Müqəddəs söz-sənət ocağının nurlu varisi



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə12/19
tarix08.09.2018
ölçüsü1,19 Mb.
#66953
1   ...   8   9   10   11   12   13   14   15   ...   19

36 

 

Sual:8. Elçin Əfəndiyevin əsərləri hansı dillərə tərcümə olunub? 



Cavab:  Elçin  Əfəndiyevin    dünyanın  müxtəlif  dillərində  100-ə 

yaxın kitabı nəşr olunub, əsərləri ingilis, rus, fransız, alman, ispan, 

türk,  macar,  bolqar,  ərəb,  fars,  çin,  çex,  slovak,  polyak,  xorvat, 

gürcü, litva, moldovan, türkmən, özbək, qazax, tacik, serb və sairə 

dillərə  tərcümə  edilib.  Kitablarının  ümumi  tirajı  5  milyondan 

çoxdur; 


Sual:9  Elçin  Əfəndiyevin  hansı  kinopovestləri  İlyas  Əfəndiyevin  

“Mahnı  dağlarda  qaldı”  pyesinin,  “Hökmdar  və  qızı”  faciəsinin  

motivləri əsasında çəkilmişdir? 

Cavab: “Aman ovçu, vurma məni” kinopovesti İlyas Əfəndiyevin 

“Mahnı dağlarda qaldı” pyesinin motivləri əsasında, “Hökmdarın 

taleyi”  kinopovesti  isə    “Hökmdar  və  qızı”  faciəsinin  motivləri 

əsasında  yazılmışdır. 



Sual:10.  Elçin  Əfəndiyevin  “Bayraqdar”  povestinin    əsas 

mövzusu nədir? 



Cavab:  “Bayraqdar”  povestində  ağlagəlməz  hadisələrdən, 

ictimai-tarixi  dəyişikliklərin  qurbanı  olan  insanlardan,  qaçqınlıq 

əzabına, mənəvi təhqirinə düçar olmuş cəmiyyətdən söhbət açılır. 

Povestdə  Ermənistanın  Qarabağ  iddiası,  ölkəmizə  təcavüzü, 

tökülən  qanlar,  zəhərlənmiş  talelər  yazıçı  tərəfindən  ustalıqla 

işıqlandırılır. 



Sual:11.Elçin Əfəndiyevin “Dolça” povesti haqqında nə 

bilirsiniz? 



Cavab:  Elçin  Əfəndiyevin    “Dolça”  povesti  heç  bir  əsərinə 

oxşamır.  Povest  boyaların  sərtliyi,  gülüş  və  ifşanın  aşkarlıq  və 

dərinliyi  ilə  fərqlənir.  Elçin  Əfəndiyev  “Dolça”da  meşşanlığı, 

müasirliyin, yeni əxlaq, davranış və münasibətin antipodlarını ifşa 

edir. 



37 

 

Kitabxanalarda yuxarı sinif şagirdlərinin iştirakı ilə “Müqəddəs 



söz  –  sənət  ocağının  nurlu  varisi”  adlı    konfrans  da  təşkil  etmək 

mümkündür.  Konfransdan  öncə  onun  proqramı  tərtib  olunmalı, 

konfransın  keçiriləcəyi  dəqiq  vaxt  müəyyən  olunmalıdır. 

Proqramda 

konfransda 

çıxış 


edəcək 

qonaqların, 

ədəbiyyatşünasların  və şagirdlərin adları, onların çıxış edəcəkləri 

mövzular,  tədbirin  keçiriləcəyi  məkan  və  zaman  qeyd  olunur. 

Konfrans zamanı Elçin Əfəndiyevin yaradıcılığına yaxından bələd 

olan jurnalist, yazıçı və şairlərin çıxışları dinlənilir. Yaxşı olar ki, 

Konfransa  Elçin  Əfəndiyevin  özü  də,  dəvət  olunsun.  Oxucu 

konfransının planını sizə təqdim edirik: 

1.  Giriş  hissə  (Elçin  Əfəndiyevin  həyat  və  yaradıcılığı  haqqında 

məruzə)  

2.  Elçin  Əfəndiyevin 

yaradıcılığı  haqqında  kitabxana 

rəhbərliyinin, jurnalist, yazıçı və şairlərin çıxışları.  

3.Yuxarı  sinif    şagirdlərindən  ibarət  olan  oxucuların  Elçin 

Əfəndiyevin müxtəlif əsərləri ətrafında müzakirələri. 

4. Yazıçının əsərlərindən bir neçə parçanın səhnələşdirilməsi.  

5. Konfransın yekunu.  

    Elçin  Əfəndiyevin  irsinin  təbliği  üçün  ədəbi-bədii  gecələrin 

keçirilməsi  zəruridir.  Gecəni  “Möhtəşəm  qələmin  möcüzələri” 

başlığı  ilə  adlandırmaq  olar.  Tədbirin  ssenarisini  sizə  təqdim 

edirik: 

    Tədbirin 

əvvəlində 

iştirakçılara 

Elçin 

Əfəndiyevin 

yaradıcılığından  bəhs  edən  slayd  təqdim  olunur. Səhnə  yazıçının 

portreti,  əsərlərindən  ibarət  sərgi  ilə,  uşaqlar  üçün  yazdığı 

hekayələri  əks  etdirən  şəkillərlə,  haqqında  yazılmış  sitatlarla 

bəzədilir. Gecəyə Elçin Əfəndiyev, onun  yaradıcılığına yaxından 

bələd  olan  tanınmış  yazıçılar,  tənqidçilər,  jurnalistlər  dəvət 

olunur. Aparıcılar səhnəyə çıxıb, tədbiri açıq elan edirlər.   

I Aparıcı: Salam əziz və hörmətli tədbir iştirakçıları! 



38 

 

 Bu  günkü  tədbirimiz  xalq  yazıçısı,  görkəmli  nasir,  dramaturq, 



tənqidçi,  ədəbiyyatşünas,  publisist  və  ictimai  xadim  Elçin 

Əfəndiyevin  həyat  və  sənət  yoluna  həsr  olunmuşdur.  Hamımıza 

məlumdur  ki,  Azərbaycan  nəsrində  müşahidə  olunan  maraqlı 

keyfiyyət  dəyişikliyi  prosesində  özünü  təsdiq  etmiş  yazıçılar 

içərisində    Elçin  Əfəndiyev  xüsusi  yer tutur. Yazıçının  povest  və 

hekayələri  bu  cəhətdən  səciyyəvi  olub,  nəsrimizdəki  məzmun  və 

sənətkarlıq  axtarışlarının  bəzi  cəhətləri  haqqında  aydın  təsəvvür 

oyatmağa kömək edir.  



II Aparıcı: Vətənimizin dünəni ilə bu günü, cəmiyyətimizin 

bu  günü  ilə  sabahı  arasındakı  əlaqə  və  vəhdətin  sarsılmazlığı      

ideyası  Elçin  Əfəndiyevin  əsərlərində  öz  təcəssümünü  tapmışdır. 

İnsan  şəxsiyyətinin,  xarakterin  təşəkkülündən  mühüm  mərhələ 

olan  yeniyetməlik  cağlarında  bu  yeniyetmələrin  düşdüyü  vəziy 

yətlər,  keçirdiyi  həyacanlar,  yaşadığı  fikir  və  duyğular  vasitəsilə 

yazıçı  inandıra  bilir  ki,  onlar  sabahın  ləyaqətli  vətəndaşı  kimi 

yetişəcək. 40-45 il bundan əvvəl Elçin Əfəndiyev dilinin 

gözəlliyi,  təzəliyi,  süjetlərinin  orijinallığı,  üslubunun  əlvanlığı  ilə 

diqqətimizi  çəkirdi.  Bu  əlamətlər  bu  qələm  sahibinin  yazıçı 

gələcəyinə  inam  təlqin  edirdi.  Bununla  da  Elçin  Əfəndiyev  hələ 

çox cavan yaşında, ilk yaradıcılıq nümunələrindən istedadını elan 

etdi.  O,  bu  gün    70  yaşının  tamam  olduğu  bir  dövrdə  də 

yaradıcılığının  monumentallığı  ilə  bizi  heyrətləndirir.  Hörmətli 

tədbir  iştirakçıları!  Gəlin  oxucumuzun  ifasında  sevimli  şairimiz 

Fikrət Qocanın Elçin Əfəndiyevin  yubileyi münasibəti ilə qələmə 

aldığı  “Altmış  yaşın  mübarək”  şeirinə  “Yetmiş  yaşın  mübarək” 

deyək və dinləyək: 



Oxucu:  

         Dostumuz, qardaşımız 

El yanında üzün ağ! 

Dünyanı seldə boğar 



Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə