Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə32/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   87

 
 
 
77 
 
•  II  mərhələ  •  
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
  •

Mənim atam süfrəli bir kişiydi
El əlindən tutmaq onun işiydi, 
Gözəllərin axıra qalmışıydı, 
Ondan sonra dönərgələr dönüblər, 
Məhəbbətin çırağları sönüblər. 
 
Səhər tezdən naxırçılar gələrdi, 
Qoyun-quzu dam-bacadan mələrdi, 
Əmməcanım körpələrin bələrdi, 
Təndirlərin qovzanardı tüstüsü, 
Çörəklərin gözəl iyi, istisi. 
 
Göyərçinlər dəstə qalxıb uçarlar, 
Gün saçanda qızıl pərdə açarlar, 
Qızıl pərdə açıb, yığıb qaçallar, 
Gün ucalıb, artar dağın cəlalı, 
Təbiətin cavanlanar cəmalı. 
 
Heydərbaba, qarlı dağlar aşanda, 
Gecə karvan yolun azıb çaşanda, 
Mən hardasam, Tehranda, ya Kaşanda, 
Uzaqlardan gözüm seçər onları, 
Xəyal gəlib, aşıb keçər onları.
 
 
Heydərbaba, göylər bütün dumandı, 
Günlərimiz bir-birindən yamandı, 
Bir-birizdən ayrılmayın, amandı, 
Yaxşılığı əlimizdən alıblar, 
Yaxşı bizi yaman günə salıblar! 
 
Bir soruşun bu qarğınmış fələkdən, 
Nə istəyir bu qurduğu kələkdən? 
Deynə, keçirt ulduzları ələkdən, 
Qoy tökülsün, bu yer yüzü dağılsın, 
Bu şeytanlıq qurğusu bir yıxılsın. 
 
Bir uçaydım bu çırpınan yelinən, 
Bağlaşaydım dağdan aşan selinən, 
Ağlaşaydım uzaq düşən elinən, 
Bir görəydim, ayrılığı kim saldı? 
Ölkəmizdə kim qırıldı, kim qaldı?
 
 
Heydərbaba, mərd oğullar doğginan, 
Namərdlərin burunların ovginan, 
Gədiklərdə qurdları tut boğginan, 
Qoy quzular ayın-şayın otlasın, 
Qoyunların quyruqların qatlasın. 


 
 
78 
 
Heydərbaba, sənin könlün şad olsun
Dünya varkən ağzın dolu dad olsun, 
Səndən keçən tanış olsun, yad olsun, 
Deynə, mənim şair oğlum Şəhriyar, 
Bir ömürdür, qəm üstünə qəm qalar.
 
 
 
– ikinci hissə – 
 
Heydərbaba, gəldim səni yoxluyam, 
Bir də yatam, qucağında yuxluyam, 
Ömrü qovam, bəlkə, burda haxlıyam, 
Uşaqlığa deyəm: bizə gəlsən bir
Aydın günlər, ağlar yüzə gülsən bir! 
 
Heydərbaba, çəkdin məni gətirdin, 
Yurdumuza, yuvamıza yetirdin, 
Yusifivi uşaq ikən itirdin, 
Qoca Yəqub, itmişsəm də tapıbsan, 
Qavalıyıb qurd ağzından qapıbsan. 
 
Gedənlərin yeri burda görünür, 
Xanım nənəm ağ kəfənin bürünür, 
Dalımcadır, hara gedim, sürünür: 
– Bala, gəldin? Niyə belə gec gəldin? 
Səbrim sənnən güləşdi, sən güc gəldin. 
 
Zaman keçir, üfüqlərdə toz qalır, 
Karvan kimi uzaqlarda toz salır, 
Duman gəlir, yürəkləri çulğalır, 
Ürək deyir: Zaman, keçmə, amandur, 
Keçənlərdə gözüm var, bir dayan, dur! 
 
Çox şükrü var, yenə gəldux, görüşdux, 
İtənlərdən, bitənlərdən soruşdux, 
Küsmüşdux, Allah qoysa, barışdux, 
Bir də görüş qismət ola, olmaya, 
Ömürlərdə fürsət ola, olmaya. 
 
Burda xəyal meydanları genişdi, 
Dağlar, daşlar bütün mənlə tanışdı, 
Görcək məni Heydərbaba danışdı: 
– Bu nə səsdi, sən aləmə salıbsan, 
Gəl bir görək, özün harda qalıbsan? 
 
Bu xırmanda “Aradanxır” oynardıq, 
Comalaşıb qarışqatək qaynardıq, 


 
 
 
79 
 
•  II  mərhələ  •  
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
  •

Yavaş-yavaş baxçalarda ağnardıq, 
Ağaclardan çilik-ağac kəsərdik
Qoruqçunun qorxusundan əsərdik. 
 
Bu tövlədə sarı inək doğardı, 
Xanım nənəm inəkləri sağardı, 
Ana iysi dam-divardan yağardı, 
Mən buzovu qucaqlardım qaşmasın, 
Deyərdi: – Bax, badya dolsun, daşmasın. 
 
Bu damlarda çoxlu cızıq atmışam, 
Uşaqların aşıqların udmuşam, 
Qurquşunlu saqqa alıb satmışam, 
Uşaq necə heç zadınan şad olar, 
İndi bizim qəmi tutmur dünyalar. 
 
Məktəb qalır, uşaqlar dərs alırlar, 
Hey yazırlar, hey pozurlar, yazırlar, 
Molla İbrahim özü, evi qalırlar, 
Amma bizim yoldaşlardan qalan yox, 
Bunlardan bir bizi yada salan yox. 
 
Bir vaxtında bu məktəb pərgar idi, 
Bir Müseyyib, bir Məmdəsən var idi, 
Biri xəlfə, biri vərzişkar idi, 
Axund bizlə oynamağa gedərdi
Özü bizə oynamaq öyrədərdi. 
 
Dedim, balam, o Məmdəsən nolubdu? 
Məlum oldu, tifil bala ölübdü, 
Nə var, nə var, burnundan qan gəlibdi, 
Bir yel əsir, baxırsan, Məmdəsən yox, 
Bu kənddə bir burun qanı kəsən yox... 
 
Dedim, deyin Müseyyibə nə gəldi? 
Qulam, gördüm, ağlar göz ilə gəldi, 
Dedi: o da bahalıq düşdü, öldü, 
Dedim, yazıq bizlə hasıl bölənlər, 
Bitməyəndə aclarından ölənlər. 
 
Bu məktəbdə şerin şəhdin dadmışam, 
Axundun ağzından qapıb udmuşam, 
Gahdan da bir axundu allatmışam, 
– Başım ağrır, – deyib, qaçıb getmişəm, 
Baxçalarda gedib gözdən itmişəm. 
 
Azad olanda məktəbdən çıxardıq, 
Hücum çəkib biri-birin sıxardıq, 


 
 
80 
 
Yolda hər nə gəldi, vurub yıxardıq, 
Uşaq demə, ipin qırmış dana de, 
Bir dana da demə, əlli dana de.
 
 
Kəndli yazıq çıraq tapmır yandıra, 
Görüm sizin bərqiz qalsın andıra, 
Kim bu sözü ərbablara qandıra: 
Nədir axır bu millətin günahı? 
Tutsun sizi, görüm, məzlumlar ahı! 
 
Hər nə alır, baha verir qiyməti, 
Ucuz, fəqət əkinçinin zəhməti, 
Bitənindən artıq biçən ücrəti, 
Kənd uşağı gedir yolda işləyə, 
Orda, bəlkə, qəndi tapa, dişləyə. 
 
Kəndli gəlin kimi dünyanı bəzər, 
Öz övrəti yamaq-yamağa düzər, 
İynə bəzər xalqı, özü lüt gəzər, 
İndi də var çarsablar albaxdı, 
Uşaqların qıç-paçası çılpaxdı.
 
 
Bu zəmidə gedib gözdən itərdik, 
Tonqal qurub sütülləri ütərdik, 
Deyib-gülmək muradına yetərdik, 
El də gülsün, muradına yetişsin, 
Ürəklərin yaraları bitişsin. 
 
Heydərbaba, səndə dəfinələr var, 
Dağlar vədiəsi xəzinələr var, 
Amma sənə bənzər də sinələr var, 
Bu sinələr dağlar ilə danışır, 
Dağlar kimi göylər ilə qonuşur. 
 
Heydərbaba, səni vətən bilmişdim, 
Vətən deyib, baş götürüb gəlmişdim, 
Səni görüb göz yaşımı silmişdim, 
Halbuki lap qəmli qürbət səndəymiş, 
Qara zindan, acı şərbət səndəymiş. 
 
Kim qaldı ki, bizə buğun burmadı, 
Altdan-altdan bizə kələk qurmadı, 
Bir mərd oğul bizə havar durmadı, 
Şeytanları qucaqlayıb gəzdiz siz, 
İnsanları ayaqlayıb, əzdiz siz. 
 
Divar ucaldı, gün bizə düşmədi
Zindan qaraldı, göz-gözü seşmədi, 


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə