Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə38/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   87

 
 
 
93 
 
•  II  mərhələ  •  
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
  •

Əmniyyələr Musa kişini ağaca bağlayıb, yaş söyüd çubuqlarını onun lüt bədəninə 
çırpmağa başladılar... 
 
Musa kişi ağrılara dözməyə, inildəyib ağlamaqdan çəkinməyə çalışırdı. Firidun 
onun işgəncədən eybəcər hala düşmüş üzünə, qurumuş dodaqlarına baxdıqda gözləri 
dumanlanan kimi oldu. Səriyyə xalanın və körpələrin naləsi qulağına çatdı. 
– Dayanın, vurmayın! – dedi, – onda günah yoxdur. O, bulağa  su gətirməyə get-
mişdi. Mən vəli qoşmaq istəyəndə ayağım xəlbirə ilişdi, buğdanın üstünə yıxıldım. 
Dəc pozuldu. Onda günah yoxdur... 
Kəndlilər dincəlmiş kimi dərindən nəfəs aldılar. Hikmət İsfahani üzünü Sofi İran-
pərəstə tutdu: 
– Yeri, yeddi addım say! 
Sofi İranpərəst yenə yeddi addım saydı. Yenə əlində Quran torpaq qalağının ya-
nında  durdu.  Firidun  qətiyyət  və  cəsarətlə  yeddi  addım  yeriyib  torpağı  dağıtdı, 
Qurana əl basdı: 
– Bu Quran haqqı, düz deyirəm. 
 
Camaatdan sevinclə dolu bir səs çıxdı. Musa kişini açıb paltarını özünə verdilər. 
Firidun qayıdıb Hikmət İsfahaninin qarşısında durdu: 
– Ağa, – dedi, – sizin əvvəlki sözünüzü pozmağa haqqınız yoxdur. Bu gərək şəra-
fətinizə  də  sığışmasın.  Necə  danışmışıq,  elə  də  gərək  məhsul  bölünsün.  Torpaq 
sizindir – bir pay, su sizindir – iki pay, mal sizindir – üç pay, toxum bizimdir – bir 
pay, bax bu əl, bu zəhmət bizimdir – bu da bir pay, elədi iki pay. Deməli, beşdə üçü 
sizin, beşdə ikisi bizimdir. 
 
 
Kiçik bir fasilədən sonra səsini ucaltdı: 
– Ya öləcəyik, ya da bir ponza artıq verməyəcəyik! 
Hikmət İsfahani qışqırdı: 
–  Xeyr,  torpaq  iki  paydır!  Mən  hələ  xışı,  vəli,  şananı  demirəm...  Məgər  onlar 
yerdən çıxır? Onları üstünə gəlsən, gərək sizə beşdə bir yox, altıda bir verəm.  
– Bağışlayasınız, ağa, bağışlayasınız. Onlar malın üstündə gedir! Torpaq da bir 
paydır!.. Rəiyyətin başına bu müsibəti gətirmək olmaz. Rəiyyət də adamdır!.. 
 


 
 
94 
 
– Gədə, sən nəçisən? Deyəsən, sənin fikrin köhnə bazara təzə nırx qoymaqdır?.. 
Bağlayın bunu o ağaca, yüz çubuq! 
Bayaqdan bəri Firiduna baxıb dişlərini qıcayan və mübaşir Məmmədlə nə isə danışan 
Əli  əmniyyəbaşı  bığlarını  eşdi.  Əmniyyələr  Firiduna  tərəf  gəldilər...  Firidun 
müqavimət  göstərdi.  İtələyib  onlardan  birini  yıxdı.  Mübaşir  Məmməd  və  Əli 
əmniyyəbaşı gəncin qollarını qatlayıb dalında bağladılar və ağaca tərəf sürüdülər.  
Hikmət İsfahani ilə gəlmiş adamlardan bütün bu hadisələri diqqətlə izləyən qartal 
baxışlı birisi irəli yeridi, Firidunu göstərərək ərbaba müraciət etdi: 
 
– Bu ağanın danışığından siyasət iyi gəlir, – dedi, – mən cəsarət edib sizdən xahiş 
edirəm,  onu döyməyin.  Onun  cəzası  daha  ağırdır.  Bu  kiçik  bədəni  məcazatla  ona 
layiq olduğu daha ağır cəzadan qurtarmış olarsınız.  
Əli  əmniyyəbaşı  əmniyyələrə  nə  isə  tapşırdı,  onlar  Firidunu  götürüb  getdilər. 
Hikmət İsfahani üzünü kəndlilərə tutdu: 
–  Beşdə  biri  sizindir,  dördü  mənim,  vəssalam!  Danışıq  qurtardı.  Ağayi  Kürd 
Əhmədi də burada qoyub gedirəm. Mənim vəkilimdir. 
Kürd Əhməd ağır nəzərlərlə sükut içində durmuş kəndlilərə baxdı. Kəndlilər qaya 
kimi lal, etimadsız, davamlı və yoxlayıcı nəzərlərlə onu süzürdülər. 
 
 
 
1. Əsərin ilk iki parçasını oxuyun (bunu fərqli formalarda həyata keçirə bilərsiniz). 
2. Hər iki parçanın sonundakı suallara parta yoldaşınızla birlikdə cavab hazırlayın. 
3.  Kiçik qruplarda birləşərək cavablarınızı dəqiqləşdirin və ümumiləşdirin. 
4. Çıxardığınız nəticələr barədə təqdimatlar əsasında fikir mübadiləsi və müzakirə aparın. 
5.  Oxuduğunuz  parçanı  hissələrə  ayırın,  birinin    məzmununu  hazırladığınız  plan  əsasında  yığcam 
danışın. 
 
 
a)  Əsərin ardını (I, III, IV parçalar)  evdə oxuyun. 
b)  Tanış olmayan sözlərin mənasını aydınlaşdırın. 
 
 
1.  Evdə oxuduğunuz parçaları bir daha nəzərdən keçirin, parta yoldaşınızla birlikdə məzmununa aid  
suallar və onlara cavab hazırlayın. 
2.  Kiçik qruplarda birləşib cavabları dəqiqləşdirin və ümumiləşdirin. 
3.  Hazırladığınız yekun cavablarla bağlı təqdimat əsasında fikir mübadiləsi və müzakirə aparın. 
• Bilik və bacarıqlarınızı tətbiq edin. 
4. Doğru hesab etdiyiniz fikirləri müəyyənləşdirin. Səbəbini izah edin. 
–  Firidunun ərbabın oğlunu döyməsi ailənin fəlakətinə səbəb oldu. 
–  Məhsulun yeni bölgüsünə qarşı çıxdığına görə Musa kişiyə böhtan atıldı. 
–  Mübaşir Məmməd kəndlilərin hüquqlarını müdafiə edirdi. 
–  Firidun Musa kişini xilas etmək üçün and içməyi öz üzərinə götürdü. 
–  Hikmət İsfahani kəndliləri özünə tabe etmək üçün onları qorxu altında saxlayırdı. 
–  Musa kişi daha çox məhsul əldə etmək üçün uşaqlarını işləməyə məcbur edirdi. 
 
5. Müəyyənləşdirdiyiniz bədii təsvir və ifadə vasitələrinin növünü dəqiqləşdirin. 
I   d ə r s 
M ə z m u n   ü z r ə i ş
 
E v d ə   i ş  
I I   d ə r s 
M ə z m u n   ü z r ə   i ş  


 
 
 
95 
 
•  II  mərhələ  •  
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
  •

 
• Kitabxanadan, internetdən topladığınız məlumat əsasında təqdimat hazırlayın: 
 “M.İbrahimovun Cənub mövzusunda əsərləri”. 
 
 
• Əsərin təhlilinə hazırlaşın. 
1.  Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ordakı fikirlərdən faydalanın. 
 
“Gələcək gün”  ədəbiyyatımızda  Cənubi  Azərbaycanda  yaşayan  soydaşlarımızın  həya-
tına,  milli  azadlıq  hərəkatına  həsr  olunmuş  ən  yaxşı  əsərlərdəndir.  Əsərin  mərkəzi  xəttini 
soydaşlarımıza qarşı həqarətli münasibətə, ana dilinin, milli mədəniyyətin yasaq edilməsinə
yurdun  talan  olunmasına  qarşı  xalqın  mübarizəsi  təşkil  edir.  Hadisələrin  təsvir  olunduğu 
illərdə Cənubi Azərbaycanda baş verən milli azadlıq mübarizəsinin şahidi olması, xalqın ta-
leyinə dərindən bələdliyi yazıçıya oradakı hadisələri dolğun əks etdirməyə, yaddaqalan ob-
razlar yaratmağa imkan vermişdir. Müəllif ictimai hadisələri, azadlıq mübarizəsini canlan-
dırmaqla kifayətlənməmiş, bunları ayrı-ayrı insanların taleyi, psixoloji vəziyyətləri ilə əla-
qələndirmişdir.  Əsəri  təhlil  edərkən  bu  əlaqələri,  onun  səbəblərini  aydınlaşdırmağınız 
yazıçının başlıca niyyətini müəyyənləşdirməkdə sizə yardımçı olacaqdır. 
Yazıçı xalqın taleyində dərin iz buraxan geniş hadisələrin, surətlər silsiləsinin təsvirində 
roman janrına müraciət etmişdir. Roman epik növün ən  əhatəli və çoxşaxəli janrıdır. Bu 
janrın mühüm əlamətlərindən biri təsvir olunan hadisələrin əhatə dairəsinin genişliyi, su-
rətlərin çoxluğudur. Romanda bir-biri ilə əlaqədar surətlər silsiləsi diqqəti cəlb edir. Epik 
növün kiçikhəcmli janrlarında, məsələn, hekayədə yazıçı obrazın həyatının bir mərhələsini 
təsvir etməklə məhdudlaşırsa, romanda qəhrəmanı inkişafda təqdim edir, onun keçdiyi həyat 
yolunu bütövlükdə işıqlandırır, rast gəldiyi çətinlikləri, daxili aləmini, fikir və düşüncələrini 
bütün təfərrüatı ilə əks etdirməyə çalışır. 
Ədəbiyyatşünaslıqda roman – tarixi, fəlsəfi, məişət və s. olmaqla, növlərə bölünür.   
Əsəri təhlil edərkən “Gələcək gün” romanı haqqında görkəmli alimlərin aşağıdakı fikir-
ləri ilə tanış olun, cavablarınızda onlardan bəhrələnin. 
 
“Gələcək gün” romanı, əvvəla, böyük bir ictimai dəyəri olan siyasi roman idi. İkincisi, 
bu əsər kəskin konfliktlər, böyük ehtiraslı insanlar, möhkəm iradəli nəhəng xarakterlər ro-
manı idi. Bu romanda İrandakı bütün ictimai zümrələrin həyatı, psixologiyası, ictimai ha-
disələrə münasibəti mahir bir sənətkar qələmi ilə təsvir edilib. M.İbrahimovun qələbəsi onda 
oldu ki, “Gələcək gün” romanında ictimai hadisələri insanların taleyi ilə, psixoloji halları 
ilə çarpazlaşdıra bildi. İctimai hadisələri qəhrəmanların tərcümeyi-halına çevirdi”. 
İ.Şıxlı 
“Azərbaycanın  Şimalında və  Cənubunda baş verən bütün olaylar Mirzə  İbrahimovun 
əsərlərində tarixi əsərlərdən daha dolğundur. “Gələcək gün” romanı Azərbaycan milli-
mənəvi fikrinin gerçəkliyini ifadə edir. “O gün gələcək” – bu, şüar deyildi, bütöv Azərbaycan 
arzusunun ifadəsi idi”.  
V.Yusifli 
 
 
2.  Əsərin mövzusunu və onda qaldırılmış başlıca problemi müəyyənləşdirin.  Müəllif  həmin proble-
min həllində nəyə üstünlük verir? Cədvəldən istifadə edin. 
Yazıçı diqqəti hansı mühüm problemə cəlb edir? 
Siz bu problem barədə nə düşünürsünüz? 
 
 
 
E v d ə   i ş  
I I I   d ə r s 
T ə h l i l   ü z r ə   i ş  
 
A r a ş d ır ı n  •  F i k i r l ə ş i n   •  C a va b   v er i n 


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə