Müqəddəs söz-sənət ocağının nurlu varisi



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə9/19
tarix08.09.2018
ölçüsü1,19 Mb.
#66953
1   ...   5   6   7   8   9   10   11   12   ...   19

27 

 

bülbülü qəfəsdən buraxır və bunu izləyir: bulbül uzun yollar keçib 



bir  qoca  palıd  ağacının  oyuğundakı  yuvasına  girir.  Taqətdən 

düşmüş bülbül ətrafdakı doğmalığa baxıb, bütün gücünü toplayıb 

oxumağa başlayır. Bülbül ölümü ilə üz-üzə dayanıb oxuyur. Ölüm 

qarşısında o, ən şən nəğməsini oxuyur. 



II  Oxucu:  Sevinc  firavan  həyatda,  dərd  əzablı  yaşayışda 

deyilmiş.Sevinc azad olmaqda, dərd qandallı olmaqda imiş. Elçin 

Əfəndiyev  bu həqiqəti demir, əyani şəkildə göstərir: bülbül azad 

nəğməsini oxuyub sevinc içində olur. Bu, dəhşətli bir məcnunluq 

lövhəsidir. Buna dramaturqlar, məsələn, Şekspir, İlyas  Əfəndiyev 

tragediya deyərdilər, ancaq bu dəhşətli faciəyə Elçin nağıl deyir, – 

Bülbülün  nağılı”.  Təbii  ki,  bütün  ecazkar  keyfiyyətlərin  hamısı 

”nağıl”  içində  var.  Bu  nağıl  da  Elçin  qələminin  möcüzəsidir. 

Oxuyan  uzun  zaman  bu  nağılın  təəssüratı  ilə  yaşayır.  Bədii 

ədəbiyyat, bədii dil budur, yazıçılıq da buna deyərlər... 



Kitabxanaçı:  Uşaqlar,  Elçin  Əfəndiyevin  Uşaq  Əsərləri  

haqqında nə söyləyə bilərsiniz? 

Bu əsərlərin qəhrəmanları haqda nə məlumatınız var? Onlara sizin 

münasibətiniz  necədir? Yazıçının  əsərlərindəki  rənglər  nəyi  ifadə 

edir? və s. 

I  Oxucu:  “Bu  dünyada  qatarlar  gedər”,”Baladadaşın  ilk 

məhəbbəti”,”Gümüşü,  məxməri,  narıncı”  ,  Səlimin  hekayələri, 

Humayın  yuxusu  və  s.  Realist  həyatımızın  mənzərəsini  əks 

etdirmək  müasir  yeniyetmələrin  duyğu  və  düşüncəsini,  kənddə 

yaşayan  cavanların  poetik  dünyasını  vermək  Elçin  Əfəndiyevin  

hekayə  və  povestlərinin    əsas  xüsusiyyətləridir.  Yazıçının  

hekayələrində müasirlik  anlayışı kəndin  xarici  görünüşündə,  yeni 

tikililərin, mədəniyyət ocaqlarının çoxluğunda deyil. Bəzən yazıçı 

kəndi  təsvir  etmir,  adamların  daxili  dünyasını,  fikir  və  qayəsini, 



28 

 

həyata  baxışını  elə  realist  və  aydın  cizgilərlə  verir  ki,  yazıçının 



platforması son dərəcə parlaq şəkildə görünür. 

II  Oxucu:  ”Bu  dünyada  qatarlar  gedər”  hekayəsinin  qəhrəmanı 

Əbilidir.  Müəllif  bizi  nə  bu  kəndin  özü,  nə  də  adamları  ilə  tanış 

etmir. Əbilidən başqa bu kənddə  yaşayanların ancaq adını eşidir, 

haqqında  bir-iki  ifadəyə  rast  gəlirik.  Amma  Əbilinin  məhdud 

dünyagörüşü, yoldan ötüb keçən qatarlara onun heyrətli baxışının  

arxasında  bu uşağın şair ürəyini görürük. Əbili təbiətin qoynunda 

böyüyən  və  kəndlərindən  keçən  qatarlara,  bu    qatarların  içində 

gedən  Qırmızı,  Yaşıl,  Çəhrayı  uşaqlara  həsrətlə  baxan  romantik 

uşaqdır.  Əbili  bir  şeyi  yaxşı  başa  düşür  ki,  həmin  qatarda  gedən 

uşaqlarla  onun  arasında  çox  fərq  var.  Həmin    uşaqların  qoxusu 

böyük-böyük  şəhərlərin  qoxusudu  və  həmin  o  qoxu  Əbildən 

gəlmir. Əbili bu uşaqların xarici görünüşündə ümumi bir şey kəşf 

edir. Bu uşaqlar rəngbərəngdi. Yazıçı həmin rənglərin poeziyasını 

vermək  üçün  konkret  rənglərlə  adamları  təsvir  edir.  Bir  dəfə 

Əbiligilin  kəndinin  yanında  dayanan  qatardan  Çəhrayı  rəngli  bir 

qız  yada  düşür.  Yazıçı  onun  konkret  xarici  görünüşünü  vermir, 

daha  ümumi  və  fəlsəfi  məna  daşıyan  rənglə  bu  qızı  təqdim  edir. 

Çəhrayı  rəngli  qız  Əbilinin  adına  gülür.  Sonra  onu  başqa  qızlara 

göstərib,  onları  da  güldürür.  Amma  Əbili  Çəhrayı  rəngli  qızdan 

incimir.  Çünki  Əbilinin  böyük  və  təmiz  ürəyi  var.  Yazıçı  bizə 

onun təmiz ürəyi haqqında bir söz demir. Bircə dəfə Çəhrayı qızın 

şokolad  qutusunu  ayağının  altına  atıb  “sinif  -sinif”  oynadığını 

təsvir  edəndə  Əbilinin  qızdan  incidiyini  deyir  və  əlavə  edir  ki, 

Əbili belə ləyaqətli, gözəl insan idi və s kimi mənalar gizlənir.  



III  Oxucu:  Ancaq bir gün Əbili Çəhrayı qızdan inciyir. Çünki  o 

şokolad  qutusunu  ayaqlarının  altında  oynadır,  sonra  da  gərəksiz 

bir  şey  kimi  saymazyana  yerə  tullayıb  qaçır.  Əbili  şokolad 

qutusunun  təmiz  olduğunu  görür.  Ürəyi  şokolad  istəsə  də  onu 




29 

 

yeməyi  nəinki  özünə,  hətta  yetim  Səfərə  də  rəva  görmür.  Çünki 



Əbili  elə  buradaca  kəşf  edir  ki,  yetim  Səfərin  heç  nəyi  Çəhrayı 

qızdan  əskik  deyil.  Müəllif  şərti  olaraq  Çəhrayı  adlandırdığı 

həmin  qızın  bütöv  surətini  yaratmaq  üçün  başqa  bir  əhvalatı  da 

hekayəyə  əlavə  edir.  Bir  dəfə  Əbili  başqa  bir  qatardan  tullanmış 

kitabı  əlinə  götürür.  Bu  kitab  zir-zibilə  bulaşsa  da  Əbili  üçün 

maraqlıdır. Çünki kitabın üstünə S. Yesenin sözləri yazılıb. Əbili 

rus şairi S. Yeseninin xatirinə kitabı götürür. Sən demə, bu kitabı 

pəncərədən atan həmin qıza Rüfət adında bir oğlan bağışlayıbmış. 

Əbili  Çəhrayı  qızı  xatırlayır.  Körpə  vaxtı  şokolad  qutusuna 

laqeyidlik göstərən həmin  o Çəhrayı qız indi də bir oğlanın ürək 

sözləri  olan  kitabı  beləcə  qatarın  pəncərəsindən  çölə  ata  bilər  – 

Əbili beləcə fikirləşir və əti ürpəşir. Axı, Əbili bu çiskinli-dumanlı 

balaca  kənddə  böyüsə  də  təmiz  bir  ürək  sahibidir.  Bu  kənddə 

şübhəsiz hamı Əbili kimi  deyil. Bu kəndin  də Çəhrayı  qızları  və 

çəhrayı oğlanları var. 

IV  Oxucu:  Beləliklə,  yazıçı  mücərrəd  Çəhrayı  obrazını 

konkretləşdirir, onun mənfi çalarlarını açır və Əbili surətini həmin 

Çəhrayı  uşaqlarla  müqayisədə  daha  da  zəngin  göstərir.Əsəri 

oxuyarkən 

anlayırıq  ki,  ilk  günlər  Əbili  “adamların 

sirrini”,”adamların  ürəklərini”  bir-birinə  aparan,  bəzən  kəndə 

“nağıl aləmindən... gələn” qatarlara heyranlıqla baxır. Özünü dərk 

edəndən,  həmyaşıdlarının  əxlaqi  -mənəvi  aləminə  enəndən  sonra 

isə  onun  nəzərində  şəhərdən  gələn  “rəngbərəng  uşaqlar”  adiləşir, 

onların  fikirlərində,  hiss  və  duyğularında  ucalıq,  ülvilik  və 

gözəllik  tapa  bilmir.  “Ürəyini  özü  ilə  aparan”  qatarlara  zamanın 

surəti,  dövrün  fasiləsiz  hərəkəti  kimi  baxır.  Düşünur  ki,  “bu 

dünyada gedən təkcə qatarlar deyil. İllər də qatarlar kimidir, gəlir, 

gedir...  görünməz  olur”.  Əbilidə  belə  bir  inam  oyanır  ki,  bu 

dünyada “çəhrayı qızlar” və “çəhrayı oğlanlar” çoxdur. Qatarın – 



Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə