MüSTƏQİLLİYİMİZ



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə163/164
tarix02.10.2017
ölçüsü3,36 Mb.
#2626
1   ...   156   157   158   159   160   161   162   163   164

______________________________________________ 

511


 

 hansısa bir sözün guya kəsərini artırmaq, yaxud hansı bir yalanla, təhqirlə 

dediyi sözün kəsərini artırmaq mümkün deyil. Bilin, inanın, mən dünya 

görmüş adamam, - bunlar əhəmiyyətsiz şeydir. 

İndi bunlar gəncdirlər, yəqin hesab ediblər ki, bu cür təhqir, böhtan 

sözləri ilə  nəyəsə nail ola bilərlər. Gedib düşüblər cəzaya və  cəzaları da 

ədalətlidir. Mən dünən bunu araşdırdım, məhkəməni də, prokuroru da 

çağırdım. Ancaq bunlara baxmayaraq, mən o gənclərin cavanlığını  nəzərə 

alaraq onlan bağışlamaq haqqında fərman verdim. 

Məsələn, həmin adamlardan birinin atası  Ağdamdan qaçqın düşmüş 

adamdır. Qaçqın vəziyyətində yaşayır. Mən baxıram, - o, sadə bir kişidir

insandır. Ozü də mənə deyir ki, bilirsiniz, mənim oğlum həbs olunmamışdan 

on gün qabaq bir türk jurnalistinin sizin haqqınızda yazdığı kitabı  gətirib 

qiymətli hədiyyə kimi ad günümdə  mənə verdi. Bir türk jurnalisti mənim 

haqqımda türk dilində  xırda bir kitab yazıb, deyir ki, oğlum mənim ad 

günümdə  gətirib dedi ki, mən Heydər  Əliyev haqqında olan bu kitabı  sənə 

hədiyyə verirəm. Amma bilmirəm, sonra necə olub ki, o gedib bu yola düşüb. 

Mən gördüm ki, onun atası  nə  qədər sadə, nə  qədər təmiz ürəkli bir 

adamdır, Dünən o birisilərin də ailə üzvləri ilə görüşdüm, danışdım. 

Doğrudan da yaxşı insanlardır və mənim onlara da, həbsxanada olanlara da 

rəhmim gəldi. Onları  əfv etdim. Güman edirəm ki, məhkəmə  də düz edib, 

mən də düz eləmişəm. 



S u a l : Cənab prezident yeni parlamentdən nə gözləyirsiniz? 

C a v a b : Mən yeni parlamentdən güclü fəaliyyət, yeni qanunların qəbul 

olunmasını gözləyirəm. Azərbaycanda qanunvericilik işlərinin güclənməsini 

gözləyirəm. 

S u a l : Konstitusiyada Naxçıvana muxtar dövlət statusu verilməsi nə 

ilə  əlaqədardır? Belə bir müxalif fikir var ki, bu, Dağlıq Qarabağa 

analoji status vermək məqsədi güdür. 

C a v a b : Elmira xanım, iki gün bundan əvvəl mən konstitusiya 

komissiyasındakı  çıxışımda bu barədə dedim, bir də deyirəm: bu fikirlər 

araqarışdırıcı fikirlərdir. Naxçıvanın muxtar statusu beynəlxalq müqavilələr 

əsasında 20-ci illərin  əvvəlində verilibdir və buna tam əsas var. Dünyanın 

unitar dövlətlərinin çoxunun tərkibində muxtar qurumlar var. Onlardan biri  

də  Azərbaycan  dövlətidir, Azərbaycanın da içində Naxçıvan Muxtar 




______________________________________________ 

512


 

 Respublikasıdır. 



S u a l : Yəni bu, Dağlıq Qarabağa hər hansı bir status vermək 

məqsədi güdmür? 

C a v a b : Bilirsiniz, mən sizə açıq deyirəm. Nə cür fikirləşirsiniz ki, 

Dağlıq Qarabağa heç bir status verilə bilməz? Nə veriləcək - bu günün 

mövzusu deyil. Ancaq heç kəs - meydanda qışqıran ağılsız adamlar 

fikırləşməsin ki, "gəlin, Dağlıq Qarabağı da dağıdaq, bütün erməniləri də 

qıraq". Bu yaramaz bir fikirdir. Elə bu cılız fikirlərin nəticəsində  də 

Azərbaycan belə vəziyyətə düşdü. 

Azərbaycan milliyyətindən, dinindən, dilindən, irqindən asılı olmayaraq 

Azərbaycanda yaşayan bütün insanların vətənidir. O cümlədən Dağlıq 

Qarabağda yaşayan ermənilərin də  vətənidir. Dağlıq Qarabağda yaşayan 

ermənilər  əgər bu təcavüzkar, separatçı  hərəkətlərindən  əl çəksələr və 

Ermənistan Respublikası bu hərbi təcavüzdən  əl çəksə, bizim şərtlərimiz 

qəbul olunsa, Azərbaycanın tərkibində Dağlıq Qarabağ yaşayacaq və Dağlıq 

Qarabağa müvafiq status veriləcək, Ermənistanla Azərbaycan arasında 

normal əlaqələr yaranacaqdır. 

Mən Avropadan gələn müşahidəçilər, o cümlədən Fransanın Milli Məclisi 

sədrinin müavini və başqaları ilə dünən danışırdım. Fransa Almaniya ilə neçə 

il müharibə elədi. Fransa Böyük Britaniya ilə neçə il mühafıbə elədi. İndi bir-

biri ilə dost dövlətdirlər və bir ittifaqa daxildirlər. Bu tarix gözünüzün 

qabağındadır. Kim hesab edirsə ki, biz Ermənistanla əbədi düşmən olacağıq, 

yaxud  əbədi olaraq dava edəcəyik, - bu, böyük səhvdir. Dünya tarixi bunu 

göstərir. 

Rusiya ilə, yaxud Sovet İttifaqı ilə Almaniya arasında böyük müharibə 

oldu. 50 il keçəndən sonra Almaniyanın, Rusiyanın, Amerikanın, Fransanın 

başçıları Moskvada bir-biri ilə öpüşürdülər. Hitler faşist Almaniyası Fransanı 

dörd il işğal etdi. Fransa Milli Məclisi sədrinin müavini dünən mənimlə 

danışarkən dedi ki, faşist Almaniyası gəlib Fransanı işğal etdiyinə görə o da 

dörd il qaçqın vəziyyətində olubdur. Dedi ki, sizin qaçqınlardan fərqli olaraq 

mən çadırda yox, evdə yaşamışam. Bizimkilərin isə  əksəriyyəti çadırlarda 

yaşayır. Amma indi Fransa ilə Almaniya bir-biri ilə dost ölkələrdir. Avropa 

İttifaqına birlikdə daxildirlər. Bu tarixi unutmaq lazım deyil və bu tarixdən 

kənara da çıxmaq lazım deyil. Ona görə də bu məsələlərə obyektiv, düzgün 

yanaşmaq lazımdır. 

Sağ olun, sizin hamınıza dəyərli işlərinizdə uğurlar arzulayıram. 

  

 



  


______________________________________________ 

513


 

 

ÜÇ QİTƏ BEYNƏLXALQ 

 

KİNOFESTİVALININ TƏŞKİLATÇILARI VƏ  

 

İŞTİRAKÇILARINA 

 

 



Əziz dostlar! 

Sizi - Nant Beynəlxalq kinofestivalının təşkilatçı  və  iştirakçılarını 

Azərbaycan xalqı adından ürəkdən salamlayır və kino sənətinin gələcək 

inkişafı naminə hamımza gərgin fəaliyyətinizdə uğurlar arzulayıram. 

Kino sənətinin 100 illik yubileyi ərəfəsində Azərbaycan kinosuna 

retrospektiv baxışın məhz kinematoqrafiyanın vətəni sayılan Fransada 

keçirilməsini əlamətdar mədəni hadisə kimi qiymətləndirirəm. Azərbaycan və 

fransız xalqlarını bir-birinə bağlayan mədəni əlaqələr çox qədimdir. İnanıram 

ki, Azərbaycan və Fransa kinematoqrafçıları bu tarixi ənənələri bundan sonra 

da sədaqətlə yaşadacaq, kino sənətinə  qədəm basan yeni nəslin bu ruhda 

tərbiyəsinə zəmin yaradacaqlar. 

Əminəm ki, humanist ideallara xidmət edən, sülhsevər qüvvələri 

birləşdirən, Yer kürəsinin müxtəlif dinli, müxtəlif dilli, müxtəlif irqli 

övladlarının həmrəylik rəmzinə çevrilən Nant festivalı Azərbaycan və 

Fransanın mədəniyyət aləmi üçün böyük əhəmiyyət kəsb etməklə yanaşı, 

dünya xalqları arasında dostluq və  əməkdaşlığın möhkəmlənməsində 

unudulmaz tarixi bir mərhələ olacaqdır. 

 

 



21 noyabr 1995-ci il   

HEYDƏR ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 


Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə