Müqəddəs söz-sənət ocağının nurlu varisi



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə8/19
tarix08.09.2018
ölçüsü1,19 Mb.
#66953
1   ...   4   5   6   7   8   9   10   11   ...   19

24 

 

II  Oxucu:  Yazıçının  əsərləri  ilə  tanış  olarkən  görürük  ki, 

humanist  yazıçı  insanları  ayılmağa,  yaxşılıqları  dəyərləndirməyə 

çağırır. Yazıçı həyatın faniliyinə qarşı əzəli bal, ortası əzab, sonu 

kül  olan  sevgini,  müharibələrə  qarşı  sülhü,  var-  dövlətə,  dünya 

sərvətlərinə qarşı həqiqi təmizliyi, paklığı qoyur.  



Kitabxanaçı:  Uşaqlar  bildiyimiz  kimi  Xalq  yazıçısı  Elçinin 

“Ölüm  hökmü”  əsəri 1960-cı  illərin ən gözəl  romanları  sırasında 

oxucuların  marağına  səbəb  olmuş,  rəğbətini  qazanmışdır. 

Romanda qaldırılan problemlər bu günümüz üçün də ibrətamizdir. 

Bu  roman  haqqında  kim  ətraflı  məlumat  verə  bilər?  Əsər  hansı 

dövrü əhatə edir? 



I  Oxucu:  Bu  romanda  yazıçı  üçün  fərqləndirici  üç  əsas  cəhət 

diqqəti  cəlb  edir.  Tarixi  mənbələrə,  arxiv  sənədlərinə  bələdlik, 

yüksək elmi mühakimə və bədii yaradıcılıq bacarığı. Bu işdə Elçin 

Əfəndiyevin  üzərinə  çox  böyük  məsuliyyət  düşürdü.  Çünki 

hadisələr yaşlı nəslin gözləri qarşısında cərəyan etmişdi. Çünki 20 

-30-cu  illərin  hadisələri  Azərbaycan  xalqı  üçün  zəlzələdən, 

taundan  dəhşətli  fəlakət  idi.  Onun  zərbəsi  bütün  ağıllı  adamları 

yaxalayırdı.  “Ölüm  hökmü”  təkcə  repressiyalar  və  onun 

nəticələrindən  bəhs  edən  roman  deyildir.  Bu  əsərdə  çox  adamın 

deyə  bilmədiyi  şeyləri  Elçin  Əfəndiyev  demişdir.  Yazıçı  hər  cür 

tərifə  və  alqışa  layiqdir,  roman  isə  Azərbaycan  bədii  nəsrinin 

nailiyyəti,  ədəbi  ictimaiyyətimizdə  mükəmməl  bir    hadisədir. 

1920-1960-cı  illər  arasında  respublikamızda  baş  verən  faciəvi 

hadisələrin  bədii  ifadəsi  olan  həmin  əsəri  müəllif  özü 

səhnələşdirmişdir.  Əsərdə  hadisələr  iki  hissədə  cərəyan  edir. 

1954-cü  ilə  qədərki  stalinizm  dövrü  hadisələri  birinci  hissədə, 

şəxsiyyətə 

pərəstiş 

dövrünün 

sona 


çatıb 

“Xruşşov 

mülayimləşməsi” dövrü hadisələri isə ikinci hissədə verilmişdir.  



25 

 

II  Oxucu:  Əsərdə  irəli  sürülən  əsas  ideya,  qoyulan  əsas  fikir 

insanın şəxsiyyət kimi daim şərə qarşı durmasıdır, insan ləyaqəti 

hər  şeyi  üstələməlidir.  Ölüm  hökmünü  bir  olan  Allahdan  başqa 

heç  kəs  verə  bilməz.  Edilən  pislik,  törədilən  cinayət  cəzasız 

qalmır; gec – tez hər kəs öz əməlinin cavabını alır. Mənəviyyata, 

hiss  və  duyğuya  təsir  etmək,  oxucunu  düşündürmək  və  fikrən 

hərəkətə  gətirmək  üçün  Elçin  Əfəndiyev    sözün  və  bədii  təsvirin 

imkanlarından yaradıcı şəkildə istifadə edir.  

Kitabxanaçı:  İndi  isə  gəlin  Elçin  Əfəndiyevin  “Dolça”  povesti 

ətrafında  diskussiya  aparaq.  Bu  povestin  yazıçının  digər 

əsərlərindən fərqi nədir?Bu povestdəki ailələr haqqındakı fikriniz 

nədir? Bu ailələr arasındakı fərqli cəhətləri kim saya bilər? 



I  Oxucu:    Elçin  Əfəndiyevin    Dolça  povesti  heç  bir  əsərinə 

oxşamır.  Povest  boyaların  sərtliyi,  gülüş  və  ifşanın  aşkarlıq  və 

dərinliyi  ilə  fərqlənir.  Elçin  Əfəndiyev    “Dolça”da  meşşanlığı, 

müasirliyin, yeni əxlaq, davranış və münasibətin antipodlarını ifşa 

edir.  Yazıçı  bilə  -  bilə  iki  ailəni  Ağababanın  ailəsi  ilə  Bəşirin 

ailəsini qarşılaşdırır. Ağababanın ailəsi sevgi, qarşılıqlı münasibət, 

dərin  hörmət  və  qayğı  üzərində  qurulmuşdur.  Burada  zəhmət 

ailəni  ucaldır,  arzulara,  qanadlı  düşüncələrə  aparır.  Təsadüfü 

deyildir  ki,  Bəşirin,  Əminə,  Ofelya,  Adil  və  Kələntərin  əməlləri, 

münasibət  və  davranışları  Ağababanın  ailə  üzvlərində  ikrah,  kin 

və  hiddət  hissi  doğurur.  Bu  adamları  görməmək  üçün  Ağababa 

“evdən  qaçır”,  Nuhbala  gününü  dənizdə  keçirir,  qızlar  vaxtı 

rəfiqələri ilə öldürür. Ağababa xəcalətlənir, canını dişinə tutub bir 

söz demir.  



Kitabxanaçı:  Bizə  belə  gəlir  ki,  “Dolça”da  rəng  sərtliyi,  sözün 

əsil  mənasında  boyaların  qatılığı  Bəşirin,  Əminə,  Kələntər  və 

Ofelyanın  əməllərindən  doğur  və  Elçin  Əfəndiyevin    üslubunu 



26 

 

tamamlayır.  Bu  povest  yazıçının  yaradıcılıq  axtarışları,  bədii 



nəsrinin orijinallığı haqqında dolğun təsəvvür oyadır. 

II  Oxucu:    Elçin  Əfəndiyevin    yaradıcılığında  bədii  dil  xüsusilə 

dəyərlidir. Yazıçı elita deyilən zümrəni  kənara qoyub  cəmiyyətin 

alt  qatına,  saf,  təmənnasız,  zəhmətkeş,  torpaq  kimi  əməksevər 

insanlara  üz  tutanda  onlarla  öz  gündəlik  ailə  -  məişət  dillərində 

ünsiyyətə  girir.Yazıçı  ədəbilik  möhürü  ilə  aliləşdirilən  nitqin 

üzündən    ənliyini-kirşanını  silir.  Abşeron  camaatının  evdə, 

küçədə, məclisdə işlətdiyi danışığın dadını-duzunu eynən çatdıran 

təbiiliyi  saxlayır.  Ədəbilik  pərdəsinin  parıltılı  cilasını  təmizləyir 

və  canlı  dil  Mirzə  Cəlil  dilinin  sadəlik  gücü  ilə  görünür.  Əsərin 

gücü oxunuşundadır.  



Kitabxanaçı: Uşaqlar, Elçinin “Bülbülün nağılı” povestini  yəqin 

ki,  hamınız  oxumusunuz.  Kim  bu  povest  haqqında  öz  fikrini 

bildirər? Bu povestdəki “kədərin gözün dibinə çökməsi” ifadəsini 

siz  necə  başa  düşürsünüz?  Bu  əsərdəki  hansı  hadisə  Fizulinin 

“Leyli  və  Məcnun”əsərini  bizə  xatırladır?  Yazıçı  nə  üçün  bu 

povesti nağıl adlandırır? 



I Oxucu: Elçinin “Bülbülün nağılı” adlı lirik hekayəsi dilinə görə 

sanki  şeirdir.  Bu  məşhur  şeirdə  “kədərin  gözün  dibinə  çökməsi” 

kimi ayrıca bir şeir yükü daşıyan ifadə var. Burada sarı bülbülün 

ayağından  zəncirlənməsini  ilk  dəfə  görürük  –  heç  demə,  qəfəsə 

min  şükür.  Füzulinin  Məcnunu  ahunu  ovçudan  satın  alıb  təbiətə 

buraxdığı  kimi,  bir  Allah  bəndəsi  xeyirxahlıq  məcnunu  da  bu 

bülbülü zəncirdən xilas edir. Guya, ona azadlıq verir: güllü-çiçəkli 

bir bağçada qızıl qəfəsə salır. Bülbül ən qəmli nəğmələrini bu qızıl 

qəfəsin  içində oxuyur. Elə oxuyur, səsilə hər tərəfə elə dərd, qəm 

səpələyir  ki,  bağçanın  yayın  istisindən,  payızın  çiskinindən 

solmayan  gülləri,  çiçəkləri  bülbülün  bu  nəğmələrinin  hüznündən 

saralıb-solur.  O  xeyirxahlıq  məcnunu  da  bu  sızıltıya  dözməyib 




Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə