Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə28/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   87

 
 
 
67 
 
•  II  mərhələ  •  
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
  •

“İndi bir az yatıb dincələ bilərəm, hər ehtimala qarşı kəndiri də ayağımın baş bar-
mağına bağlayım ki, tərpənən kimi yuxudan ayılım. Axın özü qayığı aparacaq. Bu gün 
düz səksən beşinci gündür, mütləq balıq tutacağam”. 
Bu vaxt qələmvarı yaşıl çubuqlardan biri suya sarı əyildi. 
“Bax belə, mən istəyən də elə budur”. Qoca kürəkləri ehmalca sudan çıxardı. Əyilib 
kəndiri qaldırdı, sağ əlinin baş barmağı ilə şəhadət barmağı arasında saxladı. Nə gər-
ginlik, nə də ağırlıq duydu, kəndiri boş tutmuşdu. Birdən kəndir dartıldı. Hərəkət yavaş 
və yüngül idi. Qoca bunun nə olduğunu dərhal başa düşdü. Marlen balığı yüz dəniz sajeni 
dərinliyində çəngəlin ucuna keçirilmiş sardinaları yeyirdi. 
Qoca sağ əlində boş tutduğu kəndiri sol əli ilə ehtiyatla tilov ağacından açdı. İndi o, 
balığa heç nə sezdirmədən kəndiri suya istədiyi qədər buraxa bilərdi. “İlin bu fəslində 
sahildən bu qədər uzaqda balaca balıq olmaz, yəqin, bu çox yekə balıqdır. Ye, balığım, 
ye! Ye sardinanı. Yaxşı-yaxşı ye. Yem təzədir. Altı yüz fut dərinlikdə, yəqin, yerin çox 
soyuqdur, üşüyürsən. Qaranlıq, üstəlik də soyuq. İndi  o qaranlıqda bir dəfə çevril, sonra 
əvvəlki  vəziyyətini al, yenə ye!” 
Kəndir yavaşca tərpəndi. Sonra bərk dartıldı; görünür, balıq sardinaları qarmaqdan 
qopara bilmirdi. Sonra heç nə baş vermədi. 
Qoca səsləndi: 
– Gəl görüm. Bir də, hə! Yaxşı-yaxşı iylə! Qoy ləzzətli iy səni məst eləsin. İştahla 
ye! Onları yeyəndən sonra tunesin də dadına bax. Tunes bir az bərk olsa da, ləzzətlidir. 
Balığım, çəkinmə, ye! 
Kəndiri  baş  barmağı  ilə  şəhadət  barmağı  arasında  tuta-tuta  qoca  başqa  kəndirlərə, 
iplərə də nəzər yetirirdi. O yenə də yüngül bir təkan hiss etdi. 
– Yeyəcək! Ağzı nədir, yeməsin, – qoca qışqırdı, – Allah özü ona ruzi yetirib...    
Yox, balıq tilova gəlmədi, harasa getdi. 
Kəndir daha tərpənmirdi. Qoca heç nə başa düşmədi. 
– Gedə bilməz, həzrət  İsa özü onu getməyə qoymaz. Yerini dəyişdirir. Çox güman, 
bu balıq əvvəllər bir dəfə qarmağa keçib, odur ki indi ehtiyatlı dolanır. 
Kəndir yüngülcə tərpəndi, qocanın kefi kökəldi. 
– Mən dedim axı, yerini dəyişir, tilova gələcək. 
Balığın kəndiri yenə yavaşca tərpətməsi qocanı sevindirdi, ancaq gözlənilməz ağır 
təkandan balıqçı sarsıldı. Görünür, balıq çox yekə, çox da ağır idi; qoca kəndiri buraxdı, 
kəndir sürüşə-sürüşə sürətlə aşağıya, dərinə, lap dərinə getdi. Qoca ehtiyat üçün saxladığı 
kələflərdən  birini  işə  saldı.  Kəndir  dərinə  getdikcə  qoca  barmaqlarına  düşən  gücdən 
balığın nəhəngliyini açıq-aydın hiss edirdi. 
– Bu balıq nə boydadır? – qoca təəccüblə mızıldandı, – görünür, qarmağı köndələninə 
udub, o da ilişib ağzına, indi qurtulmağa can atır, kəndiri qırıb qaçmaq istəyir. 
Qoca fikirləşdi: “Dönüb qarmağı udacaq”. Ancaq düşündüyünü dilə gətirməyə qor-
xurdu; ona elə gəlirdi, arzu dilə düşəndə baş tutmur. Qarmağa keçən balığın çox yekə 
olduğunu anlayırdı. Bu dəqiqə balığın ağzına keçmiş qarmağı da, qarmağa sancılı tunesi 
də götürüb dənizin dərin qaranlıqlarına necə can atdığını aydın təsəvvür edirdi. Balıq 
tərpəndikcə qoca onun nə ağırlıqda olduğunu bir az da yaxşı duyurdu. Ağırlıq birdən 
artdı, qoca kəndiri boşaltdı, sonra bir anlığa onu barmaqları arasında saxlayıb buraxmadı. 
Ağırlıq və gərginlik yenə artdı. Kəndir aşağı dartılırdı.  
– Əməlli-başlı tutdu, – deyə qoca rahatlandı, sonra kəndiri dənizə buraxa-buraxa sol 
əliylə iki kələfin kəndirini açıb ikinci çəngəlin ehtiyat kələfinə caladı. İndi o, nəhəng 


 
 
68 
 
balıqla  vuruşmağa  hazır  idi.  Dənizə  buraxdığından  başqa  hər  biri  qırx  dəniz  sajeni  
uzunluğunda üç ehtiyat kələfi vardı. 
“Bir az da ud görək, – qoca xəyalən balıqla danışırdı,  – yaxşı-yaxşı ud! Elə ud ki, 
qarmağın ucları gedib düz ürəyinin başına batsın, sonra da suyun üzünə çıx ki, nizəni 
böyrünə sancım. Oldu, hazırsanmı? Çox yeyəcəksən?” 
– Daha bəsdir, – qoca qışqırdı,  kəndiri ikiəlli var gücü ilə özünə tərəf dartıb bir yard 
qədərini geri yığdı, sonra ipi bir neçə dəfə tərpətdi. 
Qocanın bütün səyləri boşa çıxırdı. Balıq baş götürüb üzür, üzdükcə qayıqdan uzaq-
laşırdı,  qoca  isə  onu  bir  düymə  belə  dala  qaytara  bilmirdi.  Balıqçının  kəndirləri  çox 
möhkəm idi. O, bunları iri, güclü balıq üçün hazırlamışdı. Kəndiri kürəyinə aşırıb tarıma 
çəkdi, ətrafa su damcıları səpələndi. Qoca taxta oturacağa çöküb bədənini dala verdi, 
bütün gücünü topladı. Qayıq yavaş-yavaş şimal-qərbə yön alırdı. 
Balıq  durmadan  üzür,  qayıq  da  sakit  dənizin  sinəsi  ilə  balıq  gedən  səmtə  gedirdi. 
Qarmağına yem taxılmış o biri tilovlar da suda idi. Hələlik qocanın əlindən heç nə gəl-
mirdi. 
 
...  Gecəyarısı iki dəniz  donuzu  mayallaq vura-vura  qayığın  böyür-başında üzürdü. 
Qoca onların səsini eşidirdi. Erkək donuz bərkdən, dişisi də astadan fısıldayırdı. 
Qoca dedi: 
– Yaxşı heyvanlardır. Oynayırlar, zarafat eləyirlər. Qanadlı balıqlar kimi, bunlar da 
biz insanlara yaxındır. 
Qocanın tilova düşən iri balığa yazığı gəldi, düşündü: “Balıq deyil, xalis möcüzədir. 
Görəsən, nə yaşdadır? Ömrümdə belə güclü balıq tutmamışam, başıma belə oyun açanı 
olmayıb. Görünür, çox ağıllı balıqdır ki, atlanıb-düşmür. Kəndiri dartsa, ya hoppansa, 
bir anda məni məhv edə bilər. Ola bilsin, bundan qabaq dönə-dönə qarmağa keçib, indi 
də istəyir, çarpışmaqla canını ölümdən qurtarsın. Yəqin, qoca ilə təkbətək vuruşduğunu 
bilmir. Çox iri balıqdır. Görəsən, əti dadlı olsa, bazarda nə qədər pul çıxarar? Yemi gö-
türməyindən bildim ki, erkəkdir. Özünü lap kişi kimi aparır. Heç nədən qorxub eləmir. 
Görəsən, nə elədiyini bilirmi, yoxsa o da mənim kimi bəxtinin izinə düşüb hara gəldi 
gedir?” 
 
 
 
 “Balıq  insanın  hər  cür  kələyindən,  hiyləsindən,  qurduğu  tələdən  uzaqda,  okeanın 
dərin yerində yaşamaq istəyirdi. Mən isə onu üzə çıxartdım. İnsan nəfəsi dəyməyən bir 
yerdə indi biz bir-birimizə bağlanmışıq, bir-birimizdən ayrılmazıq. Aramızdakı yaxınlıq 
günortadan başlanıb. İndi mənə də, ona da heç kim kömək edə bilməz".  
Balıq yavaş-yavaş dövrə vurur, qayığa yaxınlaşırdı; o, gözəlliyi, görkəmi ilə qocanı 
heyran qoymuşdu... Qoca nizəni qapıb bütün gücü ilə balığın döş üzgəcinin altına sap-
ladı... 
...Balıq yerindən tərpənmədi. Qoca balığı üç yerindən: burnundan, ortasından, bir də 
quyruğundan qayığa möhkəm bənd etdi. Balıq o qədər iri idi ki, elə bil qayığın özünü 
gəminin böyrünə qoşmuşdular. 
... İndi balıq əlinin altındaydı; əlləri də, beli də bərk ağrıyırdı – bunlar da yuxu deyil, 
həqiqət idi. “Əllərim tez sağalacaq, – qoca özünə təsəlli verdi, – yaralarımdan çox qan 
axıb, ona görə də qanım zəhərlənməz. Şor su yaranı tez sağaldır. Bizim körfəzin lehməli 
suyu dünyada yaranın birinci məlhəmidir. Bu saat çalışmalıyam ki, huşumu itirməyim, 
əllərim  də işini  yaxşı  görsün.  Hələlik  pis  üzmürük. Balığın  ağzı  bağlıdır, quyruğu  da 
••• 
IV 
••• 


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə