Муса Гасымов



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/47
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32750
növüDərslik
1   ...   30   31   32   33   34   35   36   37   ...   47

 Dağlıq Qarabağ  məsələsində  İranın vasitəçilik rolu onun 
Şimal-Qərbi Asiyada yeritdiyi strateji xəttin tərkib hissəsidir. 
Vasitəçilik səyləri bir sıra motivlərlə bağlıdır.  İran tarixi dəlillərə 
əsaslanan və münaqişələrə  səbəb olan ərazi iddialarını  qəbul etmir. 
Regionun aparıcı dövləti olduğunu sübut etmək və öz təhlükəsizliyini 
qorumaq istəyir. Sərhədləri boyunca hərbi  əməliyyatların getməsi və 
gərginlik  İran üçün təhlükədir və onun davam etməsi Tehranın 
mənafelərinin ziddinə olaraq Rusiyanın regionda rolunu artırır. Bu da 
əsassız deyil. Çünki Rusiyanın hərbi doktrinasına görə, onun 
Qafqazdakı  sərhədləri  İran və Türkiyəyə  qədər hesab edilir. İran 
Ermənistanla Azərbaycan arasında güc tarazlığını qorumağa çalışır. 
İran həm xristian Ermənistanının, həm də  İrana  ərazi iddiaları irəli 
sürə biləcək Azərbaycanın güclü olmasını istəmir. Ona görə  də  İran 
bildirir ki, qonşularının ərazi bütövlüyünü qoruyacaqdır.  
 1991-ci 
ilin 
martında  İranın siyasi və  işgüzar 
dairələrinin, Televiziya və Radio Verilişləri Şirkətinin nümayəndələri
alimləri və din xadimləri Bakıda oldular. Qonaqlar Novruz bayramı 
şənliklərində iştirak etdilər. 
Noyabrın 25-dən dekabrın 4-nə qədər Bakıda İİR-in sənaye 
malları  sərgisi keçirildi. Sərgidə  Şərqi və  Qərbi Azərbaycan 
əyalətlərinin Zəncan və Gilanın 303 firması iştirak etdi. 
1991-ci ilin mart və dekabr aylarında Tehranda Azərbaycan, 
Bakıda isə İran kitabı sərgisi keçirnildi. Sərgilərdə 3 minə yaxın kitab 
nümayiş etdirildi. 
Yenə  həmin ilin may ayında Azərbaycanın kitab naşirləri 
Tehranda üçüncü və dördüncü Beynəlxalq kitab yarmarkalarında 
iştirak etdilər. Nəticədə kitab sərgilərinin mübadiləsi kitab nəşri və 
ticarət sahəsində saziş imzalandı. Bakı, Naxçıvan, Tehran və  Təbriz 
şəhərlərində kitab mağazalarının açılması nəzərdə tutulurdu.  
Martın 3-də Bakı  və Tehran arasında avtomatik telefon 
xəttinin ismarına başlandı. 
Novruz bayramı münasibətilə  İran hökuməti Azərbaycan 
Respublikasına humanitar yardım göstərdi. 
1991-ci ilin oktyabrı  və 1992-ci ilin fevralında Bakı  və 
Tehranda iki dövlətin idmançıları arasında görüşlər keçirildi.  
1992-ci ilin yanvar ayında Azərbaycan nümayəndə heyəti 
İranda oldu. Səfər zamanı 10 milyon dollarlıq mal mübadiləsi 
 
102


aparmaq,  İrandan alınmış 160 avtobusun, 10 min ton düyü və başqa 
ərzaq məhsullarının gətirilməsi barədə sənəd imzalandı. 
Fevralda Azərbaycan Respublikasının parlament 
üzvlərindən, ziyalılardan, ictimai və siyasi təşkilatların rəhbərlərindən 
ibarət nümayəndə heyəti  İran inqilabının il dönümü münasibətilə 
keçirilən tədbirlərdə iştirak etdi. 
Fevralın 4-də Bakı - Tehran - Bakı  xətti açıldı. Martın 17-
dən də bu reyslər iki tərəfli xarakter aldı. 
 
1992-ci ilin avqust ayında Təbrizdə Azərbaycan 
Respublikasının «Azərbaycanın ixracat məhsulları» sərgisi keçirildi. 
Sərgidə  əlliyə  qədər sənaye müəssisələrinin məhsulları nümayiş 
etdirildi. Bu, müstəqil Azərbaycanın respublika sərhədləri xaricindəki 
ilk sərgisi idi.  
Həmin ilin avqustunda Azərbaycan Respublikasının xarici 
işlər naziri İİR-də  rəsmi səfərdə oldu. Səfər zamanı Azərbaycan 
Respublikası Xarici İşlər Nazirliyi və  İİR Xarici İşlər Nazirliyi 
arasında əməkdaşlıq haqqıda protokol imzalandı.  
Sentyabrda Tehranda keçirilən kukla teatrlarının beynəlxalq 
festivalında respublikamızı A.Şaiq adına kukla teatrı təmsil etdi. 
Oktyabrda Tehranda keçirilən Xəzəryanı ölkələrin 
əməkdaşlıq təşkilatının təsis konfransının işində Azərbaycan 
nümayəndə heyəti iştirak etdi. 
Noyabrın 6-dan 20-nə qədər Bakıda Azərbaycan - İran birgə 
iqtisadi komissiyasının iclası keçirildi. Görüşün nəticəsi olaraq iki 
ölkə arasında iqtisadi əməkdaşlanq haqqında memorandum imzalandı. 
 Dekabrın 13-də  İran  İslam Respublikasının prezidenti Əli 
Əkbər Haşimi Rəvsəncani Azərbaycanı İranda ilk səfərini qəbul etdi. 
Dekabrın 12-də  səfir etimadnaməni  İİR xarici işlər naziri Əli  Əkbər 
Viilayətiyə təqdim etdi. 
1992-ci dekabrın 27-29-da Azərbaycan Respublikasının 
Dövlət katibinin başçılıq etdiyi nümayəndə heyəti İir-də rəsmi səfərdə 
oldu. Səfər zamanı iqtisadi və  mədəni sahələrdə  əməkdaşlığa dair 
muqavilələr imzalandı. 
1993-cü ilin yanvar ayında Qarabağ müharibəsində 
yaralanmış bir qrup (18 nəfər) hərbi qulluqçu İrana müalicəyə 
göndərildi. Bu tədbirin həyata keçiriləməsinə görkəmli ədib və həkim 
doktor Cavad Heyət kömək etdi. Qarabağda döyüşlər zamanı 
yaralanan 14 nəfər Azərbaycan vətəndaşı müalicə üçün Rəşt şəhərinin 
 
103


xəstəxanalarında yerləşdirildilər. Həmin ayda Azərbaycan rəssamları 
arasında ilk dəfə olaraq Təbrizdə qrafik Cəmil Müfidzadənin 50t 
əsərindən ibarət fərdi sərgi Şəhriyar məqbərəsində təşkil olundu. 
Fevralın əvvəlində respublikamızın təxminən 250 idmançısı 
İran İslam inqilabının 14 il dönümü münasibətilə keçirilən beynəlxalq 
idman yarışlarında iştirak etmək üçün Tehrana yola düşdü. Bu 
beynəlxalq turnirdə  əksəriyyəti müsəlman ölkələrindən olan 250 çox 
idmançı  həmin müxtəlif növlər üzrə yarışlarda mübarizə apardırlar. 
İran  İslam Respublikası  Qərbi Azərbaycan ostandarlığının təşəbbüsü 
ilə Naxçıvan  şəhərində  İranın ticarət mərkəzi açıldı, Lənkəran 
şəhərində İran malları yarmarkası keçirildi.  
Martın ortalarında Naxçıvan MR Ali Məclisinin sədri 
H.Əliyev  İİR-nin xarici işlər naziri doktor Əli  Əkbər Vilayətinin 
dəvəti ilə bu ölkədə iki günlük səfərdə oldu. Səfərdə  məqsəd  İranla 
Azərbaycan arasında  əlaqələri möhkəmləndirmək, blokada şəraitində 
yaşayan Naxçıvanın mövcud problemlərinin həllində  İİR-nin 
köməyindən istifadə etmək idi. 
Martın 31-dən aparelin 5-nə kimi Azərbaycan 
Respublikasında görkəmli Azərbaycan şairi Şəhriyarın yubleyinə həsr 
olunmuş  təntənəli tədbirlər çərçivəsində beynəlxalq elmi simpozium 
keçirildi. Bu tədbirdə  İranda keçirilmiş  Şəhriyar yubleyinə  həsr 
olunmuş tədbirlərin davamı oldu. 
1993-cü il aprelin 11-də Azərbaycan Respublikasının dövlət 
katibi Tehrna iki günlük işgüzar səfərə  gəldi.  İİR-nin prezidenti 
Ə.Həşimi Rəfsəncaniyə Azərbaycan prezidentinin birinci müavini 
doktor Həsən Həbibi tərəfindən qəbul edildi.  
1993-cü il avqustun 17-18-də İran İslam Respublikası xarici 
işlər naziri Əli  Əkbər Vilaytinin Azərbaycan Respublikasına səfəri 
zamanı parlamentin sədri, Baş nazir, Dövlət katibi və digər rəsmi 
şəxslərlə keçiçrilən görüşlərdə iki qonşu ölkə arasındakı 
münasibətlərin inkişafı  məsələləri müzakirə edildi. Səfər zamanı bir 
sıra mühüm sənədlər imzalandı. 
Ə.Ə.Həşimi Rəfsəncaninin 1993-cü il oktyabrın 26-28-də 
Azərbaycanda səfərdə olması, siyasi, ticarət, iqtisadi, elmi-texniki, 
mədəni və humanitar əlaqələrə dair 14 saziş, protokol və 
memorandumun imzalanması iki ölkə arasındakı münasibətlərdə 
əvvəlki illərdə yol verilmiş soyuqluğun aradan qaldırılmasında, 
münasibətəlrin normal inkişaf etdirilməsi üçün zəmin yaradılmasında 
 
104


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə