Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə44/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   87

 
 
110 
 
Havadan od ələnirdi. Kövşənlərdən qalxan ilğım təndir alovu kimi havanı yalaya-
yalaya boz təpələri aşıb kəndin üstünə yayılır, oradan da suyu işıldayan Kürün üstündən 
keçib  Qarayazı  meşəsinin  ağaclarını  qarsıyırdı.  Niftalı  koxanın  kölgəsində  uzandığı 
ağacların  gövdəsinə  yapışmış  cırcıramalar  səs-səsə  verib  elə  cırıldayırdılar  ki,  adam 
qulağını  tutmalı  olurdu.  Niftalı  koxanı  isti,  üstəlik  də, 
cırcıramaların səsi təntitmişdi. Ayaqlarını suya salıb sə-
rinləmək və sinəsini, başını yuyub bir az dincəlmək is-
tədi. Ayağa durdu, yaxası qaytanlı köynəyini soyundu, 
arxa yaxınlaşıb  oturdu. Əlini suya uzatdı. Kür tərəfdən 
uzanıb qəbiristanlığın yanından dikdirə qalxan tozlu-torpaqlı yolla gələn atlıları görmədi. 
Cırcıramaların  səsi  qulağına  düşdüyündən  atların  fınxırtısını,  üzəngilərin  cingiltisini, 
ayaq tappıltılarını eşitmədi. Bircə onu hiss etdi ki, güllə açildı, kürəyi qovuşdu.
 
Əlini 
sudan çəkib qamətini düzəltdi, qanrılıb dala baxdı. Gördü ki, atlıların biri yüyəni çəkib 
atı şahə qaldırdı, geri dönüb kiminsə üstünə qışqırdı, qamçı şaqqıldadı: 
– Namərd köpəkoğlu! 
Daha heç nə eşitmədi. Kövşənlərin xışıltısı, yarpaqların pıçıltısı, arxın şırıltısı, cır-
cıramaların  səsi  birdən-birə  zəiflədi,  uzaqlaşdı  və  eşidilməz  oldu.  Havanı  qarsalayan 
ilğım elə bil qor kimi gözünə doldu, bəbəklərinin önündə dalğalandı və dumana çevrildi, 
hər şey bu dumana büründü... 
  
 
 
Kərəm atdan sıçrayıb özünü ağacın altına yetirdi və Niftalı koxanın başını dizinin 
üstə aldı. Güllə kürəyindən dəyib sinəsindən çıxmışdı. 
Gözləri qapalı idi. Təkcə dodaqlarının xəfif titrəyişindən bilinirdi ki, hələ nəfəsi var. 
Kərəm aralarına qan düşüb düşmənçilik başlayandan bəri onu belə yaxından görməmişdi. 
Kişi xeyli dəyişmişdi. Balaca buxaq bağlamış, sifəti qaralmış, qalın bığı azca codlaşmış, 
gicgahları ağarmışdı. Gözlərinin ətrafinda xırdaca qırışlar əmələ gəlmişdi. Kərəm hiss elə-
di ki, Niftalı koxanı qan aparır. Təntidi. Əlini atıb köynəyin yaxasını açdı və bilmədi, kişiyə 
necə  kömək  eləsin.  Elə  bil  bunu  Niflalı  koxa  da  hiss  etdi.  Qımıldandı.  Göz  qapaqları 
aralandı. Zənlə Kərəmin üzünə baxdı. Torlanmış bəbəklər lal sular kimi durğunlaşdı və 
birdən-birə genişləndi. Kərəm hiss etdi ki, koxanın bədəni titrəyib dartındı, elə bil kişinin 
canından üşütmə keçdi. Onun da bədəni gizildədi. Qəhərləndi.  
– İndi mən neyləyim, ay Niftalı, Gəncəyə gedə bilmərəm, Tiflisə də ki əlim çatmaz. 
Sənin dərdinə nə çarə qılım? 
Kişi səs eşidib əvvəlcə diksindi, sonra dirçəldi. Başıni azacıq qaldırıb bulanıq göz-
lərini qarşısındakının üzünə zillədi. Deyəsən, kimin dizinin üstündə olduğunu başa düş-
dü. Əvvəlcə həyəcanlandı. Kərəm onun gözlərindəki işartının səyridiyini hiss etdi. Ölə-
ziməkdə olan çıraq təki atılıb-düşən bu həyat işartıları titrədiyi kimi də birdən-birə sa-
kitləşdi. Dodaqları tərpəndi: 
– Kərəm? 
– Düz tanımısan, Niftalı, mənəm. 
– Lap yaxşı, sən olmağın yaxşıdır. 
Bu söz Kərəmi sarsıtdı. Elə bil dizinin üstündə can verən qanlı düşməni yox, əziz bir 
adamıydı. Elə bil bu adam həmişə dağda-dərədə onun izinə düşən, onun qanına susayan, 
fürsət tapan kimi ələ verməyə hazır olan adam deyildi. Düşmənçilikdən çox-çox əvvəl 
bir yerdə oynadıqları, Kürü üzüb Qarayazıya keçdikləri, atları yalmanlayıb kənd arası ilə 
••• 
II 
•••  
  • Niftalı koxanın ehtiyatı 
əldən verməsinə səbəb 
nə oldu? 


 
 
 
111 
 
•  II  mərhələ  •  
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
  •

çapdıqları  uşaqlıq  dostu,  uşaqlıq  sırdaşı  idi.  İndi  isə  bir-birlərinin  üzünə  həsrət  qal-
mışdılar. Yaraqlı-yasaqlı idilər. O, Kərəmə yaxın düşə bilmirdi, Kərəm də ona. Kərəm 
tüfəng götürüb dağlara-daşlara düşmüşdü. At belində ömür keçirirdi. Başının dəstəsi ilə 
Tiflisdən vurub Gəncədən çıxır, Dilican dərəsində haqq-ədalət divanı qurur, dağları aşıb 
Arazı keçir, sorağı gah İrəvandan gəlirdi, gah da İrandan. Niftalı koxa isə evində, qohum-
qardaşının əhatəsində səksəkə içində yaşayırdı. Koxa olandan sonra dəyişmişdi. Kərəm 
ona bir neçə dəfə ismarıc eləmişdi ki, kənd adamlarına dəyib-dolaşmasın, amma xeyri 
olmamışdı. Kərəm onu axtarırdı, çoxdan axtarırdı qulaqburması vermək üçün. 
– Dəstəndə təzə adam varmı? 
Kərəm güclə eşitdiyi bu sözlərin cavabını xeyli ləngitdi. 
– Var. 
– Kimdi? 
– Mürşüd. 
– O gədamı? 
Bu  söz  Kərəmin  ortasından  beşaçılan  gülləsi  kimi  keçdi.  Elə  bil  gözünə  qaranlıq 
çökdü. Yaralandı, yaman yaralandı. 
Mənə pənah gətirdi, neyləyim? 
Bizə də pənah gətirmişdi, axırını ki gördün. 
Kişi inildədi. Kərəmə elə gəldi ki, onu incidən yaranın ağrısı deyil, əməyinin, zən-
ninin itməsinin ağrısıdır. 
Niftalı  koxanın  sifətini  soyuq  tər  basdı,  üz-gözünü  qırışdırdı,  sonra  bu  ağrı  və  iz-
tirabların əvəzində çöhrəsində təbəssümə bənzər bir ifadə sezildi. 
– İndi arxayın ölə bilərəm... Şükür Allaha, zənnim puça çıxdı... Yoxsa o dünyaya nisgilli 
gedəcəkdim. Çox şükür, Kərəm, gözümdən düşmədin... Başımı bir azca yuxarı qaldır. 
Kərəm onun qoltuğunun altından tutub dizlərinə dirsəkləndirdi. Kişi ağrını udub sakitləş-
di. Sifətindən quş nəfəsinə bənzər xəfif bir dirilik işığı ötdü. Uzaqlara baxdı. Kərəm hiss etdi 
ki, onun torlanmaqda olan gözü Kürün o üzünə, Ceyrançöl düzənliyindən sürüşüb sahil boyu 
uzanan Qarayazıya, bir az bəridəki kənd evlərinə, biçənəklərə, kövşənlərə, dərz tayalarına, 
mal-qara  haylayan  uşaqlara  zilləndi.  Biçənəklər  yerlərində  quruyub  qalmışdı.  Yenə  meh 
əsirdi, yenə taxıl zəmiləri xışıldayır, yenə arxın suyu qırçınlanıb axır, yenə cırcıramalar zil 
səslə cırıldayırdı. Niftalı koxanın gözünün önündən təndir istisinə bənzər dalğa-dalğa ilğım 
keçirdi. Ancaq o ayırd edə bilmirdi ki, gözümü torlanır, yoxsa ilğımmı keçir? 
Birdən  dirçəlib  üzünü  ətrafdakı  atlılara  çevirdi.  Baxışları  ilə  Kərəmin  yoldaşlarını 
bir-bir süzdü. Gözü Mürşüdə sataşanda yenidən yay kimi dartınıb gərildi. Kərəm gördü 
ki, kişinın halı birdən-birə dəyişdi, yanaqlarına elə bil qızartı çökdü. Bu qızartı son dö-
yüntülərini keçirən ürəyin damarlara vurduğu axırıncı qan damlalarının qızartısı idi. Ki-
şinin öləziməkdə olan gözləri Kərəmin üzünə zilləndi. 
– Kərəm, bircə diləyim var... 
– De görum. 
– Naqanını çıxart, məni alnımdan özün vur. 
– Nə danışırsan? 
Qoy desinlər ki, Niftalı koxanı Qaçaq Kərəm öldürüb... Kişini kişi öldürər, qardaş, 
gəda-güda yox. 
– Əlim qalxmaz. 
Kişinin  sinəsi  qalxdı  və  asta-asta  endi.  Kərəm  qəhərləndi.  Boğazına  yığılmış
 
yaşı 
güclə uddu. Gözləri ilə axtarıb Mürşüdü tapdı. Əlləri əsdi. İstədi, tüfəngi
 
hərləyib elə 
buradaca, tülkü kimi büzüşmüş namərdi qanına bulasın
.
 Amma fikrini dəyişdi. “Onsuz 


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə