Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə39/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   87

 
 
96 
 
3. Əsərdə konflikt hansı qüvvələrin arasında baş verir? Bu konflikt olmaya bilərdimi?  
4. Firidun obrazını səciyyələndirin. Cədvəldən istifadə edin. 
Firidun obrazı 
Xarakterindəki başlıca cəhətlər 
Düşüncələri 
İnsanlara və hadisələrə münasibəti 
 
 
 
 
5. Musa kişi obrazını səciyyələndirin. Cədvəldən istifadə edin.
 
Musa kişi obrazı 
Xarakterindəki başlıca 
cəhətlər (nümunələr 
göstərməklə) 
Digər obrazların  
ona münasibəti 
(nümunələr göstərməklə) 
Yazıçının ona 
münasibəti 
(nümunələr 
göstərməklə) 
Sizin ona 
münasibətiniz 
(nümunələr 
göstərməklə) 
 
 
 
 
 
6. Hikmət İsfahani obrazı üçün səciyyəvi olan cəhətlər hansılardır? Sxemi dəftərinizdə çəkib cavabları 
qısaca yazın.
 
Xarakterindəki əsas cəhətlər: __    
Kəndlilərin ona münasibəti: __  
Yazıçının ona münasibəti:     __ 
 
Sizin ona münasibətiniz:      __ 
 
7. Əsərdəki başlıca fikri – ideyanı müəyyənləşdirin. Cədvəldən istifadə edin. 
Əsərin ideyası  hansıdır? 
Nə üçün belə düşünürsünüz? 
Xoşbəxtlik maddi cəhətdən təmin olunmuş həyat deməkdir. 
 
Savadsızlıq və avamlıq cəmiyyət üçün ən böyük bəladır. 
 
Zülmdən qurtuluşun yeganə yolu mübarizədir. 
 
İnsana əzab və işgəncə vermək cinayətdir. 
 
 
 
• Kitabxanadan, internetdəki mənbələrdən istifadə edərək “Cənub mövzusunda yazılmış nəsr əsərləri” 
adlı məruzə hazırlayın.  
 
 
1.  Əsərin bədii gözəlliyini təmin edən vasitələr hansılardır? Həmin vasitələri sualların yerinə yazıb 
nümunələrlə əsaslandırın. 
Əsərin bədii gözəlliyini təmin edən vasitələr 




 
 
 
 
2.  “Gələcək gün” əsərindən oxuduğunuz hissəni “Heydərbabaya salam” əsəri ilə müqayisə edin. İlk 
növbədə, müqayisəni hansı əsaslara (xüsusiyyətlərə) görə aparacağınızı müəyyənləşdirin. Cədvəl-
dən istifadə edin. 
Müqayisə hansı xüsusiyyətlərə görə aparılır 
                Əsərlərin adı 
“Gələcək gün” 
“Heydərbabaya salam” 
 
 
 
3.  Roman növ və janr baxımından dramdan fərqlənirmi? Öyrəndiyiniz, yaxud müstəqil oxuduğunuz 
nümunələr əsasında müqayisə aparın. Müqayisə cədvəlindən istifadə edin.    
Hansı cəhətlərə görə müqayisə 
olunurlar 
Əsərlərin adı 
“Gələcək gün” 
 
 
 
 
 
E v d ə   i ş  
I V   d ər s  
T ə t b i q   •  M üz a k i r ə   •   Y a r a d ı c ı  i ş  


 
 
 
97 
 
•  II  mərhələ  •  
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
  •

4.  Dərsliyinizdə əsərlə bağlı verilən illüstrasiya təsəvvürünüzə uyğundurmu? Nə üçün? 
5.  Müzakirə edin: Ustad Şəhriyarın aşağıdakı fikri “Gələcək gün”ün müəllifinin niyyəti ilə səsləşirmi? 
“Bir xalqın şərafəti üçün birinci şərt onun müstəqil olmasıdır. Müstəqil olmayan bir xalqın əzmi və 
hörməti yoxdur. Xalqın istiqlaliyyətini onun əxlaqi fəziləti saxlaya bilər. Hər bir xalqın istiqlaliyyətini 
qoruyan onun mərdlik və şücaətidir”. 
 
 
• Mövzulardan birini seçib təqdimata hazırlaşın:  
a) Müxtəlif dönəmlərdə Cənubi Azərbaycanda baş vermiş milli azadlıq hərəkatı barədə nə bilirəm. 
b) Cənubi Azərbaycanda qurulmuş Milli Hökumətin devrilməsinin başlıca səbəbləri. 
 
 
• Bölmədə tanış olduğunuz sənətkarların həyatı haqqında kitabxana və ya internetdəki mənbələrdən 
topladığınız məlumat əsasında təqdimata hazırlaşın. 
 
 
 
 
 
 
 
 
 
E v d ə   i ş  
 
M ü s t ə q i l   i ş   ü ç ü n
 
Q i y m ə t l ə n d i r m ə   m a t e r i a l ı
 
Balaş Azəroğlu 
BULUDLAR 
Yenə ağ çalmalı Kəpəzin üstdə 
Çətirtək durmusuz, qara buludlar. 
Deyin, külək qovmuş, günəş dağıtmış, 
Sizi kim gətirmiş bura, buludlar? 
 
Niyə qaraldınız bu bahar çağı? 
Siz də mi gördünüz ayrılıq dağı? 
Görünsə günəşin qızıl saçağı, 
Hara gedəcəksiz, hara, buludlar? 
 
Cənub ellərinə siz gedən zaman, 
Bir sözüm çıxmasın qoy yadınızdan. 
Məni xəbər alsa gülüzlü canan
Salam deyərsiniz yara, buludlar. 
 
Deyin, qəm çəkməsin siz ona, dözsün, 
Dərdə, işgəncəyə, zindana dözsün. 
Axı söz veribdir, hicrana dözsün, 
Tapaq bu dərdlərə çara, buludlar. 
Gözünüzdən axan qəlb sevincidir
Bəlkə, həsrət yaşı, bəlkə, incidir? 
Yəqin, bu ayrılıq sizi incidir, 
Edir könlünüzü para, buludlar? 
 
Yetər, ağlamayın bu gölün üstə, 
Bu dağın, çəmənin, bu çölün üstə. 
Günəş bayraq açıb bu elin üstə
Bu torpaq bürünmüş nura, buludlar. 
 
Gedin, o sahillər gözləyir sizi, 
Yuyun göz yaşıyla, yuyun Təbrizi. 
düşmən ləpiri, nə də qan izi 
Düşməsin bir daha ora, buludlar. 
 
 
 
 


 
 
98 
 
Ədəbiyyata, incəsənətə qarşı yürüdülən sərt siyasi 
təzyiqlər, ideoloji təxribatlar Stalinin ölümündən sonra 
tədricən  zəifləməyə  başladı.  1950-ci  illərin  sonlarına 
doğru yazılan bir sıra əsərlərdə sovet həyat tərzindəki 
qüsurlara,  keçmişdə  yol  verilmiş  ədalətsizliyə  açıq-
aşkar  münasibət  bildirilirdi.  M.Hüseynin  “Qara  daş-
lar”,  İ.Hüseynovun  “Yanar  ürək”,  “Doğma  və  yad 
adamlar”,  B.Bayramovun  “Yarpaqlar”,  R.Rzanın  “Qızılgül  olmayaydı”  və  s.  əsərlərdə  bu 
mövqe özünü qabarıq göstərirdi. 
Şəxsiyyətə  pərəstişin  cəmiyyətə  vurduğu  sağalmaz  yaralar  barədə  Sov.İKP-nin  XXII 
qurultayında açıq və kəskin danışılması, 1930-cu illərdə repressiyaya məruz qalmış günahsız 
insanlara  bir-birinin  ardınca  bəraət  verilməsi  ədəbiyyatın  totalitar  rejimin  bir  çox  ehkam-
larından  uzaqlaşmasına  şərait  yaradırdı.  Cəmiyyətdə  humanizm  və  insan  konsepsiyasının 
güclənməsi ədəbiyyatın məzmununa əhəmiyyətli dərəcədə təsir edir, lirik-psixoloji üslubun 
aparıcı  mövqe  tutmasına
 
səbəb  olurdu.  Bunu  İ.Əfəndiyevin  nəsr  yaradıcılığında  (“Kör-
püsalanlar”, “Söyüdlü arx”), dramlarında (“Sən həmişə mənimləsən” və s.), B.Bayramovun 
“Sərinlik”, Ş.Qurbanovun “Sənsiz” əsərlərində görmək mümkün idi.  
Lirikada təzələnmə, yeni poetik fikir R.Rza yaradıcılığının işığında baş verirdi. Sənətə 
yeni gələnlərin: F.Qoca, F.Sadıq, Ə.Kərim, T.Bayram, S.Rüstəmxanlı, R.Rövşən, V.Səməd-
oğlu  və  başqalarının  ilk  addımları  bu  işığın  altında  atılır,  sərrastlaşır  və  möhkəmlənirdi. 
Poeziyadakı bu yeniliyə qarşı çıxanlar da vardı, lakin zaman öz sözünü dedi. 1960-cı illərdə 
yeni  ruhu,  ideya-estetik  istiqaməti  əks  etdirən  əsərlər  ədəbiyyatımızın  ən  uğurlu  səhifə-
lərindən oldu. 
Həmin  illərdə  yazıb-yaradan  B.Vahabzadə,  N.Xəzri,  Qabil,  B.Azəroğlu,  Ə.Kürçaylı, 
M.Araz  kimi  şairlərin  fərdi  yaradıcılıq  üslubları  daha  da  inkişaf  etmiş,  əsərləri  mövzu, 
məzmun və bədii cəhətdən yeni keyfiyyət qazanmışdı.   
Bu dövrdə N.Rəfibəyli, M.Dilbazi, M.Gülgün və digər qadın sənətkarlarımızın müasir 
mövzuda və fərqli fərdi üslublarda yazdıqları əsərlər diqqəti cəlb edirdi. 
Yarım əsrdən artıq bir yaradıcılq yolu keçmiş Nigar Rəfibəylinin 1960-cı illərdə və daha 
sonralar  çap  olunmuş  “Dənizin  səsi  gəlir”,  “Bir  cüt  xurma  ağacı”,  “Günəşdən  gənclik 
istədim” və s. kitablarında müxtəlif mövzularda əsərləri toplanmışdır.  
Böyük  bir  yaradıcılıq  yolu  keçmiş  Mirvarid  Dilbazi  xalqımızın  həyatında  baş  verən 
mühüm hadisələrə əsərlərində münasibət bildirmişdir. Xalqın həyatı, məişəti, zəhmət adamı 
və onun qayğıları, müharibənin törətdiyi fəlakətlər, doğma təbiətin gözəlliyi, vətən sevgisi 
onun müxtəlif illərdə çap etdirdiyi “Vətən eşqi”, “Şeirlər”, “Xatirələr olan yerdə”, “Həyat 
lövhələri”, “Dağ çiçəyi” və s. əsərlərində maraqlı bədii boyalarla əks etdirilən məsələlər idi. 
Gənclik illəri Cənubi Azərbaycanda keçən Mədinə Gülgün xalqının milli hüquqlarının 
pozulmasını, ağır yaşayışını uzun illər müşahidə etmiş, bunun təsiri altında dünyagörüşü for-
malaşmış,  azadlıq  uğrunda  mübarizəyə  qoşulmuşdur.  M.Gülgün  Cənubi  Azərbaycanda 
Demokratik Milli Hökumət qurulduqdan sonra şeirləri və əməli fəaliyyəti ilə xalqına, və-
təninə sədaqətlə, əzmlə xidmət edir. Demokratik qüvvələrin məğlubiyyətindən sonra – 1946-
cı ildə Şimali Azərbaycana pənah gətirən şair ömrünün sonuna kimi Bakıda yaşayır və işləyir. 
Onun yaradıcılığının mövzu dairəsi geniş olsa da, Cənubda baş verən ictimai-siyasi hadisələr, 
xüsusən azadlıq uğrunda  mübarizə, bu yolda verilən qurbanların xatirəsi onu bir an da tərk 
etməmiş, yaradıcılığında önəmli yer tutmuşdur. “Günlər və xatirələr”, “Şairin kitabxanası”, 
“Firidun”,  “Xatirələrimin  nəğməsi”,  “Dünyamızın  sabahı”,  “Arzu  da  bir  ömürdür”  və  s. 
kitablarına daxil edilmiş əsərlərdə Mədinə Gülgün Cənubi Azərbaycandakı insanların taleyi 
ilə  yanaşı,  Şimali  Azərbaycan,  buranın  vətəndaşları
 
barədəki  düşüncələrinə  də  geniş  yer 
vermişdir. 
Milli özünəqayıdış 
dövründə ədəbiyyat 
(1961–1990) 
••• 
 5 
••• 


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə