Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə36/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   87

 
 
88 
 
gövşəyən  öküzləri  gətirib  vələ  qoşdu,  özü  də  vəlin  üstünə  çıxdı.  İlk  dəfə  Musa 
kişidən eşitdikdə ləzzətdən qəhqəhə çəkib güldüyü sözlərlə öküzləri səslədi: 
– Ha, ha, dədəm sənə qurban, ha... 
... Firidun vəlin üstündə idi. Sübhdən işləyən və istidən üzülüb taqətdən düşmüş 
öküzlər zorla hərəkət edirdilər. Firidun özü də bərk yorulmuşdu. Musa dayı, Səriyyə 
xala  və  uşaqlar  da  işləyirdilər.  Onlar  sovuq  atır,  taxılı  xəlbirləyir,  xırmanı  təmiz-
ləyirdilər. Ayaz sovuruq  atan atasına kömək edirdi.  Musa kişi  məhəbbət  və  ümid 
dolu nəzərlərlə ona baxıb: “Düşmən toxmağıdır, Allah saxlasın, – deyirdi, – bu gün-
sabah yekə oğlan olub əlimdən tutacaq”. Bu sözləri eşidən uşaq daha da ciddiyyətlə 
işləyir və atasının onu böyük yerində qoymasından sevinirdi. 
 
Bir azdan sonra Firidun yorğun halda tərdən islanmış öküzləri açaraq, ot tayasının 
kölgəsinə gətirdi. Musa kişi yaş ot bağlarından birini açıb, onların qabağına tökdü 
və: 
–  Ha, dədəm sizə qurban, –  deyib boyunlarını tumarladı.  
 
 
 
 
... Gülnaz saxsı bardaqdakı qatıqdan mis kasaya töküb ucu yeyilmiş taxta qaşıqla 
çalmağa başladı. Onun içinə çörək, göy soğan, xiyar və bulaq yarpızı doğradı. Yenə 
taxta  qaşıqla  çaldı.  Kuzədən  su  töküb  ovduq  düzəltdi  və  Musa  kişi  ilə  Firidunun 
qabağına  qoydu.  Onlar  sükut  içində  ovduqdan  bir  az  yemişdilər  ki,  Həsənalının 
çığırtısını eşitdilər: 
–  Köməyə gəlin!.. Kafir məni öldürdü. 
Yerlərdən sıçrayıb onun yanına qaçdılar. Həsənalı balağı dizindən azca aşağı bez 
tumanını bərk-bərk buduna sıxaraq qışqırırdı: 
–  Gürzə çaldı, gürzə çaldı! 
Gürzə onu yalın ayağının dalından, topuğundan çalmışdı. İlan dərzlərin arasında 
yatmış  imiş.  Həsənalı su  kuzəsini götürən yerdə üstünə  atılmışdı.  Kişi  ümidsizlik 


 
 
 
89 
 
•  II  mərhələ  •  
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
  •

içərisində özünü itirmişdi. Nə etmək lazım gəldiyini bilmirdi. Arvadı və altı uşağı 
bir-birinə qarışaraq ah-fəryad qopardığından kişinin vahiməsi getdikcə artırdı. Musa 
kişi Həsənalının dizdən aşağı qıçını sarıdı.  
– Qatıq, qatıq, – deyə uşaqlara döndü.  
Qatıq yox idi. O, çaparaq kəndə tərəf yollandı. Atın belində xırmandan uzaqlaşan 
mübaşir  Məmmədi  harayladı.  Mübaşir  çiyninin  üstündən  ona  tərəf  baxıb,  atı 
məhmizlədi. Musa kişi ondan imdad olmayacağını görüb qayıtdı. Həsənalının qıçı 
şişməyə başlayırdı. Musa kişi kəndə gedib gələnə qədər gec olacağını düşünərək onu 
eşşəyin belinə sarımaq istədi. Lakin Həsənalı etiraz etdi. Getdikcə şişi artan qıçını 
göstərib  təcili  əlac  istədi.  Arvad  və  uşaqlar  baş-gözünü  yola-yola  nalə  edirdilər. 
Firidun: 
– Musa dayı, həkim, həkim tap! – deyib səsləndi, Musa kişi əlini havada oynatdı: 
– Ay rəhmətlik oğlu, bu xarabada həkimin nə işi var! 
Artıq şiş xeyli yuxarı işləmişdi. Bunu görən Həsənalı nə isə qəti qərara gəlmiş 
kimi üzünü Musa kişiyə tutdu: 
Bircə xəncərdən-zaddan tap, dizdən qıçımı kəsmək lazımdır!  
Heç kəsin əli gəlmədi. Həsənalı üzlərdəki donuqluğu görüb təlaşla səsləndi: 
– Nə qədər gec deyil, kəsin. Balta ilə də olsa, kəsin! – dedi və əsəbiliklə arvadına 
tərəf səsləndi: 
– Nə şivən qoparmısan, kiri... O uşaqların da səsini 
kəs!  
Bir anda uşaqlar da, arvad da susdu. Haradansa iti 
bir  balta  tapdılar.  Həsənalı  qıçını  xırman  ayağındakı  
uzunsov daşın üstündən aşırdı.  
– Vur, bircə zərbə ilə üz! 
Kim baltanı qaldırdısa, “uf, əlim gəlmir” deyib yerə 
qoydu.  Şiş  artıq  dizə  yaxınlaşırdı.  Həsənalı  bir  də 
ufultu ilə ağlayan arvadına və uşaqlarına təpinib üzünü 
kənarda durmuş bir kəndliyə tutdu: 
– Qəssab Alı, niyə durmusan, mənim ölümümü ki 
istəmirsən,
 
götür baltanı çırp bura!..  
Qəssab  Alı  bir  söz  deməyib  adamları  itələdi  və 
baltanı götürdü. Hərləyib qaldıranda hamı başını yana 
tutdu.  Bir  zərbə  ilə  Həsənalının  qıçının  dizdən  üzüb 
kənara atdı: 
– Tez əsgi yandırıb basın, – dedi, yaşarmış gözlərini 
sıxaraq cəld uzaqlaşdı. 
 
Firidun da dayana bilməyib qəmgin bir halda xır-
manlarına döndü. Şikəst Həsənalının və onsuz da ehti-
yac içərisində əzilən uşaqlarının gələcəyini düşündü: 
Bədbəxt millət, bədbəxt millət! – deyib, köksünü ötürdü.  
Öz-özünə:  –  Kənddən  qaçmaq  lazımdır,  –  dedi,  –  burada  dərddən,  qüssədən 
başqa, bir şey yoxdur!  
 
 Atasının ölümüdən 
sonra Firidunun 
həyatında hansı 
dəyişiklik baş verdi? 
 Bir müddət Təbrizdə 
işləyən Firidunun 
yenidən Tehrana 
qayıtmaqda məqsədi nə 
idi? 
 Ona hamilik edən qoca 
müəllimin ölüm xəbə-
rini eşidən Firidun 
hansı qərara gəldi?  
 Dayısı Musaya, onun 
ailəsinə Firidun hansı 
işdə yardımçı olur?  
 Həsənalının faciəsi, ona 
yardım etməyin müm-
kün olmaması kəndin  
vəziyyəti barədə hansı 
təsəvvür yaradır?  


 
 
90 
 
 
 
...Kənd bir-birinə dəymişdi. Xırmanlarda, evlərdə, küçələrdə, bulaq başında, çay 
qırağında eyni sözü danışırdılar. Bir-birinə rast gələn kəndlilər ayaq saxlayır, durub 
dərdləşir, “nə etməli?..” – deyə bir-birinin üzünə baxır və ümidsizcə başlarını salla-
yıb gedirdilər. Heç kəs bu suala cavab tapa bilmirdi. “Nə etməli?” Heç kəs nə etmək 
lazım gəldiyini bilmirdi. Amma hamı narazı idi. Hamının ürəyi dərddən, qəzəbdən 
partlamaq dərəcəsinə gəlirdi. Uşaqdan-böyüyə hamının, bütün kəndin qabağında bir 
sual durmuşdu: nə etməli? Lakin bu suala cavab tapacaq bir adam yox idi. 
Bu sual Firidunu da düşündürürdü. O, yeriyəndə də, yatanda da, su içəndə də bu 
suala cavab tapmağa çalışırdı. Nə etməli? Kəndə böyük ümidlə gəlmişdi... Elə düşü-
nürdü ki, qış xərcini özü ilə aparacaq, Musa kişiyə kömək etməklə özü də çörək dərdi 
çəkmədən darülfünunda oxuya biləcəkdi, indi bu ümidlər hamısı boşa çıxırdı. Bu-
nunla belə, o, özündən artıq kəndlilərin halına yanırdı. Çünki o, canına cəfa basıb, 
oxuya-oxuya tacir uşaqlarına dərs deyər,  necə  olsa,  güzəranını təmin edərdi.  Onu 
düşündürən tanış olduğu, evlərinin içinə qədər, sandıq və  xurcunlarına qədər bələd 
olduğu, qarşısında bir sürü lümlüt körpəsi civildəşən kəndlilərin halı idi. O, bütün 
ümidini, bütün gələcəyini builki məhsula bağlamış Musa kişilərin və Həsənalıların 
yetimlərinin halına yanırdı. Ürəyini dağlayan da bu idi. Mübaşir Məmməd məhsulun 
bölünməsi  haqqında  ərbabın  yeni  şərtini  kəndə  gətirdiyi  saatda  gözlərdəki  ümid 
sönmüş, üzlərdəki şadlığı bir qüssə və əzablı bir fikir əvəz etmişdi. O vaxtdan da bu 
ağır sual ortalığa çıxmışdı: nə etməli?
  
Kəndlilər hamısı böyük bir xırmanın yanına yığılmışdı. Tayanın dibində köhnə 
kilimlərdən çadıra oxşar bir şey düzəltmiş və içinə kürsü qoymuşdular. Kürsünün də 
üstünə xalça döşənmişdi. Orada  zahirlərindən çox görkəmli ağalara oxşayan dörd 
nəfər oturmuş və mübaşir Məmmədlə Əli əmniyyəbaşı qabaqlarında əmrə hazır dur-
muşdu. Yanlarında iki başqa əmniyyə də vardı. Kəndlilər on beş-iyirmi addım aralı, 
halay vuraraq onları əhatə etmişdilər. 
Musa kişi maraqla kütlənin içərisinə girmək istəyən Firidunu qarşıladı və yavaşca 
qulağına pıçıldadı: 
– Ərbab özü gəlib! Ağayi-Hikmət İsfahani. 
– O burda nə edir?  Tehranı buraxıb bura niyə gəlibdir? 
– Nə bilim... Deyirlər ki, qonaqlarını götürüb yaylağa çıxıbdır. Səyahətə gəlibdir. 
Yolu buradan düşüb, mübaşir Məmməd çəkib gətirib kəndə. 
 
Firidun adamların arasında özünə yer elədi. Belə ki, o həm kəndliləri, həm də 
ağaları rahatca görə bilirdi. O, uzunboylu, canlı və bütün boynunu ət basmış Hikmət 
İsfahanini  diqqətlə  süzdü.  Ərbab  qaya  kimi  susub  durmuş  kəndlilərə  baxırdı.  Bu 
sükutun altındakı qəzəb və nifrəti hiss etmiş, özünü vahiməli göstərməyə çalışırdı. 
Qaşqabağını sallamışdı. “O, kəndlilərdən qorxur, bu lal kütlənin hərəkətə gələndə 
sel kimi yolu üzərindəki hər şeyi yuyub aparacağını hiss edir”, – deyə bir fikir Firi-
dunun başından keçdi. 
Hikmət İsfahani ağır sükutu pozdu. O, farsca danışırdı. Ağır və dərin bir sükut 
içində kəndlilər bir-biri ilə baxışdılar. Kim isə: 
– Ağa, nə buyurdular, qanmadıq, – dedi, – bizi də başa salın. 
••• 
III 
••• 


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə