçüsü1,19 Mb.
#66953
1   2   3   4   5   6   7   8   9   10   ...   19

21 

 

 Bu  böyük  yazıçının  bədii  təsvir  vasitələri  elədir  ki,  onun 



əsərlərini  oxuduqda,  elə  bil,  mahir  bir  rəssamın  fırçası  ilə 

canlandırılmış tablolara tamaşa edirsən. 



 

 

 

 

 

 

                 Tahir Salahov 

                                                                                                        Xalq rəssamı 

Elçində dil ürək kimi çırpınır, beyin kimi düşünür, su kimi axır, 

gün kimi işıq saçır, axşam kimi düşür, dərd kimi ağrıdır, ruh kimi 

susur...  Elçin  şöhrət  üçün  yox,  ürəyinin  hökmü  ilə  yaradan 

sənətkardır. 

Vaqif Bəhmənli  

                                 Əməkdar Mədəniyyət İşçisi 

 

    Elçin  Əfəndiyevin  kitabxanada  bir  neçə  kitabının  icmalını  

keçirmək, onun yaradıcılığından bəhs edən diskussiyalar da təşkil 

etmək  olar.  Diskussiyalar  keçirilərkən  yazıçının  hekayələrindən, 

romanlarından, dramlarından söhbət açılır və bu haqda oxucuların 

fikirləri  öyrənilir,  onlarla  yazıçının  yaradıcılığı  haqqında 

diskussiya  aparılır.  Yaxşı  olar  ki,  diskussiya  kitabxana  ətrafında 

yerləşən  məktəblərdə  təşkil  olunsun.  Kitabxanaçı  məktəblilərlə  

Elçin Əfəndiyevin əsərləri əsasında aşağıdakı formada diskussiya 

apara  bilər:  “Hörmətli  oxucularımız.  Hamımıza  görkəmli 

yazıçımız Elçin Əfəndiyevin əsərləri tanışdır. Məlumdur ki, Elçin 

Əfəndiyevin əsərlərində  yeni olan  iki bədii məziyyət ədəbi-bədii 

fakt olaraq çözülə bilər. İstər “Mahmud və Məryəm” də, istər “Ağ 

dəvə” də, istərsə də “Ölüm hökmü” ndə zaman və məkan Elçinin 

o  vaxta  qədərki  yaradıcılığına  xas  olmayan  bir  miqyasda 

sonsuzluq, hüdudsuzluq, genişlik qazanıb. 

Adətən  yazıçı  hekayə  və  povestlərində  bir-iki  ilin,  bir  neçə 

ayın, beş-on günün, bir səhərin, bir gecənin, üç-dörd saatın, hətta 

an  qədər  qısa  zaman  aralığının  bədii  mətləbini  qələmə  alırdı... 



22 

 

Halbuki,  “Mahmud  və  Məryəm”  romanında  eşqin,  ali  və  ülvi 



məhəbbətin  işığı  böyük  tanrının  insanı  yaratdığı  ilk  gündən  baş 

alıb  gəlir.  “Ağ  dəvə”  romanında  bir  günün,  yazı  mizi  başında 

keçən  bir  neçə  saatın  içində  ən  azı  əlli  ilin  hadisələri  qeyri-adi 

dərəcədə  mükəmməl  bir  təfərrüatla  göz  önündə  durmaqda,  canlı 

bir görsənişdədir. Yazıçının  hər bir romanı ayrı-ayrılıqda lakonik 

epopeyadır. Bəli, təbiətin ayrılmaz bir parçası olan insanın, insan 

taleyinin epopeyası... 

Uşaqlar,  sizin  bu  haqda  fikriniz  nədir?  Nə  üçün  yazıçı 

“Mahmud  və  Məryəm”  əsərini  dastan  adlandırır?  Bu  dastanla 

“Əsli və Kərəm” dastanı arasında oxşar və fərqli cəhətlər nədir?” 

Oxucuların fikirləri: 

I  Oxucu:  Mahmud  və  Məryəm”  romanların  içində  ən  zərifi,  ən 

kövrəyidir.  “Mahmud  və  Məryəm”  eşq  haqqındadır.  Ən  azı  ona 

görə  ki,  romanın  əsasında  bütün  Şərqdə  ”Əsli  və  Kərəm”  adı  ilə 

dillərdə  gəzib  dolaşan,  dastan  gecələrini  bəzəyən  kədərli  bir 

əhvalat  dayanır.”Əsli  və  Kərəm”in  motivlərinə  söykənib  başı 

bəlalı  eşqdən,  öndə  aşiqlərə  bal  dadızdıran,  ortada  zəhərə,  sonda 

külə dönən eşqdən yan keçmək mümkün deyil. “Əsli və Kərəm”in 

motivləri əsasında Elçin Əfəndiyevin  qələmə aldığı “Mahmud və 

Məryəm” isə realist yazıçının yaratdığı dastandır. Romanın bütün 

sturkturuna  hopmuş  aydınlıq,  sadiqlik,  xəlqilik,  humanizm, 

bəşərilik,  kamillik  “Mahmud  və  Məryəm”i  dastan  adlandırmağa 

imkan  yaradır.  “Əsli  və  Kərəm”  dastanın  sujeti  “Mahmud  və 

Məryəm”  romanında  olduğu  kimi  saxlanılıb,  fantaziyaya  yol 

verilməyib;  ayrı  –  ayrı  dinlərə  məxsus  iki  gənc  bir-birini  sevir, 

lakin  şəriətin  müəyyən  etdiyi  qaydalar  bu  izdivaca  yol  vermir. 

Fəqət “Əsli və Kərəm”dən fərqli olaraq “Mahmud və Məryəm”də 

eşq,  sevgi  bədii  mətnin  yeganə  predmeti  deyil.  Romanda  iki 

gəncin  qara  gələn  bəxti,  yaranışdan  uğursuzluğa  məhkum  taleyi 




23 

 

fondur, hərçənd ki, bu fonun özü çoxçalarlıdır, ümumi məzmunda 



həlledici atributddur. 

II Oxucu:  Mahmud, eləcə də onun əhatəsində olan bütün insanlar 

sonu  zəhərə,  külə  dönən  eşqdən  daha  dəhşətli  bir  fəlakət 

qarşısındadır. Bu  fəlakət  dünyanın  faniliyi ilə bağlıdır. Fani  olan 

dünyada eşqin əbədiliyindən söz açmaq olarmı? 

Mahmud və Məryəm həqiqətini yaradan, ona qoynunda yer ayıran 

dünya  qan  qoxuyur.  Bu  böyük  məhəbbətin  gözləri  qarşısında 

ordular  baş-başa  gəlir,  qılıncının  zərbindən  qayalar  parçalanan 

cəngavərlərin  gözlərini  qarğalar  dimdikləyir.  Humanist  yazıçı 

insanları  ayılmağa,  yaxşılıqları  dəyərləndirməyə  çağırır.  Yazıçı 

həyatın  faniliyinə  qarşı  əzəli  bal,  ortası  əzab,  sonu  kül  olan 

sevgini, müharibələrə qarşı sülhü, var- dövlətə, dünya sərvətlərinə 

qarşı həqiqi təmizliyi, paklığı qoyur. 



Kitabxanaçı:  Azərbaycan  ədəbiyyatının  nadir  nümunələrindən 

olan  “Ağ  Dəvə”  Elçin  qələminin  sirli  qüvvəsi  ilə  min  illərin 

yaxşılıq  və  pisliklərini,  mərdlik  və  namərdliklərini  bir  anın  içinə 

sığışdıran epopeyadır. Bu haqda mülahizələrinizi söyləyin. 



I  Oxucu:    Qəbirstanlıqda  adi  bir  təsadüf  nəticəsində  əsərin 

qəhrəmanı,  həm  də  hadisələrin  qəhrəmanı  Ələkbərin  gördüyü 

uşaqlıq  illərinin  tanışları,  məhəllə  adamlarının  çöhrəsi  saysız-

hesabsız  tale  hekayələrini  göz  önünə  gətirir.  “Ağ  Dəvə”  

sənətkarlıq  baxımından  Elçin  Əfəndiyevin    yaradıcılığında,  eləcə 

də  çağdaş  nəsrin  hərtərəfli  tədqiq  olunmağa  layiq  əsərlərdən 

biridir. Bu əsərlə tanışlıqdan sonra oxucuya elə gəlir ki, bir qədər 

əvvəl  qeyd  etdiyimiz  kimi,  Azərbaycan  nəsrində  hansı  bir 

mərhələsə başa çatır və əlinə qələm alan hər hansı bir Azərbaycan 

yazıçısı  yeni  bir  oxucu  marağı  qazanmaq  istəyəcəksə  o,  mütləq 

Elçinin “Ağ Dəvə” romanındakı etirafları təkrar etməli olacaq. 

 



Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə