N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə2/41
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54554
1   2   3   4   5   6   7   8   9   ...   41

 

 



TÜRKOLOGİYA 

№ 1 

 

 

 

 

 

 

 

 

 

 

 

         2014 

 

 

DİLİN STRUKTURU VƏ TARİXİ 

 

SEVİNC ƏLİYEVA  

 

«KİTABİ-DƏDƏ QORQUD»UN DİLİNDƏKİ  

FARS KOMPONENTLİ ARXAİK FEİLLƏRƏ DAİR 

 

(ədəbi dilin təşəkkülü kontekstində) 

 

X ü l a s ə .  Məqalədə  «Kitabi-Dədə  Qorqud»un  dilində  yer  alan  fars  komponentli  arxaik  feillər 

araşdırılır. Müəllif həmin feilləri Azərbaycan ədəbi dilinin təşəkkülü kontekstində təhlil edir və çox sayda 

müqayisə və qarşılaşdırmalar əsasında onların arxaikləşməsinin periodlarını müəyyənləşdirməyə çalışır. 

Müəllif zəbun olmaq, zirü zəbər etmək, dəstur vermək, cəng etmək, səxt olmaq, pəncyek çıqarmaq və 

s.  bu  kimi  feillərin  semantik  tutumunda  gedən  dəyişiklikləri  izləyir.  Müəllif  fars  komponentlərinin  digər 

semantik  kontekstdə  mənimsənilmə  özəlliklərini  diqqətə  alır  və  onların  «Kitabi-Dədə  Qorqud»  feilləri 

tərkibindəki semantik deformasiyasını müəyyənləşdiririr. Konkret olaraq, bəlli olur ki, səxt fars mənşəli söz 

Azərbaycan  ədəbi  dilində  XX  əsrin  əvvəllərinə  qədər  öz  işləkliyini  az  və  ya  çox  dərəcədə  qorumuş  və 

dilimizdə ‘sərt’, ‘çətin’, ‘möhkəm, bərk’, ‘ağır’ mənalarını ifadə etmişdir. Müqayisə əsasında isə səxt olmaq 

«Kitabi-Dədə  Qorqud»  feilində  həmin  alınmanın  semantik  deformasiyaya  məruz  qaldığı  və  ‘pərt  olmaq’ 

anlamını ifadə etdiyi müəyyənləşdirilmişdir. 

 

Açar sözlər: «Kitabi-Dədə Qorqud», fars komponenti, arxaik feillər, dastan, alınmalar 

 

KDQ dastanlarının dilində fərqli semantik arxaikləşməyə məruz qalmış fars mənşəli komponentlərin 

yer aldığı  çox sayda  mürəkkəb  feil,  feili  frazeoloji  vahid  və  düzəltmə  feillər  mövcuddur. Məsələn, zəbun 

olmaqxoş qalmaqrəvan olmaqsəxt olmaqpəncyek çıqarmaqmuştalamaq və s. kimi frazeoloji vahid-

lər  buna  əyani  misaldır.  Say  etibarilə  fars  alınma  komponentli  mürəkkəb  feil  və  feili  frazeoloji  vahidlər 

ərəb komponentli analoqlarından yetərincə azlıq təşkil etsələr də, onların müasir ədəbi dilə münasibəti heç 

də az maraq doğurmur. 

Dastanda  yer alan  və  müasir dilimizə nisbətən tam arxaikləşməyə  məruz  qalan  feillər arasında zəbun 

olmaq  feilini  xüsusi  qeyd  etmək  lazımdır.  Abidə  mətnində  fars  dilindən  alınmalar  sırasında  kifayət  qədər 

yüksək işlənmə tezliyi ilə seçilən, müxtəlif boylarda 19 dəfə [1. S.37] təkrar olunan (müq. et: behişt olmaq 

dəfə, abdəst almaq 6 dəfə işlənmişdir [1. S.12, 5]) zəbun sözünün yer aldığı zəbun olmaq, zəbun etmək mü-

rəkkəb feilləri  klassik ədəbiyyatımızda aktiv  işləklik  nümayiş  etdirsə  də,  müasir ədəbi  dilimizin aktiv lüğət 

fondundan  tamamən  çıxarılmışdır.  «Azərbaycan dilinin izahlı lüğəti»ndə köhnəlmiş söz kimi  dəyərləndirilən 

zəbun  sözü  ‘zəif,  qüvvətsiz,  cansız, aciz,  düşkün’  mənalarında, zəbun  etmək (eyləmək)  – ‘zəifləşdirmək,  qüv-

vədən  salmaq,  cansızlaşdırmaq,  düşkünləşdirmək’;  zəbun  olmaq  –  1)  ‘zəifləşmək,  qüvvədən  düşmək, 

cansızlaşmaq,  düşkünləşmək’;  2)  ‘əsir  olmaq,  giriftar  olmaq’  [2.  S.649–650]  mənalarında  təqdim  edildiyi 

halda,  müasir  türk  dilinin  normativ sözlüklərində  zəbun  ‘gücsüz,  zəif’,  ‘taqətsiz’; zəbun olmaq  isə ‘aludə 

olmaq,  olduqca  bağlanmaq’

  [3] 


anlamlarında  izah  edilir.  Zəbun  sözünün  və  onunla  əlaqəli  feillərin  ye-

tərincə  fərqli  semantik  spektrləri  əks  etdirməsi  bu  sözün  mənbə  dilin  özündə  çoxmənalı  leksik  vahid 

olmasından  qaynaqlanır.  Belə  ki,  fars  dilində  [zəbun]  çoxmənalı  sözü:  1)  ‘zəif,  köməksiz,  gücsüz’;  2) 

‘aciz,  düşgün,  fərsiz’;  3)  ‘əhəmiyyətsiz,  ikrahdoğurucu,  alçaq’;  4)  ‘məğlub’  (müq.  et:  1.  слабый,  бес-

помощный, бессильный; 2. тщедушный, хилый; 3. ничтожный, презренный; 4. редко побеждённый 

[4]) mənalarını ehtiva edir: Oğul, Dəpəgöz, Oğuz əlündə zəbun oldı, bunaldı [5. S.99]; Oğul, Oğuz yurdu 



Təpəgöz əlində əsir olub viran qaldı [5. S.197]; Qalın Oguz bəglərin dəxi – kimini zəbun edüb, kimini şəhid 

eylədi [5. S.100]; Qalın Oğuz bəylərinin də kimini şikəst etdi, kimini həlak elədi [5. S.198]. Zəbun sözünün 


 

 



çoxmənalılığı  onun  yer  aldığı  feillərin  (zəbun  olmaq,  zəbun  etmək)  müasir  mətn  variantında  ən  fərqli 

şəkildə  təqdimatını  mümkün  etmişdir:  Oğul,  Dəpəgöz,  Oğuz  əlündə  zəbun  oldı  [5.  S.99];  Oğuz  yurdu 



Təpəgözün  əlində  əsir-yesir  olub  qaldı  [5.  S.197];  Qardaşı  Qaragünə  əlində  zəbun  oldı.  Bığı  Qanlu 

Bügdüz  Əmən  əlində  zəbun  oldu.  Ağ  saqallu  baban  Aruza  qan  qusdırdı  [5.  S.100];  Qardaşı  Qaragünə 

onun  əlində  əzildi.  Bığı qanlı Bugdüz Əmən onun əlində döyüldü. Ağ saqqallı atan Aruza qan qusdurdu [5. 

S.198];  «Qanturalı  zəbun  oldı,  at  ardına  aldım  çıqdım»  –  deyəsən  [5.  S.92];  «Qanturalı  yaralıydı,  at  belinə 



aldım, çıxdım» – deyəsən [5. S.190]. 

 

Zəbun olmaq feilinin çoxmənalılığı  onun  klassik  ədəbiyyatımızdakı  işlənmə  mövqelərinə  də sirayət 

etmişdir: 



 

Qalmadı odda olarıŋ taqəti, 

 zəbun olmuşdurur anlar qatı [6. S.98];  

 

Şimdi bu, anıŋ cəzasıdır bu gün, 



Nar əlində olmışüz böylə zəbun [6. S.243].  

 

Həzinidən  fərqli  olaraq,  Füzuli  lirikasında  yüksək  işlənmə  tezliyi  nümayiş  etdirən  zəbun  olmaq  və 



zəbun etmək mürəkkəb feilləri eyni polisemantikliyi burada da qorumuşlar: 

 

Dövlət oldur ki, düşmən ola zəbun, 



Olmadan bir şərarə şö'lə füzun [7. S.236];  

 

Hiddəti-Bəng Meydən idi füzun, 



Bəng qüvvət tapıb, Mey oldu zəbun [7. S.259].  

 

Birinci  halda  zəbun  olmaq  feili  ‘məğlub  olmaq’,  ikinci  halda  isə  ‘aciz  qalmaq’  mənalarında 



işlənmişdir. 

 

Zərb ilən onu sərnigun edəyin, 



Əzeyin, yencəyin zəbun edəyin [7. S.238];  

 

Füzulidən səbatü səbrü cövrü qəhr az istə 



Kim, ol biçarəyi dərdü qəmin bihəd zəbun etdi [7. S.324]. 

 

Yuxarıdakı beytlərdə isə zəbun etmək feili əvvəlcə ‘məğlub etmək’, sonra isə ‘məhv etmək’, ‘yerlə-



yeksan etmək’ mənalarında istifadə edilmişdir. 

XX  əsrin  əvvəllərinədək  işləkliyini  davam  etdirən  zəbun  etmək  və  zəbun  olmaq  feillərinin  istifadə 

dairəsinin məhdudlaşdığı, işləklik əmsalının əhəmiyyətli dərəcədə aşağı düşdüyü görülməkdədir: 

 

Söylə Amə bielmlikdən millətim оldu zəbun, 



Cəhli dağın tişeyi-fəryadi yetməz sərnigün [8. S.87]; 

 

Həm də umulmaz bir məğlubiyyətlə zəbun və pərişan olacaqsın [9. III. S.293].  

 

Birinci  halda zəbun olmaq  feili  ‘məhv  olmaq’,  ikinci  halda  isə  ‘miskin, aciz  olmaq’ anlamını  ifadə 



etmişdir. 

 

Əlif kimi qamətin həlqeyi-nun etdilər. 



Müxtəsər, arvadları xarü zəbun etdilər [8. S.112];  

 

Bülbül dedi: dünyada o kimdir gülə bir gün, 



Yıllarca zəbun etməyə şən könlünü şivən! [9. III. S.88];  


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə