Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə43/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   87

 
 
108 
 
dincələrdi. İndi də həmişəki kimi, elə yarlı-yaraqlı palazın üstünə keçib mütəkkəyə dir-
səklənmək  istədi.  İstədi  ki,  isti  təntitsə  də,  nə  çəkmələrini  soyunsun,  nə  də  tüfəngini, 
qoltuqaltısını çıxarıb yanına qoysun. Amma gördü ki, mümkün deyil, tər yuyub aparır. 
Bir də kimdən qorxacaqdı? Kərəm, yəqin ki, bu saat Dili-
can  tərəfdədir,  yayın  istisində  buralarda  olmazdı.  Olsa 
da, qorxusu yoxdu. Kərəm heç vaxt əliyalın adama güllə 
atmazdı. Bircə o gədədən ehtiyat edirdi. Kənddən qaçan-
dan sonra buralarda, kolda-kosda dolaşırdı... 
Tüfəngini  ağaca  söykədi,  çəkmələrini  soyundu,  ya-
xası qaytanlı köynəyinin düymələrini boşaltdı və palazın 
üstünə uzanıb mütəkkəyə dirsəkləndi.  
Cib  dəsmallarının  uclarını  düyünləyib  başlarına  keçirmiş  biçinçilərin  oraqları  cin-
gildəyirdi. Bu cingiltilər kövşənlərin xışıltısına qarışmışdı. Biçinçilər tələsirdilər. Onlar 
da istəyirdilər ki, işlərini tezcə qurtarıb aldıqları haqqı elə buradaca, aranda, xırmanda 
döyüb, taxıllarını yaylağa, balalarına aparsınlar. Elə Niftalı koxa da tələsirdi.
 
El çoxdan 
yaylağa  qalxmışdı.  Amma  o,  köçünü  saxlamışdı.  Sözün  düzü, kənddə tək  qalmaqdan 
ehtiyatlanırdı. Elə biri gəlmə Mürşüd. Onun əslinin-nəslinin haradan olduğunu kənddə 
heç kəs bilmirdi. Bircə o məlum idi ki, çoxdan, lap çoxdan, Niftalıgilin doqqazında üstü-
başı  yamaqlı,  acından  hülqumu  qalxıb-enən,  məlul-müşkül  baxışlı  bir  oğlan  boynunu 
büküb dayanmışdı. Əlində əsa, çiynində nimdaş heybə, başında tükü tökülmüş papaq var 
idi. Soyuqdan üzünün tükləri biz-biz durmuş, dodaqları qaysaqlanmışdı. Gözü batmış 
quyunun dibindəki su kimi güclə işıldayırdı.  
Səs-küyə bayıra çıxdılar, itlərə acıqlandılar, “A bala, kimsən?” – deyə doqqazdakını 
səslədilər. Niftalının atası kürkünü çiyninə saldı, oğlu ilə bərabər doqqaza çıxdı, har-
dansa azıb gəlmiş bu Allah bəndəsinə diqqətlə baxdı və başa düşdü ki, bura adamına 
oxşamır. Son vaxtlar belələrinə tez-tez rast gəlmək olurdu. Ya düşmənini öldürəndən 
sonra baş alıb buralara pənah gətirir, ya da bir parça çörək ucundan çöllərə düşürdülər. 
Kişi oğlanı təpədən-dırnağa diqqətlə süzdü və “Yox, bu, adam öldürüb qaçana oxşamır, 
– deyə ürəyindən keçirdi, – yəqin, başqa əmması var”. Əslinə baxsan, kişinin oğlanın 
çuxura düşmüş gözlərindən xoşu gəlməmişdi.  
Elə bil qərib bunu hiss etdi, qışın girhagirində qapıdan geri qaytarılacağını başa düşdü 
və səsinə yazıqlıq verdi:  
– Qaçqınam, ay dayı, heç kimim yoxdu.  
Kişi  oğlunun  üzünə  baxdı,  Niftalı  isə  gözünü  qaçqının  yırtıq  çarığından  çıxmış 
barmağına zillədi.  
– Buranı sənə kim nişan verib?  
–  Heç  kim.  Yolu  əlimə  alıb  gəlmişəm.  Qapınıza 
pənah gətirmişəm.  
Ata oğula baxdı, oğul da ataya.  
– Adın nədir?  
– Mürşüd.  
Düzmü deyirdi, Allah bilir, kağızı yox, şahidi yox, gəl-
mə adam idi. Elə o gündən ona kənd arasında “gəlmə Mürşüd” dedilər.
 
Əvvəlcə mala baxdı, 
sonra əkinə-biçinə getdi. Niftalıynan dostlaşıb lap qardaş oldular. Atası öləndən sonra Niftalı 
ona torpaq da verdi. Köməkləşib balaca bir daxma da tikdilər, mal-qaradan pay ayırıb bir at 
da bağışladı.
 
Qohum qızlardan birini də alıb onu ev-eşik elədi. 
 
  • Kərəm haqqında sizdə 
hansı təsəvvür yarandı? 
• Biçinçilərin və Niftalının 
işin tez qurtarmasını arzu-
lamalarına səbəb nə idi? 
  Mürşüdün gəlişinin təs-
virində diqqətinizi daha 
çox çəkən nə oldu? 
• “Gəlmə Mürşüd”ün kənd-
də möhkəmlənib qal-
masına səbəb nə oldu? 


 
 
 
109 
 
•  II  mərhələ  •  
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
  •

Gəlmə Mürşüd diribaş idi. Əlinə maya salandan sonra Tiflisə, Gəncəyə ayaq açdı. 
Dolanışığı da yaxşılaşdı, özü də gümrahlaşdı. 
Niftalı bir gün eşitdi ki, Mürşüd arvadını incidir. Həftələrlə evə gəlmir, şəhərdə kef-
də-damaqdadır, uşaqlarına baxmır. Ürəyi götürmədi. Yanına çağırdı. İki-üç gün gözlədi, 
amma Mürşüddən cavab çıxmadı. Bir gün yolda qabaqlaşdılar. 
– Niyə görünmürsən?  
– Nə olub, görünməyim vacibdir? 
– Bəlkə, bir sözüm var? 
– Sənin mənə nə sözün ola bilər? 
– Ə, nə yekə-yekə danışırsan? 
– Danışmayanda, susmayacağam ki? 
Atlar  yüyəni  gəmirib  fınxırışdılar.  Döş-döşə  gəlib  dal  ayaqları  üstündə  fırlandılar. 
Yolun tozu göyə qalxdi.  
– Ə, deyəsən, gözün ayağıyın altını seçmir?! Nə tez havalandın, bala?! 
– Artıq-əskik danışma, sözünü de! 
Niftalı kişi hirsini zorla boğdu.  
Bir də eşitsəm ki, arvad-uşağa əl qaldırıbsan, özündən küs, bildin?! 
– Qələt eləyərsən, keçmişini də yanına alarsan!  
– Ə, gəlmə köpəkoğlu, mənə cavab qaytarırsan?! 
Qamçının göydə şaqqıldamağı ilə Mürşüdün atın dırnağının dibinə düşməyi bir oldu. 
Niftalı koxa elə yəhərin üstündən onu budarladı. At da 
sahibi kimi qəzəblənib onu tapdaladı. Koxanın hirsi so-
yumadı. Sıçrayıb yəhərdən düşdü. Toz-torpaq içində qıv-
rılan gəlmənin yaxasından tutub yoldan kənara sürüdü. 
Xəncər havada parıldadı: 
–  Qələt  eləmişəm  keçmişimlə,  ay  Niftalı,  məni  öldürmə,  balalarım  yazıqdı.  Sən 
dədəyin goru, məni çevir uşaqların başına, savab iş görərsən. 
Koxanın qolu boşaldı. Mürşüdün quyunun dibində işıldayan suya bənzər gözlərinə 
nifrətlə baxdı və yaxasını buraxdı: 
– Di get, qurban ol evdəkilərə.  
Mürşüd dinməz-söyləməz ayağa durdu. Üstünün to-
zunu  çırpdı,  elə  dinməzcə  də  yəhərin  qaşından  yapışıb 
atın belinə qalxdı.
 
Bir xeyli sakitcə kəndə doğru sürdü və 
birdən yüyəni dartıb geri qanrıldı: 
– Yaxşı, a koxa, bu hayıfı səndən almasam, kişi de-
yiləm. 
 
Koxa atı minib tüfəngi hərləyənəcən tozlu yolda gözdən itdi. Səhərisi də eşitdi ki, 
başını götürüb evdən qaçıb... 
Niftalı koxalığa keçəndən sonra istəsə də, istəməsə də, xətrə dəyməli olurdu. Divan-
dərədən nə qədər uzaq gəzsə də, onların gözünə sataşmamağa çalışsa da, olmurdu, axta-
rıb  tapır,  üzünü  danlayırdılar  ki,  filan  oğrunu  niyə  tut-
mamısan, filan qaçağa niyə çörək veriblər, niyə qoyubsan 
Qaçaq Kərəm Kürdən keçib yaylağa qalxıb? Deməyə nə 
var? Amma belə şeylərdən ötrü el-oba ilə üz-göz ol, gö-
rüm necə olursan? Vəzifə boyunduruq kimi bir şeydir. Elə ki boynuna qoydular, belinə 
minib  istədikləri  səmtə  sürəcəklər.  Ya  gərək  dözəsən,  ya  da  gərək  onları  da  özünlə 
bərabər sürüyüb boyunduruqlu-moyunduruqlu tökəsən Kürə!  
• Niftalı ilə Mürşüdün 
arasında münaqişənin 
yaranmasının əsl səbəbi 
nə idi? 
• Bu qarşılaşma Mürşüd 
haqqında təsəvvürünüzə 
yeni nə əlavə etdi? 
• Niftalı koxa haqqındakı 
təsəvvürünüz nə ilə 
zənginləşdi? 


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə