Müqəddəs söz-sənət ocağının nurlu varisi



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə17/19
tarix08.09.2018
ölçüsü1,19 Mb.
#66953
1   ...   11   12   13   14   15   16   17   18   19

53 

 

Əfəndiyevin yaradıcılığının üçüncü mərhələsinə keçid kimi qəbul 



edirik. Bu üçüncü mərhələ isə absurdlardan sonrakı 90-cı illərdən 

başlayaraq növbəti dəfə, tamamilə, gözlənilmədən meydana çıxan 

“Ah,  Paris,  Paris!...”,  “Mən  sənin  dayınam”,  “Mənim  sevimli 

dəlim”,  “Mənim  ərim  dəlidir”  kimi  komediyalarla  başlayır.  Bu 

komediyalar  tamaşaçıların  dərin  rəğbətini  qazanır,  tənqid 

tərəfindən  yüksək  qiymətləndirilir,  ölkəmizin  sərhədlərini  aşaraq 

xaricdə uğurla tamaşaya qoyulur, müxtəlif dillərə tərcümə edilir. 

Söhbətin  bu  yerində  Elçin  Əfəndiyevin  yazdığı  komediyalar 

əsasında çəkilmiş tamaşalardan fraqmentlər tədbir iştirakçılarına 

təqdim olunur. 

II Aparıcı: Görkəmli tənqidçimiz Yaşar Qarayev yazırdı:  “Elçin 

Əfəndiyev  dramaturgiyamızda  ilk  dəfə  olaraq  xaosun,  hərc 

mərcliyin  obrazını  yaradır!  Onların  əsasında  duran  mənəvi  - 

əxlaqi,  ideoloji  stereotipə,  normativ  düşüncə  və  rəftar  tərzinə  ən 

müasir,  ayıq,  oyaq  ədəbi,  estetik  münasibət  ifadə  edir.”  Yaşar 

Qarayev daha sonra, bu komediyaların mövzusundan bəhs edərək, 

onları  “Elçinin  həyatda  və  səhnədə  yüksək  sənətkarlıqla  təsvir 

etdiyi  hadisələr”  kimi  qiymətləndirir.  Eyni  zamanda,  2000-ci 

illərdən  başlayaraq  Elçinin  müasir  Azərbaycan  ədəbiyyatında 

hadisəyə  çevrilmiş  “Pera  Palas”  otelində,  “Göy  üzünün  ulduzlu 

vaxtları...”,  ”Sarı  gəlin”  ”Araba”,  “Qarabağ  şikəstəsi”  kimi 

hekayələri  yazıçının  yaradıcılığını  başqa  rakursdan  işıqlandırdı. 

“Bayraqdar”  povesti    isə    müasir  ədəbiyyatımızın  XXI  əsrdəki 

bədii-estetik  xarakterinin  formalaşma  prosesinin  başladığını 

göstərir.  Povestdə  mövzu  son  dərəcə  aktualdır.  Ermənistanın 

təcavüzü  nəticəsində  xalqımızın  düçar  olduğu  ağır  qaçqınlıq 

həyatı “Bayraqdar” povestində bütün çılpaqlığı ilə göstərilmişdir. 

Bu əsərdə Elçin Əfəndiyev xalqımızın başına gələn böyük faciəni 

dramatik səhnələrlə, canlı fraqmentlərlə əks etdirmişdir. Yazıçının  



54 

 

özünəməxsus  bədii  təhkiyəsi,  sintaksisi  “Bayraqdar”  povestində 



qabarıq  nəzərə  çarpır.  Elçin  Əfəndiyev  Azərbaycan

  ədəbiyyatının 

sayca  az nümayəndələrindən biridir ki,  bir abzas, hətta bir  cümlə 

oxuduqda,  onun  müəllifliyini  dərhal  müəyyən  etmək  olur. 

Akademik  Məmməd  Arif  yazırdı:  “Elçinin  sadə  və  rəvan 

təhkiyəsində cəzbedici bir qüvvə vardır.” Bəli, Elçin Əfəndiyevin  

bədii  sintaksisindəki  “cəzbedici  qüvvə”  daha  da  inkişaf  etmiş, 

milli  ədəbiyyatımızı  zənginləşdirən  sənətkarlıq  xüsusiyyətinə 

çevrilmişdir. Bu nöqteyi nəzərdən “Bayraqdar”povestinin təhkiyə 

dolğunluğu,  eyni  zamanda  axıcılığı  oxucunu  ələ  alır.  

“Bayraqdar”ın 

mövzusu 


qaçqınların 

faciəli 


həyatından 

götürülmüşdür. Povestin əsl mövzusu böyük insani kədərdir. 



Kitabxananın fəal oxucuları  “Bayraqdar”povestindən bir 

parçanı səhnələşdirib, iştirakçılara təqdim edirlər.  

I Aparıcı: Yazıçı povestdə  heç nəyi gizlətmir. Ağır həyat tərzinin 

xırda detallarınacan sənətkarlıqla təsvir edir.Müəllifin böyük 

nailiyyətidir ki, qaçqın həyatının bu cür sərt təsviri qaçqınların 

güzəranına  acımaqdan  daha  çox,  oxucuda  təcavüzkara  qarşı 

olduqca  güclü  nifrət  hissi  oyadır.Hətta  öz-özlüyündə  erməni 

Arsenin obrazı da elə incə təsvir vasitələri ilə yaradılmışdır ki, 

təcavüzkara nifrəti daha da artırır. Bu povestdə sırf epizodik surət 

yoxdur.  Müəllif  elə  situasiyalar  təsvir  etmişdir  ki,  surət  canlı 

xarakter kimi oxucunun gözlərinin qarşısında canlanır. Elçin bu 

sujetləri  məharətlə  bir  yerə  yığa  bilmiş,  tam,  bütöv  bir  həyat 

parçasının bədii atributlarına çevirmişdir.  

II Aparıcı: Elçin Əfəndiyevin  yaradıcılığında “yazıçı yaddaşı” 

güclü bir faktordur. Misal üçün yazıçının həcm etibarilə ən böyük 

əsəri olan və 60-70 illik bir dövrü əhatə edə “Ölüm hökmü” 

romanı mürəkkəb kompozisiyaya malikdir. Əsərdə çoxlu 




55 

 

personajlar  iştirak  edir,  ancaq  onların  heç  biri  “gəldi-gedər” 



deyildir.  Onların  hamısı  yazıçının  yaddaşındadır,  buna  görə  də 

kiçikliyindən-böyüklüyündən  asılı  olmayaraq  tamamlanırlar. 

Yazıçı hər bir xarakterlə əlaqədar bədii nöqtəni qoymağı bacarır. 

I  Aparıcı:Elçin  Əfəndiyevi  bir  yazıçı,  dövlət  xadimi,  ziyalı,ata 

kimi  həmişə  uşaqların  həyatı,    onların  təlim-tərbiyə  məsələləri, 

uşaq  ədəbiyyatı  və  onun  problemləri  maraqlandırmışdır.  Yazıçı 

hər bir xarakterlə əlaqədar bədii nöqtəni qoymağıbacarır.Yazıçının 

bu xüsusiyyəti sənət yoldaşları tərəfindən yüksək qiymətləndirilir. 

Sevimli  şairəmiz  Xalidə  xanım  Elçin  Əfəndiyevin  uşaqlara  həsr 

etdiyi nağıllara  müraciət edərkən “Qorxu” adlı bu şeiri yazmışdır: 

Gəlin bu şeiri balaca oxucumuzun ifasında dinləyək: 

Oxucu:  

          Zəncir qollu aya baxma

Zəncir görən göz əsirdi. 

Körpə beyni yeyir ilan, 

Bu da belə bir əsrdi. 

Yeməyinin tamı qaçıb, 

Əllərindən qanı qaçıb, 

Bu qorxudan hamı qaçıb, 

İgid barmağın kəsirdi. 

Tamahına düşməz əsir, 

Qan kötüyü – ölüm nəfsi. 

Bu “uşaq” div başı kəsir, 

Şahdan törəyən nəsildi. 

Öz içində soyuq düşüb, 

Ölümündən sayıq düşüb, 

Yuxusundan oyaq düşüb

Bədəndən başlar kəsildi. 

 II Aparıcı:  1980-ci ildə “Günay, Yalçın, Nigar, bir də bir Səlim” 

kitabında çap olunan hekayələr göstərdi ki, Elçin Əfəndiyev uşaq 



Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə