Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə42/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   87

 
 
 
105 
 
•  II  mərhələ  •  
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
  •

 
1.   “Çinar” şeirini bir daha nəzərdən keçirin. 
2.   Parta yoldaşınızla birlikdə tapşırıqları yerinə yetirin: 
a)  Tanış olmayan sözlərin mənasını dəqiqləşdirin. 
b)  Bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin. 
 
 
Rəsul Rza 
 
ÇİNAR 
 
Gecə keçmiş, ulduzlar ağ, göy qara! 
Söykənmişəm qocaman bir çinara. 
Bir yanımda ömür kimi axır su, 
Qaçmış bu gün təbiətin yuxusu. 
Budaqlarda sərin yelin xoş səsi, 
Yarpaqların həzin-həzin nəğməsi. 
Ürəyim bir qanadlanmış quş kimi 
Hey çırpınır təsəllisiz, əsəbi. 
Hündür çinar budaq atmış, qol atmış 
Öz ömründə çox əsrlər qocaltmış. 
Görkəmində qarlı dağlar vüqarı, 
Başı bütün ağaclardan yuxarı. 
Tufan qopar, yağış yağar, qar tökər; 
Od qamçılı ildırımlar göy sökər. 
Bəzən çayda daşlar daşı qovalar. 
Seldə gedər göy çəmənlər, ovalar. 
Yarğan yarar sinəsini dağların. 
Sular oyar binəsini dağların. 
Karvan çəkər göydə qara buludlar, 
Çovğun gələr, şaxta kəsər, buz donar. 
Xan çinarım əyməz məğrur başını, 
Kimsə bilməz xan çinarın yaşını. 
Gecə qara, durdum, düşündüm bir az
Dedim, nədən ulu çinar yıxılmaz? 
Birdən çinar dilə gəldi, dedi: “Bax! 
Bu torpaqda dərindən kök salaraq 
Hər tərəfə uzatmışam qolumu, 
Övladlarım bürüyüb sağ-solumu. 
Belə məğrur dayanmağa haqlıyam, 
Mən kökümlə bu torpağa bağlıyam”. 
 
Kiçik qruplarda birləşərək aşağıdakı tapşırıqları yerinə yetirin. 
1.  Şeirin məzmununa aid üçdən az olmayaraq sual və onlara cavab hazırlayın. 
I I I   d ə r s 
T ə t b i q   •  M üz a k i r ə   •   Y a r a d ı c ı  i ş  


 
 
106 
 
2.  Əsərin bədii gözəlliyini, fikrin təsir gücünü artıran vasitələri və onların rolunu aydınlaşdırın. 
Cədvəldən istifadə edin. 
Şeirdə bədiiliyi təmin edən vasitələr 
Onların rolunun nümunələrlə aydınlaşdırılması 
 
 
3.  Əsərdə şairi düşündürən başlıca problem, sizcə, nədir? Fikrinizi nümunələrlə əsaslandırın. 
4.  Şeirdəki başlıca fikir – ideya, sizcə, nədir? Fikrinizi əsaslandırın. 
5.  Əsəri “Çinar ömrü” şeiri ilə müqayisə edin. Cədvəldən istifadə edin. 
Hansı əsaslara (cəhətlərə) görə 
müqayisə olunurlar 
Əsərlərin adı 
“Çinar” 
“Çinar ömrü” 
Mövzu 
 
 
Məzmun 
 
 
Bədiilik 
 
 
Problem 
 
 
İdeya 
 
 
 
6.  Çıxardığınız nəticələrlə bağlı təqdimatlar əsasında fikir mübadiləsi və müzakirə aparın. 
 
 
• “Çinar ömrü” şeirindən bir parçanın ifadəli oxusuna hazırlaşın.   
– Əvvəlcə ifaçılıq vəzifəsini – dinləyicilərə nə çatdıracağınızı aydınlaşdırıb dəftərinizdə (şeirin 
mətninin kənarında) yazın. 
– Sonra misraların oxusunda səsinizin almalı olduğu çalarları qeyd edin. Unutmayın ki, misraların 
hər birinin oxusunda da, məzmundan asılı olaraq, fərqli səs çalarları yarana bilər. 
– Fasilələrin yerini, məntiqi vurğulu sözləri, səsin sürətini, ucalığını və s. müəyyənləşdirib şərti 
işarələrlə göstərin. 
 
 
 
 
E v d ə   i ş  


 
 
 
107 
 
•  II  mərhələ  •  
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
  •

 
 
NAMƏRD GÜLLƏSİ 
(ixtisarla) 
 
 
 
Niftalı koxa atın örüşünü dəyişəndə bir istədi, yəhəri-yüyəni də alsın, əvvəllərdə olduğu 
kimi,  arxın  suyu  ilə  belinin  tərini  yusun,  amma  fikrini  dəyişdi.  Atı  elə  yəhərli-yüyənli 
örüklədi, həm də hörüyü bir az da yaxına, arxın alt tərəfinə çəkdi. Bilirdi; hava isti idi, at qan-
tər içindəydi, amma əlacı yox idi. O, əvvəllər atını hara gəldi hörüklər, örüşünü də tez də-
yişərdi,  qoymazdi  ki,  tərləsin.
 
Yəhərini  götürərdi  ki,  at 
nəfəsini dərsin, istəyəndə otlasın, istəyəndə kişnəyib şahə 
qalxsın,  istəyəndə  mıxı  qopardıb  ilxıya  cumsun

Qaynar 
gözlü kəhərin işıldayan dərisinə, səyriyən sağrısına, qız teli 
kimi yumşaq yalına baxmaqdan doymayan Niftalı çox  vaxt 
atı yalmanlayıb belinə qalxar, birbaş Kürə sürüb çimizdirər, 
çox vaxt da yalına yatıb o üzə adlayardı

O vaxt özünün də, 
atının da qorxusu-hürküsü yoxdu. Həm cavan idi, həm də... Amma indi, illah da koxalığa 
keçəndən sonra səksəkəli yaşayırdı...  
O, astaca addımlarla dikdirə çıxdı. Arxın üstündən adlayıb ağacların kölgəsində da-
yandı. Gözünü üfüqlərə qədər uzanıb gedən taxıl zəmilərinə zillədi. Astaca meh əsirdi. 
Qara qılçıq sünbüllər xışıldayırdı. Otları çoxdan saralıb-
solmuş dərəli-təpəli bu boz çöllərin ortasında qoşalaşan 
qovaq ağaclarının yarpaqları da xışıldayırdı. Hansı rəh-
mətliyinsə savab üçün əkdiyi bu ağacların dibindən axan 
arxın  suyu  da  qırçınlanıb  şırıldayırdı.  Niftalı  koxa 
kölgəyə atılmış palaza, döşəkçə və mütəkkəyə baxdı. O, 
həmişə biçinçilərə baş çəkməyə gələndə burada uzanıb 
• Azərbaycan ədəbiyyatının XX əsrdə 
yetişdirdiyi ən görkəmli şəxsiyyətlərdən 
biri olan İsmayıl Şıxlı haqqında düşü-
nərkən hər birimizin ağlına “müəllim”, 
“mütəfəkkir”, “milli yazıçı,” “mərdlik” 
kimi anlayışlar gəlir.  
Nizami Cəfərov 
İSMAYIL ŞIXLI 
(1919 – 1995) 
Yada salın 
− Mərdliyi, nəcibliyi ilə seçilən qəhrəmanın təsvir olunduğu hansı 
əsərləri xatırlayırsınız? 
− Bu əsərlərdə diqqətinizi daha çox çəkən nə olub? 
Düşünün 
– “Namərdə yaxa vermə, mərdə arxa ol” atalar sözündə ifadə 
edilmiş fikri necə başa düşürsünüz? 
Oxuda aydınlaşdırın 
− Əsərdə tanış olmayan sözlərin mənasını lüğətlərin, sorğu 
kitablarının köməyi ilə aydınlaşdırın. 
− Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin. 
••• 
I 
••• 
• Sizcə, Niftalı koxa atının 
rahatlığı qayğısına nə 
üçün qalmır? 
• Koxanın səksəkəli yaşa-
masına səbəb nə ola bi-
lərdi? 
• Bu cümlələr 
təsəvvürünüzdə hansı 
mənzərəni canlandırdı? 
• Sizcə, Niftalı Koxa 
həddindən artıq ehtiyatlı 
davranmır ki? 


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə