Müqəddəs söz-sənət ocağının nurlu varisi


I   Həyat və yaradıcılığı



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə2/19
tarix08.09.2018
ölçüsü1,19 Mb.
#66953
1   2   3   4   5   6   7   8   9   ...   19

 

                            I   Həyat və yaradıcılığı 



 

 Azərbaycan  xalqının  tarixi-mənəvi 

varlığını, 

bədii 


sözü 

ədəbiyyət 

aləmində  inadkar  inamla  qoruyan,  əks 

etdirən  yazıçı  və  tənqidçilərdən  biri 

çağdaş Azərbaycan ədəbiyyatının canlı 

klassiki  Elçin  Əfəndiyevdir.  O,  təkcə 

ədəbi-tarixi 

prosesdə 

yox, 

ümumiyyətlə, 



milli-ictimai 

fikirdə 


özünəməxsus  yeri  olan  əvəzolunmaz  yazıçı,  ictimai  xadim, 

təəssübkeş  vətəndaş,  böyük  ziyalı  və  nəcib  insandır.  Elçin 

Əfəndiyevin  yaradıcılığı  Azərbaycan  ədəbiyyatının  zəngin  bir 

təmayülünü  təşkil  edir.  Elçin  Əfəndiyev  təkcə  nəsr  və 

dramaturgiyada  yox,  ədəbi  tənqiddə  də  reforma  aparmış 

müəllifdir.  Elçin  Əfəndiyev  güclü  düşüncələrin,  incə  duyğuların, 

sarsılmaz  sevgilərin  yazarıdır.  Əsərlərində  milli  kökə  bağlılıq  və 

milli  heysiyyat,  Azərbaycan  xalqının  ruhundan  uzaqlaşmamaq, 

mənəvi təmizliyi və saflığı tərənnüm etmək geniş yer tutur. Elçin 

Əfəndiyevi    oxumaq  Azərbaycan  xalqını  yaxından  tanımaq, 

Azərbaycanın  uzun  illər  boyu  milli-mənəvi  dəyərlər  və  istiqlal 

uğrunda  apardığı  müqəddəs  mücadiləni  öyrənməkdir.  Müasirlik, 

həyat  həqiqətərinə  həssas  və iti  nəzər, xəlqilik və  romantik pafos 

müasir  bir  sənətkar  kimi  Elçin  Əfəndiyevin  yaradıcılığında  öz 

əksini  tapan  məziyyətlərdir.  Bəli,  Elçin  Əfəndiyev  Azərbaycan 

nəsrinin  zirvəsinə  doğru  inamla  addımlayan  yazıçıdır.  Elçun 

Əfəndiyev zamanla, dövrlə ayaqlaşan, xalqı sevən ədibdir.  

Elçin  İlyas  oğlu  Əfəndiyev  —  Azərbaycanın  xalq  yazıçısı, 

əməkdar  incəsənət  xadimi,  filologiya  elmləri  doktoru, 

professordur.  Elçin  Əfəndiyev  13  may  1943-çü  ildə  Bakı 




 

şəhərində 



XX 

əsr 


Azərbayçan 

ədəbiyyatının 

böyük 

nümayəndələrindən  biri,  Azərbaycanın  xalq  yazıçısı  İlyas 



Əfəndiyevin ailəsində dünyaya gəlib. Uşaqlıq çağlarından etibarən 

ədəbi mühitin içində, kitabların əhatəsində olub. Bir tərəfdən milli 

ədəbiyyat,  folklor,  o  biri  tərəfdən  isə  dünya  ədəbiyyatı  Elçin 

Əfəndiyevin  daimi  mütaliəsinin  əsasına  çevrilib.  O,  nə  zaman 

yazmağa başlayıb? Bu suala Elçin müəllim özü belə cavab verir: 

“Özümü 


xatırladığım 

zamandan. 

Hələ 

yazıb-oxumağı 



bacarmırdım,  amma  özümdən  cürbəcür  əhvalatlar  uydurub 

danışırdım...” 

“İlk  hekayəsi  16  yaşı  olarkən,  1959-cu  ildə  “Azərbaycan 

gəncləri”  qəzetində  dərc  olunub.  Bakı  şəhərində  orta  məktəbi 

(1960),  Bakı  Dövlət  Universitetinin  filologiya  fakültəsini  (1965), 

Azərbaycan  Elmlər  Akademiyası  Nizami  adına  Ədəbiyyat 

İnstitutunun  ədəbiyyat  nəzəriyyəsi  üzrə  aspiranturasını  (1968) 

bitirib,  “Azərbaycan  bədii  nəsri  ədəbi  tənqiddə”  mövzusunda 

namizədlik, 

“Ədəbiyyatda  tarix  və  müasirlik  problemi” 

mövzusunda  doktorluq  dissertasiyalarını  müdafiə  edib.  “Min 

gecədən  biri”  adlı  ilk  hekayələr  kitabı  1965-ci  ildə  çapdan  çıxıb. 

Bundan  sonra  Elçin  Əfəndiyevin  dünyanın  müxtəlif  dillərində 

100-ə yaxın kitabı nəşr olunub, əsərləri ingilis, rus, fransız, alman, 

ispan,  türk,  macar,  bolqar,  ərəb,  fars,  çin,  çex,  slovak,  polyak, 

xorvat, gürcü, litva, moldovan, türkmən, özbək, qazax, tacik, serb 

və  sairə  dillərə  tərcümə  edilib.  Kitablarının  ümumi  tirajı  5 

milyondan çoxdur. 

Yazıçı  ABŞ-da,  Rusiyada,  Fransada,  Türkiyədə,  Almaniyada, 

Hollandiyada,  Çində,  Belçikada,  İspaniyada,  Yunanıstanda, 

Lüksemburqda,  İsveçdə,  İsveçrədə,  Danimarkada,  Ukraynada, 

Polşada, 

Özbəkistanda, 

Çexoslovakiyada, 

Yuqoslaviyada, 

Bolqarıstanda,  İraqda,  Avstriyada,  Qazaxıstanda,  İranda, 




 

Kanadada,  Səudiyyə  Ərəbistanında,  Rumıniyada,  Macarıstanda, 



Gürcüstanda,  Tunisdə,  Pakistanda  və  digər  ölkələrdə  müxtəlif 

elmi,  ədəbi,  ictimai,  siyasi  konfranslarda,  simpoziumlarda, 

qurultaylarda, görüşlərdə, rəsmi dövlət danışıqlarında iştirak edib. 

Uzun  illər  Azərbaycan  Ali  Sovetinin  deputatı  olub.  Hazırda 

Azərbaycan  Respublikası  Baş  Nazirinin  müavini,  eləcə  də  Xarici 

Ölkələrlə  Mədəni  Əlaqələr  Cəmiyyəti  –  “Vətən”  Cəmiyyətinin 

sədri  vəzifələrində  çalışır.  Elçin  Əfəndiyev  Bakı  Dövlət 

Universitetinin  professorudur.  Bir  sıra  Dövlət  Komissiyalarının 

sədri,  nüfuzlu  Azərbaycan  və  beynəlxalq  ədəbi,  ictimai 

qurumların,  Azərbaycan  Respublikasının  Prezidenti  yanında 

Təhsil üzrə Komissiyanın üzvüdür.  

Yazıçının    hekayələri  ədəbi-bədii  jurnalların,  deyək  ki, 

“Smena”  və  “Nedelya”nın  mükafatlarına  layiq  görülüb.  Elçin 

Əfəndiyev 

psixoloji 

hekayələrin 

ustasıdır. 

Azərbaycan 

ədəbiyyatında  bu  hekayələr  həqiqi    bir  sənət  nümunəsi  kimi 

səslənir.  Bu  psixoloji  hekayələrin  ən  dərin  qatlarında  müəllifin 

humanist fikirləri dayanır. İlk baxışda yazıçı qəhrəmanlarının heç 

birinə  öz  rəğbətini  bildirmir,  onları  ancaq  təsvir  edir.  Lakin 

hadisələrin  məntiqi  inkişafı  yazıçının  sadə  adamların  tərəfində 

dayandığını,  onları  ürəkdən  sevdiyini  göstərir.  Bəli,  Elçin 

Əfəndiyevin  əsərləri  real  tarixi  hadisələrə  işıq  salan  ədəbi-bədii 

sənədlər salnaməsidir.  

Yazıçı ədəbiyyatşünaslığımızı bu gün də məşğul edən, ayrı-ayrı 

hallarda  sənətşünaslıq  və  estetika  elmləri  ilə  sərhədlənən 

problemləri iki aspektdə – həm bədii nəsrin təcrübəsində, həm də 

onun  tənqidində  diqqət  və  ehtiyatla  araşdırır,  müqayisələr  aparır, 

bədii  əsərləri  və  tənqidi  fikirləri,  müxtəlif  müəlliflərin  rəylərini 

tutuşdurur,  nəticə  çıxarır,  yüksək  səviyyəli  elmi  xülasələr  əldə 

edir. Elçin Əfəndiyev həm də 60- 70-ci illərdə tənqidçi həmkarları 



Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə