MüSTƏQİLLİYİMİZ



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə161/164
tarix02.10.2017
ölçüsü3,36 Mb.
#2626
1   ...   156   157   158   159   160   161   162   163   164

______________________________________________ 

505


 

 mərhələdəyik, müstəqil dövlətik. Yenə  də deyirəm, Azərbaycan xalqı artıq 

özü öz taleyini həll etmək hüququna malik olubdur. Ona görə  də 

Azərbaycanın yeni parlamentinin seçilməsi tarixi bir hadisədir. Müstəqil 

Azərbaycan özünün qanunvericilik orqanını, parlamentini seçir. Bu parlament 

seçkiləri tam demokratik prinsiplər əsasında keçirilir. 

Mən hesab edirəm ki, biz konstitusiya layihəsini hazırlamamışdan  əvvəl 

parlament seçkilərinin keçirilməsinə dair qanun hazırlayıb, vaxtında 

müzakirəyə verib, onun əsasında seçkilərin aparılması üçün addımlar atarkən 

çox düzgün iş gördük. Biz seçkilərin keçirilməsi üçün çox demokratik 

prinsiplərə söykənən bir qanun qəbul etdik və ondan sonra bu qanun əsasında 

seçkilərin hazırlanması ilə məşğul olduq. İndi nəhayət, bu seçkilər keçirilir. 

Mən daim bu fikirləri söyləmişəm və bu gün də bu fikirlərlə yaşayıram ki, 

bu seçkilər demokratik prinsiplər  əsasında olmalıdır, xalqın iradəsinin 

nəticəsi olmalıdır. Hər bir vətəndaş öz fikrini, rəyini, istəyini sərbəst 

bildirməlidir. Kimə səs vermək istəyir, - bu vətəndaşı öz hüququdur, vətəndaş 

bunu özü müəyyən etməlidir. Mən bir prezident, dövlət başçısı kimi, bax bu 

şəraitin yaranması üçün çalışmışam, əlimdən gələni etmişəm və arzu edirəm 

ki, mənim bu səylərim öz nəticəsini versin, bugünkü seçkilər tam demokratik 

prinsiplər  əsasında keçsin. Buna nə  qədər nail olacağıq, - bunu seçkilərin 

nəticəsi göstərəcəkdir. Mən heç bir şeyi ideallaşdırmaq istəmirəm. Dünyada 

ideal bir şeyə çatmaq çox çətindir. Ancaq biz bu seçkilərdə demokratiya 

yolunda, insan azadlığı, insanların sərbəstliyi yolunda böyük bir addım atmış 

olsaq, bu bizim tarixi nailiyyətimiz olacaqdır. Mən bu ümidlərlə, bu arzularla 

yaşayıram. Bu ümidlərlə, bu arzularla da buraya gəlmişəm və öz səsimi 

istədiyim adama vermişəm. 

Buradakı jurnalistlərin arzusunu nəzərə alaraq, mən bəzi  şeyləri rus 

dilində də demək istəyirəm. Mən bugünkü günü tarixi bir gün sayıram. Çünki 

Azərbaycan xalqının, Azərbaycan dövlətinin, Azərbaycan Respublikasının 

bütün tarixi ərzində ilk dəfə olaraq öz məsələlərimizi müstəqil, suveren 

şəkildə  həll etmək imkanına malikik və bu zəmin  əsasında yeni 

konstitusiyanın, - müstəqil, suveren Azərbaycanın Konstitusiyasının 

layihəsini hazırlaya bilmişik. Mənim fikrimcə, bu layihə demokratik 

prinsipləri əks etdirən sənəddir. Biz demokratiya, dövlətçilik istiqamətində,  




______________________________________________ 

506


 

müstəqil dövlət qurmaq sahəsində böyük yol keçmiş ölkələrin konstitusiya 

yaratmaq, konstitusiya inkişafı təcrübəsindən istifadə etməyə çalışmışiq. Bir 

çox ölkələrin, o cümlədən Qərb ölkələrinin, MDB-yə daxil olan ölkələrin 

konstitusiyalarını çox diqqətlə öyrənmişik. Təbii ki, həm də tarixi, milli adət 

və ənənələri əsas tutaraq, milli və tarixi keçmişimizə dərin hörmətimizi ifadə 

edərək öz konstitusiyamızın layihəsini hazırlamışıq. 

Bu bizim, mlistəqil Azərbaycanın Konstitusiyasıdır və belə hesab edirəm 

ki, dünya təcrübəsində olan bir çox şeyləri  əks etdirsə  də, heç bir başqa 

konstitusiyaya bənzəmir. Bu bizim konstitusiyamız, Azərbaycanın 

Konstitusiyasıdır və mən bunu çox mühüm, tarxi nailiyyət hesab edirəm. Bu 

konstitusiyanın yaradılmasına öz töhfəmi verməyə imkanım olduğuna görə 

sevinir və özümü xoşbəxt sayıram. Ümidvaram ki, bu konstitusiya 

uzunömürlü olacaq və bir çox illər, onilliklər  ərzində Azərbaycan 

Respublikasının, Azərbaycan xalqının demokratiya yolu ilə, hüquqi 

demokratik dövlət quruculuğu yolu ilə inamla irəliləyişini, inkişafını 

müəyyən edəcəkdir. 

Parlament seçkilərinin keçirilməsi konstitusiyanın müddəalarının  əməli 

surətdə reallaşdırılması deməkdir. Mühüm cəhət bundan ibarətdir ki, biz 

konstitusiya layihəsi ilə paralel olaraq seçkilər haqqında qanunun layihəsini 

hazırlaya və onu qəbul edə bildik. Parlament seçkiləri haqqında qanun 

konstitusiyanın bir hissəsidir, lakin biz bunu vaxtında hazırlayıb, həyata 

keçirilməsinə başlaya bildik. Seçkiləri keçirmək üçün böyük hazırlıq işi 

görülmüşdlir. Nəhayət, bu gün, noyabrın 12-də biz konstitusiya layihəsinə 

münasibətimizi bildirmək üçün referenduma gəlmişik və  əminəm ki, xalqın 

böyük  əksəriyyəti bu layihəni dəstəkləyəcək, konstitusiya bu gün qəbul 

olunacaqdır. Təbii ki, xalq həm də Azərbaycanın yeni parlamentində təmsil 

olunmaq hüququ qazanmaq üçün irəli sürülmüş namizədlərə öz münasibətini 

bildirəcəkdir. 

Çalışmışıq, mümkün olan hər  şeyi etmişik ki, seçkilərə hazırlıq işləri 

demokratiya prinsiplərinə tam uyğun gəlsin. Ürəkdən arzu edirik ki, seçkilər 

demokratik keçirilsin, bütün demokratik prinsiplərə  əməl olunsun. 

Birmandatlı dairələrdə 100 yerə təqribən 400 namizədin olması, seçkilərdə 8 

siyasi partiyanın iştirak etməsi və bunların hər birinin 25 namizəd, yəni 

bütövlükdə 200 namizəd irəli sürməsi, beləliklə  də, indi ümumilikdə 600 

nəfər namizədin səsə qoyulması faktının özü Azərbaycandan ötrü, zənnimcə,  




______________________________________________ 

507


 

böyük nailiyyətdir. Mən çox istəyirəm ki, hər bir vətəndaş, səs verən hər bir 

seçici həm konstitusiya layihəsinə, həm də müvafiq dairələrdə səsə qoyulmuş 

namizədlərə öz münasibətlərini sərbəst, müstəqil surətdə ifadə edə bilsin. 

Mən bunu ürəkdən arzulayıram. 

Mən prezidentəm, müstəqil Azərbaycan dövlətinin, Azərbaycan 

Respublikasının prezidentiyəm, öz xalqımı demokratiya, azadlıq yolu ilə, 

bazar iqtisadiyyatı yolu ilə, sivilizasiyalı yolla inamla aparmaq istəyirəm. 

Bundan ötrü layiqli parlamentin, cəmiyyətimizin bütün çalarlarını  əks 

etdirən, layiqli adamlardan ibarət parlamentin, respublikamızın qarşısında 

duran nəhəng vəzifələrin birlikdə  həyata keçirilməsində bir prezident kimi 

mənə layiqli tərəfdar olacaq ali qanunverici orqanın olması çox mühümdür. 

Ona görə  mən ümidvaram, istəyirəm ki, bu gün Azərbaycanda 

demokratiya tam şəkildə özünü göstərsin. Buna nə  dərəcədə nail ola 

biləcəyimiz seçicilərdən asılıdır. Mənə qaldıqda isə, mən öz işimi gördüm, 

səs verdim. Öz işimi həm o mənada gördüm ki, konstitusiya komissiyasının 

sədri kimi vəzifəmi yerinə yetirdim və komissiyanın bütün üzvləri ilə birlikdə 

konstitusiyamızın layihəsini hazırlayaraq xalqın müzakirəsinə verdik. Həm 

də konstitusiya komissiyasının sədri kimi seçkilər haqqında qanunun 

layihəsinin hazırlanması prosesinə rəhbərlik etmişəm və bu qanun parlament 

seçkiləri haqqında dünyanın bütün demokratik prinsiplərinə tamamilə cavab 

verir. Bizim Mərkəzi seçki komissiyası seçki kampaniyasının keçirilməsi 

üçün mümkün olan hər şeyi etmişdir. Bu baxımdan mən öz işimi görmüşəm. 

Qarşıda isə  mənim işlərim çoxdur. Ümidvaram ki, bugünkü gün 

respublikanın, xalqın, o cümlədən bir prezident kimi mənim qarşımda duran 

vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün böyük perspektivlər açır. 



S u a l : Hörmətli prezident, konstitusiya layihəsində dövlət dilinin 

Azərbaycan dili yazılması hansı siyasi məqsəddən irəli gəlir? 

C a v a b : Bu, siyasi məqsəd deyil. Bu, Azərbaycan dilinin keçdiyi tarixi 

yolun  əsasında olan bir şeydir. Bizim dilimiz Azərbaycan dilidir, biz 

azərbaycanlıyıq, respublikamız Azərbaycandır. Ancaq tarix, dilçilik elmi 

nöqteyi-nəzərindən Azərbaycan dili dünyada mövcud olan türk dilləri 

qrupuna daxildir. Ona  görə ki,  Azərbaycan dilinin mənşəyi türk dilləri 



Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə