Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə33/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   87

 
 
 
81 
 
•  II  mərhələ  •  
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
  •

Gündüz  gözü mənim lampam keşmədi
Sel də basdı, emmiz dolub göl oldu, 
Çox yazığın evi çönüb çöl oldu. 
 
Bu baxçadan alçaları dərərdik, 
Qış adına çıxıb damda sərərdik
Hey də çıxıb yalandan çöndərərdik, 
Qış zumarın yayda yeyib doyardıq, 
Bir külli də minnət xalqa qoyardıq. 
 
Evlər qalır, ev sahibi yox özü
Ocaqların ancaq işıldar közü, 
Gedənlərin az-çox qalıbdır sözü, 
Bizdən də bir söz qalacaq, ay aman! 
Kimlər bizdən söz salacaq, ay aman! 
 
Aşıq deyər: Bir nazlı yar var imiş, 
Eşqindən odlanıb yanar var imiş
Bir sazlı, sözlü Şəhriyar var imiş, 
Odlar sönüb, onun odu sönməyib, 
Fələk çönüb, onun çarxı çönməyib. 
 
Heydərbaba, alçaqların köşk olsun, 
Bizdən sonra qalanlara eşq olsun
Keçmişlərin gələnlərə məşq olsun, 
Övladımız məzhəbini danmasın, 
Hər içiboş sözlərə aldanmasın!
 
 
 
 
1. Əsərin birinci hissəsini oxuyun (bunu fərdi səssiz oxu, səsli oxunun dinlənilməsi və s. şəkildə yerinə 
yetirə bilərsiniz). 
2. İlkin təəssüratınızı siniflə bölüşün. 
3. Parta yoldaşınızla birlikdə aşağıdakı tapşırıqları yerinə yetirin: 
a)  Tanış olmayan, fərqli yazılan sözlərin, ifadələrin mənalarını aydınlaşdırmağa çalışın. 
b)  Ayrı-ayrı  misralarda  ifadə  olunmuş  və  ilk  oxuda  başa  düşmədiyiniz  fikirləri  açıqlamağa  səy 
göstərin. 
c)  Müəyyənləşdirdiyiniz bədii təsvir və ifadə vasitələrinin növünü dəqiqləşdirin. 
 
4. Aşağıdakı suallara cavab hazırlayın: 
–   Hansı təbiət hadisələri, təbiət gözəllikləri əsərdə geniş əks olunub?  
–   Əsərdə xalqımızın hansı adət-ənənələri xatırlanıb?   
–   Novruz bayramının keçirilməsi necə yada salınıb? 
–   Kənd adamlarının həyat tərzi, məşğuliyyəti əsərdə neçə təsvir edilib? 
–   Uşaqlıq illərinin xatirələri əsərdə necə yada salınıb?  
–    Əsərdə doğma yurdla bağlı hansı arzular ifadə olunub? 
5. Kiçik qruplarda birləşərək yerinə yetirdiyiniz bütün işlərin nəticələrini müzakirə edin və ümumi-
ləşdirin. 
6.  Təqdimatlar əsasında fikir mübadiləsi və müzakirə aparın. 
I   d ə r s 
M ə z m u n   ü z r ə i ş


 
 
82 
 
 
a)  Poemanın ardını (ikinci hissə) oxuyun. 
b)  Tanış olmayan sözlərin mənasını aydınlaşdırın. 
 
 
1.  Evdə oxuduğunuz hissəni bir daha nəzərdən keçirin, kiçik qruplarda birləşərək tapşırıqları yerinə yetirin: 
a)  Sizin üçün ayrılmış bəndlərdəki söz və ifadələrin mənasını dəqiqləşdirin. 
b)  Ayrı-ayrı misralarda ifadə olunmuş və ilk oxuda başa düşmədiyiniz fikirləri aydınlaşdırmağa 
çalışın. 
c)  Müəyyənləşdirdiyiniz bədii təsvir və ifadə vasitələrinin növünü dəqiqləşdirin. 
d)  Üzərində  işlədiyiniz  bəndlərin  məzmununa  aid  üçdən  az  olmayaraq  sual  və  onlara  cavab 
hazırlayın. 
2.  Təqdimatlar əsasında fikir mübadiləsi və müzakirə aparın. 
 
• Bilik və bacarıqlarınızı tətbiq edin. 
3.  Müzakirə edin: Poemanın ikinci hissəsi məzmunca birinci hissədən fərqlənirmi? 
4. “Heydərbabaya salam” əsərinin poema janrında olduğunu təsdiq edən bir neçə cəhət yazın. 
 
 
• “Heydərbabaya salam” əsəri və onun müəllifi haqqında təəssüratım” mövzusunda təqdimata hazırlaşın.
 
 
 
• Əsərin təhlilinə hazırlaşın. 
1.  Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ordakı fikirlərdən faydalanın. 
Əsər nəinki Azərbaycan, eləcə də dünya ədəbiyyatında lirik poemanın nadir incilərindən biridir. 
Uşaqlıq  illərini  Heydərbaba  dağının  ətəklərində,  Xoşginab,  Şəngilova,  Qayışqurşaq,  Qaraçəməndə 
keçirən Şəhriyarın hafizəsində bu yerlərlə bağlı xatirələr silinməz iz buraxmşıdır. Bu torpağın əsra-
rəngiz  təbiəti,  xalq  həyatının  ayrı-ayrı  məqamları,  insanların  unudulmaz  siması,  müxtəlif  hadisələr 
şairin yaddaşına həkk olunmuş, illər sonra poemada bədii lövhələrə çevrilmişdir.  
Əsər ana dilimizin möhtəşəmliyini təsdiq edən poetik abidədir. Şifahi xalq ədəbiyyatının ruhu, xalq 
etnoqrafiyasına məxsus cizgilər və canlı xalq dili bir-birinə qovuşmuş, nəticədə təkrarolunmaz  gözəl-
liyi  ilə  seçilən  ölməz  sənət  əsəri  meydana  gəlmişdir.  Bənzərsiz  bədii  təsvir  və  ifadə  vasitələrindən 
orijinal tərzdə istifadə poemanın poetik qüdrətini artıran amillərdəndir. Əsərlə bağlı tapşırıqları yerinə 
yetirərkən  deyilənləri  nəzərə  almaqla  yanaşı,  bədiiliyi  təmin  edən  digər  vasitələri,  müəllifin  bəzən 
üstüörtülü ifadə etdiyi mühüm mətləbləri aydınlaşdırmağa çalışın.   
 
 
2.  Əsər xoşunuza gəldimi? Səbəbini izah edin. 
3.  Bu əsəri yazmaqda şairin məqsədi, sizcə,  nə olmuşdur? 
4.  “Poemada ciddi ictimai və siyasi problemlər əksini tapmışdır” fikrini doğru saymaq olarmı? 
Fikrinizi nümunələrlə əsaslandırın. 
5.  Əsərin bədii cəhətdən kamil olmasının başlıca səbəbləri, sizcə, hansılardır? 
6.  Əsərdəki başlıca fikir – ideya, sizcə, nədir? 
 
 
• Mövzulardan birini seçib təqdimata hazırlaşın. 
a) Poema şairin xalqına və vətəninə sonsuz sevgisinin bədii ifadəsidir. 
b) M.Şəhriyarın ana dilində yazdığı bədii əsərlər. 
 
 
E v d ə   i ş  
I I   d ə r s 
M ə z m u n   ü z r ə   i ş  
“Heydərbabaya salam” poemadır, çünki ...
 
E v d ə   i ş  
I I I   d ə r s 
T ə h l i l   ü z r ə   i ş  
 
A r a ş d ır ı n  •  F i k i r l ə ş i n   •  C a va b   v er i n 
 
E v d ə   i ş  


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə