Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə41/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   87

 
 
 
103 
 
•  II  mərhələ  •  
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
  •

heç gileyə enməmiş,  
heç kəsə baş əyməmiş olsun. 
Bir ömür ki,  
həm yoxuşu şərəfli, 
həm dözümlü enişi.  
Bir insan ömrü – 
kişi ömrü, kişi. 
 
 
 
 
1.  Əsəri fərdi səssiz olaraq oxuyun. 
2.  Şeirin misraları üzərində düşünün, onlarda ifadə olunmuş fikri anlamağa çalışın. 
3.  Kiçik  qruplarda  birləşərək  qənaətlərinizi  bölüşün,  aydınlaşdırılmasına  ehtiyac  duyduğunuz 
mətləbləri müzakirə edin. 
4.  Çıxardığınız nəticə barədə təqdimatlar əsasında fikir mübadiləsi və müzakirə aparın. 
5.  Mövzulardan birini seçib təqdimata hazırlaşın: 
a)  “Çinar ömrü” ifadəsi məndə hansı təəssürat yaratdı? 
b)  Əsər mənə hansı suallara cavab tapmaqda yardımçı oldu? 
6.  Əsərdə müəyyənləşdirdiyiniz bədii təsvir və ifadə vasitələrinin növünü dəqiqləşdirib cədvəldə qeyd 
edin. 
Bədii təsvir və ifadə vasitələrinin işləndiyi misralar 
Bədii təsvir və ifadə vasitələrinin növü 
 
 
 
 
• Şeir haqqındakı fikirlərinizi ikihissəli gündəlikdə qeyd edin. 
 
 
1.  Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ordakı fikirlərdən faydalanın. 
Tanış olduğunuz şeir təkcə şairin yaradıcılığında deyil, ədəbiyyatımızda maraqlı ədəbi hadisə kimi 
dəyərlidir. Əsərdə insan mənəviyyatı, onun həyatda mövqeyi, məqsədi ilə bağlı suallara cavab axtarılır. 
Şeirdə oxucunu düşündürən ciddi mətləblər maraqlı, orijinal təsvir və ifadə vasitələrindən istifadə yolu 
ilə əks  etdirilmişdir.  Bütün  bunların  aydınlaşdırılması  üçün  əsərin  üzərində  müşahidələrinizi  davam 
etdirməli, sizə təklif olunan tapşırıqların üzərində diqqətlə işləməlisiniz. Eləcə də sərbəst şeir və simvol 
haqqında burada deyilənləri mükəmməl mənimsəməli, “Çinar ömrü”nə tətbiq etməyə çalışmalısınız. 
Ədəbiyyatımızda heca və əruz vəznləri ilə yanaşı, sərbəst şeirdən də istifadə olunur. Əgər heca 
vəznində hecaların sayı, kəmiyyəti, əruz vəznində hecaların uzun-qısalığı, keyfiyyəti əsas götürülürsə, 
sərbəst şeirdə  bu tələblər gözlənilmir. Belə şeirin başlıca xüsusiyyətləri misraların quruluşunda, qafiyə 
sistemində müəyyən sərbəstliyin olmasıdır. Belə ki, sərbəst şeirlərdə misraların uzunluğu, bölgülərin 
sayı  fərqli olur. Misralardakı sözlər səpələnmiş olsa da, müəyyən daxili ahəng, poetik intonasiya 
gözlənilir. Məhz buna görə də yazılışından fərqli olaraq, deyilişində – səslənməsində əsərin sərbəst şeir 
formasında olması hiss olunmur.  
Sərbəst şeirdə misralar həm dalbadal, həm də çarpaz qafiyələnir. Əksər hallarda isə qafiyələnmə 
bir neçə misradan sonra özünü göstərir. 
Çinar getdi;  
könüllərdə yanğısı,  
yeri qaldı.  
Dodaqlarda xan çinarın  
I   d ə r s 
M ə z m u n   ü z r ə i ş
 
E v d ə   i ş  
I I   d ə r s 
T ə h l i l   ü z r ə   i ş  


 
 
104 
 
bahar nəğmələri qaldı.  
Əlli olsun, yüz olsun,  
neçə-neçə əsr olsun, 
Ömrün ilk günü,  
son günü var. 
Beş yüz ildən bir əskik  
yaşadı çinar. 
 
Burada “yeri qaldı”, “var” sözləri ilə həmqafiyə olan “nəğmələri qaldı”, “çinar” sözləri iki misra-
dan sonra işlənmişdir.  
Aşağıdakı nümunədə isə həmqafiyə sözlər (qışdı, qurumuşdu) dalbadal işlənmişdir. 
Nə payızdı, nə qışdı...  
Bir çinar qurumuşdu.  
Sərbəst  şeirdə misraların bir və ya bir neçə sözdən ibarət olması, qafiyələnmənin özünü fərqli 
qaydada göstərməsi  əsərdə müəllif niyyəti ilə bağlıdır. Bütün bunlar sənətkara  əsərin məzmununu, 
oradakı fikirləri daha qabarıq, təsirli çatdırmağa imkan verir.  
Bəzən sənətkar öz niyyətini üstüörtülü şəkildə əks etdirir. Yəni əsərdə diqqətə çatdırmaq istədiyi mətləbi 
açıq demir, işarələrlə nəzərə çarpdırır. Başqa sözləsimvoldan – fikri əyaniləşdirən, daha qabarıq ifadə edən 
obrazdan istifadə edir. “Simvol” yunan sözüdür, əlaqə, işarə, rəmz deməkdir. O, məcazın həm xalq yara-
dıcılığında, həm də yazılı ədəbiyyatda geniş istifadə olunan növlərindəndir. Məsələn, şifahi ədəbiyyatda şir 
güc-qüvvət, tülkü hiyləgərlik, qılınc igidlik, qəhrəmanlıq rəmzi kimi işlənir. Yazılı ədəbiyyatda da ayrı-ayrı 
obrazlar simvollaşdırılır və fikrin yeni, maraqlı ifadə forması tapılır:  
Mən çıxmağa təpə yox, uca dağ istəyirəm, 
Həyatı həyat kimi yaşamaq istəyirəm! 
Bu misralarda zahirən təpədən, dağdan danışılsa da, əsl mətləb başqadır. Lirik qəhrəman kiçik 
qələbələrlə (“təpəyə  çıxmaqla”) məhdudlaşmaq niyyətində deyil, o, böyük uğur qazanmaq (“dağa 
çıxmaq”) arzusundadır.  
Rəmzlərdən istifadə fikrin çoxmənalı anlamına səbəb olur ki, bu da oxucunu düşündürür.  Əsl 
mətləbin üzə çıxarılması isə oxucuya estetik zövq verir, emosionallığın güclənməsinə səbəb olur.  
Çinar ədəbiyyatımızda vüqar, məğrurluq, ucalıq ifadə edən rəmzi (simvolik) obraz kimi işlənir.  
 
 
2.  Şeir hansı mövzuda yazılmışdır? Sizcə, bu əsərdə şairi düşündürən başlıca problem nədir?  
3.  Əsərdə çinar ömrü hansı məqsədlə xatırlanır? Fikrinizi nümunələrlə  əsaslandırın. 
4.  Əsərdə dönə-dönə xatırladılan “yaranan bir gün öləcəkdir” fikri ilə başlıca problem arasında əlaqə 
varmı? Fikrinizi nümunələrlə əsaslandırın. 
5.  Əsərin bədii gözəlliyini təmin edən vasitələri müəyyənləşdirin. Cədvəldən istifadə edin. 
 
6.  Şeirin sərbəst vəzndə yazıldığını nümunələrlə əsaslandırın. 
7.  Şeirdəki başlıca fikir – ideya, sizcə, nədir? Cədvəldə tələb olunanları qeyd edin.            
Əsərin ideyasının açıqlanmasında əhəmiyyətli olan söz, ifadə və 
cümlələr 
Belə düşünməyimin səbəbi 
 
 
 
a)   “Əsər şərəfli ömür haqqındakı düşüncələrimə nə əlavə etdi?” mövzusunda təqdimata hazır-
laşın.  
b)  R.Rzanın “Çinar” adlı şeirini oxuyun. Tanış olmayan sözlərin mənasını aydınlaşdırın. 
Əsərdə bədiiliyi təmin edən vasitələr 
Vasitələrin nümunələrlə əsaslandırılması 
 
 
 
A r a ş d ır ı n  •  F i k i r l ə ş i n   •  C a va b   v er i n 
 
E v d ə   i ş  


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə