MüSTƏQİLLİYİMİZ



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə162/164
tarix02.10.2017
ölçüsü3,36 Mb.
#2626
1   ...   156   157   158   159   160   161   162   163   164

______________________________________________ 

508


 kökündən gəlir. Amma dünyada türk dilləri qrupu çox böyükdür. Keçmiş 

Sovetlər İttifaqının ərazisində bu qrupa daxil olan 23 dilin hərəsinin müstəqil 

adı var, amma hamısı türk dilləri qrupuna mənsubdur. Bunlardan biri də 

Azərbaycan dilidir. Mənşəyimiz, kökümüz də,  şübhəsiz ki, türk kökündən 

gəlibdir. Dilimiz isə Azərbaycan dilidir. 

S u a l : Cənab prezident, müxalifətin seçkilərə münasibətini necə 

qiymətləndirirsiniz? 

C a v a b : Necə qiymətləndirə bilərəm? Müxalifət, yəqin ki, seçkilərdə, 

səsvermədə öz münasibətini bildirəcəkdir. Kim nə münasibət istəyir bildirsin, 

- hamı müstəqildir, sərbəstdir. 

S u a l : Müxalifət qüvvələri hesab edirlər ki, seçkilər antidemokratik 

şəraitdə keçəcək... 

C a v a b : Bilirsiniz, hər kəs öz sözünü, öz fikrini deməkdə sərbəstdir. 

Ancaq o demək deyil ki, hər kəsin dediyi söz qanundur, - yaxud, necə 

deyərlər, mütləq həqiqətdir. Xeyr. O deyə bilər "antidemokratikdir", amma 

xalqın  əksəriyyəti nə deyir? Əgər xalqın  əksəriyyəti bununla razı deyilsə, 

demək, onun fikri düzgün deyil. Məsələn, mən srağagün konstitusiya 

komissiyasının iclasında da dedim. Srağagün səhər Müsavat Partiyasının 

qəzetini oxudum, orada yazırlar, xalqa müraciət edirlər ki, "siz 

konstitusiyanın ümumxalq referendumuna getməyin, səs verməyin". Bunun 

özü antidemokratik bir çağırışdır. Çünki əgər Müsavat Partiyası  və onun 

qəzeti demokratik yolda durursa, o deməlidir ki, "sən get, amma istədiyin səsi 

ver". Ancaq o deyir ki, "sən seçkiyə getmə və bu konstitusiyaya səs vermə". 

İkincisi, mən bunu iki gün əvvəl də demişəm, bu gün də demək istəyirəm: 

əgər Musavat Partiyası bu konstitusiyanı Azərbaycan üçün münasib, 

demokratik hesab etmirsə, - konstitusiya komissiyası altı aydır işləyir, bu altı 

ay müddətində özü hansı layihəni təqdim edibdir? Əgər o bundan fərqli, 

bundan demokratik, xalqımız üçün bundan yararlı bir layihə  təqdim etsəydi 

və o rədd edilsəydi, yaxud onun müəyyən maddələri qəbul olunmasaydı, 

onda bəlkə də belə bir çağırışa müəyyən qədər əsas ola bilərdi. Ancaq mən 

güman edirəm ki, bu cür çağırışlar həm onların özlərinin antidemokratik 

olduğunu göstərir, həm də, mən tam əminəm ki, bu, xalq tərəfindən qəbul 

olunmayan bir şeydir. 

S u a l : Hörmətli prezident, konstitusiya komissiyasını  konstitusiya  

layihəsinin  bir  çox müddəalarında respublika prezidentinə guya hədsiz  



______________________________________________ 

509


 

səlahiyyətlər verməkdə ittiham edirlər. Bu məsələyə münasibətinizi 

bilmək istərdik. 

C a v a b : Bilirsiniz, bizi heç kəs ittiham edə bilməz. Konstitusiya 

komissiyasında prezidentə verilən səlahiyyətlər dünyanın inkişaf etmiş 

dövlətlərinin, böyük demokratiya yolu keçmiş dövlətlərin konstitusiyalarında 

əks olunanlardır. Bəlkə bəzilərində bundan da çoxdur. Mən sizə deyə bilərəm 

ki, məsələn, Müstəqil Dövlətlər Birliyinə daxil olan dövlətlərin - Rusiyanın, 

başqa dövlətlərin qəbul etdikləri konstitusiyalarda parlamenti buraxmaq 

barədə prezidentə səlahiyyət verilibdir. Ancaq Azərbaycan Konstitusiyasında 

prezidentə bu səlahiyyət verilməyibdir. Prezident parlamenti buraxa bilməz. 

Bəs bu, demokratiya deyilmi? Bu onu göstərmirmi ki, prezidentə həddindən 

artıq səlahiyyət verilməyibdir? 



S u a l : Hörmətli prezident, deyə bilərsinizmi ki, Siz kimə  səs 

verdiniz? 

C a v a b : Çox istəyirsiniz ki, deyim? Mən gizlətmirəm. Ömər Eldarova 

səs vermişəm. Çünki o, böyük heykəltəraşdır, Azərbaycanın böyük simasıdır. 

Mən istərdim ki, Azərbaycan parlamentində belə dəyərli insanlar olsun. Onun 

yaratdığı heykəlləri, abidələri Azərbaycanın çox yerində görə bilərsiniz. 500 

illiyini bu il qeyd edəcəyimiz Füzulinin də heykəlini o, böyük ustalıqla, 

böyük sevgi ilə yaradıbdır. 1938-ci ildə repressiya qurbanı olmuş Hüseyn 

Cavidin də heykəlini yaradıbdır, bır çox başqa heykəllər də yaradıbdır. 

Böyük alimdir, böyük sənətkardır, böyük heykəltəraşdır, mən ona səs 

vermişəm. 

S u a l : Cənab prezident, yeni konstitusiya sizə Dağlıq Qarabağ 

problemini həll etmək imkanı verəcəkmi? 

C a v a b : Verəcək. Çünki yeni konstitusiyamız Azərbaycanda 

demokratik dövlətin yaranması üçün əsas olduğuna, demokratiya yolu ilə 

getdiyimizə görə, güman edirəm, dünya ictimaiyyəti də  və dünyanın 

demokratiya yolu ilə gedən dövlətləri də, beynəlxalq təşkilatlar da 

demokratik  əsaslarla, tam müstəqil, heç bir dövlətdən asılı olmayan 

dövlətimizi qurduğumuza görə  və onun üçün əsas yaratdığımıza görə, 

şübhəsiz, inanacaqlar ki, biz Dağlıq Qarabağda olan ermənilərin hüquqlarını 

heç vaxt pozmayacağıq, onlar Azərbaycanın vətəndaşları kimi 

respublikamızın tərkibində  sərbəst yaşayacaqlar. Ancaq eyni zamanda, bu 

konstitusiya Azərbaycanın  ərazi bütövlüyünün tam təmin olunmasına  əsas 

verən bir sənəddir. Azərbaycan ərazisinin bölünməzliyini dünyada bir daha 



______________________________________________ 

510


 

 təsdiq edən, Azərbaycanda hakimiyyətin hansı bir qrup tərəfindən olursa-

olsun mənimsənilməsinin qarşısını alan bir sənəddir. Ona görə  də bu bizim 

Qarabağ  məsələsini, Ermənistanla Azərbaycan arasında olan münaqişə 

məsələsini də həll etməyə kömək edəcəkdir. 

S u a l : Yeni seçkilərdən sonra Azərbaycanla Türkiyə arasındakı 

münasibətlərdə bir dəyişiklik olacaqdırmı? 

C a v a b : Biz Türkiyə ilə qardaşlıq, dostluq əlaqələrini bundan sonra da 

davam etdirəcəyik. Mənim əziz dostum, qardaşım Süleyman Dəmirəl ilə iki 

gün bundan əvvəl telefonla danışmışam. Mən onu Azərbaycana dəvət 

etmişəm. Bu seçkilərdən, konstitusiya qəbul edildikdən sonra Süleyman 

Dəmirəlin Azərbaycana rəsmi səfəri gözlənilir. Biz aramızda olan dostluq və 

qardaşlıq əlaqələrini bu və başqa addımlarla daha da möhkəmləndirəcəyik. 



M ü x b i r : Cənab prezident, "Çeşmə"çiləri bağışladığmıza görə 

təşəkkürümüzü bildiririk. 

Heydər Əliyev: Siz bunu niyə belə yavaş deyirsiniz? Bir az bərk deyin, 

qoy hamı  eşitsin. Bəli, gizli bir "Çeşmə" qəzeti var, onun rəhbərləri, onu 

yaradanlar altı  nəfərdir, onlar həbs olunmuşlar, məhkəmə onlara cəza 

vermişdi. Onların valideynləri, ailə üzvləri də, bəzi jurnalistlər də  mənə 

müraciət etmişdilər. Doğrudur, başım çox qarışıq idi, işim çox idi. Amma 

işimin çox olmağına baxmayaraq, dünən mən bu məsələni araşdırdım. 

Məhkəmənin hökmünə  də baxdım, prokuroru da çağırdım, başqa adamlarla 

da söhbət etdim. 

Birincisi, gördüm ki, onlar ədalətli cəzalandırılıblar. Çünki, bilirsiniz, 

gəlin öyrənək. Tənqid lazımdır. Müxalifət hakimiyyəti tənqid edə bilər və 

etməlidir. Müxalifət olmalıdır. Biz tənqidsiz yaşaya bilmərik. Müxalifət 

qəzetlərində, yaxud dövlət qəzetlərində, başqa jurnalistlərin tənqidi fikirlərini 

mən çox hörmətlə qarşılayıram. Çünki hər bir tənqidi fikirdə müəyyən bir 

nöqsanın aşkara çıxmasına və onun düzəldilməsinə şərait yaranırsa, bu bizə 

köməkdir. 

Ancaq tənqidin həddini keçib böhtanla məşğul olmaq və təhqirə keçmək 

heç bir kəsə yaramaz. Həqiqətən, jurnalistlər də  gərək çalışsınlar ki, özləri 

özlərini hörmətdən salmasınlar. Gərək jurnalistlər tərbiyəli, ziyalı jurnalistlər 

olsun, hər şeyin həddini  həqiqətən bilənlər olsun. Cılızlıqla, yaxud böhtanla 



Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə