Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə30/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   87

 
 
 
71 
 
•  II  mərhələ  •  
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
  •

 
1.  Əsərin ilk iki parçasını oxuyun (bunu fərqli şəkillərdə həyata keçirə bilərsiniz).  
2.  Parta yoldaşınızla birlikdə mətnkənarı suallara cavab hazırlayın. 
3.  Kiçik qruplarda birləşib cavablarınızı dəqiqləşdirin və ümumiləşdirin. 
4.  Təqdimatlar əsasında fikir mübadiləsi və müzakirə aparın. 
5.  Əsərdən oxuduğunuz parçanı hissələrə ayırın, birinin məzmununu tərtib etdiyiniz plan əsasında ge-
niş danışın.  
 
a)  Əsərin ardını (3-4-cü parçaları) evdə oxuyun.  
b)  Mətndə tanış olmayan sözlərin mənasını aydınlaşdırın. 
 
 
1.  Evdə oxuduğunuz parçaları bir daha nəzərdən keçirin. 
2.   Parta yoldaşınızla birlikdə həmin parçaların məzmununa aid  suallar və onlara cavab hazırlayın. 
3.  Kiçik qruplarda birləşib sualları və cavabları dəqiqləşdirin. 
4.  Təqdimatlar əsasında  fikir mübadiləsi və müzakirə aparın. 
• Bilik və bacarıqlarınızı tətbiq edin.  
5.  Əsərdə müəyyənləşdirdiyiniz bədii təsvir və ifadə vasitələrinin növünü dəqiqləşdirin. 
6.  Əsərdən seçdiyiniz hissəyə ad verin, məzmununu tərtib etdiyiniz plan əsasında yaradıcı nağıl edin. 
 
• Kitabxana, internet mənbələrindən topladığınız məlumat əsasında “Ernest Heminqueyin yazıçı kimi 
dünya şöhrəti qazanmasına səbəb nədir?” mövzusunda təqdimata hazırlaşın. 
 
• Əsərin təhlilinə hazırlaşın. 
1.  Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ordakı fikirlərdən faydalanın. 
Tanış olduğunuz əsər həm müəllifin – məşhur Amerika yazıçısı Ernest Heminqueyin yaradıcılığın-
da, həm də dünya ədəbiyyatında ən yaxşı əsərlərdən sayılır. Bir müddət Kuba sahillərində yaşayan, tez-
tez balıq ovuna gedən yazıçının canlı müşahidələri nəticəsində yaranan bu əsər həyat hadisələrini, in-
sanların qəlb dünyasını heyrətamiz reallıqla əks etdirən misilsiz bir sənət nümunəsidir. 
Həyatda kasıb daxması, sınıq-salxaq qayığı, bir neçə tilovu, yamaqlı balıqçı torundan başqa, heç 
nəyi olmayan qoca – əsərin qəhrəmanı zəngin mənəviyyat, böyük iradə, tükənməz güc, qüdrət sahibidir. 
Əsərin  əvvəlində  balaca  balıqçı  oğlanla  söhbətində  onun  xarakterinin  bəzi  cizgiləri  aydınlaşsa  da, 
hadisələrin sonrakı inkişafında mənəvi aləminin zənginliyi, möhtəşəmliyi bütün gözəlliyi ilə üzə çıxır. 
 İnsan taleyi və  həyatının mənası ilə bağlı mühüm suallar üzərində düşünməyə sövq edən bu əsər təkrar-
sız gözəlliyi ilə oxucunu heyran edir. Əsərin üzərində müşahidələrinizi davam etdirin, qoca balıqçının balaca 
oğlana, dəniz canlılarına münasibətinə, xüsusən düşüncələrinə bir daha diqqət yetirin. Bütün bunlar yazıçının 
niyyətini, əsərin ideya-məzmununu daha yaxşı anlamağınıza kömək edəcəkdir. 
Əsər epik növün povest janrında yazılmışdır. “Povest” rus dilində danışıq, təhkiyə, nağıl etmək 
mənasında işlənən “povestvovanie” sözündəndir. Hadisələrin təsvir üsuluna görə povestlə hekayə bir-
birinə bənzəyir. Ədəbiyyatşünaslıqda bu janr bəzən “böyük hekayə” də adlandırılır. Lakin povest bir 
sıra xüsusiyyətlərinə görə hekayədən fərqlənir; povestdə obrazların sayı hekayədə  iştirak edənlərin 
sayından çox, həyat hadisələrinin əhatə dairəsi geniş, surətlərin təsviri isə daha dolğun və  ətraflı olur. 
Bundan başqa, hadisələr bəzən bir süjet ətrafında birləşən bir neçə xətt üzrə inkişaf etdirilir.  
 
 
 
2.   Əsər hansı mövzuda yazılıb? Yazıçını düşündürən başlıca problem, sizcə, nədir? Cədvəldən 
istifadə edin. 
Yazıçının diqqətini cəlb edən başlıca problem nədir? 
Siz bu problem barədə nə düşünürsünüz? 
 
 
 
I   d ə r s 
M ə z m u n   ü z r ə i ş
 
E v d ə   i ş  
I I   d ə r s 
M ə z m u n   ü z r ə   i ş  
 
E v d ə   i ş  
I I I   d ə r s 
T ə h l i l   ü z r ə   i ş  
 
A r a ş d ır ı n  •  F i k i r l ə ş i n   •  C a va b   v er i n 


 
 
72 
 
3.  Santyaqo obrazını səciyyələndirin. Cədvəldən istifadə edin. 
Qocanın xarakterindəki 
başlıca cəhətlər 
Yazıçının ona 
münasibəti 
Digər obrazların ona 
münasibəti 
Sizin ona 
münasibətiniz 
 
 
 
 
4.  Sizcə, yazıçı balıqçılara, onların taleyinə necə münasibət bəsləyir? Fikrinizi nümunələrlə əsaslan-
dırın. 
5.  Əsərin  ideya-məzmununun  açılmasında  daha  mühüm  hesab  etdiyiniz  epizod  hansıdır?  Fikrinizi 
əsaslandırın. 
6.  Əsərdəki başlıca fikri – ideyanı müəyyənləşdirin. Cədvəldən istifadə edin. 
Əsərin ideyası nədir? 
Nə üçün belə 
düşünürsünüz? 
Əsərdə bunu təsdiq edən 
nümunələr 
Həyatda uğur qazana bilməyənlər 
başqalarının  amansız rəftarına məruz qalırlar. 
 
 
İnsan daim təbiətdən qüdrətli olduğunu sübut 
etmək məcburiyyətindədir. 
 
 
Böyük mənəvi güc, qüdrət tələb edən 
mübarizə uğurun əsasıdır. 
 
 
Həyatda sənə inanan bircə nəfər  varsa, 
yaşamağa, mübarizə aparmağa dəyər. 
 
 
 
• Mövzulardan birini seçib təqdimata hazırlaşın. 
1)  Qoca balıqçının məğlub olmamasının səbəbini nədə görürəm? 
2)  Əsər məni nə üzərində düşünməyə sövq etdi? 
 
1.  Müzakirə edin:  
a)  Qoca balıqçının tutduğu nəhəng balığı sahilə çıxarmaq cəhdini adi inadkarlıq saymaq olarmı? 
b)  Əsərdəki hansı epizod qoca balıqçının xarakterini öyrənmək üçün daha əhəmiyyətlidir? 
c)  Santyaqonun xarakteri üçün ən uğurlu söz və ifadələr hansılardır? 
d)  Qoca balıqçını tanış olduğunuz hansı ədəbi qəhrəmanla müqayisə edə bilərsiniz? 
2.  Aşağıdakı fikir əsasında debat təşkil edin: “İnsan övladı məğlubiyyət üçün yaranmayıb. Onu məhv 
etmək olar, məğlub eləmək olmaz”. 
3.  Tapşırıqları fərdi olaraq yerinə yetirin. 
a)  Əsərdə povest janrına xas olan hansı cəhətləri göstərə bilərsiniz?                                     
b)  Əsəri oxuduğunuz bir hekayə ilə növ və janr baxımından müqayisə edin. Venn diaqramından, 
yaxud müqayisə cədvəlindən istifadə edin.                                      
 
• Mövzulardan birini seçib işləyin. 
1. “Qoca balıqçının sonrakı taleyini necə təsəvvür edirəm?” mövzusunda təqdimata hazırlaşın. 
2. Qarşısına  qoyduğu  məqsəd  uğrunda  yorulmadan  çalışan,  mübarizə  aparan  insanlardan  kimi 
tanıyırsınız? Onunla bağlı düşüncələrinizi siniflə bölüşün. 
 
E v d ə   i ş  
I V   d ər s  
T ə t b i q   •  M üz a k i r ə   •   Y a r a d ı c ı  i ş  
 
E v d ə   i ş  


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə