MüSTƏQİLLİYİMİZ



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə157/164
tarix02.10.2017
ölçüsü3,36 Mb.
#2626
1   ...   153   154   155   156   157   158   159   160   ...   164

______________________________________________ 

493


 

 edirdim, Bakıda bir dilənçi tapmaq mümkün idimi? Yox. Çörəyin qiyməti 20 

qəpik,  ətin qiymətı 2 manat 20 qəpik, yağın qiyməti 3 manat 20 qəpik idi. 

Mən gedirdim ət mağazalarına, qəssablarla dava edirdim ki, siz üçüncü növ 

əti niyə birinci növ yerinə satırsınız? Cəmi-cümlətani 20-30 qəpik fərqi vardı. 

Bu idi vəziyyət. 

O dövrdə biz yaşamışıq, o dövrdə də işləmişik. Ancaq indi tamam başqa 

bir sistemə keçmişik. Biz bu sistemlə getmək üçün, bazar iqtisadiyyatına 

keçmək üçün bu yolu keçməliyik və  əlimizdən gələni də etmişik, edirik. 

Xüsusən Azərbaycanda demokratiyanın inkişafını  nəzərə alaraq, 

iqtisadiyyatda demokratikləşməni nəzərə alaraq, respublikada siyasi-ictimai 

sabitliyi nəzərə alaraq dünyanın iri neft şirkətləri keçən il Azərbaycan ilə 

böyük bir müqavilə imzaladılar. Bu, məhz keçən ilin sentyabrında imzalandı, 

o vaxta qədər imzalana bilməzdi. Çünki buna şərait yox idi. Bu gün səhər biz 

yeni bir müqavilə imzaladıq. Yeni bir şirkət, yeni bir konsorsium, "Qarabağ" 

neft yatağı. Üç dövlət - Rusiya, Amerika Birləşmiş  Ştatları, artıq  İtaliya da 

bizə qoşuldu və Azərbaycan Dövlət Neft Şirkəti. Böyük bir müqavilə 

imzalandı.  İtaliya da buraya gəldi, oranın böyük neft şirkəti, ümumiyyətlə, 

böyük  şirkəti "ACİP" buraya gəldi. Rusiyanın yanacaq və energetika naziri 

buraya gəlibdir. Amerikanın energetika nazirinin müavini gəlibdir, İtaliyanın 

sənaye naziri buraya gəlibdir,  şirkətlərin başçıları  gəliblər, başqa adamlar 

gəliblər. Azərbaycanda yeni müqavilə imzalandı. Bunlar hamısı, bəli, bu gün 

Azərbaycanda yaranmış  şəraitin nəticəsidir. Bunun nəticəsində  də 

Azərbaycan dünya birliyində taınınbdır. Azərbaycanın daxili sabitliyinə 

inanaraq buraya sərmayə gəlibdir. 

Keçən il imzalanmış müqavilə üzrə bu il 100 milyon dollar və  gələn il 

600 milyon dollar məbləğində  vəsait xərclənəcəkdir. Bunlar hamısı 

Azərbaycanda iş yerləri açacaqdır. Bizim Azərbaycanın mütəxəssisləri

fəhlələri işləyəcəklər, pul qazanacaqlar və  nəhayət, biz bunun bəhrəsini 

görəcəyik. Ancaq bunlar hələ  işlərimizin başlanğıcıdır. Bu işlər davam 

edəcəkdir. Bundan başqa hansı yolu göstərirsiniz, - deyin. Başqa bir yol 

yoxdur! Başqa yol göstərə bilmirsiniz. 

Ona görə  də, yenə deyirəm, hər kəsin öz şözünü tam sərbəst deməyə 

ixtiyarı var və deyə də bilər. İndən sonra da buna şərait yaradılacaqdır. Ancaq 

dolğun, düzgün danışmaq lazımdır və insanları da düzgün istiqamətləndirmək 

lazımdır.  




______________________________________________ 

494


 

Yanlış fikirlər, yanlış danışıqlar və böhtan xarakterli danışıqlar bizim bəzi 

siyasi partiyalara heç vaxt hörmət qazandırmayıb və qazandırmayacaqdır. 

Kim hansı partiyaya səs verəcək, hansı namizədə  səs verəcək, - bu öz 

işidir. İndi, bilirsiniz, bəzi adamlar meydana çıxır ki, onlar öz məqsədlərinə 

nail olmaq üçün ən çirkin yollara gedirlər. Mən yenə də deyirəm, bu gün bu 

barədə heç konkret danışmaq fikrində  də deyiləm. Amma onu demək 

istəyirəm ki, o böhtançı danışıqlar - "tayfabazlıq, yerlibazlıq, rlişvətxorluq, 

filan-peşməkanlıq" - bunların hamısı boş danışıqlardır. Danışanların 

əksəriyyəti Azərbaycanda rüşvətxorluğun olmasından danışır. Bəs biz 

rüşvətxorluq haqqında danışmırıqmı? Amma biz tədbir görürük ki, 

rlişvətxorluq olmasın, siz isə danışırsınız. 

Bilirsiniz, rüşvətxorluqla mübarizədə mənim böyük-böyük təcrübəm var. 

1969-cu ildə Azərbaycana rəhbərliyə başlayarkən mən ilk addımlarımı 

rüşvətxorlara qarşı mübarizə ilə başladım və onlarca, yüzlərlə rüşvətxor 

vəzifəsindən məhrum oldu, azadlıqdan məhrum oldu, cəzalandılar. Ancaq 

sonra, xüsusən 1988-ci ildən sonra, ara qarışan zaman o rüşvətxorları, 

həbsxanadan çıxan rüşvətxorları, vəzifədən çıxan rüşvətxorları millət 

qəhrəmanı kimi televiziyaya çıxardılar, qəzetlərdə yazdılar, onları meydana 

çıxardılar. Onlar gəlib parlamentdə oturdular. Amma indi müxalifətdə olan 

adamlar onların haqqında bir söz demədilər ki, bunlar rüşvətxorlardır və indi 

gəliblər vəzifələrə, Heydər  Əliyevi günahlandırırlar ki, "bunlar durğunluq 

dövrünün qurbanlarıdır, Heydər  Əliyev dövrünün qurbanlarıdır". Nə 

qurbanlarıdır? Onlar qurban deyillər, rüşvətxorluğuna görə  cəza almış 

adamlardır. Əgər o vaxt mən rüşvətxorluqla belə mübarizə aparmışamsa, bu 

gün ondan beş qat artıq mübarizə aparıram və aparacağam da. 

Xalqı üçün, milləti üçün rüşvətxordan da xain düşmən yoxdur. Amma bu 

mübarizəni biz bir yerdə aparmalıyıq. Təəssüf ki, həmin bu rüşvətxorluqdan 

danışan adamların  əksəriyyəti özləri ya şəxsən rüşvətxordur, yaxud da 

rüşvətxorlardan bəhrələnirlər. Mən bunu qəti deyirəm. 

Bilirsiniz, danışıqla iş  aşmaz. Rüşvətxorluq böyük bir bəladır, təkcə 

Azərbaycan üçün yox, dünya üçün böyük bir epidemiyadır. Narkomaniya 

kimi böyük bir bəladır. Biz bu bəla ilə mübarizə aparmalıyıq. Amma gəlib 

yalandan bir-birimizi günahlandırmaq  ki,  bu  rüşvətxordur, o rüşvətxordur - 

belə şeylərlə camaatı aldatmaq olmaz. Mən yenə də deyirəm, o siyasi  



______________________________________________ 

495


 

partiyaların, müxalifətdə olan partiyaların əgər maddi vəziyyətlərini, maliyyə 

mənbələrini yoxlasanız, çoxu gedib rüşvətxorlara çıxacaqdır. Çünki göydən 

heç kəsə pul düşmür, dollar da heç kəsə düşmür. Hamısı gedib oraya 

çıxacaqdır. 

Ona görə də bu barədə danışmaq üçün gərək insanın mənəvi haqqı olsun. 

Mənim mənəvi haqqım var rüşvətxor haqqında danışmağa, çünki 

rüşvətxorluqla mübarizə aparmağa dəvət edirəm. Amma o biri danışanların 

haqqı yoxdur. Kimin mənəvi haqqı var, o danışsın. Amma kimsə özü bu işə 

bulaşıbdır, gəlib başqasını günahkar etmək istəyir, - qoy düşünsün və 

fikirləşsin. 

Bilirsiniz, mənim üzərimə böyük bir yük düşübdür. Mən bu vəzifəni 

kimlər kimi gəlib mübarizə aparıb prezident olmaq arzusu ilə tutmamışam. 

İndi burada xəstəlik düşübdür, o deyir mən prezident olacağam, bu deyir mən 

prezident olacağam, Heydər Əliyevdən sonra kim prezident olacaqdır... Əşi, 

Heydər  Əliyev hələ sağ-salamatdır. Kim prezident olacaqdır Heydər 

Əliyevdən sonra, nə  təhər olacaqdır, - bir-biri ilə dava edirlər, bir-biri ilə 

mübarizə aparırlar. 

Birincisi, bu, yaramaz bir şeydir. Heydər Əliyev ya dünyadan gedəndən 

sonra, ya onun vaxtı qurtarandan sonra xalq kimi istəyirsə, onu da seçəcəkdir. 

Bunu bilin. Ancaq onu demək istəyirəm ki, mən buraya özüm öz xoşumla 

gəlməmişəm, kiminləsə mübarizə aparıb, onu oraya itələyib, onu buraya 

itələyib bu vəzifəni tutmaq üçün gəlməmişəm. Mən bunun arzusunda 

olmamışam. Ancaq bir halda ki, məni tale buraya gətirib, xalqın iradəsi 

gətirib, mənim üzərimə bu böyük yük düşübdür, - mən bu məsuliyyəti, bu 

yükü həyatımın son dəqiqəsinə qədər aparacağam və bütün qüvvəmi, biliyimi 

buna sərf edəcəyəm. Heç kəs də bu işdə  mənə mane ola bilməz. Kim isə 

doğrudan bizim dövlətimizin inkişafına kömək etmək istəyirsə, gəlsin  əlini 

uzatsın, kömək etsin. Kömək etmək istəyən heç kimin əlini kənar 

etməyəcəyəm. Ancaq kimsə  mən burada olduğum vaxt gəlib iddialarla 

nəyəsə nail olmaq istəyirsə, buna nail ola bilməyəcəkdir. 

Mən hər bir şeyi qanunla edirəm, qanun mənim üçün alidir. İndiyə qədər 

həyatımda, çoxillik həyatımda qanunsuz bir iş görməmişəm, qanuna zidd bir 

iş görməmişəm, ədalətsiz bir iş görməmişəm. İndiyə qədər gördüyüm işlərin 

hamısına cavabdehəm. Səhvlərim  də olubdur, adamların seçilməsində və 



Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə