Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə37/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   87

 
 
 
91 
 
•  II  mərhələ  •  
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
  •

Mübaşir Məmməd əyilib Hikmət İsfahaninin qulağına pıçıldadı. Hikmət İsfahani 
üz-gözünü bir az da turşudub, mübaşir Məmmədə başı ilə razılıq əlaməti verdi. Mü-
başir Məmməd üzünü camaata tutdu: 
–  Ağa,  buyururlar  ki,  insaf  və  ədalət  naminə  gərək  məhsul  onların  buyurduğu 
kimi bölünsün. Başqa heç bir çarə yoxdur. Gərək beşdə birini siz, beşdə dördünü ağa 
özləri  götürsünlər.  Çünki  ağanın  özünün  də  xərci  çoxdur.  Dövlətin  vergisi  var, 
məmur var, nökər var, hamısı ağzını açıb yemək istəyir. 
 
Kəndlilərin arasından etiraz bildirən bir uğultu keçdi, hər yerdən bir səs gəldi: 
– Bəs əvvəlki söz nə oldu? 
– Bizim balalarımız torpaq yesin? 
– Ölsək də, beşdən iki götürəcəyik. 
Bu hay-küy içərisində kütlə hərəkətə gəldi. Onunla ağalar arasındakı dairə xeyli 
daraldı.  Hikmət  İsfahaninin  əsəbiləşdiyini  görən  əmniyyələr  tüfəngin  qundağı  ilə 
camaatı geri oturtdular. Mübaşir Məmməd camaata qışqırdı:  
Bir sakit olun, qoyun sürüsü kimi bir-birinizə dəyməyin! 
Firidun  Musa  kişinin  üsyankar  bir  sifətlə  Hikmət  İsfahaninin  qabağında  dur-
duğunu gördü, üç uşağını sağ tərəfinə, Həsənalının altı yetimini də sol tərəfinə düz-
müşdü. O, Hikmət İsfahaninin qarşısında ikiqat əyilərək: 
– Ağa, dədəm sənə qurban, –  dedi, –  bu tifillərə  bax, bizə yazığın gəlsin. Bax 
görürsən ki, boğazları çöpdən nazik, qarınları tuluq kimi şişib. Niyə? Ac qalmaqdan, 
çirkli  su  içməkdən!  Əyinlərini  də  ki,  Allaha  şükür,  görürsən,  çıl-çılpaqdır.  Bizə 
yazığın gəlsin, ağa! Hamımız bu gündəyik. 
Mübaşir Məmməd yenə əyilib Hikmət İsfahaninin qulağına nə isə pıçıldadı. Hik-
mət İsfahani Musa kişinin üstünə qışqırdı: 
– Heç utanmırsan, kişi?! Üç ildir, su pulunu vermirsən, bir söz demirəm. Bu da 
yaxşılığın əvəzidir? 
Musa kişi yalvardı: 
– Ağa, dədəm sənə qurban, hər il verirəm, qurtarmaq bilmir. Mən verdikcə o artır. 
– Birdəfəlik ver, müamiləsi üstünə gəlməsin! 
– Neyləyək, ağa, verərəm. Sən bu il bizə rəhm elə, bu tifillərin boğazını kəsmə, 
biz də borcundan çıxarıq. Allah kərimdir. 
Hikmət İsfahani yuxarıdan aşağı nifrətlə ona baxdı: 
Yenə var, yoxsa hamısı budur?.. 
Musa kişi sualın mənasını başa düşmədi: 
– Qanmadım, dədəm sənə qurban, nə buyurdun? 
Mübaşir Məmməd dilləndi: 
Ağa buyurdu ki, övladın yenə var, yoxsa hamısı bunlardır? 
Musa kişi ciddiyyətlə cavab verdi: 
– Bu üçdən başqa, biri də var. Yekə qız uşağıdır. Həya elədim, gətirmədim. 
– Bəs bu altısı kimindir? 
– Ağa, başına dönüm, yetim kimi bir şeydilər. Dədələrini ikicə gün əvvəl elə bu-
radaca ilan çaldı. Qıçını kəsməli olduq. İndi əlil-zəlil yatır evdə. Bu yetimlərin ruzi-
sini kəsmə, ağa, rəhm elə! 
– İmam Rza yolçusu kimi zəhləmizi tökmə, kişi! Yana çəkil! 
Allahdan qorx, ağa!.. Fağır çörəyini  yemə, Allahdan qorx! 


 
 
92 
 
Mübaşir  Məmməd  Hikmət  İsfahaninin  qulağına  tərəf  əyildi  və  yenə  nə  isə 
pıçıldadı. Hikmət İsfahani ayağa durdu: 
– Kişi, yəni sən Allaha-zada inanmırsan? – deyə Musa kişinin yaxasından yapışdı. 
Əstəğfürulla elə, dədəm sənə qurban... Əstəğfürulla elə, ağzın quruyar... 
–  Yox,  inanmırsan  deyirəm!  Sən  Allaha  inansan,  gecə  dəclənmiş  buğdanı  xır-
mandan oğurlayıb evinə daşımazsan. 
Musa kişi heyrətlə camaata baxdı. Camaat yerində qurumuş kimi durmuşdu. 
– Buyur, dədəm sənə qurban, o buğda, o da sən. Gecə necə dəclənib, elə də durur.  
Camaat Musa kişinin xırmanına tərəf hərəkət etdi. Mübaşir Məmməd qabaqda, 
dalınca Hikmət İsfahani və onunla gələn başqa üç nəfər gedirdi. Musa kişi balaca 
uşaqları da yadından çıxarıb hamıdan qabaq xırmana tərəf qaçırdı.  
 
 
 
Xırmana çatdıqda hamını heyrət aldı. Doğrudan da, piramida buğdanın dəci po-
zulmuşdu. Hikmət İsfahani Musa kişinin boynundan aşağı basıb dağılmış buğdanı 
göstərdi: 
– Hə, bu, nədir?.. Bu, nədir? 
Musa kişi dəli kimi bir buğdaya, bir də mübaşir Məmmədə və Əli əmniyyəbaşıya 
baxıb qışqırdı: 
– Camaat, inanmayın! Bu, buğdaların hamısını əlimizdən almaq üçün bir bəha-
nədir, yalandır!.. 
Hikmət İsfahani qızardı: 
– Deməli, sən dəci pozmamısan, hə? 
–  Xeyr, Allah bilir ki, mən dəci pozmamışam.  
– Yaxşı, onda yoxlayacağam. Qurana əl basdıracağam. 
 
 
Camaat kənara çəkildi. Sofi İranpərəst yeddi addım sayıb torpaqdan küt bir qalaq 
qayırdı. Quran əlində onun yanında durdu. Camaat gərgin bir vəziyyətdə Musa kişiyə 
baxırdı.  Firidunun  da  nəzərləri  onda  idi.  Onun  gözlərində  ağır  bir  peşmançılığın 
izləri vardı... 
Hikmət İsfahani soruşdu: 
– Hə, di buyur. And iç, sözü qurtaraq, – dedi. 
Musa kişi qıçları əsə-əsə üç addım atdı. Dördüncü addımda dayandı. Dönüb Hik-
mət İsfahaninin qıçlarını qucaqladı: 
– Ağa, mənə rəhmin gəlsin, çevir məni balalarının başına, hamısını götür get, heç 
şey istəmirəm! 
Hikmət İsfahani ayağı ilə onu itələdi: 
– Yox, belə dinsizləri cəzasız qoymaq özü Allahın yanında böyük bir  günahdır, 
– dedi və üzünü Əli əmniyyəbaşıya tutdu: 
– Kəndir gətirin. Bu dinsizi ağaca səriyin, iki yüz çubuq. 
Əli  əmniyyəbaşı  o  biri  iki  əmniyyəyə  baxdı,  qaşını  tərpətdi.  Əmniyyələr  tez 
hərəkət etdilər. Heç kəs səsini çıxarmırdı. Musa kişi ölü kimi başını sallayıb dur-
muşdu. Firidun ona baxır və tərəddüd içərisində düşünürdü. Onun dəci pozub taxıl 
oğurladığına inana bilmirdi. İndiki hərəkətlərini də anlamaqdan aciz qalmışdı. 
••• 
IV 
••• 


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə