46
– Kimgə sen ata?
– Oğluma menim.
– Kimgə boldu atalıxınq seninq?
– Oğlumda menim.
– Kiminq bilə sensen?
– Oğlum bilə menim.
İndi Sən nə doğdun? – deyilməz. Biz belə demirik. Heç əslində sual belə qurulmur. Sual Sənin nəyin
oldu? şəklində qurulur. Cümlə başa düşülsə də, indiki qədər təşəkkül etməyib. İkinci dialoq dil
baxımından daha maraqlıdır: sual yönlük halın -gə şəkilçisi ilə verilir (Sən kimə atasan?), cavabda yönlük
halın müasir -a şəkilçisi işlənib. Deməli, -gə arxaikləşməkdə, -a, -ə şəkilçisi inkişaf etməkdədir. O vaxtdır
ki, mübtəda olduqda onu tamamlayan şəxs şəkilçisi olmaya da bilir: Kimgə sən ata? – Sən kimə ata?
Kimgə boldu atalıxınq seninq? – cümləsi, aktuallaşma ilə bağlı konversiyanı nəzərə almasaq,
sintaktik quruluş etibarilə tam müasirdir. Yalnız fonetik (nq), leksik (boldu) və morfoloji (-gə)
ünsürlərində arxaikləşmə var: Sənin atalığın kimə oldu? Bunlar təkcə bu mətndə deyil, fraqmentin bütün
hissələrində ən çox görünən arxaik elementlərdir.
Sonrakı dialoq ilk növbədə belə başa düşülür: Sən kiminləsən? – Mən oğlumlayam. Lakin şəxs
əvəzliklərinin xəbər vəzifəsində olması (
Kim ilə sənsən, Oğlum ilə mənəm) elə bir intonasiya doğurur ki,
sən
kiminlə varsan? – Mən oğlumla varam – düşüncəsi ifadə olunur.
– Kimdən fərahlanırsen sen?
– Oğlumdan menim.
– Nə bar seninq?
– Canım bar menim.
– Kimninqsen sen barlıxın?
– Canımnınq menim barlıxı.
– Kimdə xuvatlandınq sen?
– Canımda.
– Ne aytarsen canınqnı senin?
– Tensizdir canım menim.
– Kimdən yeberildinq sen?
– Candan.
– Kimlərni xolarsen?
– Canlarnı.
Oğlumdan menim, canım menim birləşmələri göstərir ki, uzlaşma-idarə əlaqəli bu cür birləşmələrin
təşəkkül tarixi çox qədimdir, aktual nitq prosesində tərəflərin yeri asanlıqla dəyişə bilmişdir. Nə bar
seninq? tipli cümlələr keçən müddət ərzində bir qədər təkmilləşmişdir, lakin dilimizin şimal-şərq şivələ-
rində yenə də bu cür işləndiyi hallar var. Cavab cümləsi indiki nəzərlə daha səlisdir: Mənim canım var.
Kimninqsen sen barlıxın? – cümləsində müasir dil baxımından çatışmazlıq var: indi belə cümlələrdə
sen
sözü yiyəlik hal şəkilçisi tələb edir, kimninqsen sözü isə 3-cü şəxs üzrə səlisləşib: Kimninqdir senin
barlıxın? Canımnınq menim barlıxı – cümləsindən görünür ki, uzlaşma-idarə əlaqəli birləşmələrin tarixi
qədim olsa da, menim barlıxı tipli birləşməsində hələ uzlaşma hazırkı şimal-şərq şivələrində olduğu
kimidir və tam sabitləşməyib. Can müqəddəs ruh canlı sayıldığı üçün kim sualı verilir. Ne aytarsen ca-
nınqnı senin? – cümləsində uzlaşma tamdır: Senin canınqnı. Soruşulur ki, Nə söylərsən sənin canını?
Yəni: Canın haqqında nə deyə bilərsən? «Canım bədənsizdir» deyildikdə, yəqin ki, müqəddəs ruhun
əbədiliyi, ölümsüzlüyü, müvəqqəti bədənə malik olduğu nəzərdə tutulur.
– Kim bilə etildinq sen?
– Tenqrilik bilə.
– Kimni bildinq sən sanqa etüçi?
47
– Tenqrilikni.
– Kimdən etildinq sen?
– Tenqriliktən.
– Neçik inanırsen Tenqrini?
– Üçlüx da bir.
Dialoqların dini məzmunu var. Etildinq – bir az əvvəl dediyimiz kimi, ‘edildin’, ‘yaradıldın’
mənasındadır. Sən kim ilə edildin? – dedikdə kimin vasitəsilə yox, qəlbində kim ola-ola yaradıldın duy-
ğusu oyadılır. Cavab da səlisdir: Tanrılıqla, tanrı ruhu ilə. Etüçi sözü də etmək sözü ilə -çi şəkilçisindən
ibarət olub, ‘edici’, ‘yaradıcı’, ‘yaradan’ mənasındadır: Sən sənə yaradan kimi bildin? Və ya: Yaradan sən
sənə kimi bildin? Cavabda Tanrını demir, tanrılığı deyir, kökü, özülü nəzərə çarpdırır. Kimdən etildinq sen?
– Tenqriliktən – dedikdə Tanrının bir zərrəsi olduğu nəzərdə tutulur.
Neçik sözü abidələrdə nəçük [6. S.125] şəklindədir, necə deməkdir: Tanrıya necə inanırsan? Lakin
qədim yazılarımızda olduğu kimi, idarə əlaqəsində asılı tərəf yönlük əvəzinə təsirlik haldadır: Necə
inanırsan tanrını? Cavabda üçlük birlikdə nəzərdə tutulur –
üçlük dini termindir – Üç Üqnum deməkdir:
Ata, Oğul və
Can.
– Kimgə inanırsen sen? – (Kimə inanırsan sən?)
– Errortutiunğa da bir Tenqrigə. – (Üç Üqnuma və bir Tanrıya).
– Xaysun tapunıyırsen? – (Hansın sitayiş edirsən?)
– Ari Errortutiunnu. – (Üç Üqnumu).
– Nedir? – ([Üç Üqnum] nədir?)
– Tenqridir. – (Tanrıdır).
– Nedir Tenqri? – (Tanrı nədir?)
– Biydir. – (Bəydir).
– Neçik? – (Necə [bəydir?])
– Ki, yaratıçıdır. – [Ona görə] ki, yaradıcıdır.
– Nedir nişanı Tenqrininq? – (Tanrının nişanı nədir?)
– Nişansızdır. – (Nişansızdır).
– Nedən? – (Niyə, nə səbəbə?)
– Zira ki, etilməgən da ölümsüzdür. – (Çünki yaradılmayan və ölümsüzdür).
Suallar da, cavablar da dilin quruluşunu öyrətməklə yanaşı, dini dünyagörüşü əks etdirir. İnanmaq
feli ilə sual və cavab düz qurulmuşdur, asılı tərəflər -ğa, -gə şəkilçisi ilə yönlük haldadır. Lakin tapınmaq
feli müasir dildən fərqli olaraq, asılı tərəfi təsirlik halda tələb etmişdir: Xaysun tapunıyırsen? – Ari Error-
tutiunnu.
Xaysın sözündə son
-n şəkilçisi ilə ifadə olunan təsirlik hal indi də canlı danışıq dilində geniş
işlənməkdədir: Gah cibin, gah dərisin hər kimin istərsə, soyar (Sabir). Tanrının yaradıcı və nişansız ol-
ması, doğulmaması və ölümsüzlüyü islam dininin də eyni şəkildə ehkamlarındandır. Errortutiunğa da bir
Tenqrigə, etilməgən da ölümsüzdür sözləri arasında işlənmiş da bağlayıcısı ‘və’ mənasına uyğundur [9.
S.277]. Tenqri ya Can bile etiyirmen, ya alıyırmen. Tenqri bilə yeberi men, ya ata bilə – cümlələrində ya
bağlayıcısı ‘və ya’ mənasına uyğun gəlir.
Dialoqun bu hissəsində Üç Üqnuma – Ata, Oğul və Can haqqında söhbətə keçilir, onların hüquqları
barədə danışılır:
– Evet, xuvatka körə nişanlattılar ari atalar ki, Üçlüx da birdir. – (Bəli, müqəddəs atalar qüvvəyə
görə nişlatdılar ki, Üçlük də birdir).
– Ne türlü? – (Nə cür?)
– Üç boyda bir tarbiyatdır. – (Üç bədəndə bir təbiətdir).
– Neçik? – (Necə?)
– Ata da Oğul da Ari Candır. – (Ata və Oğul və müqəddəs Candır).
– Paylaşmaxı neçiktir? – [Qüvvəni] paylaşmağı necədir?
– Ata toğuruçı da Oğul toğurulğan da Can axkan. – (Ata doğuran və Oğul doğulan və Can axan(dır).