Müqəddəs söz-sənət ocağının nurlu varisi



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə18/19
tarix08.09.2018
ölçüsü1,19 Mb.
#66953
1   ...   11   12   13   14   15   16   17   18   19

56 

 

ədəbiyyatına  barmaqarası  baxmır,  öz  balaca  qəhrəmanlarının 



daxili  dünyasına  nüfuz  etməyi  bacarır.  Yazıçının  uşaq 

mətbuatında  ara-sıra  çap  olunan  hekayələrini  balaca  oxucular 

həmişə maraqla qarşılamışlar. Yazıçının “Günay, Humay, bir dənə 

Günəbaxan və qırt toyuğun cücələri”, “Hamı niyə güldü” və s. bu 

kimi  hekayələri  uşaq  nəsrimizin  gözəl  nümunələridir.  “Humayın 

yuxusu”  kitabında  Aysunun,  Humayın,  Günayın,  Yalçının  və 

Nigarın hekayələri olduqca maraqlı və mənalıdır. Bu hekayələrdə 

uşaqların  başına  gələn  əhvalatlardan  söhbət  açılır.  Bu  arada 

sevimli  şairimiz  Teymur  Elçinin  Elçin  Əfəndiyevin  uşaq 

hekayələrində  xüsusi  yeri  olan  ilk  övladı  Günaya  həsr  etdiyi 

“Nənənin,  babanın    sevməcələri”  şeirinə  balaca  oxucumuzun 

ifasında qulaq asaq. 

Oxucu:  

          Günəşi aya qatdım, 

Mən bir nəğmə yaratdım. 

Bu nəğmə Günayımdır, 

Körpə torağayımdır. 

Aydı bu, 

Günaydı bu, 

Nənəsinə paydı bu, 

Babasına haydı bu! 

Aydı bu, 

Günaydı bu! 

Gün çıxdı, 

Gündüz oldu. 

Düzənlər düm-düz oldu. 

Oyandı Günay balam

Bir sevincim yüz oldu; 

Ay balam, 

Günay balam! 




57 

 

Ay çıxdı, 



Axşam oldu, 

Göy üzü şam-şam oldu. 

Günay beşiyə girdi, 

Beşiyi bağçam oldu; 

Ay balam, 

Günay balam!  



I  Aparıcı:Miniatürlər  silsiləsində  isə  Abşerondan,  bu  bərəkətli 

torpağın  dadlı  meyvələrindən  bəhs  olunur.  Burada  üzüm,  gül, 

dana,  dam  kimi  sözlərin  mənaları  verilib.  Elçinin  uşaq 

hekayələrinin  hamısı  maraqla  oxunur,  adamı  düşündürür.  Elçin 

Əfəndiyevin  baş  məsləhətçi  olduğu  “Mən  və  mənim  dünyam” 

layihəsi  əsasında  körpələrimiz  üçün    çoxlu  kitablar  nəşr  olunub: 

“Hacı Zeynalabdin Tağıyev”, “Osmanlı təpələri”, “Surxay qalası”, 

“Hüseynqulu  xan”,  “Şeyx  Şamil”,  “Duz  dağı”,  “Fətəli  xanın 

beşiyi”,  “Çarıqdaş”,  “Yeddi  gəlin  dağı”,  “Tomris  ana”,  “Mətə 

xan”,  “Gavur  quyusu”  və  s.  Bu  kitablar  kitabxanamıza  verildiyi 

gündən  balaca  oxucularımız  tərəfindən  həvəslə  oxunur.  Elçin 

Əfəndiyevin  həyata  keçirdiyi  bu  layihə  təqdirəlayiqdir.  Bu 

kitablar sayəsində balaca oxucularımız Azərbaycanın tarixi, tarixi 

şəxsiyyətləri, coğrafiyası ilə yaxından tanış olurlar.   

Uşaqlar,  indi  isə  gəlin  Elçin  Əfəndiyevin  uşaqlar  üçün  yazdığı 

“Sözlər,yanıltmaclar, tapmacalar” kitabında yer alan   

yanıltmaclardan bır neçəsini məktəbli oxucularımızın ifasında  

dinləyək.  



İştirakçılar səhnəyə çıxıb yanıltmacları söyləyirlər. 

I Oxucu: 



          “Nənəm yaman hirsləndi..” 

Bizim kəndimiz DAĞDADI.  

Biz də yayda getdik DAĞA, 



58 

 

DAĞ nə DAĞ!.. Elə xoşlayıram, elə 



xoşlayıram DAĞI!.. Meşələr, bulaqlar

yarğanlar...  

Bir də ki, bizim gözəlimiz kənd... 

Nə yaxşı ki, biz bütün yayı qalacağıq  

  DAĞDA! 

Bir gün nənəm həyətdə ocaq qaladı. Yağı 

əritmək üçün qazana töküb ocağa qoydu. 

Yağ əridi, qaynadı, DAĞ oldu. 

Mən də qaçanda, az qaldı ayağım dəyə 

qazana, az qaldı DAĞIDAM yağı. Yaxşı ki, 

DAĞ YAĞ DAĞILMADI, məni də 

yandırmadı. 

Nənəm yaman qorxdu, hirsləndi: 

Sənin ayağına, dedi. 

 DAĞ basacağam! 

Amma mən bilirəm, nənəm məni çox 

istəyir, ayağıma DAĞ basmayacaq!... 

Nənə elə deyir ki, mən eləcə qaçmayım, 

DAĞ yağı yerə DAĞITMAYIM! Axı, DAĞ 

yağ yandırar məni... 

 

II Oxucu:       



“Qar yağıb, yağmayıb?” 

QAR!.. QAR!,, 

                 

 

Vay... QAR yağıb? Yazda bəyəm 



                                  QAR yağar? 

Yox...  Sən  demə,  qarğadı,  ağacın  budağına 

qonub, QAR - QAR salıb: 

                 

 

QAR –R-R... QAR -R-R... 



III Oxucu:  

 

“Qumru quşları” 




59 

 

O qumru quşlarına bax, nə hirslə 



 QURULDAYIR,,, 

Qumru quşu QUR - QUR QURULDAYIR. 

Elə bil deyir ki, mənə yuva QUR

                

 

QURMARAM, ay tənbəl qumru quşu, 



                                   özün QUR, 

                

 

Sən QURA bilməsən, yaxşı mən 



                                  QURARAM. 

                

 

QURULDAMA QUR- QUR, uç özün 



                                   QUR. 

IV Oxucu:  

 

“Kim uçundu, nə uçdu, nə uçmadı “ 



                

 

Birdən külək əsdi. 



                

 

Birdən də pırıldayıb bir qaranquş UÇDU. 



Mənim  ürəyim  UÇUNDU.  Elə  bildim 

qaranquşun yuvası UÇDU. 

               

 

Amma yox... Qaranquşun yuvası  



                                  UÇMADI, özü UÇDU

               

 

Mənim də ürəyim daha UÇUNMADI. 



V Oxucu: 

   


Abşeronda 

               

 

Getdum meynədən qara ÜZÜM  



                                  ÜZÜM. 

               

 

ÜZÜMÜ ÜZDÜM, yedim. 



                

 

Vay... 



               

 

Bulaşdı ÜZÜM!,, 



              

 

Getdim dənizdə ÜZÜM...             



              

 

Dənizdə ÜZDÜM, təmizləndi ÜZÜM. 



Uşaqlar  yanıltmacları  söyləyib,  alqışlar  altında  səhnədən 

ayrılırlar. 

 


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə