Müqəddəs söz-sənət ocağının nurlu varisi



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə15/19
tarix08.09.2018
ölçüsü1,19 Mb.
#66953
1   ...   11   12   13   14   15   16   17   18   19

46 

 

teatrlarının  diqqət  mərkəzindədir.  Yazıçının  bu  xüsusiyyəti  sənət 



dostları  tərəfindən  həmişə  yüksək  qiymətləndirilmişdir.  İndi  isə 

gəlin  oxucumuzun  ifasında  Əjdər  Qiyaslının  xalqımızın  yüksək 

ləyaqətli  yetirməsi,  el-obamızın  qədirkeşi  və  xeyirxahı  sevimli 

xalq  yazıçısı  Elçinə  həsr  etdiyi  ”Parlasın  səmada  tale  ulduzun” 

şeirindən bir parçanı dinləyək: 

Oxucu:  


      ... Ağac var tükənmir barı, bəhrəsi, 

Bol bəhrə verməkdir eşqi, həvəsi. 

Bütün budaqları barla doludur

Qeyrət ağacı da ömür yoludur... 

Sən belə ağacdan daha barlısan, 

Elinə, obana etibarlısan! 

Səni bənzətsəm də barlı ağaca, 

Sən ondan daha çox ucasan, uca! 

Hər ağac bir dəfə ildə verir bar

Səninsə həmişə bəhrə - barın var. 

Sənətin yolları olsa da çətin

Ölçüyə sığmazdır sənin xidmətin! 

... Çinartək açmısan qol-qanadını. 

Uca saxlamısan təmiz adını... 

Yaxşılıq etmisən bəsdi deyincə, 

Bəhrəsi tükənməz min il yeyincə! 

Sənə arzularam dünya varından: 

Açılsın ürəyin övladlarından! 

Gözünə nur olsun hər gözəl qızın, 

Parlasın Səmada Tale Ulduzun... 



I Aparıcı:Cəmiyyətimizdə baş verən hadisələrin iti yazıçı qələmi 

ilə  bədiiləşdirilməsi,  zəmanənin  qarşılığında  həqiqəti  görmək  və 

onu  estetik  ideala  çevirmək,  sonda  isə  oxuculara  və  tamaşaçılara 

yüksək mənəvi-əxlaqi dəyərlər aşılamaq bu sənətkarın yaradıcılığı 




47 

 

üçün  xarakterikdir.  Yaradıcılığına  metafizik  realizm  üslubunda 



hekayələrlə  başlayan  yazıçının  dünya  ədəbiyyatı  səviyyəsində 

dünyəvi  dəyərləri  əks  etdirən  əsərləri  öz  müəllifinə  çoxmilyonlu 

oxucu auditoriyası qazandırıb. Onun yaradıcılığının coğrafi əhatə 

dairəsi  çox  genişdir.  Yazıçının  bədii  əsərləri  tərcümə  edilərək 

dünyanın  müxtəlif  ölkələrində  sevilə-sevilə  oxunur.  Müxtəsərlik, 

aydınlıq  və  sadəlik  onun  ilk  yazılarından  özünü  göstərən 

keyfiyyətlərdəndir.  Yazıçının  yaradıcılığında  müasirlik,  dərin 

psixoloji  hisslər,  humanist  ideyalar,  nəcib  duyğular,  saf  arzular 

mükəmməl  şəkildə  özünü  göstərir.  Elçin  Əfəndiyev  Azərbaycan 

ədəbiyyatının  Qızıl  fonduna  düşmüş  həm  tarixi  romanların,  həm 

absurd dramların, həm  sürrealist  və  realist  hekayə və povestlərin 

müəllifidir. 



II  Aparıcı:  Elçin  Əfəndiyevin    70-ci  illərdəki  yaradıcılığı 

haqqında  yazan  bu  yaradıcılığın  orijinallığını  xüsusi  qeyd  edən, 

onu  yüksək  qiymətləndirən  müəlliflərin  sadəcə  olaraq,  yalnız 

adlarını  çəkmək  kifayətdir  ki,  yazıçının  əsərlərinin  hələ  o  zaman 

Azərbaycan ədəbiyyatında qazandığı mövqe barədə təsəvvür əldə 

edək:  Məmməd  Arif  Dadaşzadə,  Mir  Cəlal,  Məmməd  Cəfər 

Cəfərov,  Həmid  Araslı,  Mirzə  İbrahimov,  Mehdi  Məmmədov, 

Əziz  Mirəhmədov,  Yəhya  Seyidov,  Kamal  Talıbzadə,  Bəkir 

Nəbiyev,  Yaşar  Qarayev,  Xəlil  Rza  Ulutürk...  Eləcə  də  onlarla 

başqa  görkəmli  tənqidçilər,  yazıçılar.  Elçin  Əfəndiyev  ləyaqətlə 

yaşanmış  bir  ömrün  40  ildən    artıq  müddətini  ədəbiyyata  həsr 

etmişdir.  Onun  yaradıcılıq  dünyasının  sərhədləri  heyrətamiz 

genişliyi,  əslində,  sərhədsizliyi  ilə  seçilir.  Müasir  cəmiyyətdə 

insan  fenomeni  həmişə  Elçin  Əfəndiyevin  diqqət  mərkəzində 

olub. Ölkəmizdə cərəyan edən mürəkkəb ictimai-siyasi proseslər, 

gərgin  mənəvi-əxlaqi  axtarışlar  yazıçının  qəhrəmanlarının  daxili 

aləmində  öz  əksini  tapmışdır.  Həyat  haqqında  olan  ideal 



48 

 

təsəvvürlərin həyatın özündən nə qədər fərqli olduğunu dərk edən 



əsərin qəhrəmanları, əslində, ədəbiyyatımızın əzəli mövzusu olan 

insan  azadlığı  problemini  müasir  dövrdə  bütün  çalarları  ilə 

təcəssüm etdirirlər. 

I  Aparıcı:Bəli,  Elçin  Əfəndiyev  yaradıcılığının  çoxşaxəli  olması 

ilə  seçilən,  müxtəlif  janrlarda  uğurla  işləməyi  bacaran  qələm 

sahiblərindəndir. Teatr üçün yazdığı əsərlər ədəbi aləmdə yazıçını 

dramaturq  kimi  tanıtmışdır.  Ölkəmizdə,  habelə,  dünyada  gedən 

ədəbi-bədii  proseslər  barədə  dövrü  mətbuatda  müntəzəm  olaraq 

dərc  etdirdiyi  tənqidi  məqalələr  ədəbiyyatşünasların  yüksək 

qiymətini  qazanmışdır.  Onun  ssenariləri  əsasında  çəkilmiş  bədii 

filmlər  tamaşaçılar  tərəfindən  həmişə  rəğbətlə  qarşılanmışdır. 

Bildiyimiz  kimi  Elçin  Əfəndiyev  yaradıcılığı  boyu  bir  sıra 

povestlər,  kinopovestlər  yaratmışdır.  Bunlardan  “Bir  görüşün 

tarixçəsi”,  “Toyuğun  diri  qalması”,  “Dolça”,  “Bayraqdar”, 

kinopovestlərdən  “Ox kimi  bıçaq”,”Aman ovçu, vurma məni...”, 

“Hökmdarın taleyi” və s. misal göstərmək olar.  Bu kinopovestlər 

içərisində  “Hökmdarın  taleyi”  tarixi  mövzuda  yazılmış  ən  gözəl 

əsərdir. Bu  əsəri oxuyan hər bir oxucu Azərbaycanın  keçməkeşli 

tarixinə  bələd  olur.  Bu  əsəri  oxuyan  hər  bir  oxucu  Azərbaycanın 

keçməkeşli    tarixinə  bələd  olur.  Söhbət  “Hökmdarın  taleyi” 

kinopovestindən  düşmüşkən,  gəlin  yuxarı  sinif  şagirdlərinin 

ifasında bu əsərdən bir parçaya tamaşa edək. 

Səhnə  əsərə  uyğun  olan  dekorasiyalarla  bəzədilir.  İfaçılar  əsərə 

uyğun  paltarlarda  səhnəyə  çıxırlar.  Tamaşada  Qarabağ  xanı 

İbrahim  xanı,  Axund  Mirmöhsün  ağanı,  Naxçıvan  xanı  Kəlbəli 

xanı,  İrəvan  xanı  Məhəmməd  xanı,  Gəncə  xanı  Cavad  xanı 

canlandıran yuxarı sinif şagirdləri iştirak edirlər. 

Aparıcı:  9 oktyabr 1803-cü il. Şuşa. Xan sarayı. Qarabağ 

                xanı İbrahim xan Naxçıvan xanı Kəlbəli xanı, 




Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə