MüSTƏQİLLİYİMİZ



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə160/164
tarix02.10.2017
ölçüsü3,36 Mb.
#2626
1   ...   156   157   158   159   160   161   162   163   164

______________________________________________ 

502


 

Konsorsium ilkin neftin ixracı üçün iki neft kəmərinin çəkilməsini 

lüzumlu hesab edibdir. Onlardan biri Rusiyanın  ərazisindən Qara dənizə - 

Novorossiysk limanına, digəri isə Gürcüstan ərazisindən Qara dənizə - Supsa 

limanına çəkiləcəkdir. Qeyd etmək istəyirəm ki, bu qərar respublikamızda və 

digər ölkələrdə - Rusiyada, Gürcüstanda, Amerika Birləşmiş Ştatlarında, bu 

şirkətlərin mənsub olduğu Qərb ölkələrində çox bəyənilibdir və ən müvafiq 

qərar kimi yüksək qiymətləndirilibdir. 

Ötən bir il müddətində görülən işlər və onların nəticələri  əyani surətdə 

nümayiş etdirir ki, biz doğrudan da bu işləri görməyə qadirik və xarici 

ölkələrin neft şirkətləri ilə birlikdə, onları təmsil edən dövlətlərlə birlikdə biz 

Azərbaycanın təbii sərvətlərindən səmərəli istifadə edə bilərik.  Şübhəsiz ki, 

bütün bunlar həm bu müqavilədə, konsorsiumda iştirak edən şirkətlərin, həm 

də onların mənsub olduğu ölkələrin respublikamızla, Azərbaycan Dövlət Neft 

Şirkəti ilə qarşılıqlı fayda prinsipləri  əsasında qurulubdur. Bütün bunlar

nəhayət, bu gün yeni bir yatağın - "Qarabağ" neft yatağının müştərək istifadə 

olunması üçün imzalanacaq müqavilənin həyata keçirilməsinə əlverişli şərait 

yaradır. Qeyd etdiyim kimi, "Qarabağ" neft yatağının müştərək istifadə 

olunmasında Rusiyanın "LUKoyl", İtaliyanın "ACİP", Amerika Birləşmiş 

Ştatlarının "Pennzoyl" şirkətləri müştərək surətdə iştirak edirlər. Dünyanın bu 

böyük ölkələrinin tanınmış neft şirkətlərinin burada, Azərbaycanda müştərək 

iş görmək üçün bir araya gəlməsi, bir müqavilə ətrafında toplaşması iqtisadi 

əhəmiyyətdən əlavə çox böyük siyasi əhəmiyyət də daşıyır. Bu onu göstərir 

ki, Rusiya, Amerika Birləşmiş  Ştatları,  İtaliya və Azərbaycan doğrudan da 

iqtisadi sahədə səmərəli əməkdaşlıq edə bilərlər və bu gün bu sahədə böyük 

bir addım atırlar. 

"Qarabağ" neft yatağı  zəngin yataqdır. Onun gözəl gələcəyi var. 

Müqavilənin əsas prinsipləri ondan ibarətdir ki, bu neft yatağından müştərək 

istifadə olunmasından müqavilədə  iştirak edən  şirkətlərin hamısı istənilən 

səviyyədə fayda götürəcəkdir. 

Proqnozlara görə, "Qarabağ" neft yatağından 85 milyon tondan 150 

milyon tona qədər neft hasil olunması gözlənilir. Bu müqavilənin iqtisadi 

səmərəliliyi 18 faizdir və hətta ondan da yüksəkdir. 

Qeyd etdiyim kimi, hər bir şirkət bu müqavilədən fayda götürəcəkdir. 

Nəzərdə tutulmuş proqnozlar həyata keçərsə, müqavilədən əldə olunan daxili 



______________________________________________ 

503


 

 gəlirin təxminən 65 faizdən 80 faizə qədər hissəsi Azərbaycan Dövlət Neft 

Şirkətinə çatacaqdır. 

Bu müqavilə "Qarabağ" neft yatağının 25 il müddətində  işlənməsini 

nəzərdə tutur. Bu yataqdan ilkin neft 2003-cü ildə hasil edilməyə 

başlanacaqdır. 

Beləliklə, bu mliqavilə gələcəyə yönəldilibdir. Biz bu gün Azərbaycanın 

cari məsələlərini, respublikamızın ağır böhran vəziyyətindən çıxarılması 

məsələlərini həll edərkən üzümüzü irəliyə tuturuq, gələcəyə baxırıq, 

ölkəmizin gələcəyi haqqında düşünürük, Müstəqil Azərbaycanın gələcəkdə 

daha qüdrətli, böyük iqtisadi potensiala malik dövlət olması haqqında 

fikirləşirik. Eyni zamanda bu müqavilənin imzalanması  və onun 25 il 

müddətində  həyata keçirilməsi Azərbaycan Respublikasının, ölkəmizin 

iqtisadiyyatını Amerika Birləşmiş  Ştatlarının, Rusiyanın,  İtaliyanın 

iqtisadiyyatı ilə  sıx bağlayır, bu böyük ölkələrlə Azərbaycan arasında olan 

əməkdaşlıq və dostluq əlaqələrinin inkişaf etdirilməsi üçün yaxşı  zəmin 

yaradır. 

Bu müqavilənin layihəsi bir neçə aydır ki, mütəxəssislər, alimlər və 

ekspertlər tərəfindən işlənib hazırlanır. Həmin məsələ mənim şəxsi nəzarətim 

altında olubdur. Bu ilin avqustunda mən təqdim olunan materiallar əsasında, 

nəhayət, bu müqavilənin imzalanması üçün sərəncam vermişəm. Mən çox 

məmnunam ki, görülən işlər artıq öz nəticəsini veribdir və bu gün biz bu 

müqavilənin imzalanması mərasiminə toplaşmışıq. 

Hörmətli xanımlar və  cənablar, mən sizin hamınızı bu əlamətdar hadisə 

münasibətilə  təbrik edirəm. Bu müqavilənin uğurlu, xeyirli olmasına  əmin 

olduğumu bildirmək istəyirəm. Müqaviləni imzalamaq üçün hazırlamış 

şəxsləri öz qələmlərini götürüb onu imzalamağa dəvət edirəm. 

Diqqətinizə görə təşəkkür edirəm.  

 

  



______________________________________________ 

504


 

28 SAYLI SƏBAİL SEÇKİ DAİRƏSİNİN  

17 SAYLI SEÇKİ MƏNTƏQƏSİNDƏ SƏS  

VERDİKDƏN SONRA JURNALİSTLƏRLƏ  

GORUŞDƏ BƏYANAT 

 

12 noyabr 1995-ci il 



 

Birincisi, mən sizi - Azərbaycanın böyük jurnalist ordusunu və 

respublikamıza gəlmiş bütün jurnalistləri təbrik edirəm. Azərbaycanın bu 

tarixi günündə  fəaliyyətinizə görə sizə  təşəkkür edirəm. Mən bilirəm ki, 

jurnalistlərin işi ağır və çətin işdir. Ona görə də sizə təşəkkürümü bildirirəm. 

İkincisi, onu bildirmək istəyirəm ki, bu gün xalqımızın, müstəqil Azərbaycan 

Respublikasının tarixində çox əlamətdar bir gündür və həqiqətən bayramdır. 

Çünki bu gün müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyası qəbul 

olunur və ümumxalq referendumu keçirilir. 

Azərbaycan xalqı əsrlər boyu böyük mərhələlərdən keçib və nəhayət, öz 

dövlət müstəqilliyinə, milli azadlığına nail olub, ilk dəfədir ki, sərbəst, 

müstəqil surətdə, heç bir mərkəzdən, heç bir dairədən asılı olmayaraq, özü öz 

taleyinin sahibi olaraq öz konstitusiyasını yaradır. Həm dövlətinin 

təsisatlarını yaratmaq, həm vətəndaşlarının hüquqlarını, azadlıqlarını  təmin 

etmək üçün, həm də müstəqil dövlətin dövlətçiliyinin qorunub saxlanması, 

möhkəmlənməsi, inkişaf etməsi üçün tarixi bir sənəd yaradır. Bu, böyük 

hadisədir. Ona görə  mən bu gün böyük iftixar hissi keçirirəm ki, xalqımız, 

dövlətimiz, cəmiyyətimiz gəlib bu səviyyəyə çatıbdır. Mən çox məmnunam 

ki, bu konstitusiyanın layihəsinin hazırlanması üçün təşkil olunmuş 

komissiya çox çalışıb və  mən də bu komissiyanın sədri kimi bu barədə 

əlimdən gələni etmişəm, öz xidmətlərimi göstərmişəm. 

Bu gün eyni zamanda, müstəqil Azərbaycan Respublikasının 

parlamentinə - Milli Məclisinə ilk seçkilər keçirilir. Keçmişdə bizim 

konstitusiyamız da, parlamentimiz də olubdur. Bunların hamısına bu gün 

mən öz hörmət və ehtiramımı bildirirəm. Bu bizim tariximizin səhifələri

mərhələləridir və onların heç birisini gözdən salmaq, unutmaq lazım deyil. 

Tariximiz bizim tariximizdir, bizimkidir. Ancaq bu gün biz yeni 



Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə