Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə31/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   87

 
 
 
73 
 
•  II  mərhələ  •  
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
  •

 
HEYDƏRBABAYA SALAM 
(ixtisarla) 
 
– birinci hissə – 
 
Heydərbaba, ildırımlar şaxanda, 
Sellər, sular şaqqıldayıb axanda, 
Qızlar ona səf bağlayıb baxanda 
Salam olsun şövkətüzə, elüzə, 
Mənim də bir adım gəlsin dilüzə. 
 
Heydərbaba, kəkliklərin uçanda, 
Kol dibindən dovşan qalxıb qaçanda, 
Bağçaların çiçəklənib açanda 
Bizdən də bir mümkün olsa, yad elə, 
Açılmayan ürəkləri şad elə. 
 
Bayram yeli çardaqları yıxanda, 
Novruzgülü, qarçiçəyi çıxanda, 
Ağ buludlar köynəklərin sıxanda 
Bizdən də bir yad eləyən sağ olsun, 
Dərdlərimiz qoy dikəlsin, dağ olsun.
 
 
Heydərbaba, sənin üzün ağ olsun
Dörd bir yanın bulaq olsun, bağ olsun, 
Bizdən sonra sənin başın sağ olsun, 
Dünya qəzov-qədər, ölüm-itimdir, 
Dünya boyu oğulsuzdur, yetimdir. 
• Onun yaradıcılığı təkcə ona görə qiy-
mətli deyildir ki, xalq ruhu ilə yoğrulub, 
həm də ona görə dəyərlidir ki, otaylı-
butaylı ədəbiyyatımızın arasında yeni və 
heç vaxt zəifləməyəcək körpü salıb.  
İslam Qəribli 
MƏHƏMMƏDHÜSEYN 
ŞƏHRİYAR 
(1905 – 1988)
 
Yada salın 
– Cənubi Azərbaycan həyatından bəhs edən hansı əsərlərlə tanış-
sınız? 
– Bu əsərlərdə daha çox hansı mətləblər əksini tapır? 
Düşünün 
– Xalq adət-ənənələrinin geniş əks olunduğu əsərlər sizdə hansı 
hiss və düşüncələr yaradır? 
Oxuda aydınlaşdırın 
– Əsərdə tanış olmayan sözlərin mənasını lüğətlərin, sorğu kitab-
larının köməyi ilə aydınlaşdırın. 
– Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.  


 
 
74 
 
Heydərbaba, igid əmək itirməz, 
Ömür keçər, əfsus, bərə bitirməz, 
Namərd olan ömrü başa yetirməz
Biz də, vallah, unutmarıq sizləri, 
Görəmməsək, halal edin bizləri. 
 
Heydərbaba, Mirəjdər səslənəndə, 
Kənd içinə səsdən-küydən düşəndə, 
Aşıq Rüstəm sazın dilləndirəndə, 
Yadındadır, nə hövləsək qaçardım? 
Quşlar təkin qanad çalıb uçardım.
 
 
Heydərbaba, Quru gölün qazları, 
Gədiklərin sazaq çalan sazları, 
Kənd-kövşənin payızları, yazları, 
Bir sinema pərdəsidir gözümdə, 
Tək oturub seyr edərəm özüm də. 
 
Heydərbaba, dağın-daşın sərəsi, 
Kəklik oxur, dalısında fərəsi, 
Quzuların ağı, bozu, qərəsı, 
Bir gedəydim dağ-dərələr uzunu
Oxuyaydım: “Çoban, qaytar quzunu”. 
 
Biçin üstü sünbül biçən oraqlar, 
Elə bil ki zülfü darar daraqlar, 
Şikarçılar bildirçini soraqlar, 
Biçinçilər ayranların içərlər, 
Bihuşlanıb sondan durub biçərlər. 
 
Qarı nənə gecə nağıl deyəndə, 
Külək qalxıb qapı-bacanı döyəndə, 
Qurd keçinin Şəngülüsün yeyəndə 
Mən qayıdıb bir də uşaq olaydım, 
Bir gül açıb ondan sonra solaydım. 
 
Əmməcanın bal-bəlləsin yeyərdim, 
Sondan durub üst donumu geyərdim, 
Bağçalarda tiringəni deyərdim. 
Ay özümü o əzdirən günlərim
Ağac minib, at gəzdirən günlərim. 
 
Həci xala çayda paltar yuyardı, 
Məmmədsadıx damlarını suvardı, 
Heç bilməzdik, dağdır, daşdır, divardır, 
Hər yan gəldi, şıllaq atıb aşardıq, 
Allah, nə xoş, qəmsiz-qəmsiz yaşardıq. 
 


 
 
 
75 
 
•  II  mərhələ  •  
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
  •

Heydərbaba, bulaqların yarpızı, 
Bostanların gülbəsəri, qarpızı, 
Çərçilərin ağ nobatı, saqqızı, 
İndi də var damağımda, dad verər, 
İtkin gedən günlərimdən yad verər. 
 
Bayram idi, gecəquşu oxurdu, 
Adaxlı qız bəy corabın toxurdu, 
Hər kəs şalın bir bacadan soxurdu, 
Ay nə gözəl qaydadı şal sallamaq
Bəy şalına bayramlığın bağlamaq. 
 
Şal istədim, mən də evdə ağladım, 
Bir şal alıb tez belimə bağladım, 
Qulamgilə qaçdım, şalı salladım, 
Fatma xala mənə corab bağladı, 
Xan nənəmi yada salıb ağladı. 
 
Bayram olub, qızıl palçıq əzərlər, 
Naxış vurub, otaqları bəzərlər, 
Taxçalara düzmələri düzərlər, 
Qız-gəlinin fındıqçası, hənası, 
Həvəslənər anası, qaynanası.
 
 
Yumurtanı göyçək, güllü boyardıq, 
Çaqqışdırıb sınanların soyardıq, 
Oynamaqdan bircə məgər doyardıq? 
Əli mənə yaşıl aşıq verərdi, 
İrza mənə novruzgülü dərərdi. 
 
Novruzəli xərməndə vəl sürərdi, 
Gahdan yenib küləşlərin kürərdi, 
Dağdan da bir çoban iti hürərdi, 
Onda gördün, ulaq ayaq saxladı, 
Dağa baxıb qulaqların şaxladı. 
 
Qış gecəsi tövlələrin otağı, 
Kəndlilərin oturağı, yatağı, 
Buxarıda yanar odun yanağı, 
Şəbçərəsi, girdəkanı, iydəsi, 
Kəndi basar gülüb-danışmaq səsi. 
 
Heydərbaba, Nənəqızın gözləri, 
Rəxşəndənin şirin-şirin sözləri
Türki dedim, oxusunlar özləri, 
Bilsinlər ki, adam gedər, ad qalar, 
Yaxşı-pisdən ağızda bir dad qalar. 


 
 
76 
 
Yazqabağı gün güneyi döyəndə, 
Kənd uşağı qar gülləsin sövəndə, 
Kürəkçilər dağda kürək zivəndə, 
Mənim ruhum elə bilin, ordadır, 
Kəklik kimi batıb qalıb, qardadır. 
 
Qarı nənə uzadanda işini
Gün buludda əyirərdi teşini, 
Qurd qocalıb çəkdirəndə dişini, 
Sürü qalxıb dolayıdan aşardı, 
Badyaların südü aşıb-daşardı. 
 
Bostan pozub gətirərdik aşağı, 
Doldurarduq evdə taxta-tabağı, 
Təndirlərdə bişirərdik qabağı, 
Özün yeyib, toxumların çırtlardıq, 
Çox yeməkdən lap az qala çatlardıq. 
 
Vərziğandan armudsatan gələndə 
Uşaqların səsi düşərdi kəndə, 
Biz də bu yandan eşidib-biləndə 
Şıllaq atıb bir qışqırıq salardıq, 
Buğda verib armudlardan alardıq.
 
 
Heydərbaba, ağacların ucaldı, 
Amma hayıf, cavanların qocaldı, 
Toğluların arıqlayıb acaldı, 
Kölgə döndü, gün batdı, qaş qərəldi, 
Qurdun gözü qaranlıqda bərəldi.
 
 
Xoşginabı yaman günə kim salıb? 
Seyidlərdən kim qırılıb, kim qalıb? 
Amir Qafar dam-daşını kim alıb? 
Bulaq genə gəlib gölü doldurur, 
Ya quruyub, bağçaları soldurur? 
 
Amir Qafar seyidlərin tacıydı, 
Şahlar şikar etməsi qıyqacıydı, 
Mərdə şirin, namərdə çox acıydı, 
Məzlumların haqqı üstə əsərdi, 
Zalimləri qılınc təkin kəsərdi. 
 
Mirmustafa dayı, ucaboy baba, 
Heykəlli-saqqallı Tolustoy baba, 
Eylərdi yas məclisini toy baba. 
Xoşginabın abi-rusu, ərdəmi, 
Məscidlərin, məclislərin görkəmi. 


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə