Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə27/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   87

 
 
 
65 
 
•  II  mərhələ  •  
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
  •

O çox sadə, başıaşağı, təmizürəkli, həm də təvazökar adam idi. Hiylənin, kələyin nə 
olduğunu bilməzdi,  bu da onun hörmətini daha da artırırdı.
  
 
Qoca dedi: 
– Ləpə elə-belə qalsa, pis olmaz, sabah hava yaxşılaşar. 
– Sabah balığa hara gedəcəksən? 
– Fikrim uzaqlara getməkdir. Dan sökülməmiş dənizə 
çıxacağam.  Belə  etsəm,  külək  səmtini  dəyişəndə  geri 
qayıda bilərəm. 
– Mən də, bəlkə, işlədiyim qayığın yiyəsini dilə tutub uzaqlara apara bildim, – oğlan 
gülümsədi, – qarmağına iri balıq keçsə, köməyinə gələrik. 
– O, sahildən çox uzaqlaşmır. 
– Elədir, – oğlan razılaşdı, – bəlkə, bu dəfə şirnikdirib apara bildim. Gözləri yaxşı 
görmür. Uzaqda uçan quşları göstərib deyərəm ki, orada balıq var. Balıq üçün dünyanın 
lap o başına gedər. 
– Yəni bu dərəcədə pis görür? 
– Kordur da. 
– Qəribədir, – qoca mızıldadı, – o ki ömründə çanaqlıbağa tutmağa getməyib. Gözləri 
niyə xarab olsun? 
– Sən ki neçə il moskit sahillərinə gedib çanaqlıbağa 
tutmusan,  bəs  niyə  gözlərin  kor  olmayıb?  Məşəl  kimi 
parıldayır. 
– Ona görə ki qəribə qocayam. 
– Birdən çox iri balığa rast gəlsən, tutub çıxarmağa 
gücün çatar?  
Mənə elə gəlir, çatar. Bu işdə gücdən çox fənd lazımdır. 
– Şeyləri yavaş-yavaş aparaq evə, – oğlan ayağa durdu, – oradan da mən toru götürüb 
sardina tutmağa gedərəm. 
 
... Qoca kəndiri avarlar bənd edilən halqalardan keçirib mıxlara bağladı. Yerində əy-
ləşib kürəkləri götürdü, sinəsini qabağa verib başını əydi, suyu yara-yara dənizə çıxdı. 
Hava qaranlıq idi, səhərin gözü hələ açılmamışdı. Sahil boyu səpələnmiş başqa qayıqlar 
da bir-bir hərəkətə gəlir, dənizə çıxırdı. Qoca onları görməsə də, avarlara  müqavimət 
göstərən liman sularının şappıltısını eşidirdi. Aypara təpənin arxasında gizləndiyindən 
heç nə görünmürdü. Vaxtaşırı hansısa qayıqdan adam səsi gəlirdi. Qayıqların çoxunda 
sakitlik idi. Dənizin sinəsini tez-tez yaran avarların səsi 
sükutu pozurdu. Bir azdan qayıqlar limanı arxada qoyub 
geniş  okeana  səpələndi.  Səxavətli  dənizin  tükənməz 
nemətindən bir balıq qoparmaq ümidi ilə hərə bir yönə 
üz tutdu. 
 
Qoca balıqçı bu gün çox uzaqlara getməyi fik-
rində  tutmuşdu.  Okeanın  səhər  havası,  ucsuz-bucaqsız 
mavi suları onu ağuşuna alırdı.  
Qaranlıq olsa da, qoca balıqçı səhərin yaxınlaşdığını 
duyurdu... Avar tərpəndikcə qayıq irəliləyırdi. Balıqlar 
sudan sıçrayıb havada mayallaq aşır, təzədən suya dü-
şürdü. Balıq süzdükcə üzgəci vıyıldayırdı. Qoca qanadlı balıqları ayrıca bir istəklə sevir-
di. Onlar balıqçının geniş okeandakı əsl dostları idi. O, quşları da sevirdi, ancaq onlara 
həm də yazığı gəlirdi. Daima dən axtaran, amma dimdiyinə heç nə keçməyən xırda, zərif 
• Yazıçının qoca balıqçıya 
münasibətini daha hansı 
məqamlarda müşahidə 
etdiniz? 
• Dəniz balıqçılarının 
gözlərinin nurdan tez 
düşməsinə səbəb, sizcə, 
nədir? 
• “Səxavətli dənizin tü-
kənməz nemətindən bir 
balıq qopartmaq ümidi 
ilə hərə bir yönə üz tut-
du” cümləsi balıqçı 
əməyi və güzəranı ba-
rədəki təsəvvürünüzə nə 
əlavə etdi? 


 
 
66 
 
su  qaranquşlarının  halına  yaman  acıyırdı.  Qoca  fikir-
ləşdi: “Yazıq quşların həyatı bizimkindən qat-qat ağırdır. 
Əlbəttə, yırtıcı quşları demirəm. İndi ki okean belə aman-
sızdır, su qaranquşu kimi zəif quş niyə yaradılıb? Doğru-
dur, dəniz çox vaxt mərhəmətli olur. Amma coşanda üzü-
nü  görmə.  Elə  aşır-daşır  ki,  göz  açmaq  olmur.  Yem  axtaran  bu  yazıq  quş  dəhşətli 
fırtınalarda dənizə baş vurmalı olur, dimdiyinə keçən xırda balığı dalğaların əlindən alır. 
Bir  şey  çıxmayanda  civildəşə-civildəşə  fəryad  qopardırlar,  elə  bil  şikayətlənib 
dərdləşirlər. Bu cılız məxluq hüdudsuz okeanın əzəməti qarşısında heç nədir”.  
Qoca dənizi ürəkdən sevirdi. İspaniyada dəniz aşiqləri onu la mar  –  pəri deyə əziz-
ləyirdilər. Arabir acıqları tutanda pisləsələr də, çox vaxt hörmətlə yad edirdilər...  Kö-
pəkbalığının qaraciyəri tapılmayanda çoxlu pul qazanmaq üçün motorlu qayıqda balıq 
tutmağa  gedən  cavanlar  dənizə  rəqib  kimi  baxırlar... Onlar  lazım  oldu-olmadı,  dənizi 
lənətləyirlər. Qoca üçünsə dəniz hər şey idi, onun həyatı idi. Ona ilahə kimi baxırdı. Bu 
ilahə insan oğluna nələr vermir?! O nə qədər səxavətli, 
nə qədər lütfkardır! Dəniz qəzəblənib qocanı incidəndə, 
üz döndərib heç nə verməyəndə belə balıqçı ondan şika-
yətlənmirdi. Neyləmək olar, dənizin təbiəti belədir. 
 Dan söküləndə qoca qarmaqlara yem keçirib tilovları 
suya atdı. Ləpə qayığı aparırdı. Tilovlardan birincisi qırx, 
ikincisi  yetmiş  beş,  üçüncüsü  yüz,  dördüncüsü  isə  yüz 
iyirmi  beş  dəniz  sajeni  dərinliyə  düşdü.  Qoca  qarmaqlara  cərgə  ilə  sardina  taxmışdı, 
hamısının da gözlərini qarmağa keçirmişdi. Beləliklə, qarmaqlar yarımdairə yem çələngi 
əmələ gətirirdi. Bu da dənizdəki balıqları şirnikdirib aldadacaqdı, iri balıqlar da yemə 
yaxınlaşmaqdan  qorxmayacaqdı,  çünki  qarmağın  hər  tərəfində  eyni  dadı,  eyni  ləzzəti 
duyacaqdı. 
Oğlanın verdiyi bir cüt təzə tunes balığını qoca ən dərinə atdığı tilovlara keçirmişdi, 
o biri iki tilovdan birinə adi skumbriya, o birinə sarı ümrin balığı taxmışdı, ötən dəfə 
bunlardan istifadə etməyinə baxmayaraq, yemlər yaxşı qalmışdı. Əla növ sardinanın iyi 
balıqları  çəkib  qarmağa  keçirəcəkdi.
 
Qələm  yoğunlu-
ğunda yaşıl elastik çubuqlar kəndirə bağlanmışdı, balıq 
qarmağa  toxunan  kimi  çubuq  suya  əyiləcəkdi.  Kəndirə 
hər biri iki dəniz sajeni uzunluğunda iki ip də bağlanmış-
dı, bu iplərin də ucuna ehtiyat üçün başqa ip düyünlənmişdi. Bu da qarmağı udası balığa 
üç yüz dəniz sajeni qədər məsafədə sərbəst üzməyə imkan verəcəkdi. 
 
 
        
...  İki  saat  idi,  günəş  doğmuşdu.  İndi  qoca  gündoğana  baxanda  günəşin  tellərini 
güzgüləndirən dəniz gözlərini o qədər də qamaşdırmırdı. Göz işləyən yerdə yalnız üç 
qayıq vardı, onlar da zorla seçilirdi, elə bil sahildən qopmamışdılar. 
Qoca fikirləşdi: “Lap uşaqlıqdan gün gözümü qamaşdırır. Amma gözlərim hələ də 
yaxşı  görür,  xarab  olmayıb.  Gün  batanda  düz  ortasına  baxıram,  gözlərimə  qaranlıq 
çökmür, hərçənd günəş qürub çağı da bərk şölələnir, telləri adamın gözünə batır”. 
...  Günəş  od  saçırdı.  Qoca  bunu  peysərinin  yanmasından  duyurdu.  Avar  çəkdikcə 
kürəyindən tər sel kimi axırdı. 
••• 
III 
••• 
  • Qocanın su qaranquşları 
haqqındakı düşüncələri 
onunla bağlı təsəvvürü-
nüzə yeni nə əlavə etdi?
  • Qocanın dənizə sonsuz 
məhəbbətinin səbəbini 
yalnız balıqçı olması ilə 
izah etmək doğru 
olarmı? 
  • Qocanın səriştəli balıqçı 
olduğunu nədən bilmək 
olar? 


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə