MüSTƏQİLLİYİMİZ



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə156/164
tarix02.10.2017
ölçüsü3,36 Mb.
#2626
1   ...   152   153   154   155   156   157   158   159   ...   164

______________________________________________ 

490


 

 Onunla əməkdaşlıq etmək istəyirdilər. 

Dövləti  əlinizdə saxlaya bilmədiniz. Vətəndaş müharibəsi başlandı. O 

Əlikram Hümbətov Azərbaycanın bir hissəsini dağıtmışdı. Sizə deməliyəm 

ki, mən onunla təkbaşına mübarizə aparırdım. Bir tərəfdən onu Surət 

Hüseynov qızışdırırdı, digər tərəfdən Rəhim Qazıyev gündə oraya gedib-

gəlirdi, başqa tərəfdən də başqaları çalışırdı. Bəs müxalifətdə olan bu 

partiyalar harada idilər? Niyə gedib bir iş görmürdülər? Xəlvəti ayrı-ayrı 

gedənlər də onu qızışdırırdılar ki, sən Heydər Əliyevə təzyiq göstər. Nə var 

ki, gəlib öz məqsədlərinə nail olsunlar. 

Ona görə  də hesab edirəm ki, Azərbaycanda cinayətkarlığa qarşı 

mübarizəni bundan sonra gücləndirmək lazımdır, cinayətkarların qarşısını 

almaq lazımdır; terrorçuları, cinayətkarları, reketlə  məşğul olanları, 

vətəndaşların hüquqlarına toxunanları tapmaq, cəzalandırmaq lazımdır. Lakin 

görülən işləri də qiymətləndirmək lazımdır və görülən işlərə qara yaxmaq 

lazım deyildir. 

Bilirsinizmi, bu günlər böyük cinayətlərin üstü açılıbdır. Çox böyük 

cinayətlərin. Nəhayət, raket ilə  təyyarəni vurmaq istəyən adamların hamısı 

tutulubdur, onu təşkil etmək istəyən adamların  əksəriyyəti həbs olunubdur, 

əksəriyyəti tutulubdur. Beş il bundan əvvəl terror törədənlər tutulublar. 

Başqaları da tutulublar. Hesab edirəm ki, bundan sonra da cinayətkarlar 

aşkara çıxarılacaqdır. Bunların hamısı onu göstərir ki, hüquq-mühafizə 

orqanları son vaxtlar öz işlərini gücləndiriblər. Onların işlərində olan 

nöqsanları bu gün bir daha qeyd etməklə yanaşı, hüquq-mühafizə 

orqanlarının son aylarda gördüyü işləri yüksək qiymətləndirirəm və hesab 

edirəm ki, onlar tək dövləti yox, vətəndaşları da böyük-böyük cinayətlərdən 

xilas ediblər və çox böyük işlər görüblər. 

Bu partiya başçılarının, yaxud nümayəndələrinin çıxışlarında 

iqtisadiyyatla  əlaqədar məsələlərə  də toxunulur. Deyirlər ki, iqtisadiyyat 

geriyə düşüb, iqtisadiyyatda vəziyyət ağırdır və s. və i.a. Burada yeni bir şey 

açılmır. Yəni Azərbaycan sosial-iqtisadi böhran içindədir. Bu məlumdur. Bu 

sosial-iqtisadi böhrandan çıxmaq yolları araşdırılır və  tədbirlər görülür. 

Ancaq müxalifətdə olan partiyaların hansının bu barədə hansı proqramı var? 

Hansının hansı konkret təklifi var? Yoxdur. Mən o çıxışlarda da bir şey 

görmədim. Ümumiyyətlə, istehsalın nə demək olduğunu  bilməyən gənc 

adam - 25-30 yaşında, yaxud 35 yaşında olan, burnuna istehsalın qoxusu da  




______________________________________________ 

491


 

dəyməyən bır adam car çəkir ki, istehsal aşağı düşür, sənaye belə oldu, 

məhsul belə getdi. Mən tam qətiyyətlə deyirəm, müxalifətdəki siyasi 

partiyalardan heç biri, istehsaldan danışan, iqtisadiyyatdan danışan adamların 

heç biri ömürlərində  nə istehsal görüb, nə  də iqtisadiyyat. Heç birini 

görməyiblər. Bunları görməyən adamlar kitablarda oxuduqlarına  əsasən 

müddəalar irəli sürə bilməzlər. Bir araşdırın görək, onları kim görüb? 

Görməyiblər. Belə  təcrübəsiz adamlar heç vaxt nə iqtisadiyyatı qaldıra 

bilərlər, nə  də istehsalı.  İndi dərd burasındadır, vəziyyət gör nə yerə  gəlib 

çıxıb ki, meydanda qışqırmaqdan başqa dünyada hələ bir şey görməyən bu 

gənclər gəlib bizə istehsaldan dərs vermək istəyirlər. 

Siz məni düz başa düşün, mən 26 il bundan öncə Azərbaycana rəhbərliyə 

başlamışam, Azərbaycanda olan istehsal fondlarının hamısını  əzbərdən 

bilirəm. Zavodların, fabriklərin  əksəriyyəti mənim Azərbaycana rəhbərlik 

etdiyim vaxtda tikilib. Azərbaycanda olduğum vaxt, ondan sonra Moskvada 

olduğum beş il ərzində  əlim həmişə Azərbaycanın üstündə olub. Hansı 

istehsalın nə üçün, nədən ötrü, nə  məqsəd üçün yarandığının hamısını 

bilirəm. Onların nə cür işlədilməsini də bilirəm. 

O illərdə hər il sənaye istehsalının artımı orta hesabla 9 faiz təşkil edirdi. 

Müxalifətdə olanlar, siz bilirsinizmi ki, bu 9 faiz haradan gəlir, haradan 

toplanıb? Axı, bilmirsiniz. Şiz statistikadan götürürsünüz ki, tənəzzül olub, 

keçən ilə nisbətən 20 faiz aşağı düşüb. Bəli, belədir. Amma o artımlar nə cür, 

necə olurdu, - onu siz bilmirsiniz. 

Kənd təsərrüfatı istehsalı ildə 7-8 faiz artırdı. O vaxt Azərbaycanda 

istehsalın artım sürəti Sovetlər İttifaqındakı bütün 15 respublikadan üstün idi. 

Bu məlumdur, statistika durur. İndi təsəvvür edin, bu işlərə rəhbərlik etmiş, 

bu işləri təşkil etmiş adam əgər bu gün respublikanın rəhbəridir, o vaxt o 

bunları tikib, yaradıb, qurub. Bəs indi necə ola bilər ki, bunların işlədilməsi 

üçün çalışmasın? Heç o zavodların yanından keçməmiş adamlar - əgər 

keçibsə  də gedib fəhlələri ya tətilə, yaxud mitinqə çağırıb, bundan savayı 

başqa iş görməyib, - indi gəlib istehsaldan bizə dərs vermək istəyirlər. 

Bilirsiniz, təvazökar olun, danışığınızı bilin. Sizin o danışıqlarınıza heç 

kim inanmır. Çünki sizin danışıqlarınız o qədər səriştəsizdir ki, heç nə 

danışdığınızı da bilmirsiniz. Mən bunu sizə açıq deyirəm. 




______________________________________________ 

492


  

İstehsal nə cür inkişaf etməlidir - biz bunu bilirik və bu işlə  məşğul 

oluruq. Demək, istəyirəm ki, indi istehsal keçən dövr kimi inkişaf edə bilməz. 

O vaxt tikilən zavodlar, fabriklər indi o cür işləyə bilməz. Əgər o zavodlar o 

vaxt şəxsən mənim təşəbbüsümlə tikilibsə və onların işləməsinə mən hər gün 

nəzarət etmişəmsə, - bunu mən sizə deyirəm, - o zavodlar indi o cür işləyə 

bilməz. Amma o zavodları işlətmək lazımdır. Nə cür işlətmək lazımdır, hansı 

yollarla işlətmək lazımdır - biz bunlarla məşğul oluruq. 

Doğrudur, nazirliklər,  şirkətlər, ayrı-ayrı  şəxslər vəzifələrinə layiqli 

yanaşmırlar, imkanlarından, mövcud şəraitdə istehsalın gücündən istifadə 

etmirlər. Bunlar hamısı var, səhvlər var. Mən Nazirlər Kabinetinin may 

ayında keçirilən iclasında bu barədə geniş nitq söylədim. Nazirlərin,  şirkət 

rəhbərlərinin, fabrik, zavod direktorlarının hər birinə konkret iş proqramı 

tutub təqdim etməyi təklif etdim, bunu onlardan tələb etdim. Onlardan biri 

bunu bacarır, biri bacarmır. Ümumi proseslər-keçmiş Sovetlər  İttifaqının 

ərazisində olan bu proseslər bura da təsir edir. Bunu demək lazımdır ki, 

inteqrasiya  əlaqələri pozulub. Keçid dövründəyik. Ancaq bununla yanaşı 

iqtisadiyyatımızda, maliyyə sistemimizdə böyük nailiyyətlər əldə olunub. Bir 

ildir ki, bizim manatın dəyəri sabitdir. İndi, əlbəttə, buna da cürbəcür izahat 

vermək olar. Ancaq sabitdir. İnflyasiyanın sürəti tamamilə  aşağı düşübdür. 

Əgər beynəlxalq maliyyə  mərkəzləri, beynəlxalq Yalyuta Fondu

Ümumdünya Bankı, Avropa Bankı  və Avropa İttifaqı artıq Azərbaycan ilə 

əməkdaşlıq edirsə, demək, onlar Azərbaycanda iqtisadiyyatın 

sərbəstləşdirilməsi prosesini və respublikamızın sərbəst bazar iqtisadiyyatı 

yolu ilə getmək prosesini qəbul ediblər və bizə kömək edirlər, kreditlər 

ayırırlar. 

Bir şəhərin - Bakının su təchizatının təmin etmək üçün 84 milyon dollar 

məbləğində kredit ayrılıb. Yenikənd Su-Elektrik Stansiyasının tikilməsi üçün 

54, yaxud 57 milyon dollar kredit ayrılıb. Bəzi bərpa işləri aparmaq üçün neft 

şirkətinə 20 milyon dollar kredit ayrılıb. Başqa layihələr üçün də kredit 

ayrılıb. Azərbaycanda maliyyə reabilitasiyasının təmin etmək və başqa işlər 

görmək üçün 400 milyon dollar kredit ayrılıb. Bunlar hamısı iqtisadiyyat 

sahəsində gördüyümüz işlərin nəticəsidir və bunlar var. 

Bunlar bizi qane edirmi? Yox. Biz belə yaşaya bilərikmi? Yox. Qaçqınlar  

da var, hətta dilənçilər də var. Yetmişinci illərdə mən burada rəhbərlik 



Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə