N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə20/41
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54554
1   ...   16   17   18   19   20   21   22   23   ...   41

 

 

40 



X ü l a s ə  

 

Məqalə  XIV  əsrdə  Xarəzm  türkçəsi  ilə  yazılmış  ən  əhəmiyyətli  əsərlərdən  biri  olan  «Qisseyi-



Rəbğuzi»nin  leksik  tərkibindəki  tematik  söz  qruplarının  tədqiqinə  həsr  olunmuşdur.  Burada  abidənin 

dilindəki  leksik  vahidlərin  mənşəyi,  türk  mənşəli  sözlərin  alınma  sözlərlə  qarşılıqlı  semantik 

münasibətləri, işlənmə sahələri müəyyənləşdirilir, habelə özbək dilinin leksik quruluşunun tarixi və müasir 

vəziyyəti ilə bağlı problemlərə toxunulur. Bu da vurğunlanır ki, sözlərin tematik qruplar üzrə öyrənilməsi 

diaxronik baxımdan dillərin leksik quruluşunun inkişafını tədqiq etmək üçün əlverişli imkan yaradır. 

 

Açar sözlər: «Qisseyi-Rəbğuzi», lüğət tərkibitematik söz qruplarıantroponimlərtoponimlər  

 

BAHTIYAR ABDUSHUKUROV 

 

THEMATIC WORD GROUPS İN THE WORK  «GİSSEYİ-RƏBĞUZİ» 

 

S u m m a r y  

 

The  article  is  dedicated  to  the  investigation  of  thematic  groups  in  lexical  stock  of  «Qissa-i-

Rabguzy», which is related to the XIV century and written in Kharezm Turkish. Here the origin of lexical 

units  in  this  monument  and  mutual  semantic  relations  of  words  of  Turkic  origin  and  borrowings,  their 

spheres of usage are defined and also the history of development of the Uzbek language ʹs lexical structure 

and  its  modern  state  are  touched  upon.  Here  is  pointed  out  that  the  investigation  of  words  according  to 

thematic  groups  creates  advantageous  conditions  for  investigation  of  development  of  lexical  structure  of 

languages in diachronic aspect. 



 

Key words: «Qissa-i-Rabguzy», vocabulary stock, thematic word groups, anthroponyms, toponyms 

 

 



Ünvan:  100146.  Ташкент,  Хамзинский  р-н.  Национальный  университет  Узбекистана  им.  Мирзо 

Улугбека – зав. кафедрой, канд. филол. наук 



 

e-mail:    abdushukurov

1972@mail.ru

 

 

 



Çapa təqdim edən 

Vahid Zahidoğlu – 

 

 

 

Çapa tövsiyə edən 

 

 

 

Məqalənin redaksiyaya  

 daxil olma tarixi  

 

Təkrar işlənməyə  

göndərilmə tarixi  

 

«Türkologiya» jurnalı 



sahə redaktoru 

 

AMEA-nın Nəsimi adına 



Dilçilik İnstitutunun Elmi Şurası 

(4.XII.2013, protokol № 15) 

 

 

27.X.2013 



 

 

12.III.2014 



 

Çapa göndərilmə tarixi 

7.IV.2014 

 

_________ 




 

 

41 



TÜRKOLOGİYA 

№ 1 

 

 

 

 

 

 

 

 

 

 

 

      2014 

 

 

D İ S K U S S İ Y A L A R   V Ə   M Ü Z A K İ R Ə L Ə R  

 

 

 

QƏZƏNFƏR KAZIMOV 

 

IX ƏSRİN ANADİLLİ ALBAN ABİDƏSİ VƏ ONUN DİLİ HAQQINDA 

 

X ü l a s ə . Məqalədə IX əsr Albaniya hökmdarı Qriqor Hammamın «Alban dilinin qrammatikası» 

əsərindən orijinalda – ana dilində qalmış fraqmentin dili nəzərdən keçirilmişdir. Dialoq şəklində qurulmuş, 

300-ə  qədər  replikadan  ibarət  olan  bu  mətnin  dili  Azərbaycan  dilinin  tarixini  öyrənmək  üçün  geniş 

material  verir.  Əsər  Azərbaycanın  geniş  yayılmış  türk  tayfalarından  olan  qıpçaq-qarqarların  dilində 

yazılmışdır. 

 

Açar  sözlər:  alban  dili,  qıpçaq-qarqar  dili,  Azərbaycan  dilinin    tarixi,  qrammatika,  alban  dilinin 

qrammatikası  

 

Azərbaycan  xalqının  və  ümumxalq  Azərbaycan  dilinin  təşəkkülü  ilkin  feodalizm  dövrünün 



məhsuludur.  «Kitabi-Dədə  Qorqud»un  son  formalaşması  bundan  sonrakı  dövrə  –  VI–VIII  əsrlərə  aiddir. 

Bu  zəngin abidə  Azərbaycan şifahi  ədəbi  dilinin  qiymətli  nümunəsidir. XII əsrdən  bu tərəfə  ədəbi  dilimi-

zin  inkişaf  yolunu  əks  etdirən  zəngin  material  var.  Arada  olan  boşluğu  doldurmaq  üçün  illərdən  bəri 

aparılan axtarışlar tədricən nəticə verir. Bəxtiyar Tuncayın axtarışları nəticəsində IX əsr azərbaycan-alban 

dilinin zəngin və maraqlı bir nümunəsi əldə edilmişdir. 

 

Tarixi  sənədlərdə  Səhl  ibn  Sunbatın  adına  rast  gəldikcə  həmişə  məndə  ona  qarşı  mənfi  münasibət 



olub. Babəki ələ verməsə idi, Babək Bizansdan kömək alıb ərəbləri Azərbaycandan geri oturtsa idi, bizim 

taleyimiz tamam başqa cür olardı. Ən azı abidələrimiz qorunub saxlanmış olardı və biz 1-ci minilliyə dair 

ana dili – Azərbaycan türk dili ilə bağlı bu qədər məlumat qıtlığı ilə üzləşməzdik. Amma Sunbatın nəvəsi 

Qriqor  Hammam  xeyirxah  işlər  görüb  –  Frakiyalı  Dionisinin  qrammatikasını  ana  dilinə  tərcümə  edib, 

«Suallar  və  Cavablar»  adlı  traktat  yazıb  (856–865).  Qriqorun  adının  qeyd  edildiyi  iki  abidə  tapılmışdır. 

B.Tuncay  yazır:  «Arranın  böyük  bir  hissəsini  özünə  tabe  edən  Qriqor,  özündən  əvvəlki  Xaçın  knyaz-

larından fərqli olaraq, Kambisenanı da idarə edirdi. O, qısa müddətə olsa da, ləğv edilmiş Alban dövlətini 

bərpa etmişdi» [1]. Bunu hələ öz dövründə Moisey Kalankatuklu də qeyd etmişdir: «Bundan sonra mömin 

knyaz Hammam tənəzzül  etmiş  Albaniya  çarlığını  bərpa  etdi,  necə  ki  Aşot  Baqratuni bunu Ermənistanda 

etmişdi. Bu iki  hadisə  eyni  vaxtda olmuşdu. Həmin  Hammam… bütün kasıb  və  ehtiyacı  olanlar üçün  bö-

yük işlər görürdü» [2. S.213]. 

 

B.Tuncay V.Qukasyanın «Azərbaycan dili tarixinin öyrənilməsində Zaqafqaziya mənbələrinin rolu» 



adlı məqaləsinə istinadən yazır ki, «…tarixi mənbələrdən məlum olduğu kimi, 866-cı ildə Albaniyanın ilk 

hökmdarlar  sülaləsi  hesab  edilən  Aranşahlar  nəslinə  mənsub  Qriqori  Hamama  [3]  adlı  xristian  bir  bəy 

ərəblər tərəfindən vaxtilə babası Səhl ibn Sumbata hədiyyə edilmiş torpaqlarda (Şəki ətrafındakı geniş əra-

zilər)  özünü  Arran,  yəni  Albaniya  xanı  elan  etmiş  və  dərhal  da  öz  xanlığında  xristian  albanlar  üçün 

məktəblər  açdırmış  və  özü  də  həmin  məktəblərdə  uşaqlara  tədris  edilmək  üçün  alban  dilinin  qramma-

tikasına  aid  bir  kitab  da  yazmışdır»  [1].  B.Tuncay  qeyd  edir  ki,  A.S.Sumbatzadə  və  R.Göyüşovun  təsdiq 

etdiyi  kimi,  «Frakiyalı  Dionisinin “Qrammatika”sına  bənzədilməklə,  Aristotel  və Platon ruhunda  –  qram-

matika,  ilahiyyat,  fəlsəfə  və  təbiətşünaslıq  biliklərini  özündə  əks  etdirən  lakonik  sual-cavab  formasında 




Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə