Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə35/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   87

 
 
86 
 
Lakin tezliklə bu xəyalından əl çəkməli oldu. Tehrana köçən köhnə tacir Azər-
şəhrdəki malikanəsini satdı. Yeni ərbab çox qəribə xasiyyətə malik idi. Onun hərəkət 
və danışıqlarında, insanlara münasibətində möhkəm və sabit heç bir şey yox idi. O 
gah qarşısına çıxan hər şeyi vurub dağıdacaq bir dəli, gah da hər şeyə laqeyd mü-
nasibət bəsləyən sadəlövh bir sarsaq kimi hərəkət edirdi. On iki yaşlı oğlu isə atasının 
əksinə olaraq, çox aydın xasiyyətə malik idi; bu, dalaşan, vurub sındıran, hay basıb 
ağlayan, qəhqəhə çəkib gülən zırrama bir dəli idi.  Ərköyünlük və  kütlüyün bir nü-
munəsi olan  bu uşaqda ağıl və  düşüncənin əlaməti  belə  yox idi. Dörd il  məktəbə 
getdiyinə baxmayaraq, o, hələ də əlifbanı öyrənə bilməmişdi. Əlinə gələn şeyi vurub 
sındırar, istədiyi adamın başına çırpar, üzünə  tüpürərdi. Heç kəs ona bir söz deyə 
bilməzdi.  Bağa  köçdüklərinin  üçüncü  günü  o,  Firidunu  gizlənpaç  oynamağa  ça-
ğırmışdı. Beşcə dəqiqə keçməmiş dəcəlliyə başlayıb bir kötüyü Firidunun başına en-
dirmək istəmişdi. Firidun kötüyü onun əlindən almış və qarnına bir təpik vurub yerə 
sərmişdi. O, motal kimi yıxıldığı yerdə düşüb qalmışdı. Nəriltisinə həyətə qaçışan 
adamların  içində  ərbab  da  vardı.  Ərbab  gözü  qızmış  dəvə  kimi  özünü  Firidunun 
üstünə atmışdı. Lakin Firidun cəld arxın o tayına atıldıqda ərbab da üzü üstə yerə 
dəymişdi. 
 
– Ay uşaq, tutun bu vələdüznanı! 
Nökərlər  Firidunun  dalınca  tökülüşmüşdülər.  Firidun  ağacdan-ağaca  yel  kimi 
uçaraq hasarı o taya aşmışdı. Bu zaman yerindən durub ətəyini çırpan ərbab Firidu-
nun atasını yanına çağırmışdı. 
– A kişi, sənin gözündən xəyanət tökülür! 
Firidunun atası pambıq kimi ağarmışdı. 
 
–  Ağa,  yüz  ildir,  bu  torpaqda  qulluq  edirik,  on 
sənin  kimi  ərbab  yola  salmışıq,  heç  biri  də  bizdən 
xəyanət görməyib! 
–  Yox,  sən  xain  adamsan,  şələ-şüləni  yığışdır, 
buralarda izini-tozunu görməyim. 
Firidunun atası başqa bir yerdə işləmək istəmişdi. 
Lakin, əvvəla, bir ərbabın qovduğu adama başqa ər-
bablar iş vermək istəməmişdilər. İkinci də, həmin ər-
bab Azərşəhrdən çıxmasa, işin uzun sürəcəyini kişinin 
qulağına çatdırmışdı. Elə o günücə Firidungil doğma 
torpağı tərk etmişdilər. 
 
Azərşəhrdən  ayrıldıqları  gündən  Firidun  ata  və 
anasının  üzündə  dərin  bir  kədər  görürdü.  Onlar  çox 
fikirli idilər. Zahirən təmkinli və mülayim olmağa ça-
lışsalar  da,  gizlin  iztirab  və  əndişələrini  gizlədə  bil-
mirdilər.  Firidun  xüsusən  anasının  çox  sıxıldığını  hiss  edirdi:  arvad  torpaqdan 
qoparılmış bənövşə kimi hər an, hər dəqiqə şikayət etmədən sakitcə saralıb-solurdu. 
Bir gecə uzun yoldan sonra hansı bir karvansaradasa şirin yatdıqları zaman laylaya 
oxşar bir ağlama səsinə Firidun yuxudan ayılmışdı: anası onun başını dizi üstə alaraq 
oturmuşdu.  Firidun  dərhal  anasının  boynuna  sarılaraq  bərk  yatmış  atasını 
oyatmamaq üçün yavaşcadan:  
– Ana can, ağlama! Sən allah, ağlama! – demişdi.   
 
 Tehranda yaşadığı illər 
Firidunun xatirəsində 
necə qalmışdı? 
 Doğma yurdunu, Azər-
baycan kəndlərini xatır-
layan Firidun hansı his-
lər keçirir? 
 Firidunun uşaqlıq illəri 
Azərşəhrdə necə keç-
mişdi? 
 Ailənin Azərşəhrdən di-
dərgin düşməsinə səbəb 
nə oldu? 


 
 
 
87 
 
•  II  mərhələ  •  
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
  •

O  gündən  anası  bir  daha  ağlamamışdı.  Lakin  hər 
gün bir az da çox
 
solmağa-saralmağa başlamışdı: qüs-
sə onun içini yeyirdi. Tehrana atıldıqlarının üçüncü ayı 
elə  beləcə  sakit  bir  şam  kimi  arvad  sönüb  getdi.  Bu, 
Firidunun həyatında ən ağır xatirələrdən biri idi. 
Tehranda onlar çox çətinlik çəkdilər. Bir neçə gün 
bazar  ayağında  qaldılar,  sonra  kiçik  bir  otaq  kirayə 
etdilər. Atası iş tapa bilmədiyi üçün getdikcə əndişələri artırdı. Lakin xoşbəxtlikdən, 
o, xudmani bir bağı və həyəti olan yaxşı br adama rast gəldi; bu, ata-baba tehranlı 
olan, təqribən altmış beş-yetmiş yaşlı qoca bir müəllim idi. Firidunun atası bir ilin 
ərzində  bağın  səliqəsini  dəyişdi.  Yeni  ağaclar  saldı,  yaxşı  güllüklər  düzəltdi, 
cürbəcür peyvənd etdi. Müəllim ondan çox razı qaldı. Birinci aylar Firidun atasına 
kömək edərdi.  
 
 
 
Lakin bu səadət uzun sürmədi. Tehrana gəldiklərinin üçüncü yayında atası qarın 
yatalağı ilə naxoşladı və naxoşluğun yeddinci günü xəstəxanada vəfat etdi. Firidun 
tək qaldı. Təbiətən və tərbiyəsinə görə insanpərvər olan qoca müəllim onu küçələrə 
atmadı, oxutdu. Şəhərdə minlərlə yetim və başsız uşaqları görən Firidunun qəlbi bu 
müəllimə  ömrü boyu unutmayacağı bir minnətdarlıqla dolu idi. 
Ögey qardaşı uşaqlarından başqa, heç kəsi olmayan bu müəllim xəyalpərvər bir 
adam idi. O, dünyadakı bütün fəlakətlərin səbəbini cəhalətdə görürdü.  
Firidun bir il Təbrizdə işlədi. İkinci ili bu qərara gəldi ki, başqalarının gözünü 
açmaq üçün hələ daha artıq biliyə möhtacdır. Buna görə də darülfünuna daxil olmaq 
fikri ilə Tehrana qayıtdı. İlk əvvəl ona atalıq etmiş qocanın yanına getməyi özünə 
borc  bildi.  Böyük həyətin taxta  qapısındakı dəmiri döydü.  Tezliklə  qapı  açıldı  və 
qabağına  tanımadığı  bir  adam  çıxdı.  Üst-başından  nökərə  oxşayan  bu  adam  Firi-
dunun  həyəcanlı  suallarına  qarşı  laqeyd  və  adi  bir  səslə  müəllimin  altı  ay  qabaq 
öldüyünü  və mülkünə  qardaşı  uşaqlarının sahib olduğunu  bildirdi.  Bir  anda  sanki 
böyük bir şəhər Firiduna tamamən yabançı və düşmən göründü. Qoca müəllimin, ata 
və  anasının qəbrini ziyarət etdikdən sonra Təbrizə qayıtmaq istədi, lakin tezliklə bu 
fikirdən əl çəkdi. Yayda Təbrizdə nə edə bilərdi? Kəndə, dayısı Musa kişinin yanına 
getməyi qərara aldı. Yayı orada işlər və payız üçün bir şey düzəldib Tehrana qayı-
dardı... 
Gecə öz pərdəsini yığıb gedir, dan yeri sökülürdü. Firidun Musa dayının “Allahu-
əkbər”  səsinə  yuxudan  ayıldı.  Hava  sakit  idi.  Axşamdan  əsən  meh  gecə  yarısı 
kəsilmişdi.  Buna  baxmayaraq,  çöllərdən,  təpələrdən,  hələ  biçilib  qurtarmamış  və 
başını  aşağı  dikmiş  zəmilərdən  yüngül  və  sərin  bir  hava  otların  iyini,  sünbüllərin 
qoxusunu xırmana gətirirdi. 
 
Nə üfüqlərdə, nə də göy üzündə bir tikə bulud yox idi. Mavi boşluqlar göz iş-
lədikcə uzanıb gedirdi. Gündüz çox isti olacaqdı. 
Firidun  qalxıb  üst-başını  təmizlədi,  gecənin  ayazında  buz  kimi  olmuş  kuzənin 
suyu ilə əl-üzünü yudu. Sanki ona yeni bir həyat gəldi. Balaca ot tayasının yanında 
••• 
II 
•••  
 Ananın ölümünə səbəb, 
sizcə, nə idi? 
 Müəllimin evində iş ta-
pılması bu kiçik ailənin 
həyatında hansı dəyişik-
liyə səbəb oldu? 


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə