MüSTƏQİLLİYİMİZ



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə158/164
tarix02.10.2017
ölçüsü3,36 Mb.
#2626
1   ...   154   155   156   157   158   159   160   161   ...   164

______________________________________________ 

496


 

 yerləşdirilməsində səhylərim olubdur. Bu gün də səhvlər var və bu da təbii 

haldır,  İki il yarımdır mən burada işləyirəm, nə  qədər adam işdən azad 

olunubdur, yaxud təyin edilib azad olunubdur, nə  qədər adam. Vaxtilə 

yaranmış  şəraitdə Surət Hüseynovu gətirib baş nazir qoyduq. Baş nazirliyə 

yaramaz bir adam idi. Ancaq mən çalışırdım onu öyrədim, çalışırdım 

tərbiyələndirim, çalışırdım ki, bəlkə bu adamdan bir şey çıxsın. Ancaq 

cinayətkarlığından əl çəkə bilmədi və belə də oldu. Nəriman İmranovu milli 

təhlükəsizlik naziri qoymuşduq. Xəyanət elədi, indi məhkəmə qarşısında 

cavab verməlidir.  Əli Ömərovu qoymuşduq baş prokuror. Yolundan çıxdı, 

pozuldu.  İndi gedib orada-burada ağlayır ki, "qanmamışam, başa 

düşməmişəm, nə bilim, səhv eləmişəm, prezident məni bağışlasın, filan 

eləsin". Bundan sonra nəyi bağışlayacaq? Bundan böyük etimadmı ola 

bilərdi, səni baş prokuror qoydular! Nəinki, bacarmadı, hətta vəzifəsindən 

sui-istifadə etdi, cürbəcür pis yollara getdi. 

Bir o deyil. Bəziləri buradan gedirlər Türkiyəyə, Türkiyənin  ən bahalı 

"Çırağan" otelində  ən bahalı nömrədə yaşayırlar. Bəs camaat soruşmur ki, 

sən bu pulu haradan alırsan, bununla yaşayırsan? Axı, baş prokurorun 

məvacibi məlumdur. Mən iki dəfə Nyu-Yorka getmişəm. Baxmayaraq ki, 

mən dövlət başçısıyam, dövlətin pulu ilə gedirəm, - mənim öz pulum yoxdur. 

Oz pulumla heç bir yerə getmirəm, - Nyu-Yorkda ən sadə mehmanxanada 

yaşayıram ki, pulu çox çıxmasın. Amma o gedib "Çırağan" otelində guya 

gözünü müalicə edib bir ay yaşayırdı. Onda düşünmürdü ki, bunun gələcəyi 

nə olacaqdır? Bəs dünmürdü ki, axı insanlar bilirlər bu pul ona haradan gəlib? 

İndi gəlib peşman olub. 

Məmmədrəfi Məmmədovu gətirib müdafiə naziri qoyduq. Bacarmadı, pis 

yollara getdi, işdən çıxardıq. Abdullayevi müəyyən şəraiti nəzərə alaraq Kənd 

təsərrüfatı naziri qoyduq, - cinayət elədi, indi cavab verməlidir. Baş nazirin 

müavini var idi - Əsgər Məmmədov, Cənubda - Lənkəranda baş verən 

hadisələrlə bağlı neçə  dəfə  mən böyük müşavirələr keçirdim, durdular 

danışdılar. Bu adam bir dəfə normal danışmadı, bir dəfə prinsipial mövqedə 

durmadı. Ondan sonra mən onu baş nazirin müavini saxlayacaqdım?  İşdən 

azad etdim. Əli Təhməzov vardı, az qalırdı Surət Hüseynovun dabanını 

yalasın. Neçə  dəfə çağırdım, dedim, ağlın olsun, sən inşaatçısan. Özü də 

mütəxəssissən, işləyirsən, sərbəst işlə. Bu cür olmaz, orada hərəniz bir 

tərəfdən Surət Hüseynovun dabanını yalasanız burada iş getməz axı, iş 

getməyəcəkdir. Olmadı, çıxarıb atdıq. Belələrini mən nə qədər saya bilərəm. 

Bu bizim səhvimizdirmi? Yox, bu, adi prosesdir. Ola bilər indi təyin 

olunanlardan bəziləri də sabah ya işi bacarmadılar, yaxud yolunu azdılar, ya 

da xəyanət elədilər, - heç kəs bağışlanmayacaqdır. 

İndi durab başlayıblar ki, kadr siyasəti! Ümumiyyətlə, kadr siyasəti 

Kommunist rejiminə aid olan bir şeydir. Bu, keçmişdə qalan şeydir. Bunlar 

özlərini demokrat adlandırırlar. Guya yeni bir dövlət qurarlar və ortaya  



______________________________________________ 

497


 

salıblar kadr siyasətini. Belə dünyəvi hüquqi dövlətdə nə kadr siyasəti? Kadr 

siyasəti Kommunist Partiyasının siyasəti idi. İndi kim yararlıdır, kim 

dəyərlidir - o da təyin olunur, kimliyindən aslı olmayaraq. Əgər bunu 

prezident təyin edirsə, bu, prezidentin səlahiyyətidir.  Əgər mənə bu 

səlahiyyət verilibsə, mən də bundan istifadə edirəm. 

Ona görə  də  mən qanunsuz iş görməmişəm və bundan sonra da 

görməyəcəyəm. Ola bilər, yeganə bir qanunsuz iş görmüşəm ki, Fatma 

Abdullazadəyə göstəriş verdim, Nemət Pənahovu imtahansız Dövlət 

Universitetinə  qəbul etsinlər. Bu işi qanunsuz görmüşəm. Ancaq buna da 

heyfsilənmirəm. Düzdür, qanunsuz görmüşəm. Buna da heyfsilənmirəm. 

Çalışırdım ki, o adam da tərbiyələnsin, elm alsın. Ola bilər, elmlənəndən 

sonra cəmiyyət üçün dəyərli olsun. Əgər mənim bu qanunsuz qərarımın 

nəticəsindən istifadə edib universitetdə elm alsa, təhsil alsa, elə bu da mənim 

üçün yaxşı olacaqdır ki, qanunsuz qərarım yaxşı bir nəticə verib. 

Biz qanunlara riayət etməliyik. Mən də riayət edirəm, hamı da riayət 

etməlidir. 

Hansı partiyaya səs verəcəklər, hansı namizədə  səs verəcəklər, - bu, 

seçicilərin özlərinin işidir. Burada danışanların, çıxış edənlərin bəziləri 

deyirdilər ki, Yeni Azərbaycan Partiyası... Bəli, Yeni Azərbaycan Partiyası 

vaxtilə mənim ətrafımda yaranan partiyadır. O vaxt ki, Naxçıvan blokadada 

idi, o vaxt ki, mən orada əzilirdim. Azərbaycanın bir çox dəyərli ziyalıları heç 

şeydən qorxmayaraq yığışdılar gəldilər oraya. Təklif etdilər ki, onları qəbul 

edim. Mən də  qəbul etdim, 1992-ci ilin noyabrında Yeni Azərbaycan 

Partiyasını yaratdıq. Bu partiya dəyərli partiyadır. Mən bu partiyanı 



______________________________________________ 

498


 

 Azərbaycanın həyatı üçün çox əhəmiyyətli bir partiya hesab edirəm. Hesab 

edirəm ki, bu partiyada ziyalılar, sağlam düşüncəli adamlar toplaşıblar və 

bundan sonra da toplaşacaqlar. Ancaq kim hansı partiyaya səs verəcək, - bu, 

onun öz işidir. 

Beləliklə, mən hesab edirəm ki, bizim seçkilərimiz tam demokratik 

şəraitdə keçəcəkdir. Mən bizim icra orqanlarına göstəriş vermişəm və bu gün 

bunu bir daha təkrar edirəm: yerli icra orqanları, hüquq-mühafizə orqanları 

seçkilərin gedişinə qarışmamalıdırlar. Seçkiləri Mərkəzi seçki komissiyası və 

onun tabeliyində olan dairə seçki komissiyaları, məntəqə seçki komissiyaları 

aparır. Ancaq hüquq-mühafizə orqanları, yerli icra orqanları onlara kömək 

etməli, işlərinin yaxşı  şəraitdə getməsini təmin etməlidirlər, respublikada 

ictimai asayişi, vətəndaşların təhlükəsizliyini təmin etməlidirlər. Bu günlərdə 

cinayət hallarının qarşısını almalıdırlar, heç bir cinayətin baş tutmasına yol 

verməməlidirlər. 

Bu gün mən bütün vətəndaşlarımızı  həmrəyliyə  dəvət edirəm, birliyə 

dəvət edirəm. Mən hesab edirəm ki, bizim yeni konstitusiyamız - 

referendumda qəbul edəcəyimiz konstitusiyamız, bizim yeni seçkilərimiz 

Azərbaycanda demokratiyanın möhkəmlənməsi və inkişaf etməsi üçün, 

Azərbaycan dövlətçiliyinin inkişafı üçün yaxşı bir əsas yaradır. Bu, 

nailiyyətimizdir və çalışmalıyıq ki, 12 noyabr günü gələcəkdə Azərbaycan 

xalqının tarixinə böyük bir əlamətdar gün kimi daxil olsun, böyük bir bayram 

günü kimi daxil olsun. Mən buna əminəm və güman edirəm ki, bizim 

vətəndaşlarımız belə də edəcəklər. 

Mənim deyəcəyim bu qədər. Komissiyanın üzvlərinə, işçi qrupunun 

üzvlərinə bir daha öz təşəkkürümü bildirirəm. Xalqa müraciət edirəm: 

demokratiya yolunda, ədalət yolunda, qanunçuluq yolunda hərə öz mövqeyini 

bildirsin. Azərbaycan dövlətçiliyinin qorunması, Azərbaycanın  ərazi 

bütövlüyünün qorunması, müstəqilliyinin qorunması bu gün bizim 

qarşımızda duran əsas vəzifədir. Konstitusiya və seçkilər Azərbaycanın 

müstəqilliyini təmin etmək üçün yeni bir mərhələdir və biz bundan sonra bu 

yolla müvəffəqiyyətlə gedəcəyik. 

Deyəcəyim bu qədər. Bir də müzakirəyə ehtiyac var? Yoxdur? Sağ olun. 

  



Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə