Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə40/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   87

 
 
 
99 
 
•  II  mərhələ  •  
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
  •

1960-cı illərdə yaranan “yeni nəsr” sonrakı onilliklərdə uğurla davam və inkişaf etdirildi. 
Sabir Azəri, İsi Məlikzadə, Fərman Kərimzadə, Mövlud Süleymanlı, Yusif Səmədoğlu, Anar, 
Elçin  və  b.  yaradıcılığında  dəyərli  nümunələr  meydana  gəldi.  “Yeni  nəsr”ə  aid  nümunə-
lərdəki  güclü  lirik-psixoloji  ovqat  ədəbiyyatımızın  ideya-məzmun  və  forma-üslub  baxı-
mından zənginləşməsinə əhəmiyyətli təsir edirdi. 
Bu mərhələdə yaşlı nəslin nümayəndələri – S.Rəhimov, M.Hüseyn, İ.Şıxlı, V.Babanlı, 
S.Əhmədov və b. həm müasir, həm də tarixi mövzularda yazdıqları əsərlərlə ədəbiyyatımızın 
zənginləşməsinə dəyərli töhfələr verirdilər. 
Bu illərdə dramaturgiyada da müəyyən uğurlara imza atılmışdır. Ədəbiyyatın bu sahə-
sində çox ciddi suallara cavab axtarılırdı. Müasir insan, onun mənəvi-əxlaqi saflığı, milli ruh, 
ictimai borc və şəxsi mənafe, mühüm tarixi hadisələrə çağdaş baxış və s. bir problem kimi 
həm yaşlı nəsli (M.İbrahimov, M.Hüseyn, İ.Əfəndiyev, Ə.Məmmədxanlı və b.), həm orta 
nəsli (B.Vahabzadə, N.Xəzri və b.), həm də gənc nəsli (Anar, Elçin, N.Həsənzadə, A.Məm-
mədov və b.) düşündürmüş, onlarla maraqlı səhnə əsərinin yaranmasına səbəb olmuşdur. 
 
 
 
 
•••
 
 


 
 
100 
 
 
 
 
ÇİNAR ÖMRÜ  
    (ixtisarla) 
 
Nə payızdı, nə qışdı...  
Bir çinar qurumuşdu.  
suyunu kəsdilər onun,  
nə üstünə kölgə düşdü.  
Ağac ayaq üstə qurumuşdu. 
Nə yarpaqları saraldı, 
saplağı sınmış kimi.  
Nə xəzəli töküldü,  
yuvasından uçan quş kimi. 
Elə bil ki gövdəsi üşümüşdü.  
Çinar beş yüz ildən bir az, 
bircə yaz  
az yaşadı...  
Yaşadı, puçurlaya-puçurlaya  
bugündən sabaha.  
Çinarın ölüm günü  
ilk pöhrəsindən, 
ilk yarpağından başlamışdı. 
Əsr-əsr yaşadı bu ölüm  
çinarın budağında,  
gövdəsində, kötüyündə.  
Ayrılmadı çinardan  
bir an da, bir gün də. 
• O,
 
xalq ədəbiyyatına və klassik  
ədəbiyyata böyük pərəstiş edən 
bənzərsiz bir şair, Azərbaycan 
poeziyasının novatorlarından biridir.  
Nazim Hikmət
 
RƏSUL RZA  
(1910 − 1981)
 
Yada salın 
– İnsanla təbiətin bağlılığına, insanın təbiətə münasibətinə həsr 
olunmuş hansı əsərləri xatırlayırsınız?  
– Həmin əsərlərdə diqqətinizi daha çox cəlb edən nə olub? 
Düşünün 
– İnsanın təbiətdə ən qüdrətli olanlarla müqayisə edilməsinə 
ədəbiyyatda böyük diqqət yetirilməsinin səbəbi, sizcə, nədir? 
Oxuda aydınlaşdırın 
– Əsərdə tanış olmayan sözlərin mənasını lüğətlərin, sorğu kitab-
larının köməyi ilə aydınlaşdırın. 
– Şeirdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.  


 
 
 
101 
 
•  II  mərhələ  •  
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
  •

Çinar duymasa da onu,  
Ölüm keçdi, pöhrə-pöhrə  
yarpaq-yarpaq,  
budaq-budaq yolunu.  
Bir qış, duyan olmadı ki, 
çinar artıq quruyub. 
Yazbaşı gördülər ki, 
budaqlar oyanmadı,  
Yarpaqlar göyərmədi.  
Çinar yatmışdı, nədi?! 
Günlər keçdi. 
Nə qotaz sarı sırğaları sallandı 
çinarın, 
kölgəsi sərildi çəmənə  
naxış-naxış.  
Arxada qalmışdı,  
qılıncı şaxtadan – qış.  
Yazbaşı gördülər ki, 
Çinar quruyub... ölüb...  
Bir gecə qara yeldən 
budaq-budaq tökülüb.  
Nə boy-buxundan gileyi vardı 
çinarın,  
nə ucalıqdan.  
Çinar beş-on insan ömrü –  
dörd yüz doxsan doqquz il  
yarpaqlandı,  
sırğalandı,  
ağır-ağır yırğalandı,  
sakit-sakit öldü 
qocalıqdan.  
Nə meydan kölgəsi qaldı,  
nə narın, xəfif yeldən 
bəstələdiyi nəğmə – 
titrək pıçıltıları.  
Bir acı göynək qaldı 
insanların qəlbində çinardan. 
 Bir də həzin xatirə qaldı.  
“Neçə meydan kölgəsi vardı”, –  
dedilər.  
“Neçə ulduz-ulduz yarpaqlayardı”, – 
dedilər.  
“Neçə qoyun-quzu dincələrdi altında”, –  
dedilər.  
“Neçə nəğmələr gətirərdi ona 


 
 
102 
 
quşlar qanadında”, –  
dedilər.  
Çinar getdi;  
könüllərdə yanğısı,  
yeri qaldı.  
Dodaqlarda xan çinarın  
bahar nəğmələri qaldı.  
Əlli olsun, yüz olsun,  
neçə-neçə əsr olsun, 
Ömrün ilk günü,  
son günü var. 
Beş yüz ildən bir əskik  
yaşadı çinar.  
Fırtınada, qasırğada  
əyilmədi.  
Acizlik, qorxu nədir –  
bilmədi.  
Yaşadı çinar kimi; 
budaqları çətir-çətir,  
kölgəsi meydan-meydan.  
Az da, çox da yaşasaydı,  
belə yaşayacaqdı.  
Kökü torpağa bağlı, 
vüqarlı çinar kimi;  
müdrik babalar kimi.  
Getdi səssiz, haraysız, 
nə yeddisi, nə qırxı oldu.  
Təəssüfü, yanğısı gəzdi 
dodaq-dodaq,  
ağız-ağız.  
Çinar getdi.  
Ondan –  
“Kaş bir il də yaşayaydı...” –  
bir arzu qaldı.  
Dibindən qaynayan  
bir bulaq su qaldı.  
Bir belə çinar ömrü 
olsun deyirəm, ömrüm.  
İllərin sayına görə yox!  
Bir ömür ki,  
xatirələrdə yanğısı, izi qalsın – 
neçə-neçə ömürdən çox.  
Bir ömür ki, kimsəyə  
əziyyəti dəyməmiş olsun.  
Bir ömür ki,  


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə