Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə29/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   87

 
 
 
69 
 
•  II  mərhələ  •  
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
  •

yaxşı durur, gah qalxır, gah suya düşür. Doğmaca qardaş kimi yanaşı üzürük”. Birdən 
başı gicəlləndi. Düşündü: “Görəsən, indi kim kimi aparır? Mən onu, ya o məni? Onu 
qayığa yükləyib aparsaydım, bu sual ortaya çıxmazdı. Amma indi yanaşı üzürük. Bir-
birimizə də möhkəm bağlıyıq. Eh, neyləmək, balıq məni aparır, qoy aparsın. Əslində isə 
mən ona hiylə qurdum. Yazıq balığın fikrindən də keçmirdi ki, mənə pislik eləsin”.  
 
 
Onlar tələsmədən rahat-rahat üzürdülər. Qoca əllərini növbə ilə dənizə salıb şor suda 
saxlayırdı ki, yaraları tez sağalsın, həm də başı gicəllənməsin. Göydə topa-topa bulud 
üzürdü. Qoca göyə baxanda küləyin bütün gecə əsəcəyini anladı. Balıqdan bir an belə 
gözünü çəkmirdi, baxdıqca baxıb özünü inandırmağa çalışırdı ki, gördüyü yuxu deyil, 
gerçəkdir. 
Yola düşəndən bir saat sonra bir köpəkbalığı özünü onlara yetirdi. Yırtıcı elə-belə 
gəlməmişdi. 
...Köpəkbalığı özünü qayığın quyruğuna yetirib həmləyə keçdi. Qoca onun cəhənnəm 
qapısı  kimi  geniş  açılmış  ağzını,  dəhşət  saçan  gözlərini  gördü.  Köpəkbalığı  nəhəng 
balığın  quyruğundan  iri  bir  parça  qopardı,  alt  çənə  üst  çənəyə  dəyəndə  dişləri  elə 
şaqqıldadı ki, qoca diksindi. Köpəkbalığının əvvəl başı, sonra da beli sudan çıxdı, yırtıcı 
ikinci həmləyə keçdi, dişlərinin şaqqıltısı yenə eşidildi. Qoca o dəqiqə nizəni onun təpə-
sinə, gözlərini birləşdirən xətlə burnundan başına qalxan xəttin kəsişdiyi yerə sapladı. 
Əslində, xətt-filan yox idi; abı rəngli kələ-kötür yekə kəllə, geniş açılmış iri yırtıcı gözlər, 
bir  də  hər  şeyi  parçalamağa  hazır  şaqqıldayan  çənə  vardı.  Zərbə  endirilən  yerdə 
köpəkbalığının beyni yerləşirdi, ona görə də qoca nizəni qanı axan əlində bərk-bərk tutub 
düz oranı nişan almışdı. O, bu zərbəni heç nəyə ümid bağlamadan, amma coşqun bir 
qətiyyətlə, qəzəblə, tükənməz nifrətlə vurmuşdu. 
...  Qoca  didilib  eybəcərləşmiş  balığına  daha  baxa  bilmirdi.  Köpəkbalığı  nəhəng 
balıqdan bir parça qoparanda qocaya elə gəlmişdi ki, yırtıcı onun özünün ətini yeyir. 
“Balığıma göz dikəni bax belə öldürərəm, – qoca qürrələndi. – Ömrümdə birinci də-
fədir belə yekədişə rast gəlirəm. Doğrudur, bu yaşa çatanacan çoxunu görmüşəm, amma 
belə nəhəngi qarşıma çıxmayıb... İşim çox yaxşı gedirdi, hayıf! Söz yox, bu gediş uzun 


 
 
70 
 
sürə bilməzdi. Bütün bunların yuxu olmasını elə istərdim ki! Kaş mən bu azman balığı 
tutmamış olaydım, kaş indi çarpayımın üstünə qəzet salıb uzanmış olaydım”. 
 
Bərkdən dedi: 
– İnsan övladı məğlubiyyət üçün yaranmayıb. Onu məhv etmək olar, məğlub eləmək 
olmaz...  
“Balığı öldürməyimə peşmanam, – heyifsiləndi, – yaxşı bilirəm, bu mənə ucuz başa 
gəlməyəcək... Həngamənin böyüyü hələ qabaqdadır”. 
... Qayıq iki saat idi, üzürdü. Qoca bir azca dincəlmək üçün böyrü üstə uzanmışdı. 
Özünə gəlib güc toplamaqdan ötrü balığın ətindən çeynəyirdi. Bu ara qayığa yaxınlaşan 
qoşa köpəkbalığından birini görüb:  
– Vay dədə! – deyə dəhşətlə səsləndi. 
Bu, elə-belə bağırmaq deyildi, əlinə qəfil mıx batmış adamın tükürpədici fəryadına 
oxşayırdı.  
... Köpəkbalıqları şikarı parçaladıqca qayıq təkanlardan əsim-əsim əsirdi. Qoca heç 
nə görmürdü, yalnız eşidib duyurdu, düşmənlərini havayı yerə kötəkləyirdi. Birdən top-
puzu da yoxa çıxdı.  
Onda  qoca  sükanı  dartıb  yerindən  çıxartdı,  qənimlərinə  iki  əliylə  dalbadal  zərbə 
endirməyə başladı. Köpəkbalıqları indi qayığı dörd yandan araya almışdılar. Qaranlıq 
gecədə suyun üzündə ağaran nəhəng balığın ətini didirdilər. Parçanı qoparan kimi çəkilir, 
bir də hücuma keçmək üçün dövrə vurub yenidən qənimətə daraşırdılar.  
Ən axırda bir köpəkbalığı dairə vurub nəhəng balığın başına sarı üzdü. Qoca artıq hər 
şeyin bitdiyini anladı. Köpəkbalığı dişlərini nəhəng balığın möhkəm kəlləsinə ilişdirəndə 
qoca  da  sükanı  onun  burnunun  üstünə  endirdi.  Sonra  dalbadal  bir  neçə  zərbə  vurdu. 
Sükan şaqqıltı ilə sınıb parça-parça oldu. Qoca əlində qalmış dəstəklə balığı bir də vurdu, 
dəstək ətə girdi, ikinci zərbəni də eyni yerə tutuzdurdu. Köpəkbalığı sıçrayıb qaçdı. Bu, 
qayığa sonuncu hücum idi. Artıq yeyiləsi bir şey qalmamışdı. 
Qoca zorla nəfəs alırdı. Ağzında mis paxırı dadı verən nəsə şirintəhər bir tam vardı. 
Qoca bir anlığa qorxdu, ancaq bu halı da tez ötüşdü. 
Qoca artıq tamam əzilib məğlub edildiyini anladı. Qayığın arxasına keçib sınıq sükan 
dəstəyini yerinə taxdı, onun işə yaradığına sevindi, deməli, qayığı idarə eləməyə bir şey 
vardı. Köhnə kisəni çiyninə salıb oturdu, sahilə yön aldı. Bu saat qoca heç nə duymur, 
heç nə düşünmürdü, hər şey ona yad olmuşdu. Ondan ötrü hər şey geridə qalmışdı. Bir 
arzusu vardısa, o da doğma sahilə, evə çatmaq idi. Qayıq yaxşı üzürdü. Gecəyarı bir ayrı 
sürü də nəhəng balığın skeletinə hücum elədi. Ac qarınqulular daraşıb əvvəlkilərin qaba-
ğından qalma sümüyü gəmirirdi. Qoca onları vecinə də almırdı, qayığını sürürdü. Ozü 
də, qayığı da nəhəng balığın ağır yükündən qurtulmuşdu. 
 
“Gözəl qayıqdır, – özünə təsəlli verdi, – möhkəmdir. Sınıb-eləməyib. Bircə sükanı 
işdən çıxıb, onu da düzəltmək asandır”. 
Qoca balıqçı qayığın isti axına girdiyini duydu. Sahil boyu uzanan qəsəbələrin çıraq-
ları lap yaxın görünürdü. O, harada olduğunu bilirdi, bilirdi ki, bir azdan evə çatacaq... 
... Səhər tezdən oğlan komaya baş çəkməyə gəldi, qapıdan boylanıb baxanda qocanın 
yatdığını gördü... O, qocanın rahat nəfəs aldığını görəndə rahatlandı. 
... Balıqçılar sahildə qocanın qayığını araya alıb qayığa bağlı nəhəng balıq skeletinin 
tamaşasına durmuşdular. Bir balıqçı çırmanıb suya girmişdi, əlindəki iplə balığın boyunu 
ölçürdü. 
Tərcümə edən: M. Süleymanov 
 


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə