Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə34/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   87

 
 
 
83 
 
•  II  mərhələ  •  
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
  •

 
1.  Kiçik qruplarda birləşib, aşağıdakı tapşırıqları yerinə yetirin. 
a) Filoloq-tənqidçi Tofiq Hacıyev yazır: “Dərdi ana dilində daha kövrək, daha zərif demək olur – 
ümumiyyətlə, dərdin dili layla dilidir. Və insan nə qədər dil bilsə də, dərdini, ağrısını düşünəndə 
ana dilində düşünür. Ən dəhşətli ağrının ana dilində təzahürü ümumbəşəri psixoloji qanundur. 
Həmin qanuna görə,  ən dərdli,  ən həzin  əsərini – “Heydərbabaya salam”ı    Şəhriyar öz ana 
dilində – türkcə yazdı”.  
Tənqidçinin fikrinə haqq qazandırmaq olarmı? Nə üçün? 
b) Tənqidçi Bəkir Nəbiyev yazır: “Xalq həyatının təsviri “Heydərbabaya salam”əsərində o qədər 
təbii, səmimi və  səciyyəvi cəhətləri ilə verilir ki, oxucu əsərin obrazları ilə birlikdə, az qala, 
həmin həyatı yaşayan adamlardan birinə çevrilir” . 
    Siz bu barədə nə düşünürsünüz? Fikrinizi əsaslandırın. 
c)  Azı  iki  mənbədən  seçdiyiniz  material  əsasında  poemanın  xalq  həyatı  ilə  sıx  bağlı  olduğunu 
əsaslandırın. 
d) Poema ilə bağlı doğru hesab etdiyiniz fikirləri müəyyənləşdirin və əsərdən onları təsdiq edən 
nümunələr seçib yazın. 
Əsərlə bağlı fikirlər 
Bu fikirləri təsdiq edən nümunələr 
Xalqın taleyində sarsıdıcı rol oynayan faciəvi 
hadisələrə işarə edilmişdir. 
 
Şair dövlətin farslaşdırma siyasətinə etiraz edir. 
 
Milli azadlıq mübarizəsinə gizli çağırış  əksini 
tapmışdır. 
 
Şair Azərbaycanın ikiyə bölünməsinə etiraz 
səsini ucaldır. 
 
Kəndli uşaqlarının təhsil ala bilməməsindən 
doğan təəssüf hissi əks olunmuşdur. 
 
  
e) Poemanın məzmunu ilə səsləşən atalar sözlərini müəyyənləşdirin. Seçiminizi əsaslandırın. 
Atalar sözləri 
Nə üçün elə düşünürəm 
Vətənə gəldim, imana gəldim. 
 
El igidləri ilə tanınar. 
 
El bir olsa, dağ oynadar yerindən. 
 
Vaxt atlı, biz piyada. 
 
Mərd igidlər süfrə açar, ad alar. 
 
Vətəni yadına düşən qərib ağlamasın, neyləsin? 
 
 
2.  Poemadan seçdiyiniz bir, yaxud iki bəndin ifadəli oxusuna hazırlaşın. 
– Əvvəlcə ifaçılıq vəzifəsini – dinləyicilərə nə çatdıracağınızı aydınlaşdırın. 
– Sonra parçanın oxusunda səsinizin  alacağı çalarları dəftərinizdə (mətnin kənarında) yazın. 
– Fasilələrin yerini, məntiqi vurğulu sözləri, səsin sürətini, ucalığını və s. müəyyənləşdirib şərti 
işarələrlə göstərin. 
3.   İfaları dinləyib münasibət bildirin.  
 
 
• “Poema Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın həyatı barədəki təsəvvürümə nə əlavə etdi?” 
mövzusunda təqdimata hazırlaşın. 
I V   d ər s  
T ə t b i q   •  M üz a k i r ə   •   Y a r a d ı c ı  i ş  
 
E v d ə   i ş  


 
 
84 
 
 
 
 
GƏLƏCƏK GÜN 
(romandan parça) 
 
 
 
Bütün günü hər tərəfə od ələyən günəş təzəcə batmışdı. 
Firidun  xırmanın  qırağında,  hələ  döyülməmiş  buğda  tayasının  yanında  uzan-
mışdı. O, isti gün və ağır zəhmətdən sonra gözünü mavi boşluqlara dikib düşünürdü. 
Firidunun gözlərində həyatın ağır və əzablı səhnələri canlanırdı. Uşaqlığı... Ata 
və anasının ölümü... Tehran həyatı... Sonra Təbriz... Bu xatirələr içərisində, nədənsə, 
Tehranın  əsl  bir  cəhənnəmi  andıran  isti  günləri  və  boğucu  axşamları  xəyalından 
çəkilmirdi. 
Firidun orada həmişə özünü qəfəsdəki quş kimi hiss edirdi. Bu xatirə qarşısında 
ona  Azərbaycanın  ağaclı  və  sulu  kəndləri,  yazda    yaşıl  xalı  döşənmiş  kimi  səfalı 
çəmənləri və dağları həqiqi bir cənnət kimi görünürdü. O, çaxmaq qığılcımı kimi ani 
olaraq  qəlbində  baş  qaldıran  bir  məhəbbətlə  təzəcə  biçilmiş,  taxıl  qoxusu  verən 
yumşaq və doğma torpağı qucaqladı, üzünü ona sürtdü. Gözlərindən iki damcı yaş 
süzülərək yerə düşdü. 
Firidun Təbrizin qərbində, Səhənd dağının ətəklərinə düşmüş bağ-bağatı və dadlı 
meyvələri ilə  məşhur Azərşəhrdə anadan olmuşdu. Bir tərəfdən  Urmi gölü, o biri 
tərəfdən daima başı qarlı Səhənd dağı silsiləsi ilə əhatə olunmuş Azərşəhr təbiətin 
gözəl və səfalı guşələrindən biridir. 
• Mirzə İbrahimov xalqın sevimlisidir, 
təcrübəli bir yazıçıdır. Onun qələmin-
dən çıxan bütün əsərlər maraqla oxunur. 
O, müxtəlif həyat hadisələrini, fərqli 
taleyi olan insanları elə ustalıqla təsvir 
və təqdim edir ki, oxucu bunlara laqeyd 
qala bilmir, özünü təsvir olunanların 
yanında hiss edir.   
Sabit Rəhman 
MİRZƏ İBRAHİMOV 
(1911 – 1993)
 
Yada salın 
– Cənubi Azərbaycanda baş vermiş milli azadlıq hərəkatına həsr 
olunan hansı əsərlərlə tanışsınz? 
– Belə əsərlərdə diqqətinizi ən çox çəkən nə olub? 
Düşünün 
– Cənubi Azərbaycanda milli azadlıq hərəkatının və onun qurban-
larının yazıçılarımızı daim düşündürməsinə səbəb, sizcə, nədir?  
Oxuda aydınlaşdırın 
– Əsərdə tanış olmayan sözlərin mənasını lüğətlərin, sorğu kitab-
larının köməyi ilə aydınlaşdırın. 
– Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin. 
••• 
I 
••• 


 
 
 
85 
 
•  II  mərhələ  •  
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
  •

Firidunun atası Təbrizin tacirlərindən birinin Azərşəhrdəki malikanəsində bağ-
banlıq edərdi. 
 
Firidun xırda bir daxmada dünyaya gəlmişdi. Bu, hündür divarla hasarlanmış, göz 
işlədikcə uzanan bağın darvazaları yanındakı ikigözlü palçıq daxma idi. Firidunun 
atası da, babası da burada doğulmuşdu. Anası hər il mart ayında Novruz bayramı 
qabağı  daxmanın  qapı  tərəfdən  çöl  divarlarını  ağardar,  içəridəki  yırtıq  kilim  və 
yorğan-döşəyi çırpıb təmizləyərdi. Belə yoxsul yaşasalar da, onlar özlərini xoşbəxt 
hesab  edərdilər;  bir  tikə  çörək  üçün  hələ  onların  nəslindən  heç  kəs  başqasına  əl 
açmamışdı. Pis-yaxşı, hər il qışı yaza çıxarar və beləliklə, aclıq nə olduğunu bilməz-
dilər.  Bu  yaşda  artıq  Firidun  atasının  əlinin  altında  işləyir,  meynələrin  dibini  bo-
şaldır, ağacları peyvənd edə bilirdi. Yay ayları Azərşəhrə gələn ərbab uşaqlarından 
o,  əlifbanı  da  öyrənə  bilmişdi.  Atası  onun  vərəqləri  cırılmış  birinci  sinif  kitab-
larındakı hekayələri höccələyərək oxuduğunu gördükdə alnından öpmüş və iftixarla: 
“Bu  uşaqdan  bir  şey  çıxacaq”,  –  demişdi.  Hətta  o,  bir  qədər  pul  yığıb  Firidunu 
Təbrizə və ya  Tehrana oxumağa göndərmək fikrinə düşmüşdü. 
 
 


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə